Məhkəmə qərarları › İş №2(108)-125/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-125/2024

29.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-125/2024 29.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh İmanova (Haqverdiyeva) Mehriban Musa qızının iştirakları ilə İddiaçı İmanova (Haqverdiyeva) Mehriban Musa qızına qarşı “mənzildən çıxarılma və mənzilin öz vəsaiti hesabına boşaldılması tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsindən cavabdeh İmanova (Haqverdiyeva) Mehriban Musa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh İmanova (Haqverdiyeva) Mehriban Musa qız ına qarşı 11 yanvar 2024cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək X2 Naxçıvan şəhəri, 54-cü məhəllədə mülkiyyətində olan 0.1079 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və həmin mənzilin cavabdehin öz vəsaiti hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin Cavabdeh tərəfindən boşaldılması, 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsindən narazı qalan cavabdeh İmanova (Haqverdiyeva) Mehriban Musa qızı 21 iyun 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh İmanova (Haqverdiyeva) Mehriban Musa qızı tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin fa ktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Bildirir ki, İddiaçı ona qarşı məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Naxçıvan şəhəri, 54-cü məhəllədə 0.1079 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evindən məcburi çıxarılmağı və həmin mənzilin öz vəsaiti hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsi ilə iddiaçının iddiası təmin olunmuşdur. O, 20 fevral 2004-cü il tarixdə iddiaçının oğlu X8 ilə Naxçıvan şəhəri Nikah evində nikaha girməklə ailə həyatı qurmuş, 2009-cu ildən İddiaçı ilə birlikdə X6 məxsus evdə yaşamışlar. 2011-ci ildə İddiaçı öz razılığı ilə ona məxsus Naxçıvan şəhəri, 54-cü məhəllədə 0.1079 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə köçmüş, bu günədək həmin fərdi yaşayış evində 13 il müddətində mülkiyyətçi və ailə üzvləri ilə birlikdə birgə təsərrüfat aparıb, etibarlı ailə münasibətləri yaratmışdır. O bu müddətdə həmin evə müəyyən bərpa və təmir xərclərinə görə vəsait xərcləyib, mülkiyyətə maddi və mənəvi sahiblik etmişdir. O ailənin qayğısına qalmışdır. Onun himayəsində 1 azyaşlı övladı var. Onun və ailəsinin həmin fərdi yaşayış evindən başqa yaşayacaq yerləri yoxdur. Onun həmin fərdi yaşayış evindən məcburi çıxarılmağı mülkiyyətçi olmayan digər əmlak hüquqularının pozulmasına səbəb olur. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli) araşdırmadan nəticəyə gəlmişdir. İddiaçı ona qarşı onun mülkiyyətində olan Naxçıvan şəhəri, 54-cü məhəllədə 0.1079 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evindən məcburi çıxarılnmağı və həmin mənzilin öz vəsaiti hesabına boşaldılması barədə iddianın təmin edilməsi məhkəmənin işin hallarını araşdırmaq vəzifəsi olduğu halda tam sübuta yetirilməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh İmanova (Haqverdiyeva) Mehriban Musa apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi ni kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı oğlu ilə ailə həyatı qurmuş, ailə qurduqdan sonra kirayədə, 2009-cu ildən İddiaçı ilə birlikdə X6 məxsus evdə yaşamışlar. 2011-ci ildə iddiaçı X1 öz razılığı ilə ona məxsus Naxçıvan şəhəri, 54-cü məhəllədə 0.1079 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə köçmüş, bu günədək həmin fərdi yaşayış evində 13 il müddətində mülkiyyətçi və ailə üzvləri ilə birlikdə yaşamışlar. Hazırda isə iddiaçı cavabdehin özünə məxsus mənzildən məcburi çıxarılmasını tələb edir. Belə ki, iş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan Naxçıvan şəhəri, 54-cü məhəllədə mülkiyyətində olan 0.1079 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.00 kv.m yaşayış sahəsindən ibarət 20 nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/6 nömrəli reyestr kitabının 1153 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçının oğlu X8 ilə 01 mart 2004-cü il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra cavabdeh özünə iddiaçının oğlunun soyadını yəni, “Haqverdiyeva” soyadını seçmiş, Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 402601 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X8 ilə X4 arasında bağlanmış nikah pozulmuş, nikah pozulan zaman cavabdeh özünə “İmanova” soyadını seçmişdir. Daha sonra 18 mart 2024-cü il tarixdə X8 ilə Cavabdeh arasında təkrar nikah bağlanmış, nikah bağlandıqdan sonra cavabdeh “İmanova” soyadında qalmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh İmanova (Haqverdiyeva) Mehri ban Musa qızı İddiaçı oğlu X8 ilə ailə həyatı qurmuş və 2011-ci ildə iddiaçıya məxsus Naxçıvan şəhəri, 54-cü məhəllədə 0.1079 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə köçmüş və orada yaşamışdır. İşin mübahisəli hali isə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin məcburi qaydada çıxarılması və mənzilin cavabdehin öz vəsaiti hesabına boşaldılmasından ibarətdir. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzilə 2011-ci ildə köçmüşdür. Göründü yü kimi mübahisəli hüquq münasibəti 2011-ci ildə yaranmışdr. Qeyd olunan hala əsasən iddiaçının Naxçıvan şəhəri, 54-cü məhəllədə 0.1079 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evindən cavabdehin çıxarılması barədə tələbi cavabdehin həmin fərdi yaşayış evinə köçdüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, mübahisəyə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norm ası kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi ya şayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair“ 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsində n onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sa həsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddasində nəzərdə tutulan “ailə üzvləri“ anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba va nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya qeyd edir ki, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarına görə cavabdeh iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid edilməmişdir. Odur ki, kollegiya hesab edir ki, cavabdeh İmanova (Haqverdiyeva) Mehriban Musa qızı İddiaçı ailə üzvü olmadığından ona məxsus evdən istifadə hüququna malik deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbayc an Respublikasında mülkiyyət toxunulmazdır. Konstitusiyanın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və o həmin mülkiyyətinə sahiblik etmək, istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququna malikdir. Cavabdeh isə iddiaçının ailə üzvü sayılmadığından onun həmin mənzilə istifadə hüququ da yaranmamış olur. Lakin bütün bunlara baxmayaraq cavabdehin iddiaçının iradəsinə zidd hərəkət etməsi, həmin mənzilin iddiaçının mülkiyyətində olduğunu bilə-bilə mənzildən könüllü surətdə çıxmaması iddiaçının yuxarıda qeyd edilən hüquqlarının həyata keçirilməsinə maneələr yaradır və bu hal özlüyündə mülkiyyət hüququnun pozulmasına da səbəb olur. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Kollegiya qanunvericiliyin normalarına istinadən qeyd edir ki, cavabdehin iddiaçının mənzilindən çıxmaması mülkiyyətin toxunulmazlığı prinsipini də şübhə altında qoymuş olur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur. Kollegiya onu da qeyd et məyi zəruri hesab edir ki, apellyasiya şikayətinin əsas dəlillərini və cavabdehin izahatının əsasını onun tərəfindən iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, 54-cü məhəllədə 0.1079 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin yaxşılaşdırılmasına çəkilmiş xərclərdən ibarət olması təşkil edir. Buna münasibətdə kollegiya bildirir ki, cavabdehin izahatına görə o, iddiaçının mülkiyyətində olan torpaq sahəsində ayrıca bir evin inşası üçün yox, iddiaçının mülkiyyətində olan evin tərkib hissəsində yaşamaq üçün həmin hissənin yaxşılaşdırılmasına dair xərc çəkmişdir. Bu baxımdan onun iddiaçının mülkiyyətində olan evin tərkib hissəsinin yaxşılaşdırılması üçün çəkdiyi xərclərin tələb edilməsi hüququnun olması cavabdehə izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Cavabdeh tərəfindən iddiaçının iddia ərizəsində qeyd edilənləri təkzib edə biləcək zəruri halların mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, işə baxılması zamanı hər hansı bir halın araşdırılması ilə əlaqədar vəsatət verilməmişdir. Buna görə də məhkəmə kollegiyası hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmadığı qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən də kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsa slandırılmışdır. Birinci instаnsiyа məhkəməsi mаddi və prоsеssuаl hüquq nоrmаlаrının tələblərinə düzgün əməl еtməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)319/2024 nömrəli qətnaməsindən cavabdeh İmanova (Haqverdiyeva) Mehriban Musa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa gö rə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı İmanova (Haqverdiyeva) Mehriban Musa qızı na qarşı “mənzildən çıxarılma və mənzilin öz vəsaiti hesabına boşaldılması tələbi”nə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsindən cavabdeh İmanova (Haqverdiyeva) Mehriban Musa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(078)-319/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar