Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-13/2024 29.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək haqqından qanunsuz tutulma ilə bağlı vurulmuş zərərin ödənilməsi tələbi barədə Ordubad Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(080)-153/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ona vurduğu 1000 (min) manat dəyərində maddi və mediyasiya təşkilatına ödədiyi 50 manat dövlət rüsumunu ona qa ytarılması, həmçinin ona vurduğu 3000 manat dəyərində mənəvi zərərin və banka ödədiyi 50 manat dövlət rüsumunun, Ordubad-Naxçıvan, Naxçıvan-Ordubad marşurutuna, Naxçıvan şəhər daxili nəqliyyata da xərclədiyi 50 manatın,məhkəmə və notarius xərclərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin (hakim Tural Haqverdiyev) 2(080)-153/2023 nömrəli 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 30 dekabr 2022-ci il tarixli 71 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı 30 dekabr 2022-ci il üçün 1 (bir) günlük işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi, İddiaçı ilkin Mediasiya təşkilatında iştirak edilməsi ilə bağlı ödədiyi 50 manat dövlət rüsumunun Cav abdeh alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, X3 mənəvi zərərlə bağlı iddia tələbi üzrə ödədiyi dövlət rüsumu olan 50 manatın və nəqliyyat və notarus xərclərinin iddia rədd edildiyindən özünə aid edilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi ilə razılaşmayan Cavabdeh 22 noyabr 2023-cü il tarixdə apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(080)-153/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissələrdə ləğv edilməsi, iddia tələblərinin həmin hissələrdə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi iddianın təmin edilən hissələrində qanunsuz və əsassızdır. Aşağıdakı səbəblərə görə qətnamə həmin hissələrdə ləğv edilməli, iddia tələbləri tamamilə rədd edilməlidir. Məhkəmə tərəfindən iddia prosessual baxımdan düzgün yoxlanılmamış və qiymətləndirilməmişdir. Belə ki, iddiaçı tələblərini cavabdeh qismində yalnız ona qarşı yönəltmişdir. Halbuki, baxılan mübahisə əmək mübahisəsidir və iddiaçıya münasibətdə işəgötürən qismində direktor deyil, müəssisə çıxış edir. Belə mübahisələrdə yalnız direktora qarşı irəli sürülən iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbini pozmuş, nəticədə əsl cavabdeh prosesə cəlb olunmadığı halda iddianı qismən təmin etmişdir. Digər tərəfdən qətnamədən görünür ki, iddiaçının əmrin ləğvi və əməkhaqqının ödənilməsi barədə konkret tələbi yoxdur. İddia çı maddi və mənəvi ziyanı, mediasiya, nəqliyyat, məhkəmə və notarius xərclərini, bank rüsumunu tələb edir. Birinci instansiya məhkəməsi qətnamənin təsviri-əsaslandırıcı hissəsində (4-cü səhifə 3-cü abzas) iddianın həmin hissələrdə təmin edilməməli olduğunu qeyd edir. Elədirsə, məhkəmə iddiaçının tələbini dəqiqləşdirmədiyi halda, hansı hüquqi əsasla məktəbin əmrini ləğv etmiş və birgünlük əməkhaqqı ödənilməsini qət etmişdir?! İddianın mahiyyətinə gəldikdə də məhkəmə mübahisəni düzgün araşdırmamış, onun həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır – daha dəqiq desək ən vacib halları araşdırmamışdır. Bu hallar ondan ibarətdir ki, iddiaçı hansı səbəbdən həmin gün işə gəlməyib? Bu səbəb üzrlüdürmü? İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyi halda ona əməkhaqqı ödəni lməlidirmi? Bunun hüquqi əsası nədir? İşin araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə əvvəlcədən məlumat vermədən, icazə almadan işə gəlməmiş, əmək funksiyalarını icra etməmiş, bunun üzrlü səbəbləri barədə sonradan da heç bir mötəbər əsas təqdim etməmişdir. Məlum olduğu kimi musiqi məktəbinin müəllimləri saathesabı əməkhaqqı alırlar. Əmək Məcəlləsinin 154cü maddəsinə uyğun olaraq əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi əməkhaqqının ödənilməsi üçün “müvafiq iş vaxtı”nda “görülən iş” olmalıdır. Hazırkı halda isə işçi nə müvafiq iş vaxtında işdə olmuş, nə də vəzifə borcunu yerinə yetirmişdir. Mülki Prosessual Məcəlləyə uyğun olaraq apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388); Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir (maddə 390). Birinci instansiya məhkəməsinin qənaəti və yeganə dəlili ondan ibarətdir ki, işçidən izahat alınmayıbsa, ondan əməkhaqqı tutula bilməz. Əvvəla, məhkəmə nəzərə almamışd ır ki, işçi həmin gün zənglərə cavab verməmiş, sonradan işə gəldikdə isə izahat verməkdən yayınmışdır. Mediasiya təşkilatına ünvanladığımız sənəddən də bu aydın görünür. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, hazırkı halda mübahisə iddiaçının birgünlük əməkhaqqının tutulması ilə bağlı yaranmışdır. Əmək Məcəlləsinin 288-ci maddəsinə diqqət yetirsək həmin maddənin e) bəndi ilə müəyyən edilən “əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması”na dair mübahisə və həmin maddənin h) bəndi ilə müəyyən “işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi”nə dair mübahisələr fərdi əmək mübahisələrinin iki ayrı növüdür. Birinci instansiya məhkəməsi mübahisənin qiymətləndirməsində və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdi r. Tərəfimdən verilmiş əmrdə əsas məqsəd icra etmədiyi əmək funksiyasına görə işçiyə əsassız əməkhaqqı ödəməməkdir. Məktəb büdcə təşkilatıdır, ayrılmış əməkhaqqı fondunun əsassız istifadəsi məktəbin rəhbərliyi üçün məsuliyyət yaradır. Başqa sözlə burada məktəbin qorumaq istədiyi əsas qayda “əməkhaqqının ödənilməsi qaydaları”dır. Mübahisə də əmək qanunvericiliyinin işəgötürənə dəymiş, yaxud onun vurduğu ziyanla bağlı normalarına görə deyil, əməkhaqqının ödənilmə şərtlərini müəyyən edən normalarına görə həll edilməlidir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən mübahisə üzrə Əmək Məcəlləsinin 203-cü maddəsinin tətbiqi səhvdir. İşə gəlməmənin səbəbləri barədə iddiaçının izahatının olmaması onun birgünlük əməkhaqqının tutulmasını istisna etmir və icra etmədiyi əmək funksiyasın a görə iddiaçıya əməkhaqqı ödənilməsinə haqq qazandıra bilməz. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi əmək münasibətlərinin sabitliyi, işçi və işəgötürənin qarşılıqlı vəzifələrinin yerinə yetirilməsi baxımından olduqca uğursuz presedent yarada bilər. Yuxarıda göstərilən səbəblərdən idd iaçı əmək mübahisəsində haqsız olduğu üçün əlavə xərclərin, o cümlədən mediasiya təşkilatına ödənilən vəsaitin də direktordan tutulması əsassızdır. Qeyd olunanlara əsasən Ordubad Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(080)-153/2023 nömrəli qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Qarayev X4 Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(080)-153/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə baxışı iclaslarında iştirak etməmişdir. Cavabdeh 22 yanvar 2 024-cü il tarixdə kollegiyaya teleram göndərərək, xidməti işlərinin çoxluğu ilə əlaqədar xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxıb apelyasiya şikayətinin təmin edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Apellyasiya şikayətində göstərilir ki, belə mübahisələrdə yalnız direktora qarşı irə li sürülən iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbini pozmuş, nəticədə əsl cavabdeh prosesə cəlb olunmadığı halda iddianı qismən təmin etmişdir. Digər tərəfdən qətnamədən görünür ki, iddiaçının əmrin ləğvi və əməkhaqqının ödənilməsi barədə konkret tələbi yoxdur. Kollegiya həmin dəlilləri əsaslı hesab edərək qeyd edir ki,iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı olduğu halda iddia tələbindən kənara çıxılmaqla Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin 2(080)-153/2023 nömrəli 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 30 dekabr 2022-ci il tarixli 71 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı 30 dekabr 2022-ci il üçün 1 (bir) günlük işburaxma müddəti üçün orta əm ək haqqı ödənilməsi qət edilmişdir. Bununla da iddia tələbindən kənara çıxılmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəm ənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi əmək mübahisəsi ilə əlaqələndirildiyindən və işçi ilə işəgötürən müəssisə arasında olan münasibətlərə aid olduğundan iddia tələbinin müəssisənin rəhbərinə şəxs ən yönəldilməsi istisna olunur. Ona görə də Cavabdeh qarşı iddia tələbi üzrə iddiaçı subyektiv hüquqlara malik olmamışdır. Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 30 dekabr 2022-ci il tarixli 71 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı 30 dekabr 2022-ci il üçün 1 (bir) günlük işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi ilə bağlı konkret iddia tələbi olmadığından bununla bağlı apelyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyası hər hansı hüquqi münasibət bildirilməsini zəruri hesab etmir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, maddi və mənəvi zərərin vurulması ilə bağlı müvafiq sübutlar təqdim edilməmiş və iş materialında da həmin iddia tələbinin təmin edilməsi üçün sübutlar mövcud deyil. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təc rübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nətic əsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahi yyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edi lmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya Ordubad Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(080)153/2023 nömrəli qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə iddiaçı iə cavabdeh arasında müvafiq hüquqi münasibətdə olmamış, iddia tələbini təsdiq e dən sübutlar müəyyən edilməmiş, eləcə də mübahisələndirilən qətnamə üzrə iddia tələbindən kənara çıxılmışdır. Ordubad rayon mədəniyyət İdarəsinin Ordubad Şəhər uşaq Musiqi Məktəbinin 30 dekabr 2022-ci il il tarixli 71 nömrəli əmri ilə iddiaçı X6 qeyri müəyyən səbəbdən işə gəlmədiyindən 1 (bir) günlük 30 dekabr 2022-ci il tarixinə əmək haqqı hesablanması dayandırılmışdır. 30 dekabr 2022-ci il il tarixli akt ilə İddiaçı 30 dekabr 2022-ci il tarixdə qeyri müəyyən səbəbdən işdə iştirak etməməsi barədə akt tərtib edilmişdir. 06 sentyabr 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Ordubad Şəhər uşaq Musiqi Məktəbinin Direktor əvəzi X2 arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan gör ünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Naxçıvan Mediasiya təşkilatına müraciət etmiş, lakin mediasiya sessiyasının davam etdirilməsi mümkün olmamışdır. Hazırki mülki işdə iddiaçı Cavabdeh ona vurduğu 1000 (min) manat dəyərində maddi və mediyasiya təşkilatına ödədiyi 50 manat dövlət rüsumunu ona qaytarılması, həmçinin ona vurduğu 3000 manat dəyərində mənəvi zərərin və banka ödədiyi 50 manat dövlət rüsumunun, Ordubad-Naxçıvan, Naxçıvan-Ordubad marşurutuna, Naxçıvan şəhər daxili nəqliyyata da xərclədiyi 50 manatı da ona qaytarılması,məhkəmə və notarius xərclərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq iddianın qismən təmin edilməsi, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 30 dekabr 2022-ci il tarixli 71 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı 30 dekabr 2022-ci il üçün 1 (bir) günlük işburaxma müddəti üçün orta əmək haqqı ödənilməsi, İddiaçı ilkin Mediasiya təşkilatında iştirak edilməsi ilə bağlı ödədiyi 50 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Plenum Qərarına əsasən Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. Kollegiya hesab edir ki, Ordubad Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(080)-153/2023 qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olara q on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bütün sadalananları nəzərə alaraq kollegiya sonda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmək haqqından qanunsuz tutulma ilə bağlı vurulmuş zərərin ödənilməsi tələbi barədə Ordubad Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(080)153/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ordubad Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(080)-153/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. Gös tərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı əmək haqqından qanunsuz tutulma ilə bağlı vurulmuş zərərin ödənilməsi tələbi barədə Ordubad Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(080)-153/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Ordubad Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(080)-153/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-13/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-13/2024
29.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver