Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-132/2024 02.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X6 və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(079)-191/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 29 iyun 2023-cü il tarixli AZL-28 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olunma anına 18 dekabr 2023-cü il tarixə 20098.49 manat əsas, 176.86 manat gecikdirilmiş mük afat, ümumilikdə 20275.35 manat borc və ödənilmiş 150.83 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(079)-191/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 20098.49 manat (iyirmi min doxsan səkkiz manat qırx doqquz qəpik) əsas, 143.07 manat (bir yüz qırx üç manat yeddi qəpik) mükafat borcu olmaqla, cəmi 20241.56 manat (iyirmi min iki yüz qırx bir manat əlli altı qəpik) pulun alınaraq İddiaçınə ödənilməsi, iddianın qalmış hissədə rədd edilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 150.57 manat (bir yüz əlli manat əlli yeddi qəpik) miqdarında dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmənin hə min qətnaməsi ilə razılaşmayan cavabdeh Əliyarov X5 Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verərək Babək Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(079)-191/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır, ona görə ki, müqavilənin 5.3-cü yarımbəndində lizinq alan tərəfindən lizinq obyektinin kasko sığorta etdirilmədiyi, “Daxili lizinq” müqaviləsi imzalandıqdan sonra 1 (bir) il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-dən çox olması halı istisna olm aqla, dəymiş zərərin 800 manat məbləğ dəyərində lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilməsi qeyd olunmuşdur. Lakin o, avtomobil üçün kasko sığorta ödənişini iddiaçıya verdiyi halda, avtomobilə dəyən zərərin 70%-dən artıq, hətta tamam yararsız vəziyyətdə olduğu halda belə, avtomobilə dəyən zərərin heç 70%-i keçmədiyi əsas gətirib müqavilənin şərtini yerinə yetirməkdən boyun qaçırdırlar. İddiaçı təşkilat öz servis xidmətində maşına baxıb yararsız olduğunu bildirirlər. Hal-hazırda kasko sığorta ödənişi üçün 800 manat məbləğində pul ödədiyi halda, ona kasko sığorta edilməsinə dair şəhadətnaməni də vermədikləri üçün məhkəməyə sənədi təqdim edə bilmir. Avtomobil ona satılarkən şirkət ondan satışdan əlavə olaraq kasko sığortası üçün 800 manat pul alaraq, avtomobili kasko sığorta etdirdiklərini bildirmişdir. Məhkəmə araşdırması dövrü isə məlum olmuşdur ki, belə bir sığorta mövcud deyil. Buradan da aydın görünür ki, İddiaçı onu aldatmış, ona qarşı vicdanlılıq nümayiş etdirməmişdir. O, dəyəri 25800 manat olan avtomobil üçün müqavilə bağlayaraq ilkin ödəniş 4500 manat olmaqla yerdə qalan 18700 manat məbləği 60 ay müddətində illik 16% həcmində ödəməli idi. Həmin məbləğdən isə aylar üzrə 520, 520, 516, 520 və 520 manat olmaqla ümumilikdə, 2600 manat ödəniş etmişdir. Bunlarla əlavə olaraq 800 manat kasko sığortası ondan alınmışdır. Bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin iş üzrə məhkəmə araşdırması zamanı da aydın görünür ki, baş vermiş yol nəqliyyat h adisəsi nəticəsində nəqliyyat vasitəsinin yararlı-yararsız olması (neçə faiz yararlı və yararsız) barədə heç bir akt, ekspert rəyi yoxdur. Belə olan halda məhkəmə avtomobilə dəyən zərərin 70%-dən artıq, hətta tamam yararsız vəziyyətdə olmasını nə ilə təsdiq etdi ki, iddiaçının əsassız tələbini təmin etdi. İş üzrə məhkəmə araşdırılmasında avtomobilə dəyən zərərin 70%-dən artıq, hətta tamam yararsız vəziyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir, o yalnız iddiaçı şirkətin tələbidir. Məhkəmə isə heç bir sübut olmadan, araşdırma aparmadan yalnız iddiaçının mövqeyini müdafiə edərək nəticəyə gəlmişdir. Məhkəmə avtomobilin tam yararsız vəziyyətdə olub-olmamasını mübahisələndirdiyini, lakin bu halı təsdiq edən sübut təqdim etmədiyini qətnamədə göstərir. O, iddiaçının servisi ndə olan avtomobilin yaxınlığına buraxılmadığı halda necə məhkəməyə sübut təqdim edə bilərdi. Hər bir halda iddiaçı iddiasını sübut edən mötəbər sübutu məhkəməyə təqdim etməli idi. Lakin bir daha qeyd edir ki, həmin sübut mövcud olmamış, məhkəmə isə araşdırma aparmamışdır. Həmçinin qeyd edərək bildirir ki, ümumiyyətlə iddiaçı tərəfindən məhkəmə qarşısında irəli sürülmüş tələb düzgün əsaslandırılmamışdır. Bir daha hörmətli kollegiyanın nəzərinə çatdırır ki, nəqliyyat vasitəsini kasko sığorta etdirdiyi halda, dəymiş zərərin əvəzinin ödənilməsini iddiaçı həyata keçirmir və əsassız və qanunsuz halda məhkəmədə ona 20241.56 manat borc və 150.57 manat dövlət rüsumu kəsilib. Hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparma dan qətnamə qəbul etmişdir. Beləliklə də, Babək Rayon Məhkəməsi işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Beləliklə də, məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarını nəzərə almadığından iddiaçının iddiasını əsassız olaraq təmin etmişdir. Nəticə etibarı ilə də iş üzrə materiallar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyator sonda Babək Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(079)191/2024 nömrəli qətnaməsininin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmi ş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 329.1, 329.2, 385.1, 425.1, 443.7, 445.2, 445.3, 445.5, 458.1, 458.2, 556.1, 560.1, 560.2, 748-6.1, 748-11.1, 748-11.2 və 1091.1-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, Cavabdeh apellyasiya şikayətində müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş “Chevrolet Cobalt” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC tərəfindən kasko sığorta olduğunu bilmişdir. Lizinq obyekti “Chevrolet Cobalt” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 25800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 16 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 517.97 manat, ümumilikdə isə 35578 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin lizinq obyektini zədələnməsi ilə bağlı risklərin bölüşdürülməsi müqavilənin 5-ci bəndində öz əksini tapmışdır. Belə ki, “Daxili lizinq” müqaviləsinin 5.3-cü bəndinə əsasən “tərəflər razılaşır ki, “Daxili lizinq” müqaviləsi imzalandıqdan 1 (bir) il ərzində lizinq obyekti olan avtomobil zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyəri nin 70%-indən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 (səkkiz yüz) manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Lizinq obyekti olan “Chevrolet Cobalt” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 dekabr 2023 -cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən də iddia ərizəsi üzrə borc tələbi müqavilənin 5.4.2-ci bəndinə əsasən qaldırılmışdır. Cavabdeh apellyasiya şikayətində əsaslandırdığı hallar iş materiallarında olan sənədlərlə ziddiyət təşkil edir. Belə ki, iş materiallarında servis mərkəzi tərəfindən tərtib olmuş qüsur aktı olduğu halda cavabdeh məhkəmənin işə heç bir sübut olmadan, araşdırma aparmadan yalnız iddiaçının mövqeyini müdafiyə edərək qətnamə qəbul etdiyini qeyd etmişdir. Həmçinin qeyd etmək istəyirlər ki, Cavabdeh məhkəmə iclaslarında iştirak edərək izahat vermiş, proses dövründə şikayətdə qeyd edilən hallarla bağlı məhkəməyə etiraz, ərizə və ya vəsatət verməmiş, izahatında avtomobilin yararsız vəziyyətdə olduğunu etiraf etmişdir. Hesab edirlər ki, cavabdehin sonradan apellyasiya şikayəti verməkdə məqsədi məsuliyyətdən yayınmaq və borcun ödənilməsini gecikdirməkdir. İddiaçı sonda yuxarıda qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsi və Babək Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli e-2(079)-191/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmiş, etirazının hüququ əsası kimi “Daxili lizinq” müqaviləsinin 4.4.2, 5.1, 9.1, 10.5-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.2.1, 448.2, 747.1, 748-1.8, 748-1.9, 748-1.12, 748-7.1, 748-7.11-ci maddələrinə istinad etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə İddiaçı nümayəndəsi və Cavabd eh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı nümayəndəsinin və cavabdehin iştiraklı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələn dirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət veril məsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, mülki iş üzrə toplanmış sübutların tədqiqindən aydın olur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında daxili lizinq müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavədən məlum olur ki, daxili lizinq müqaviləsinin obyekti ümumi dəyəri 25800 manat olan «CHEVROLET COBALT» LTZ markalı minik avtomobili olmuş, daxili lizinq müqaviləsinə xx.xx.2023-cü il tarixli 2 nömrəli əlavə - təhvil-təslim aktından isə belə məlum olur ki, 25800 manat dəyərində olan göy metal rəngli lizinq obyekti İddiaçı tərəfindən lizinq alan Cavabdeh təqdim edilmiş, xx.xx.2023-cü il tarixli etibarnamədən iddiaçı tərəfindən tərəflər arasında bağlanmı ş daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş nəqliyyat vasitəsinin X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində idarə etməyə səlahiyyət verilmişdir. Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən aydın olur ki, orada qeyd olunmuş ödəniş cədvəli daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olmuş, həmin ödəniş cədvəlinə görə lizinq alanın öhdəliyi xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci ilədək əsas məbləğ və mükafat məbləğindən ibarət olan 517.97 manat, sonuncu ay isə 518.00 manat məbləğində ödənişi 60 ay ərzində lizinq verənə ödəmək olmuşdur. xx.xx.2023-cü il tarixli elektron tənbeh vermə haqqında qərardan X4 barəsində xx.xx.2023-cü il tarixdə, saat 03:00-da Xaçmaz- Bakı ödənişli yolunda “Chevrolet Cobalt” LTZ markalı, ** AE *** dö vlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi müəyyən olunmuş, xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş aktda “Chevrolet Cobalt” LTZ markalı, ** AE *** dövlət nömrə nişanlı avtomobilin servis mərkəzində ilkin texniki baxışı zamanı avtomobilin həmin avtoqəza nəticəsində təmir üçün tam yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli aktda həmin tarixdə “Chevrolet Cobalt” LTZ markalı, ** AE *** dövlət nömrə nişanlı avtomobilin təhvil-təsliminin aparılması zamanı nəqliyyat vasitəsinin evakuatorla qəzalı vəziyyətdə gətirilərək lizinq verənə təhvil verildiyi qeyd olunmuşdu r. Müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi ilə tərəflər aşağıda qeyd olunan şərtlər barədə razılığa gəlmişlər: - Müqavilənin predmeti adlanan 1-ci maddəyə görə bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq obyekti lizinq alan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 25800 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 4500 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdə sinə götürür. Ödənilmiş 4500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 16% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparır. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. - Müqavilənin 2-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən bu Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq alan tərəfindən bu Müqavilə itə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra l izinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Lizinq obyektinin lizinq alana keçməsi lizinq alan və lizinq verən arasında bağlanmış Mülkiyyət hüququnun keçməsi barədə akt əsasında həyata keçirilir. Lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. - Müqavilənin 4.4-cü bəndinin müvafiq yarımbəndlərinə əsasən lizinq alanın vəzifələrinə lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək; lizinq obyektinin faktiki istif adə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək; lizinq obyektini lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq, öz vəsaiti hesabına, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari sığortalamaq. - Müqavilənin 5.3-cü yarımbəndinə əsasən lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, "Daxili Lizinq" müqaviləsi imzalandıqdan sonra 1 (bir) il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-indən çox olması halı istisna olmaqla, dəymiş zərəri n 800 (səkkiz yüz) manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. - Müqavilənin 5.4-cü yarımbəndinə əsasən lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək hərəkətlərdən birini dərhal həyata keçirməlidir. - Müqavilənin 6.1-ci yarımbəndinə əsasən tərəflər razılaşırlar ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına "Daxili Lizinq" müqaviləsi imzalandıqdan 1 (bir) il sonra zədələnmə, korlanma, məhv olunma, talanma və oğurlanma risklərindən "Daxili Lizinq" müqaviləsinin müddəti haşa çatanadək sığortalanmalıdır. Həmçinin iş materialları ilə o da müəyyən edilmişdir ki, mülki iş üzrə birinci instansiya məhkəməsində 06 mart 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü əsasında iş materiallarında mövcud olan daxili lizinq müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış və ödəniş qrafiki əsasında xx.xx.2023-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq alan tərəfindən xx.xx.2023-cü il tarixə qədər ödənilməli olan əsas borc və mükafat məbləği, həmçinin lizinq alan tərəfindən ödənilmiş olan əsas borc və mükafatın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 aprel 2024-cü il tarixli, 350 n ömrəli rəyi ilə təqdim olunmuş hesabdan çıxarış məlumatları və 29 iyun 2023-cü il tarixli, AZL-28 saylı daxili lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, İddiaçı MMC-yə lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcunun 20119,81 (iyirmi min yüz on doqquz manat səksən bir qəpik) manat, mükafat (faiz) borcunun 143,07 (bir yüz qırx üç manat yeddi qəpik) manat olmaqla, ümumilikdə 20262,88 (iyirmi min iki yüz altmış iki manat səksən səkkiz qəpik) manat təşkil etdiyi, lizinq alan tərəfindən xx.xx.2023-cü il tarixə qədər ümumilikdə 2596,00 manat məbləğində ödəniş aparıldığı, həmin məbləğin 1180,19 manatının əsas borca, 1415,81 manatının isə faiz (mükafat) borcuna silindiyi nəticəsinə gəlinmişdir. Beləliklə, mülki işin yuxarıda sadalanan təqdim edilmi ş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2023-cü il tarixli AZL-28 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9PA039928 ban, göy metallik rəngli avtomobil 25800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmiş, “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 16% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 517.97 manat, ümumilikdə isə 35578 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüş, Cavabdeh müvəqqəti istifadəsin ə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 dekabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində istifadəyə yararsız vəziyyətə düşmüşdür. Mülki iş üzrə tədqiq olunmuş yuxarıda istinad olunan sübutlar işin mübahisəsiz hallarını özündə əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından göründüyü kimi tərəflər aralarında bağlanmış m üqavilə ilə razılığa gəlmişlər ki, lizinq verənin əsas öhdəliyi əmlakı lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermək, lizinq alanın əsas öhdəliyi isə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməkdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-ci il tarixli təhvil-təslim aktında tərəflər təchiz ediləcək “Chevrolet Cobalt” LTZ markalı avtomobilin dəyərinin 25800 manat təşkil edəcəyinə dair razılaşmışlar. Həmin tarixli satıcı, lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil təslim aktı ilə alıcı lizinq obyektini tam həcmdə, tələb olunan keyfiyyətlə, tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə satıcı tərəfindən alıcının müvəqqəti sahibliyinə təhvil verilməsini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli elektron tənbeh vermə haqqınd a qərardan X4 barəsində xx.xx.2023- cü il tarixdə, saat 03:00-da Xaçmaz-Bakı ödənişli yolunda “Chevrolet Cobalt” LTZ markalı, **-AE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi müəyyən olunmuşdur. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2023-cü il tarixli aktda həmin tarixdə “Chevrolet Cobalt” LTZ markalı, 77AE585 dövlət nömrə nişanlı avtomobilin təhviltəsliminin aparılması zamanı nəqliyyat vasitəsinin evakuatorla qəzalı vəziyyətdə gətirilərək lizinq verənə təhvil verildiyi, həmçinin xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş aktda “Chevrolet Cobalt” LTZ markalı, **-AE -*** dövlət nömrə nişanlı avtomobilin servis mərkəzində ilkin texniki baxışı zamanı təmir üçün tam yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü yarımbəndinə əsasən lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək hərəkətlərdən birini dərhal həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.5 və 390.6-ci maddələrinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflər in razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ö dənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərarında qeyd olun muşdur ki, “... lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər”. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya hesab edir ki, hazırki vəziyyətdə öhdəlik münasibətləri mülki iş tərəflər arasında bağlanmış müqavilə münasibətlərindən irəli gəlmişdir. Lizinq obyekti onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdüyündən lizinq alan lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləğini isə məhv olma anına hesablanmaqla ödəmək öhdəliyini daşıyır. İddiaçı təşkilat tərəfindən təqdim olunmuş arayışda q eyd olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 20098.49, mükafat borcu 176.86 manat olmaqla, cəmi 20275.35 manat təşkil edir. Müqavilə şərtlərinə əsasən tərəflərin razılaşmasına görə avtomobil tam yararsız vəziyyətə düşdükdə, lizinq alan lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləğini isə məhv olma anına ödəməlidir və ya analoji əmlakı lizinq verənin mülkiyyətinə rəsmiləşdirməlidir. Cavabdeh isə qeyd olunan öhdəliyini icra etməmiş, buna səbəb kimi apellyasiya şikayətinin dəlillərində “...müqavilənin 5.3-cü yarımbəndində lizinq alan tərəfindən lizinq obyektinin kasko sığorta etdirilmədiyini, “Daxili lizinq” müqaviləsi imzalandıqdan sonra 1 (bir) il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-dən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 manat məbləğ dəyərində lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilməsinin qeyd olunduğunu, lakin onun avtomobil üçün kasko sığorta ödənişini iddiaçıya verdiyi halda, avtomobilə dəyən zərərin 70%-dən artıq, hətta tamam yararsız vəziyyətdə olduğu halda belə, avtomobilə dəyən zərərin heç 70%-i keçmədiyini əsas gətirərək müqavilənin şərtini yerinə yetirməkdən boyun qaçırdıqlarını, iddiaçı təşkilatın öz servis xidmətində maşına baxıb yararsız olduğunu bildirdiklərini, halhazırda kasko sığor ta ödənişi üçün 800 manat məbləğində pul ödədiyi halda, ona kasko sığorta edilməsinə dair şəhadətnaməni də vermədikləri üçün məhkəməyə sənədi təqdim edə bilmədiyini, avtomobil ona satılarkən şirkət ondan satışdan əlavə olaraq kasko sığortası üçün 800 manat pul alaraq, avtomobili kasko sığorta etdirdiklərini bildirdiyini, məhkəmə araşdırması dövrü isə belə bir sığortanın mövcud olmadığının məlum olduğunu, buradan da İddiaçı onu aldatdığı, ona qarşı vicdanlılıq nümayiş etdirmədiyinin aydın olduğunu, onun dəyəri 25800 manat olan avtomobil üçün müqavilə bağlayaraq ilkin ödəniş 4500 manat olmaqla yerdə qalan 18700 manat məbləği 60 ay müddətində illik 16% həcmində ödəməli olduğunu, həmin məbləğdən isə aylar üzrə 520, 520, 516, 520 və 520 manat olmaqla ümumilikdə, 2600 manat ödəniş etdiyini, bunl arla əlavə olaraq 800 manat kasko sığortasının ondan alındığını, bütün bu halların məhkəmə tərəfindən araşdırılmadığını” qeyd etmişdir ki, kollegiya göstərilən bu dəlilləri əsassız sayır və qeyd edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Belə ki, cavabdeh bu dəlilinin əsası kimi “kasko sığorta ödənişi üçün 800 manat məbləğində pul ödədiyi halda, ona kasko sığorta edilməsinə dair şəhadətnaməni də vermədikləri üçün məhkəməyə sənədi təqdim edə bilmədiyini, avtomobilin ona satılarkən şirkətin ondan satışdan əlavə olaraq kasko sığortası üçün 800 manat pul alaraq, avtomobili kasko sığorta etdirdiklərini bildirdiyini” qeyd etmişdir ki, kollegiya bununla ba ğlı bildirir ki, birinci instansiya məhkəməsində cavabdehin lizinq müqaviləsi bağlanarkən lizinq obyektinin kasko sığorta növü üzrə sığorta etdirilməsi ilə bağlı dəlilinin araşdırılması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinə məhkəmə tərəfindən sorğu ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, “avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası” sinfini əhatə edən sığorta növü (kasko) üzrə fəaliyyət göstərməyə icazəsi olan (müraciətdə qeyd olunan yon-nəqliyyat hadisəsinin ba ş verdiyi dövrə uyğun) sığortaçılara aidiyyəti sorğular ünvanlanmış, sığortaçılar tərəfindən 18 dekabr 2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi dövründə “Chevrolet Cobalt” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müvafiq sığorta növü üzrə sığortalanmamış və hər hansı bir sığorta ödənişi həyata keçirilməmişdir. Kollegiya qeyd edir ki, istər birinci instansiya məhkəməsində icraat zamanı, istərsə də apellyasiya baxışı zamanı cavabdeh tərəfindən avtomobilin kasko sığorta olunmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki tərəflər lizinq müqaviləsinin 4.4 və 4.4.2-ci bəndinə əsasən lizinq alanın lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək vəzifəsinin olduğu, 5.1-ci bəndinə əs asən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qoruması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alanın daşıdığı barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 425-ci maddəsində də qeyd olunur ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla və lazımınca yerinə yetirmələridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəfləri n razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “...baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinin yararlı-yararsız olması (neçə faiz yararlı və yararsız) barədə heç bir akt, ekspert rəyi olmadığına, belə olan halda məhkəmənin avtomobilə dəyən zərərin 70%-dən artıq, hətta tamam yararsız vəziyyətdə olmasını nə ilə təsdiq etdiyinə, iş üzrə məhkəmə araşdırılmasında avtomobilə dəyən zərərin 70%-dən artıq, hətta tamam yararsız vəziyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübutun mövcud olmadığına, məhkəmənin heç bir sübut olmadan, araşdırma aparmadan yalnız iddiaçının mövqeyini müdafiə edərək nəticəyə gəldiyinə, onun iddiaçının servisində olan avtomobilin yaxınlığına buraxılmadığı halda necə məhkəməyə sübut təqdim edə biləcəyinə, hər bir halda iddiaçının iddiasını sübut edən mötəbər sübutu məhkəməyə təqdim etməli olduğuna, lakin həmin sübutun mövcud olmadığına” dair göstərdiyi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi göstərdiyi bu dəlil əsaslı sayıla bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə “Chevrolet” servisdə tərtib edilmiş aktdan da aydın olur ki, “Chevrolet Cobalt” LTZ markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobilin servis mərkəzində ilkin texniki baxışı aparılmış, avtomobilin həmin avtoqəza nəticəsində təmir üçün tam yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlilləri əsasında iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə təqdim olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, həmin maddənin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya mülki işin apellyasi ya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci m addəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bütün yuxarıda sadalananları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi t ələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(079)-191/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(079)-191/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 27 may 2024-cü il tari xli, e-2(079)-191/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(079)-191/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-132/2024
Ali Məhkəmə Qətnamə — İş №2(108)-132/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver