Məhkəmə qərarları › İş №2(108)-125/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-125/2025

25.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-125/2025 25.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X11 Mərkəzi” X7rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi” tələbinə dair 2(089)217/2025 nömrəli mülki iş üzrə cavabdeh “X11 Mərkəzi” X10 nümayəndələri X3 və X4 verdiyietiraz (Açar sözlər: məhkəmə sədrinə etiraz) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X11 Mərkəzi” X7rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh “X11 Mərkəzi” X10 nümayəndələri X2 və X4 Culfa Rayon Məhkəməsinin sədri Məmmədov Mehrab Fərmayıl oğluna işə onun sədrliyi ilə baxılmasına dair verdikləri etiraza Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat və etirazın əsasları

1. İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “X11 Mərkəzi” X10 14 may 2025-ci il tarixli, 57 nömrəli əmrinin ləğv edilməsi, öz işinə bərpa edilməsi və məcburi iş buraxdığı 14 may 2025-ci il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh “X11 Mərkəzi” X10 nümayəndələri X2 və X6 məhkəmə iclasına sədrlik edən hakim Məmmədov Mehrab Fərmayıl oğluna 18 iyul 2025-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədov Mehrab Fərmayıl o ğlunun sədrliyi ilə İddiaçı cavabdeh “X11 Mərkəzi” X7rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə onun sədrliyi ilə baxılmasına etiraz etdiklərini bildirmişlər.

3. Etirazın əsası kimi 08 iyul 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasına sədrlik edən hakimin cavabdeh X11 Mərkəzi” X10 nümayəndələri X2 və X5 aqressiv münasibət göstərərək “X11 Mərkəzi” X10 14 may 2025-ci il tarixli, 57 nömrəli əmrinin qəbul edilməsinə əsas olan sənədlərin surətini tələb etdiyini, cavabdehin nümayəndəsi X1 həmin sənədlərin məhkəmə bildirişində qeyd edilərək məhkəmə tərəfindən tələb edilmədiyini, bu səbəbə görə məhkəməyə təqdim edilmədiyini, məhkəmə bildirişində iddiaya qarşı etirazın bildirişi aldıqdan sonra 20 gün müddətində verilməli ol duğunun qeyd edildiyini və əgər məhkəmə tərəfindən tələb edilərsə sonrakı məhkəmə iclasınadək-növbəti gün həmin sənədləri məhkəməyə təqdim edəcəyini bildirdiyini, sədrlik edən hakim tərəfindən qərəzli olaraq məhkəmə iclasına fasilə verilərək qısa müddətdə məhkəməyə təqdim edilməsi barədə “X11 Mərkəzi” X10 nümayəndələrinə göstəriş verildiyini və məhkəmə iclas zalından çıxıb dəhlizdə olarkən isə nümayəndələrə “bütün işləriniz belədir” kimi ifadə işlətdiyini, qeyd edilənlər və sədrlik edən hakimin məhkəmə iclası keçirilməmişdən əvvəl “X11 Mərkəzi” X10 sabiq direktoruna zəng edərək İddiaçı işdən necə çıxarıldığını (xəbərdarlıq və töhmət olmadan) soruşmasının da gələcəkdə işin obyektiv baxılmasını şübhə altına aldığını və qanuni qətnamə qəbul edilməyəcəyini təsdiq etdiyini, ona görə də işə Məmm ədov Mehrab Fərmayıl oğlunun sədrliyi ilə baxılmasına etiraz etdikləri göstərilmişdir.

4. Culfa Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(089)-217/2025 nömrəli qərardadı ilə etiraz ərizəsi mülki işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilmişdir. İİ. Tətbiq edilən hüquq (istinad edilən plenum qərarları) a) Azərbaycan Respublikası Konstitusiyası

5. Maddə 125. 1-ci bənd. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

6. Maddə 127. 1-3-cü bəndlər. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırla r. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 7.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. 8.Maddə 19.1.7. Hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. 9.Maddə 23.1. Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özüözünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. c) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “H akimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 3 saylı Qərarı

10. Bənd 1. “Məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin özü-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.”

11. Bənd 3.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında işdə iştirak edən şəxslərin inzibati məhkəmə icraatının iştirakçılarının cinayət məhkəmə icraatında cinayət prosesi iştirakçılarının hakimə (məhkəmə tərkibinə) etiraz etmələri həmin şəxslərin subyektiv hüquqları olub, onların öz mülahizələrinə əsasən həyata keçirilir.

12. Bənd 5.1. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin özözünə etiraz etməsi əsaslandırılmalıdır.”

13. Bənd 5.5. “Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır.” İİİ. Məhkəmə kollegiyasının mövqeyi

14. Məhkəmə kollegiyası etirazda göstərilən dəlilləri iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, etiraz əsassızdır və təmin edilməməlidir.

15. Kollegiya iş üzrə cavabdeh “X11 Mərkəzi” X10 nümayəndələri X3 və X4 məhkəmə iclasına sədrlik edən Culfa Rayon Məhkəməsinin sədri Məmmədov Mehrab Fərmayıl oğluna etdikləri etirazı tamamilə mülahizə xarakterli hesab edərək, əsassız sayır və qeyd edir ki, ərizədə göstərilən dəlillərin hər hansı hüquqi və faktiki əsası yoxdur.

16. Etirazda qeyd edilən “08 iyul 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasına sədrlik edərkən cavabdeh “X11 Mərkəzi” X10 nümayəndələri olaraq onlara aqressiv münasibət göstərərək “X11 Mərkəzi” X10 14 may 2025-ci il tarixli, 57 əmrinin qəbul edilməsinə əsas olan sənədlərin surətini tələb etdiyinə, cavabdehin nümayəndəsi X2 həmin sənədlərin məhkəmə bildirişində qeyd edilərək məhkəmə tərəfindən tələb edil mədiyinə, bu səbəbə görə məhkəmə təqdim edilmədiyinə, məhkəmə bildirişində iddiaya qarşı etirazın bildirişi aldıqdan sonra 20 gün müddətində verilməli olduğunun qeyd edildiyinə və əgər məhkəmə tərəfindən tələb edilərsə növbəti məhkəmə iclasınadək - növbəti gün həmin sənədləri məhkəməyə təqdim edəcəyini bildirsə də, hakim tərəfindən qərəzli olaraq məhkəmə iclasına fasilə verilərək qısa müddətdə məhkəmə təqdim edilməsi barədə onlara göstəriş verildiyinə” dair göstərilən dəlillərə münasibətdə kollegiya qeyd edir ki, sadalanan bu hallar hakimə etiraz üçün əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 165-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnam ə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Həmin Məcəllənin 167-ci maddəsinin tələblərinə görə işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumatın verilməsi, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsinin müzakirə edilməsi, tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahların verilməsi, habelə iş üçün əhəmiyyətli olan sənədlərin və digər sübutların işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsinin təklif olunması, bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə fiziki və hüquqi şəxslərdən və ya orqanlardan sübutların tələb edilməsi, həmçinin hakimin işin düzgün və vaxtında həll edilməsinə yön ələn digər hərəkətlərin edilməsi və.s hakimin çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında etməli olduğu hərəkətlər kimi müəyyən olunmuşdur. Belə olan halda isə işə sədrlik edənin cavabdeh təşkilat “X11 Mərkəzi” X10 nümayəndəsindən mübahisələndirilən 14 may 2025-ci il tarixli, 57 əmrinin qəbul edilməsinə əsas olan sənədlərin surətini tələb etməsi onun işə qərəzli və obyektivliyini şübhə altına alan hal kimi qiymətləndirilə bilməz. Çünki qeyd olunduğu kimi hakim işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir.

17. Etirazda qeyd edilən “məhkəmə iclas zalından çıxıb dəhlizdə olarkən onlara “bütün işləriniz belədir” kimi ifadə işlətdiyinə, qeyd etdi kləri və məhkəmə iclası keçirilməmişdən əvvəl “X11 Mərkəzi” X10 sabiq direktoruna zəng edərək İddiaçı işdən necə çıxarıldığını (xəbərdarlıq və töhmət olmadan) soruşmağının gələcəkdə işin obyektiv baxılmasını şübhə altına alacağına və qanuni qətnamə qəbul edilməyəcəyini təsdiq etdiyinə” dair cavabdeh təşkilatın nümayəndəsinin göstərdiyi digər dəlillərə münasibətdə kollegiya qeyd edir ki, sadalanan bu faktları təsdiq edəcək hər hansı bir sübut etiraza əlavə olunmamışdır. Halbuki yuxarıda da qeyd olunduğu kimi, işə baxan hakimin işin nəticəsində maraqlı olması, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması etirazda göstərilməli, etiraz Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim o lunmalıdır. Tədqiq olunmuş iş materiallarına əsaslanan kollegiya qeyd edir ki, eriraza iddia edilən faktların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim olunmamışdır.

18. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir 19. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü madd əsində qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.

20. Qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin fəaliyyəti və hakimlərin müstəqilliyi Azərbaycan Respublikasının ali qanunu olan Azərbaycan Respublikası Konstitusiyasında, həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda öz təsbitini tapmışdır. Belə ki, istinad olunan normalardan da aydın olur ki, hakimlər işlərə baxarkən müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.

21. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymə t verərək belə hesab edir ki, İddiaçı cavabdeh “X11 Mərkəzi” X7rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh “X11 Mərkəzi” X10 nümayəndələri X2 və X4 Culfa Rayon Məhkəməsinin sədri Məmmədov Mehrab Fərmayıl oğluna işə onun sədrliyi ilə baxılmasına dair etdikləri etiraz təmin edilməməli və mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Culfa Rayon Məhkəməsinə qaytarılmalıdır.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 21-23-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Etiraz təmin edilməsin. İddiaçı cavabdeh “X11 Mərkəzi” X7rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi” tələbinə dair mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Culfa Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mehman Allahverdiyev Hakimlər: Sənan Qarayev, Fərman Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar