Məhkəmə qərarları › İş №2(108)-126/2021

Ali Məhkəmə Qərardad — İş №2(108)-126/2021

01.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-126/2021 01.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), X5 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı Kəngərli Rayon Məhkəməsinin hakimi X4 qarşı etirazına açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 5550 (beş min beş yüz əlli) manat pulun və ödəniş etdiyi 30 (otuz) manat dövlət rüsumunun, cəmi birlikdə 5580 (beş min beş yüz səksən) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı İddiaçı 24 may 2021-ci il tarixli etiraz ərizəsi ilə Kəngər li Rayon Məhkəməsinin hakimi (sədri) X4 etiraz edərək ərizədə Kəngərli rayon Xok kənd sakini Cavabdeh 10 illik müddətə etibarnamə ilə VAZ 21-07 markalı, **-BZ-*** nömrə nişanlı minik maşınını sürmək üçün 6000 manat nağd pul verib aldığını və icarəyə verdiyini, yaxından tanıdığı Naxçıvan şəhər sakini X6 oğluna kreditə verdiyini, maşının texpasportunu da həmin şəxsə verdiyini, yeddi ay bundan qabaq maşını icarəyə verdiyi şəxsin maşınının texniki pasportu əlində olduğundan və onun xəbəri olmadan maşını aldığı adama, yəni Xok kənd sakini Cavabdeh yaxınlaşdığını və onu şirnikdirdiyini və bir miqdar pul verərək maşının əsl sahibinin texpasport əllərində olduğundan ona satdığı maşını kirayə verdiyi adamın adına alqısatqı edərək keçirdiklərini, onun isə altı min manat pulunun Cavabdeh tərəfindən m ənimsənildiyini, bu gün nə pulunu ala bildiyini, nə də maşınının özünə qaytarıldığını, maşınının yeni alıcısı ilə satıcısının dələduzluq edərək, etibardan sui-istifadə edərək cinayət əlaqəsinə girərək onun pulunu mənimsədiklərini, onların hər ikisinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibinin olduğunu, alıcı və satıcının məsuliyyətə cəlb olunmalı olduğunu, onun başına gələnlərlə bağlı Kəngərli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini, iddia ərizəsinin icraata götürüldüyünü, məhkəməyə hazırlıq müddətində hakimin ona “sən nə ilə sübut edirsən ki, 10 il etibarnamə ilə götürdüyüm maşın sahibinə 6000 manat pul ödəmisən” sualını verdiyini, o əlində olan etibarnaməni məhkəməyə təqdim etdikdə hakimin bunun sübut olmadığını, onun şahid göstərməl i olduğunu bildirdiyini, onun isə “bir adamın başqasından maşın və ya digər bir əşya aldıqda heç vaxt şahid tutmur ki, o gəlib şahidlik etsin” deyə bildirdiyini, o haradan bilə bilərdi ki, maşını satan şəxslə onun arenda verdiyi adam cinayət əlaqəsinə girib başına bu oyunu açacaqlarını bildirdiyini, əgər satıcı ondan 6000 pulu almamışdırsa, nə üçün ona 10 il müddətinə etibarnamə verdiyini, 10 il ona etibarnamə verilməsinin yazdıqlarını sübut etdiyini, əgər hakimin etibarnaməni nəzərə almadan ona bu sualı verirsə deməli çıxaracağı qətnaməni onun əleyhinə olduğundan xəbər verdiyini, yəni hakimin öz fikrini məhkəmədən öncə bildirdiyini, bunun isə qanunla qadağan olduğunu, hakimin danışdıqlarından əlində olan 10 illik etibarnaməyə istinad etmədən əleyhinə qərar çıxaracağının məlum olduğunu, bu səbəbdən Kəngərli Rayon Məhkəməsinin hakimi X3 bilə-bilə ədalətsiz qərar çıxarmaq üçün onun əlindəki etibarnaməni nəzərə almaması çıxaracağı qətnamənin obyektiv reallıqdan kənar olacağını göstərdiyini, hüquqi əsası olmayaraq, hüquqi dayağa söykənməyərək və ədalətsiz, ziddiyyətli olacağını, bu səbəbdən də Kəngərli Rayon Məhkəməsinin hakimi (sədri) X3 onun işinə baxılmasına etiraz etdiyini, əgər vəsatəti təmin olunmazsa onun məhkəmə zalını tərk edəcəyini, bu hərəkətinin hakimə və məhkəməyə hörmətsizlik kimi qəbul edilməməsini xahiş etdiyini, məhkəmələrin çıxardığı qətnamələrin Azərbaycan Respublikası adından çıxarıldığından Azərbaycan dövlətinin qanunlarınının aliliyinə hörmət olunmalı olduğunu qeyd etmişdir. Məhkəmə etirazın dəlillərini iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə he sab edir ki, etiraz əsassızıdır və təmin edilməməlidir. Belə ki, etirazın dəlillərini nəzərdən keçirən kollegiya hesab edir ki, İddiaçı 24 may 2021ci il tarixli etiraz ərizəsində başına gələnlərlə bağlı Kəngərli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini, iddia ərizəsinin icraata götürüldüyünü, məhkəməyə hazırlıq müddətində hakimin ona “sən nə ilə sübut edirsən ki, 10 il etibarnamə ilə götürdüyün maşın sahibinə 6000 manat pul ödəmisən” sualını verdiyini, o əlində olan etibarnaməni məhkəməyə təqdim etdikdə hakimin bunun sübut olmadığını, onun şahid göstərməli olduğunu bildirdiyi qeyd edilmişdir. Halbuki iş materiallarında olan 14 aprel 2021-ci il tarixli hazırlıq iclas protokolunda etiraz ərizəsində qeyd edilən müvafiq halla bağlı hər hansı bir qeyd göstərilməmiş, eyni zamanda 03 may 2021-ci il tarixli məhkəmə baxışı iclasının protokoluna əsasən iclasda sədrlik edən tərəfindən müvafiq qanunvericiliyin tələbinə əsasən İddiaçı hakimə etirazın əsasları izah edilmiş və iddiaçının hakimə etirazı olmamışdır. Kollegiya həmçinin onu da vurğulayır ki, “sən nə ilə sübut edirsən ki, 10 il etibarnamə ilə götürdüyün maşın sahibinə 6000 manat pul ödəmisən” sualı hakimin obyektiv olmayacağını göstərən sual deyil. Göstərilən sual iş üzrə halların araşdırılmasına yönəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özüözünə etiraz etməyə yalnız o halda yol verilir ki, etira zın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı 24 may 2021-ci il tarixli etiraz ərizəsinə hakimə sonradan etiraz etməyə səbəb olan əsasların ona işə baxılmağa başlanandan sonra məlum olması barədə hər hansı bir sübut da əlavə edilməmiş və işə baxan hakimin obyektivliyini şübhə altına alan əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.2 və 19.2.3-cü maddələrinə əsasən hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa və ya onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, o, işə baxılmasında iştirak edə bilməz və ona etiraz еdilə bilər. Qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, etiraz ərizəsində göstə rilən dəlillər öz təsdiqini tapmadığından müvafiq etiraz Azərbaycan Respublikası MPM-in 19.2.3-cü maddəsində nəzərdə tutulan halın tətbiqi üçün əsas deyildir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının sədrlik edən Kəngərli Rayon Məhkəməsinin hakimi X4 etdiyi etiraz təmin edilməməli və mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Kəngərli Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 19 və 22-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı Kəngərli Rayon Məhkəməsinin hakimi X4 etdiyi etiraz təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş eyni hakimin sədrliyi ilə baxılması üçün Kəngərli Rayon Məhkəməsinə q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar