Məhkəmə qərarları › İş №2(108)-134/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-134/2022

03.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-134/2022 03.11.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2(078)-1066/2022 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil 26 sentyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən İddiaçı tam mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması, həmin fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2(078)-1066/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və fərdi yaşayış evindən məcburi çıxarılma tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı vəkil və nümayəndəsi Vəkil 11 oktyabr 2022-ci il tarixdə şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2(078)-1066/2022 nömrəli qərardadının ləğv edilməsini, 2(078)1066/2022 saylı mülki işin iddia ərizəsinin məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilməklə icraata qəbul edilməsi, iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməklə məhkəmə hazırlıq iclası təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin şikayətə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 12 oktyabr 2022-ci il tarixdə baxılmış və verilmiş şikayət əsaslı hesab edilmədiyindən şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. İddiaçı vəkil və nümayəndəsi Vəkil şikayəti onunla əsaslandırmışdır ki, tərəflərindən qaldırılmış iddia hazırda mübahisələndirilən müvafiq qərardadla Naxçıvan Şəhər Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsinin səlahiyyətli olmayan şəxs tərəfindən imzalanmadığı üçün geri qaytardığını müvafiq qərardadda qeyd etmişdir. Bununla razılaşmırlar. Belə ki, iddia ərizəsinə əlavə olunmuş etibarnamə Türkiyə Respublikasında verilmiş və eyni zamanda qanuna müvafiq olaraq təsdiq olunmuşdur. Həmin etibarnamənin tərcüməsindən də aydın olur ki, etibarnamə verən şəxs “imza” səlahiyyətini də məhz etibar etdiyi şəxsə, yəni ona bu səlahiyyəti vermişdir. Etibarnamənin tərcüməsinin 4-cü abzasında “iddia açmaq”, həmçinin həmin abzasda (davamı növbəti abzasda) “ərizə və arayışları imzalayaraq” ifadəsi yer almışdır. İlk öncə onu qeyd etmək lazımdır ki, “iddia açmaq” hüquqi baxımdan çox geniş anlayışdır və bu anlayışa həm iddia ərizəsinin hazırlanması, həmçinin onun imzalanması və s. aid etmək olar. Yəni iddia açmaq iddia qaldırmaq anlamına gəlir. İkinci məsələ isə ərizənin imzalanma səlahiyyətinin qeyd olunmasıdır ki, ərizə anlayışına həm də iddia ərizəsi daxildir. İddia ərizəsi ərizənin bir növüdür və hesab edir ki, buradan da aydın olur ki, etibar edən şəxs bu səlahiyyəti də ona vermişdir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər qismində isə İddiaçı vəkil və nümayəndəsi Vəkil verilmiş şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.1 və 74.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, bu maddənin tələblərinin məhkəmə tərəfindən pozulduğunu düşünür. Belə ki, etibarnamədə “ərizə və arayışların imzalanması” məhz iddia ərizəsinin imzalan masını ehtiva etdiyindən məhkəmə əsassız olaraq ərizəni geri qaytarmışdır. İddia ərizəsi də ərizənin bir növü hesab olunduğundan bu səlahiyyət də etibarnamədə qeyd olunduğundan məhkəmə əsassız olaraq ərizəni geri qaytarmışdır. Tərcümənin məzmunu baxımından etibarnamənin hüquqi baxımdan qiymətləndirilməsi hesab edir ki, iddiaçının hüquqlarının, xüsusən də məhkəməyə müraciət etmək, məhkəmə müdafiəsi hüquqlarının pozulması deməkdir. Həmçinin “məhkəmənin əlçatımlılıq” prinsipi ilə də ziddiyyət təşkil etməkdədir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Türkiyə Respublikasında verilmiş etibarnamənin 4-cü abzasında “dilekçe”nin imzalanması səlahiyyəti birbaşa olaraq qeyd edilmişdir. Dilekçe isə ərizə, iddia ərizəsi anlamını daşıyır. İddiaçı vəkil və nümayəndəsi Vəkil verilmiş şikayətdə mübahi sələndirilən qərardad qəbul edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin də pozulduğuna istinad edərək qeyd etmişdir ki, məhkəmə tərəfindən bu prosessual maddənin də tələblərinə riayət edilmədiyini düşünür. Belə ki, yuxarıda istinad olunan hallardan da aydın olur ki, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən, yəni etibarnamə üzrə nümayəndə tərəfindən imzalandığından iddia ərizəsinin bu maddə üzrə geri qaytarılması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla İddiaçı və onun vəkil və nümayəndəsi Vəkil verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, iddiaçı və onun vəkili və nümayəndəsi tərəfindən kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə bax ır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əhatəli şəkildə yoxlayıb onlara məcmu halında hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir: Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı vəkil və nümayəndəsi Vəkil 26 sentyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən İddiaçı ta m mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması, həmin fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2(078)-1066/2022 saylı qərardadı ilə iddia ərizəsi ona hüququ olmayan şəxs tərəfindən imzalanması əsası ilə geri qaytarılmışdır. Kollegiya işin araşdırılmış hallarına hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı vəkil və nümayəndəsi Vəkil şikayətində göstərdiyi dəlilləri əsaslı hesab edilməklə məhkəmənin bu iş üzrə qəbul etdiyi qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddia ərizəsinin forma və məzmununu müəyyən edən Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarından aydın olur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən İddiaçı tam mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması, həmin fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən məcburi çıxarılmaları barədə iddia ərizəsi İddiaçı vəkil və nümayəndəsi Vəkil tərəfindən imzalanmış, iddia ərizəsinə əlavə edilmiş Vəkil nümayəndə qismində səlahiyyətlərini təsdiq edən 19 avqust 2022-ci il tarixli e tibarnamədə isə ərizələrin imzalanması səlahiyyətinin nümayəndəyə verilməsi göstərilsə də, iddia ərizəsinin imzalanması səlahiyyətinin nümayəndəyə verilməsi xüsusi olaraq göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına və şikayətin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla əlaqədar düzgün nəticəy ə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya izah edir ki, İddiaçı məhkəmənin 30 sentyabr 2022-ci il tarixli, e-2(078)1066/2022 nömrəli qərardadında göstərilmiş nöqsan aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. İşin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması və fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2(078)-1066/2022 saylı qərardadından İddiaçı vəkili və nü mayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı vəkil və nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2(078)-1066/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar