Məhkəmə qərarları › İş №2(108)-133/2022

Ali Məhkəmə Qərardad — İş №2(108)-133/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-133/2022 02.11.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 914,82 manat məbləğində icra ödənişinin, 653,42 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,68 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadı ilə iddia ərizəsinə iddia məbləği 5000 manatdan az olduğundan kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, iş materiallarında olan sübutlar əsasında işə baxılması mümkün hesab edilmədiyindən işə iddia icraatı qaydasında baxılması barədə xx.xx.2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardad qəbul edilmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul t ələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə şikayət verərək Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətə Şərur Rayon Məhkəməsi tərəfindən 07 oktyabr 2022-ci il tarixdə baxılmış və şikayət təmin olunmadığından iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmiş və kollegiyanın 18 oktyabr 2022-ci il tarixli, 2(108)-133/2022 nömrəli qərardadı ilə mülki işə 02 noyabr 2022-ci il tarixində, saat 0930-da yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə şikayətində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-9664/2014 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 24.374,20 ABŞ dolları məbləğində əsas borc, 1.231,71 ABŞ dolları məbləğində faiz borcu, 51 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 25.656,91 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ASC-nin xeyrinə verilməsi, tələbin Cavabdeh məxsus «Kia Sportage» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yön əldilməsi, həmin avtomobilin açıq hərracda satılması, ipoteka predmeti olan «Kia Sportage» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı ASC-yə ödənilməli olan borc və dövlət rüsumlarının əvəzinin ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Sumqayıt şəhər İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh məxsus «Kia Sportage» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən, hərrac təşkilatçısı "xxxx" MMC-nin 17 yanvar 2022-ci il tarixli 636/21 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43. 7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus «Kia Sportage» markalı, ağ metal rəngli, 2013-cü il buraxılışı olan **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 19 yanvar 2022-ci il tarixli 636/21 nömrəli hesab-fakturasında Cavabdeh məxsus avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 553,75 (beş yüz əlli üç manat yetmiş beş qəpik) manat məbləğində xidmət haqqı və 99,67 (doxsan doqquz manat altmış yeddi qəpik) manat məbləğində vergi ödənişinin (18 % ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ASC tərəfindən X1 hesabına 914,82 (doqquz yüz on dörd manat səksən iki qəpik) manat məbləğində məhkəmə ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 653,42 (altı yüz əlli üç mana t qırx iki qəpik) manat məbləğində hərracın keçirilməsi xərci və 914,82 (doqquz yüz on dörd manat səksən iki qəpik) manat məbləğində icra ödənişi borclunun əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Belə ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçi rilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə istinad edərək iş üzrə icraata xitam verməklə iddiaçının təkrar məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır, hansı ki, bu yolverilməzdir, belə ki, müxtəlif tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə; eyni tərəflər arasında, eyni predmet haqqında və başqa əsaslar üzrə mübahisəyə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsi mümkündür. İş materiallarından göründüyü kimi, həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilməli olduğu halda, tələbkar Bank tərəfindən ödənilmişdir, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9964/2014 nömrəli qət naməsi 8 ilə yaxın müddət ərzində tam icra edilməmişdir və icra icraatına xitam verilməmişdir. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qət edilən məbləği vaxtında banka qaytarmamaqla banka maddi ziyan vurmuş, bankın kredit məbləğini borcludan vaxtında qəbul edib onu yeni kredit müqaviləsinə əsasən başqa şəxsə verərək qanunla müəyyən edilmiş qaydada gəlir əldə edə bilmək imkanından məhrum etmişdir. Məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 914,82 (doqquz yüz on dörd manat səksən iki qəpik) manat məbləğində icra ödənişi, 653,42 (altı yüz əlli üç manat qırx iki qəpik) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,68 (otuz beş mana t altmış səkkiz qəpik) AZN manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmiş, lakin Şərur Rayon Məhkəməsi 22 sentyabr 2022-ci il tarixli, e2(110)-403/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam vermişdir. Məhkəmə tələbkar tərəfindən təqdim edilən iş üçün əhəmiyyətli olan sübutları, yəni 10 fevral 2022-ci il tarixli, ********* nömrəli, 10 fevral 2022-ci il tarixli, ********* nömrəli, 10 fevral 2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırqlarını, araşdırmamış, işdə olan sübutlara ümumiyyətlə qiymət verməmiş, icra icraatına xitam verilib verilməməsini aydınlaşdırmaq üçün ən azı sorğu ilə müvafiq orqana müraciət etməli olduğu halda bunu etməmiş, iş materiallarından göründüyü kimi qərardad qəbul edərkən sübütları n qiymətləndirilməsinə səthi yanaşmışdır. İddiaçının nümayəndəsi şikayətində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci, Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 14.2-ci, 88-ci və 262.4-cü maddələrinə və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsaslanmışdır. Şikayətə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 -ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün izahat və sübutların bildirişdə göstərilən tarixədək təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübut və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə şikayətində göstərdiyi dəlilləri mülki işin materialları ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İddia ərizəsindən, mülki işin digər materiallarından, eləcə də verilmiş şikayətdən aydın olur ki Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-9664/2014 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 24.374,20 ABŞ dolları məbləğində əsas borc, 1.231,71 ABŞ dolları məbləğində faiz borcu, 51 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 25.656,91 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra ol unduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi, tələbin Cavabdeh məxsus «Kia Sportage» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, ipoteka predmeti olan «Kia Sportage» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı ASC-yə ödənilməli olan borc və dövlət rüsumlarının əvəzinin ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Məcburi icra tədbirləri zamanı Sumqayıt şəhər İcra idarəsi tərəfindən Cavabdeh məxsus «Kia Sport age» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərracda satışa çıxarılmışdır. İş materiallarında olan hərracın keçirilməsinə dair 19 noyabr 2021-ci il tarixli 636/21 nömrəli və 17 dekabr 2021-ci il tarixli 636/21 nömrəli hərrac bildirişlərindən görünür ki, hərraca çıxarılmış borclu Cavabdeh məxsus «Kia Sportage» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil iki dəfə hərraca çıxarılmış, təkrar hərrac vasitəsi ilə də satılmadığından “İpoteka haqqında Azərbaycan Respublikasının qanununun 43.7-1 maddəsinə əsasən tələbkara təklif edilmiş və 17 yanvar 2022-ci il tarixli 636/21 nömrəli Protokol əsasında ipoteka predmeti ipoteka saxlayan İddiaçı ASC tərəfindən alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 2 4 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində pozulmuş hüquq və azadlıqların qorunmasına, həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən etmişdir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə b axmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş şəxslərin, notariusların icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası ilə bağlı borclunun hesabından tutulan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 74.1. İcra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəl cə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Maddə 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Maddə 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı olan pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Maddə 85.1. İcra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tət biq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda icra məmuru müvafiq qərar qəbul edir. Maddə 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Maddələr 79.2.1 və 79.2.5. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanılmasına və satılmasına, icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə və s. sərf edilən vəsaitlər aiddir. İcra hərəkətlərinin həyata keçiriməsi ilə bağlı xərclərin ödənilməsi qaydasını müəyyən edən “İcra haqqında” Azərbaycan R espublikası Qanununun 81-ci maddəsində göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür.(maddə 81.1) İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. (maddə 81.4).Tərəflər bu qanunun 81.4-cü maddəsində nəzərdə tutulmuş qərarın surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.(maddə 81.5). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 74.3. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Maddə 47.2.4. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi bu Qanunun 47.2.1-47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə yönəldilir. Maddə 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yö nəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqı nda” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə Həmin Qanunun 4.1.4-ci maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi, 5-ci maddəsində isə ipoteka saxlayanın əlavə xərclərinin ipoteka ilə təmin edilməsi müəyyən edilmişdir. Şərur Rayon Məhkəməsi mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edərkən gəldiyi nəticəni Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 81.1 və “İpoteka haqqında” Qanununun 41.2 və 47.2-ci maddələri ilə əsaslandıraraq hesab etmişdir ki, həmin Qanunlara müvafiq olaraq icra ödənişlərinin icra icraatı prosesində borcludan tutulması nəzərdə tutulduğundan hərrac keçirilən zaman çəkilmiş xərclərin tutulması icr a məmurunun səlahiyyətinə aiddir və icra mərhələsində öz həllini tapmalıdır. Məhkəmə qəbul etdiyi qərardadda həmçinin göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9964/2014 nömrəli qətnaməsi icraya yönəldilmiş və tutma predmeti olan “Kia Sportage” markalı 99- FN720 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılmışdır. İcra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin borcludan tutulması üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İş üzrə icra sənədi üzrə icraata xitam verilib-verilməməsi ilə bağlı sənədin məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunsa da bununla bağlı iddiaçı heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçıya izah etmişdir ki, icraata xitam verilməyibsə, bu halda qeyd olunan xərclərin icra məmuru tərəfindən borcludan tut ulmasını tələb etmək, icra xərclərinin borcludan tutulmadan icra üzrə icraata xitam verildiyi təqdirdə isə icraata xitam verilməsi haqqında icra məmurunun qərarını məhkəmədə mübahisələndirmək hüququna malikdir. İddiaçının nümayəndəsinin şikayətdə göstərdiklərindən aydın olur ki, qətnamənin icrası mərhələsində icra üzrə icraata xitam verilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki,məhkəmə haqlı olaraq işin məhkəmədə baxılmalı olmaması əsasına görə icraata xitam vermişdir, belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Kollegiya yuxarıda sadalanan hüquq normalarının təhlilindən belə nəticəyə gəlir ki,qanunverici icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar xərclərin ödənilməsi qaydasını müəyyən edərkən həmin xərclərin icra icraatı çərçivəsində icra məmurunun qərarı əsasında borcludan tutulmasını təsbit etmişdir. Ona görə də iddiaçının tələbində göstərdiyi icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsinə aid məsələyə mülki mühakimə icraatı qaydasında məhkəmədə deyil, icra hərəkətləri qaydasında icra icraatında baxılmalıdır. “X2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, MPM-nin 153.2.1 və 261.0.1ci maddələrinə müvafiq olaraq ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizəsinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut eyni zamanda tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmədiyindən şikayət təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 22. 09. 2022-ci il tarixli e-2(110)-403/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397.2, 398.0.1, 400, 402.2.4-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: Şərur Rayon Məhkəməsin in 22 sentyabr 2022-ci il tarixli, e-2(110)-403/2022 saylı qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar