Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-128/2022 16.11.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində olan maneənin aradan qaldırılması və hasar divarının sökülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(078)-460/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. müəyyənetdi: İddiaçı 04 aprel 2022-ci il tarixdə torpaq sahəsində olan maneənin aradan qaldırılması və hasar divar ının sökülməsi tələbi barədə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 41 ünvanında yerləşən daşınmaz əmlakın (torpaq sahəsinin) 0.06 ha hissəsinin 59.7 m2 olan hissəsinə münasibətdə Cavabdeh tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 59.7 m2 olan hissəsində Cavabdeh tərəfindən tikilmiş hasar-divarın onun öz vəsaiti hesabına məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 41 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində tikilən mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evində yaşayır. Həmin torp aq sahəsinin ona məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmış və onun adına çıxarış verilmişdir. Lakin o, torpaq sahəsinin 59.7 m2 hissəsindən istifadə edə bilmir və həmin torpaq sahəsi qonşusu olan Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş və eyni zamanda qonşusu tərəfindən hasar divarı çəkilmişdir. Torpaq sahəsinin həmin hissəsindən heç bir halda istifadə edə bilmir. Torpaq sahəsinin 59.7 m2 olan hissəsi sadəcə kağız üzərində onun torpaq sahəsi olaraq görünsə də faktiki olaraq ondan qonşusu Cavabdeh istifadə edir. Dəfələrlə qonşusuna müraciət və xəbərdarlıq etsə də, bunun bir nəticəsi olmamış və son nəticədə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı 03 avqust 2022-ci il tarixdə iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə ilə məhkə məyə müraciət edərək iddiasında mübahisəli torpaq sahəsinin 59.7 m2 olduğunu qeyd etsə də, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən təqdim olunmuş mütəxəssis rəyinə əsasən cavabdeh tərəfindən qanunsuz istifadə olunan torpaq sahəsi 69 m2 olduğundan ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən G.X.Səfərəliyeva) 03 avqust 2022-ci il tarixli, 2(078)-460/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsinin 69 kv.m olan hissəsində Cavabdeh tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması,həmin torpaq sahəsinin 69 kv.m olan hissəsində Cavabdeh tərəfindən tikilmiş hasar-divarın Cavabdeh öz hesabına məcburi qaydada sökülməsi, iddiaçı tərəfindən ödənilmi ş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(078)-460/2022 nömrəli qətnaməsinin ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddia ərizəsi yalan üzərində qurulmuş, iddiaçının dediyi kimi o heç kimin torpağını zəbt etməmiş, iyirmi dörd il əvvəl möhrə divarı söküb yerində pirket divar hörmüş, həmin divarın hörülməsində iddiaçı iştirak etməmiş və divarın çəkilməsinə hər hansı bir pul vəsaiti xərcləməmiş, lakin iddiaçının iddia etməsinə görə divar çəkilən zaman Bakı şəhərində olmuş, digər izahatında isə divarın himinin özü tər əfindən qazılmasını göstərmişdir. İddiaçı keçən iyirmi dörd il ərzində torpaq sahəsinin zəbt olunması ilə bağlı hər hansı bir inzibati orqana, həmçinin məhkəməyə müraciət etməmişdir. Divarın köhnə yerindən tikilməsini onun yarım metrliyində 1960-cı illərdə tikilmiş hamamın fotoşəkilləri bir daha təsdiq edir. Bundan əlavə sağ divarla sol divarın arasındakı məsafə iyirmi metrdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin verdiyi yanlış rəy əsasında məhkəmə iddia tələbini təmin etmişdir. Halbuki həmin ölçülər köhnə dövrə deyil, yeni plan və ölçülər əsasında işlənməli idi. İddia tələbində 59.7 m2 olan hissəyə münasibətdə istifadə və sahibliyə edilmiş maneənin aradan qaldırılması tələb olunsa da, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsinin verdiyi izahata əsasən həmin ölçü dəyişilməklə 69.0 m2 müəyyən olunmuş, bu da xidmət tərəfindən ölçülərin düzgün aparıİmadığına dəlalət edən amildir. Möhrə divar altmış beş il əvvəl tikilmiş, onun yerində iyirmi dörd il bundan əvvəl pirketlə divar çəkilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4cü və 170.2-ci maddələrində qeyd olunan qonşuluq hüququ ilə bağlı normalar mülki iddia üzrə maddi hüquq norması kimi tətbiq edilmişdir. Həmin divarın çəkilməsi altmış beş il bundan əvvəl tikilmiş möhrənin yerində iyirmi dörd il bundan əvvəl pirketlə tikili aparıldığından 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin normalarına müraciət edilməli idi. Qüvvədə olmayan həmin məcəllədə qon şuluq hüququ ilə bağlı normalar mövcud olmamışdır. Birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına zidd) və əsassızdır (iş materialları ilə təkzib edilir). Apellyasiya şikayəti baxılması üçün 04 oktyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatına daxil olmuşdur Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(078)-460/2022 nömrəli qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(078)-460/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(078)-460/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci i nstansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayaraq, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən birinci instan siya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb iş üzrə gəldiyi nəticələrlə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Madd ə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahiblərinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir -birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Maddə 238.3. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpa q sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mü lki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ü mumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq birbirindən üstün olmadan qorunmalıdır. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılmas ı, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestri ndə qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarları). Göründüyü kimi, torpaq və mülki qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin h üquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. İş materiallarında olan: Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 41 nömrəli, 30.4 kv.m. fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/47 nömrəli reyestr kitabının 9128 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində olan 600 kv.m torpaq sahəsi və üzərində yerləşən, 1 m ərtəbəli 3 otaqlı 51.7 kv.m yaşayış, 19.5 kv.m qeyri-yaşayış, 13.2 kv.m köməkçi sahədən ibarət 43 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 558 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan şəhər 4№-li Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci tarixli, 01/0297 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər 4№-li Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci tarixli, 01/0302 nömrəli arayışdan görünür ki, cavabdeh Axundov X5 şəhər Ə.Qəmküsar küçəsi, ev 43 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Birinci instansiya məhkəməsi tərəfindən 31 may 2022-ci i l tarixdə İddiaçı, Cavabdeh, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 və mütəxəssis X1 iştirakları ilə mübahisəli ərazinin yerləşdiyi yerdə müayinə və tədqiq aparılmış, müayinə və tədqiq zamanı mübahisəli ünvana dair sənədlər əsasında mütəxəssis tərəfindən ölçmə işləri aparılaraq bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti "xxxx" MMC-nin Yerquluşu şöbəsinin rəisi tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, ünvan 5 ünvanlarına baxış keçirilmiş, ölçü işləri aparılarkən məlum olmuşdur ki, İddiaçı sənəd üzrə torpaq sahəsi 600 m2 olmasına baxmayaraq, faktiki istifadəsində 531 m2 torpaq sahəsi mövcuddur. Cavabdeh sənəd üzrə torp aq sahəsi 600 m2 olmasına baxmayaraq faktiki 669 m2 təşkil edir. Mübahisəli ərazi isə 69 m2 torpaq sahəsindən ibarətdir. Həmin mütəxəssis rəyinə ünvan 6 ünvanında yerləşən ərazinin koordinatlarını əks etdirən plan-ölçü sənədi əlavə edilmişdir. Verilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, sökülməsi tələb edilən hasar-divar İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Kollegiya qeyd edir ki. ünvan 7 ünvanında olan 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş çıxarışla təsdiq olunduğundan birinci instansiya məhkəməsi haqlı olaraq yerində müayinə və tədqiqin nəticələrinə əsasən tərtib edilmiş mütəxəssis rəyinə istinad edərək iddiaçının mülkiyyətində olan 600 m2 torpaq sahəsinin 69.0 m2 hissəsinin cavabdeh tərəfindən özbaşına tutulmasını (zəbt edilməsini) nəzərə alıb Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 41 ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsinin 69 m2 olan hissəsində Cavabdeh tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması və həmin hissədə cavabdeh tərəfindən tikilmiş hasar-divarın onun öz hesabına məcburi qaydada sökülməsi nəticəsinə gəlmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi heç kimin torpağını zəbt etməməsi, iyirmi dörd il əvvəl möhrə divarı söküb yerində pirket divar hörməsi, iddiaçının keçən iyirmi dörd il ərzində torpaq sahəsinin zəbt olunması ilə bağlı hər hansı bir inzibati orqana, həmçinin məhkəməyə müraciət etməməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, göstərilən ö lçüdə torpaq sahələri 2006-cı ildə cavabdehin, 2022-ci ildə isə iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh hasar çəkdiyi mübahisəli torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından aydın olur ki, iddiaçı mülkiyyəti kimi xx.xx.2022ci ildə qeydiyyata alınmış həmin torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Kollegiya cavabdehin həmçinin apellyasiya şikayətində göstərdiyi, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4- cü və 170.2-ci maddələrində qeyd olunan qonşuluq hüququ ilə bağlı normaların maddi hüquq norması kimi tətbiq edilməsi, həmin divarın çəkilməsi ilə əlaqədar (altmış beş il bundan əvvəl tikilmiş möhrənin yerində iyirmi dörd il bundan əvvəl pirketlə tikili aparıldığından) 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin normalarının tətbiq edilməli olması, qüvvədə olmayan həmin məcəllədə isə qonşuluq hüququ ilə bağlı normaların mövcud olmaması barədə dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlardan aydın olur ki, ünvan 8 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi xx.xx.2006-cı il tarixdə cavabdehin mülkiyyəti kimi, ünvan 9 ünvanında yerləşən 0.06 ha to rpaq sahəsi xx.xx.2022-ci il tarixdə iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllində düzgün olaraq hazırda qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi, iddia tələbində torpağın 59.7 m2 olan hissəsinə münasibətdə istifadə və sahibliyə edilmiş maneənin aradan qaldırılması tələb olunsa da, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xi dmətinin nümayəndəsinin verdiyi izahata əsasən həmin ölçünün dəyişilməklə 69.0 m2 müəyyən olunmasının Xidmət tərəfindən ölçülərin düzgün aparıİmadığına dəlalət edən amil olması barədə dəlilini müzakirə edərək əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək məhkəmə baxışı zamanı 03 avqust 2022-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdehə qarşı qaldırdığı iddiada mübahisəli torpaq sahəsinin 59.7 m2 olduğunu qeyd etdiyini, lakin mütəxəssis tərəfindən verilmiş rəyə əsasən cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin 69 m2 olduğuna görə ərizəsinin nəzərə alınmaqla qeyd olunan tələb çərçivəsində işə baxılmasını məhkəmədən xahiş etmişdir. Həmin ölçünün dəyişilməklə 69.0 m2 müəyyən olunmasının Xidmət tərəfindən ölçülərin düzgün aparıİmadığına dəlalət etməsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 59.7 m2 olan hissəsinin özb aşına tutulması (zəbt olunması) barədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən əvvəllər hər hansı məlumatın verilməsi iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü mаddəsinə əsasən qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irə li gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, maddi və prosessual hüquq normalarına düzgün əməl etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir.Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir, həmçinin işə kollegiyada baxılması zamanı qətnamənin ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş a pellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(078)-460/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 402.1, 403, 405.0.1, 406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsində olan maneənin aradan qaldırılması və hasar divarının sökülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(078)-460/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(078)-460/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnam ədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.