Məhkəmə qərarları › İş №2(108)-132/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-132/2022

14.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-132/2022 14.12.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı1, İddiaçı1 vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququ verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(078)-1179/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışında İddiaçı1 14 dekabr 2022-ci il tarixli ərizəsini kollegiyaya təqdim edərək Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)1179/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətdən imtina etdiyini bildirərək şikayətdən imtinanın qəbul edilməsini və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməsini kollegiyadan xahiş etdi. Apellyasiya baxış ında İddiaçı1 vəkili Vəkil da İddiaçı1 Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətdən imtina ilə bağlı ərizəsinin qəbul edilməsini və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməsini kollegiyadan xahiş etdi. Kollegiya İddiaçı1 apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar 14 dekabr 2022-ci il tarixli ərizəsini müzakirə edərək belə hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməlidir. Azərbaycan Rеspublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apеllyasiya şikayətindən imtina еtməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb оlur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apеllyasiya şikayəti vеrən şəxs apеllyasiy a instansiyası məhkəməsində qətnamə qəbul еdilənə kimi yazılı fоrmada оndan imtina еdə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinin tələbinə uyğun olaraq İddiaçı1 apellyasiya şikayətindən imtinasının rədd edilməsi üçün həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsasların olub-olmaması kollegiya tərəfindən yoxlanılmış və həmin maddədə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, İddiaçı1 apellyasiya şikayətindən imtinası qəbul edilərək şikayətdən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.6-cı maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılırsa və ya apellyasiya icraatına xitam verilirsə ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı1 apellyasiya şikayəti verərkən 07 yanvar 2022-ci il tarixdə Hökumət ödəniş portalı vasitəsi ilə ********* nömrəli hesaba +**********79 Asan nömrəsi ilə ödədiyi 50 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 20 21-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətindən İddiaçı1 imtinası qəbul edilsin və İddiaçı1 münasibətdə mülki işin apellyasiya icraatına xitam verilsin. İddiaçı1 apellyasiya şikayəti verərkən 07 yanvar 2022-ci il tarixdə Hökumət ödəniş portalı vasitəsi ilə ********* nömrəli hesaba +**********79 Asan nömrəsi ilə ödədiyi 50 (əlli) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar