Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-127/2022 05.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Şahbuz Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 08 sentyabr 2022-ci il tarixli, 2(090)-185/2022 nömrəli qərardadından Ərizəçi1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(090)-185/2022 nömrəli qərardadı ilə Ərizəçi1 və Ərizəçi2 qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçilərə geri qaytarılması, Ərizəçi2 tərəfindən Azərbaycan Respublikası Mər kəzi Bankının hökumət ödəniş portalı vasitəsi ilə 07 sentyabr 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun geri qaytarılması, Ərizəçi1 və Ərizəçi2 ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə biləcəyinin izah edilməsi qərara alınmışdır. İşin halları: 08 sentyabr 2022-ci ildə Şahbuz Rayon Məhkəməsinə Ərizəçi1 və X1 qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi daxil olmuşdur. Onlar ərizəsində X2 atasının Ərizəçi1, anasının isə Ərizəçi2 olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Şahbuz Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(090)-185/2022 nömrəli qərardadı ilə Ərizəçi1 və Ərizəçi2 qohumluq müna sibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçilərə geri qaytarılması, Ərizəçi2 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının hökumət ödəniş portalı vasitəsi ilə 07 sentyabr 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun geri qaytarılması, Ərizəçi1 və Ərizəçi2 ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə biləcəyinin izah edilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin həmin qərardadından narazı qalan Ərizəçi1 20 sentyabr 2022-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 2(090)-185/2022 nömrəli, 08 sentyabr 2022-ci il t arixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(090)-185/2022 nömrəli qərardadı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 08 sentyabr 2022-ci il tarixli, 2(090)-185/2022 nömrəli qərardadından Ərizəçi1 verdiyi şikayət əsaslı hesab edilməyərək, şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Mülki iş Ərizəçi1 şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 sen tyabr 2022-ci il tarixli qərardadı ilə Ərizəçi1 şikayəti mümkün hesab edilməklə mülki iş yazılı icraat qaydasında baxılması üçün 05 oktyabr 2022-ci ilə saat 14-30-a təyin edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Kollegiya tərəfindən mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Ərizəçi1 şikayəti MPM-in tələbinə əməl olunmadan səhvən icraata qəbul edilmişdir. Belə ki, kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə edilmiş əlavə və dəyişiklərə əsasən oktyabrın 1-dən qüv vəyə minmiş Azərbaycan Respublikası MPM-in 363.1.5-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Ərizəçi1 elektron informasiya sistemi vasitəsilə imzalanmış şikayət verməmiş, 20 sentyabr 2022-ci ildə imzaladığı apellyasiya şikayətini sifarişli poçt göndərişi (məktubu) ilə Şahbuz Rayon Məhkəməsinə göndərmişdir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda ərizəçi tərəfindən təqdim edilmiş apellyasiya şikayəti bu qaydaya riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası MPM-in 384.0.6-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən kollegiyanın 27 sentyabr 2022-ci il tarixli apellyasiya şikayətinin mümkün hesab edilməklə icraata qəbul edilməsinə dair qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 384.0.6-ci və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l ı r: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 08 sentyabr 2022-ci il tarixli, 2(090)-185/2022 nömrəli qərardadından Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli 2(108)-127/2022 nömrəli qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılaraq Şahbuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-127/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-127/2022
05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver