Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-122/2023 27.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(078)169/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayış və istifadə hüququna kompensasiya ödəmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini mə hkəmədən xahiş etmişdir. 20 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı Naxçıvan Şəhər Məhkəməsində yaşayış və istifadə hüququnun kompensasiya verilmədən xitam verilməsi tələbi ilə bağlı iddia qaldırdığını qeyd etmiş, iddia tələbini dəyişdirərək Cavabdeh Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsinin təmin edilməsi və iddia tələbinə Cavabdeh Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququnun itirilməsi həddində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2 (078)-169/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 28 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin hakimi qeyd edilən maddi hüquq normasını səhv təfsir etmişdir. Qətnamədə həmin maddənin tətbiqi ilə bağlı AR Konstitusiya Məhkəməsinin şərhinə əsaslansa da düzgün nəticəyə gəlməmişdir. Belə ki, AR Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublik ası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Cavabdeh isə məhkəm əyə təqdim etdiyi etirazda da başqa bir yaşayış məntəqəsinə daimi olaraq köçmədiyini, getməsinin Naxçıvan şəhərində iş tapıb ailəsini dolandıra bilməməsi və bir evdə öz ailəsi ilə anası, bacısı ilə aralarında yaranmış problem olduğunu açıq-aşkar göstərmişdir. Apellyator qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hakimi mülki işi obyektiv qiymətləndirməmişdir. İşdə olan sübutlar iddianın kifayət qədər əsassız olmasını göstərir. Mənzildən şəxsin istifadə hüququnun verilməsi ilə bağlı yaranan mübahisələr AR Konstitusiya Məhkəməsi tərəfindən bir neçə dəfə geniş şərh edilmişdir. Hazırki iş üzrə də cavabdehin orada 2015-ci ildən yaşamaması və iki qonşunun gəlib bu faktı təsdiq etməsi iddianı heç bir halda əsaslı edə bilməz. Sonda apellyator Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il ta rixli, 2(078)-169/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə və AR Mülki Prossesual Məcəllənin 88-ci maddəsinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı şikayəti qəbul etməyərək cavabdehin şikayətində qeyd etdiklərinin tamamilə yalan olduğunu, oğlunun ailə qurduqdan sonra könüllü olaraq həyat yoldaşı ilə Bakı şəhərinə köçdüyünü, hətta özü nün müdaxiləsi ilə 2016-cı ildə oğlunu Bakı şəhərindən zorla Naxçıvan şəhərinə qaytararaq burada ona iş düzətdiyini, lakin 2 ay işlədikdən sonra Turalın təkidlə işdən ayrıldığını və ailəsini də götürüb yenidən Bakı şəhərinə getdiyini, həmin vaxtdan bəri oğlunun Naxçıvan şəhərinə gəlmədiyini və artıq daimi yaşayış yeri olaraq Bakı şəhərini seçdiyini, 2022-ci ildə ailə üzvlərinin razılığı ilə evi özəlləşdirərək mülkiyyət hüquqlarını qeydiyyata aldırdığını bildirmiş və sonda apellyasiya şikayətinin təmin olunmayaraq Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(078)-169/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin kollegiyanın ünvanına xx.xx.2023-cü il tarixdə ərizə göndərərək hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını, maddi vəziyyəti və yolun uzaq olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1- ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin pre dmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il ta rixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası iş üzrə İddiaçı izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci insta nsiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan məlum olur ki, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən 68.21 kv.m ümumi sahəsi olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/29 nömrəli reyestr kitabının 5644 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli a rayışdan Cavabdeh Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olduğu aydın olur. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 25 aprel 2023-cü il tarixli, 04/291 nömrəli məktubunda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 26-da yerləşən 49 saylı mənzil Naxçıvan şəhər XDS İK-nın xx.xx.1992-ci il tarixli 4335 nömrəli orderi əsasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 19 avqust 1992-ci il tarixli 4335 nömrəli orderi əsasında vətəndaş İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil sahəsini ailə üzvləri ilə bir likdə tutmaq ixtiyarı verilmişdir. Qeyd olunan orderdə İddiaçı ailə üzvlərinin həyat yoldaşı– X3, qızı-X4 və oğlu-Cavabdeh ibarət olduğu göstərilmişdir. Göstərilən mənzil xx.xx.1992-ci il tarixli 4335 nömrəli order əsasında iş üzrə cavabdehin də razılıq ərizəsi nəzərə alınmaqla (iş vər.58.Cavabdeh ərizəsi) Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin iş üzrə Cavabdeh sonuncu dəfə 2016-cı ildən bəri həmin mənzili ailəsi ilə birlikdə tərk edərək Bakı şəhərinə köçməsi və yaşayış yerini dəyişməsi də işin mübahisəsiz halıdır. Mülki işin mübahisəli halı isə Cavabdeh ailəsi ilə birlikdə sonuncu dəfə 2016-cı ildə mübahisəli mənzili tərk etməsini etiraf etsə d ə, buna səbəb anası və bacısının həmin mənzildə onlara yaşamaq üçün imkan verməmələrini, onu evdən qovduqları göstərməsi və məhz bu səbəbdən məcbur qalaraq evi tərk etmələrini iddia etməsidir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə iş materiallarında olan sübutlara əsaslanaraq iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi “...AR Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 1999-cu il tarixli qərarında mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrin məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı olduğunu, bu xüsusatın digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalı olduğunu, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsinin onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməmə sini, əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan normanın tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəldiyini, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsinin həyata keçirməsinə onlara imkan verdiyini, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində yaşayış sahəsinin icarədarının ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir olduğunun nəzərdə tutulduğunu, icarədar və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və y a köçdüyü gündən pozulmuş hesab edildiyini, cavabdehin isə məhkəməyə təqdim etdiyi etirazda da başqa bir yaşayış məntəqəsinə daimi olaraq köçmədiyini, getməsinin Naxçıvan şəhərində iş tapıb ailəsini dolandıra bilməməsi və bir evdə öz ailəsi ilə anası, bacısı ilə aralarında yaranmış problem olduğunu” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(078)-169/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Kollegiya apellyatorun şikayətində göstərdiyi bu dəlillərlə razılaşmayaraq apellyasiya baxışı zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasib ətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, tədqiq olunmuş iş materiallarından da göründüyü kimi, tərəflərin arasındakı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yaranmışdır (Naxçıvan şəhər XDS İK-nın xx.xx.1992-ci il tarixli 4335 nömrəli orderi əsasında) ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il ta rixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr is ə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə bura xmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsi nə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdi r ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəx sin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Beləliklə istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materiallarından məlum olmuşdur ki, iş üzrə Cavabdeh 2016-cı ildən etibarən mübahisəli mənzildən çıxmış və 8 ildən artıq müddətdir ki, daimi əsaslarla həmin mənzili tərk etmişdir. Belə ki, iş üzrə Cavabdeh məhkəmələrə ünvanladığı ərizələrdən də onun 2016-cı ildən mübahisəli mənzili tərk etdiyi, həmin va xtdan bəri ümumiyyətlə geri qayıtmadığı və ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşadığı müəyyən olunmuşdur. Kollegiya onu da qeyd edir ki, iş üzrə Cavabdeh kollegiyaya ünvanladığı ərizədə 2016-cı ildə Naxçıvan şəhərinə qayıdaraq yoldaşı və övladı ilə birgə həmin mənzildə yaşamaq istəməsini, anası və bacısının evdə çox söz-söhbət etdiklərini, məcburiyyətdən Bakıya qayıtmalı olduğunu, bacısının ailə həyatı qurduğunu və ayrıldığını, 2016-cı ildən anasının və bacısının onu evdə qovduqlarını iddia etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda araşdırma zamanı da cavabdehin ərizəsində qeyd etdiyi bu halların əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, keçən bu müddət ərzində cavabdeh tərəfindən iddia olunan hal larla bağlı özünün pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət olunmaması da onu deməyə əsas verir ki, cavabdeh həqiqətən də hazırki mübahisəli mənzildən məcburi qaydada çıxarılmamış və öz iradəsi əsasında könüllü olaraq yaşayış yerini daimi əsaslarla dəyişmişdir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi və bu mənzilə ehtiyaclarının qalmaması qənaətinə gəlməyə imkan verir. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subye ktin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdə n təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya eyni zamanda onu da qeyd edir ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, “...yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsi nə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yuxarıda da qeyd olunduğu kimi tədqiq olunmuş iş materiallarından aydın olur ki, İddiaçı ünvan 1 ünv anında yerləşən mənzil sahəsini ailə üzvləri ilə birlikdə tutmaq ixtiyarı Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 19 avqust 1992-ci il tarixli 4335 nömrəli orderi əsasında verilmiş, lakin həmin mənzil Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə də həmin andan yaşayış sahəsinin mülkiyyət forması dəyişdirilmiş, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin də dəyişilməsinə səbəb olmuşdur. Mübahisəli yaşayış sahəsinə dair mülkiyyət formasının xx.xx.2022-ci il tarixdə dəyişməsinə baxmayaraq tədqiq olunmuş iş materiallarından görün ür ki, cavabdeh həmin mənzilə yaşayış hüququnun həmin andan yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq mülkiyyətçi ilə hər hansı razılaşma da bağlamamışdır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkət ləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar hərtərəfli araşdırılmış, maddi hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Buna görə də İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(078)-169/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(078)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(078)169/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarix li, 2(078)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-122/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-122/2023
27.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver