Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-134/2024 16.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), X2 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək X16 Naxçıvan MR Ordubad rayon Dəstə kəndində yerləşən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X22 Dövlət Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, **********81 reyestr nömrə ilə xüsusi mülkiyyətində olan 0.1196 ha tor paq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikiliyə qanunsuz sahiblik edən Cavabdeh məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən və torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikilidən istifadə olunmasına Cavabdeh qadağan edilməsi qət edilmişdir. İşin halları: İddiaçı vəkili-nümayəndəsi Vəkil1 11 iyul 2023-cü il tarixli iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1196 ha ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti nin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv olunub iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadı ilə şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddət keçdiyindən apellyasiya şikayəti və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh qaytarılmışdır. Məhkəmənin qərardadından narazı qalan Cavabdeh şikayətlə Ordubad Rayon Məhkəməsinə müraciət edərək həmin məhkəmənin çıxardığı xx.xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsin in 01 mart 2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 29 mart 2024cü il tarixli 2(108)-78/2024 nömrəli qərardadı ilə İddiaçı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1196 ha ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilmiş, Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-201/2023 nömrəli qəra rdadı tam ləğv olunaraq mülki iş prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə qaytarılmışdır. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün 09 iyul 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Ağayeva X18 MR Ordubad Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Naxçıvan MR Ordubad rayonu Dəstə kəndində yerləşən və ona mülkiyyət hüququ ilə məxsus olan 0.1196 ha torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxarılması barədə müvafiq qətnamənin qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 2(080)-201/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi ilə iddiaçının iddia tələbinin təmin edilməsi barədə müvafiq q ətnamə qəbul edilərək cavabdeh İddiaçı Naxçıvan MR Ordubad rayon Dəstə kəndində yerləşən Naxçıvan MR Daşınmaz Əmlak və X22 Dövlət Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, **********81 reyestr nömrə ilə xüsusi mülkiyyətində olan 0.1196 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikiliyə qanunsuz sahiblik edən Cavabdeh məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən və torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikilidən istifadə olunmasının Cavabdeh qadağan edilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun əmlakını zorla zəbt edərək onun tikilisindən istifadəsinə imkan vermir ki, bununla da onun mülkiyyət hüquqları pozulur. Cavabdeh iddia ərizəsinə etirazını bildirərək qeyd etmişdir ki, çıxarılması tələb edilən tikili iddiaçının oğlu olan X11 ilə birgə nikahda olduqları dövrdə tikilmişdir. Torpağın iddiaçının adına rəsmiləşdirilməsi sonradan qərəzli şəkildə baş tutmuşdur. Belə ki, cavabdeh qeyd etmişdir ki, onunla iddiaçının oğlu arasında 2007-ci il tarixində nikah bağlanmış və o gəlin olaraq keçmiş qaynanası-İddiaçı yaşadığı evə köçmüşdür. Tərəflərin həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. Ailə-məişət və yaşayış şəraitlərini yaxşılaşdırmaq məqsədilə Cavabdeh öz keçmiş həyat yoldaşı olan X8 ilə hazırki mübahisə predmeti olan torpaq sahəsini almağı və həmin torpaq sahəsi üzərində müvafiq fərdi yaşayış evi tikməyi qərara almışlar. Beləliklə, ər və arvad birlikdə sözügedən torpaq sahəsini 2011-ci il tarixində öz vəsaitləri hesabına almışlar. Evin tikintisi 2013-cü il in aprel ayında başa çatdıqdan sonra ailə öz uşaqları ilə birlikdə həmin fərdi yaşayış evinə köçmüşlər. Sonradan, həmin evdə yaşaya-yaşaya ər və arvad evin təmirini başa çatdırmışlar. Lakin, 2020-ci ildə tərəflər arasında ailə münasibətləri pozulmuş və tərəflərin aralarında olan nikaha xitam verilmişdir. Bundan sonra cavbadehin boşanma qərarından hiddətlənən keçmiş qaynana-indiki hörmətli İddiaçı torpağı öz mülkiyyətinə sənədləşdirməyi qərarlaşdırmışdır. Beləliklə də, torpağa dair çıxarış İddiaçı adına rəsmiləşdirilmişdir. Vəziyyət belə olduqdan sonra İddiaçı torpağın mülkiyyətçisi olmasından istifadə edərək öz gəlinin keçmiş ailə üzvü elan edərək onun sözügedən fərdi yaşayış evindən çıxarılması barədə məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini n təmin edilməsi barədə müvafiq qətnamə qəbul etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh onun oğlu ilə ailə münasibətlərinə son qoyulduğu üçün artıq onun ailə üzvü hesab edilmir. O, artıq keçmiş ailə üzvü statusunu daşıyır. Halbuki hazırda Cavabdeh hörmətli iddiaçının hələ də keçmiş olmayan statusa malik olan nəvələri ilə yaşadığı tikili qanunsuz tikilidir və bu tələblə çıxış etmək üçün iddiaçının ümumiyyətlə subyektiv hüququ mövcud deyildir. Məhkəmə tərəfindən Mülki Məcəllənin 228-ci maddəsinə istinad edilmişdir. Lakin, torpaq sahəsi anlayışı ilə yaşayış binası anlayışı tamamilə fərqli anlayışlardır və hazırda iddiaçı tərəfin tikiliyə mülkiyyət hüququnu sübut edən hər hansı sənədi olmadığından onun hazırki iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Məhkəmə t ərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin “X17rşı” işi üzrə xx.xx.2004-cü il tarixli qərarına istinad edərək Avropa məhkəməsinin presedentinə müraciət etmişdir və bu qərarda öz mövqeyini belə izah etmişdir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşdırılmayan müstəqil mənaya malikdir. Hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqları İddiaçı adına reyestrdə qeydə alınmasa da, iddiaçı torpağın mülkiyyətçisi olduğu üçün onun qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı “əsaslı və qanuni gözləntiyə” malikdir. Məhkəmənin bu mövqeyi ilə ona görə razı deyillər ki, faktiki olaraq Avropa Məhkəməsinin bu presedentini cavabdehə münasibətdə də tətbiq edə bilərlər. Ona görə ki, faktiki olara q torpaq sahəsi iddiaçı qaynanaya məxsus olmuş olsa da onun tikintisi onun oğlu X9 tərəfindən həyata keçirilmişdir. İddiaçı sözügedən fərdi yaşayış evinin məhz onun və ya hər hansı digər 3-cü şəxs tərəfindən inşa edilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda hansı hüquqi və faktiki əsaslara dayanaraq onun tərəfindən irəli sürülmüş bu iddianın tam həcmdə təmin edilməsi qənaətinə gəlinir?! İddiaçı cavabdehdən çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi mülkiyyət hüquqularının dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün özbaşına tikili statusundadır və həmin tikilidən cavabdehin çıxarılmasının iddiaçı tərəfindən tələb edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə tutarlı əsaslar təqdim edilməmişdir. Məhkəmə tərəfindən iddiaçının fərdi yaşayış evinə müna sibətdə bu iddianı qaldırması üçün subyektiv hüququnun olub-olmaması araşdırılmamışdır. Maddi hüquq normaları pozulmuşdur, düzgün tətbiq edilməmişdir. O cümlədən, bunun özü prosessual pozuntu hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün əsasdır, çünki, bunun əsasında düzgün qətnamə qəbul edilməmişdir. Məhkəmə tərəfindən tikilinin özbaşına tikili olması halı qəbul edilsə də iddianın həmin hissəsində iddiaçının iddia predmetinə dair subyektiv hüququnun olubolmamasına qiymət verilməmişdir. İş materiallarında olan mülkiyyət hüquqlarına dair çıxarışdan görünür ki, iddiaçının mülkiyyət hüququ yalnız və yalnız torpaq sahəsi üzərindədir. Ona görə də iddiaçı tərəfindən qaldırıla bilən yeganə predmet torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ola bilərdi ki, iddiaçı bu tələbi ona görə belə qaldırmamışdır ki, həmin evin tikilməsində onun oğlunun əməyi vardır. İşin mübahisəsiz halıdır ki, sözügedən torpaq sahəsinin alınmasında da onun üzərində fərdi yaşayış evinin tikilməsində məqsəd iddiaçının oğlunun ailəsinin yaşayış yeri ilə təmin edilməsi olmuşdur. Əgər cavabdeh iddiaçının iddia etdiyi kimi ona məxsus olan torpaq sahəsini zəbt etmişdirsə nə üçün iddiaçı 2013-cü ilən 2020-ci ilədək bu iddianı cavabdehə qaldırmaqdan ötrü gözləmişdir?! Deməli, iddiaçı bilir və qəbul edirdi ki, bu torpağın və üzərindəki evin təyinatı onun oğlunun və onun ailəsinin yaşayışının təmin edilməsinə xidmət edir. Ona görə də iddiaçının hazırki tələbi qismən – yalnız torpaq sahəsinə mübasibətdə subyektiv hüququ olduğu üçün təmin edilməli idi. Məhkəmə tərəfindən özbaşına tikilindən çıxarılmaya dair iddiaya iddiaçının subyektiv hüququnun olmadığı halda qiymət verilmişdir ki, bununla da qəbu edilmiş qərarı qanuni hesab etmək olmaz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənad a hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçının hüququ cavabdehlər tərəfindən pozulmadığından o, hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəfindən cavabdeh tərəfindən sözügedən fərdi yaşayış evinin onun keçmiş əri olan X9 ilə birgə nikahdan olduqları dövrdə inşa edilməsi məsələsi araşdırılmamışdır. Halbuki, həmin daşınmaz əmlakın ərsəyə gəlməsində Cavabdeh əməyi olduğundan onun da həmin əmlakda ½ hissədə payı olmalı idi. Cavabdeh işin hallarına dair bu kimi mövqeyini ifadə etdiyi halda məhkəmə tərəfindən bu hallar aydınlaşdırılmalı idi. Ona görə də Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında iddiaçının oğlu Lətif Hüseynovla 2007-ci ildə nikah bağladığını, həmin evlilikdən 2 övladının doğulduğunu, 2011-ci ildə Ordubad rayonu, Dəstə kəndində yerləşən torpaq sahəsində onun sabiq əri Lətif Hüseynovun razılığı ilə ev tikməyə başladıqlarını, 2013-cü ilin aprel ayının 21-də tikdik ləri evə köçdüklərini, həmin vaxt evin 1 otağının hazır olduğunu, iddiaçı tərəfin mübahisəli torpaq sahəsinə onların razılığı olmadan girdiyini iddia etdiklərini, ancaq həqiqətdə isə belə olmadığını, sabiq ərinin razılığı ilə həmin torpaq sahəsində ev tikdiklərini, iddiaçının ona qarşı qaldırdığı torpaq sahəsinin və tikintinin boşaldılması tələbinə münasibətdə uşaqların atasının onları yaşayış sahəsi ilə təmin etməsini bildirdiyini, əvəzində isə həmin tikilidən çıxacağını, çünki onların hazırda mübahisəli torpaq sahəsində inşa edilmiş tikilidən əlavə yaşayış yerlərinin olmadığını, 2013-cü ilin aprel ayının 21-dən mübahisəli torpaq sahəsində inşa edilmiş evdə əvvəlcə o, sabiq əri və 2 övladının yaşadıqlarını, onlar həmin evdə yaşadıqları vaxt torpaq sahəsinin Səlim Kazımovun adına olduğunu, 2020-ci ilin iyul ayında sabiq əri ilə boşandığını, həmin ilin sentyabr ayında torpaq sahəsini iddiaçının adına keçirdiklərini, ancaq hazırda o və 2 övladının həmin torpaq sahəsində inşa edilmiş tikilidə yaşadıqlarını, mübahisəli torpaq sahəsində inşa edilmiş mənzildə torpaq sahəsinin iddiaçının adına keçmədən öncə həmin ərazidə yaşadığını, orada xərc qoyub ev tikərək yaşadığı halda, mübahisəyə görə məhkəmədə iddia qaldırdığı təqdirdə, daşınmaz əmlak xidmətinin mübahisəli torpaq sahəsini iddiaçının adına sənədləşdirdiklərini, qanunsuzluğun da elə burda olduğunu, mübahisəli torpaq sahəsini onun sabiq əri X4 3000 manata aldığını, onların nikahlarının 2020-ci ilin iyul ayında pozulduğunu, 2020-ci ilin sentyabr ayında torpaq sahəsinin birbaşa İddiaçı adına alındığını, mübahisəli torpaq sahəsi ndə inşa edilmiş mənzilin onlar tərəfindən tikilməsini həmin evin tikintisində işləmiş 4 nəfər şahidin təsdiq edə biləcəyini, həmin mənzili onlar tikdikləri üçün orada yaşadıqlarını, ancaq tikilinin onların mülkiyyətlərində olmasına dair əllərində sənədlərinin olmadığını, apellyasiya şikayətinin təmin edilməsini və Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)201/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etmədiyini, cavabdehin onun dayısı nəvəsi olduğunu, nəticə etibarilə uşaqların onların nəvələri olduqlarını, cavabdehin oğlu ilə aralarında mübahisə olduğunu, bu səbəbdən də gedib atasının qapısında 2 il 7 ay qaldıqdan sonra nəvələrinə görə onun dalınca gedib evə gətirmək istədiyini, lakin cavabdehin atasının onu evdən qovaladığını, o və əri uşaqlara görə cavabdeh tərəfə çox güzəştə getsə də, cavabdehin uşaqları onlara qarşı nifrət hissi ilə böyütməyə başladığını, nəticədə artıq uşaqların onlara ögey münasibət bəslədiklərini, uşaqların hazırda 8 və 9-cu siniflərdə oxuduqlarını, cavabdeh oğlu ilə boşandığı gün hazırda mübahisələndirilən torpaq sahəsində inşa edilmiş evə gəldiyini, evin pəncərəsini sındırıb zorla evə girərək bu gün də orada yaşamağa davam etdiklərini, həmin vaxt cavabdehin evin pəncərəsini sındırıb evə qanunsuz daxil olduğuna görə evə gəlmək istədiyini, ancaq cavabdeh evin onlar tərəfindən tikildiyini bildirərək, onu həmin evə daxil olmağa qoymadığını, oğlunun cavabdehlə boşandıqdan sonra işləmək üçün Rusiya Federasiyasına getdiyini, orada olarkən övladları ilə danışmaq üçün telefon alıb göndərdiyini, bir neçə dəfə uşaqlarla telefonda danışdıqdan sonra cavabdehin oğlunun telefon nömrəsini bloka atmaqla uşaqların ataları ilə ünsiyyətdə olmasına qəsdən maneəçilik törətdiyini, hazırda mübahisəli torpaq sahəsinin istifadəsində olmaqla daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alındığını, onların ayrıca mənzillərinin olduğunu, hazırda ərinin atasına məxsus evdə yaşadıqlarını, əvvəllər nəvələrinin onlara qarşı çox mehriban olduqlarını, oğlu ilə cavabdehin boşandığı ərəfədə cavabdehin uşaqları götürüb atasıgilə apardıqdan sonra uşaqların onlara olan münasibətinin tamamilə dəyişildiyini, cavabdehin evdən çıxandan sonra harada yaşayacağını bilmədiyi ni, ancaq hər boşanan qadının öz atasının evində yaşadığı kimi cavabdehin də uşaqları ilə birlikdə öz atasının evində yaşaya biləcəyini, Ordubad Rayon Məhkəməsində adına olan torpaq sahəsinə girə bilmədiyini, bu səbəbdən də məcbur qalıb məhkəmədə iddia qaldırdığını, hazırda da torpaq sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılmasını tələb etdiyini, nəvələri ilə heç bir probleminin olmadığını, əvvəllər uşaqların hər gün onlara gəldiklərini, onların yeməyini, içməyini verib ciblərinə pul qoyduğunu, lakin sonradan cavabdehin təsiri nəticəsində daha uşaqların onlara gəlmədiyini, cavabdehlə hər hansı formada razılığa gəlmələrinin mümkün olmadığını bildirərək məhkəmənin qətnaməsinin dəyişdirilmədən saxlanılmaqla apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İn san Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarınd a bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı vəkili-nümayəndəsi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1196 ha torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə cavabdehin zorla daxil olaraq evi zəbt etdiyini, hazırda cavabdehin, İddiaçı dövlət qeydiyyatına alınmış 0.1196 ha torpaq sahəsində və orada inşa etdiyi tikilidən istifadə etməyinə imkan vermədiyini, mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu, İddiaçı mülkiyyətində olan və dövlət qeydiyyatına alınmış 0.1196 ha torpaq sahəsində və orada inşa etdiyi tikilidən Cavabdeh çıxmadığını, bununla bağlı Cavabdeh Ordubad Rayon Məhkəməsində iddia qaldırdığını, Ordubad Rayon Məhkəməsinin 10 may 20 22-ci il tarixli, 2(080)-29/2022 nömrəli qətnaməsi əsasında iddiasının rədd edildiyini, bundan narazı qalan Cavabdeh vəkili-nümayəndəsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verdiyini, Ordubad Rayon Məhkəməsinin 10 may 2022ci il tarixli, 2(080)-29/2022 nömrəli qətnaməsinin qüvvədə saxlanıldığını, bundan sonra Cavabdeh vəkili vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verdiyini, kassasiya şikayətinin təmin olunmadığını göstərərək Cavabdeh İddiaçı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1196 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X22 Dövlət Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışla Ordubad Rayonunun Dəstə kəndində yerləşən 0.1196 hektar torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 17/10 nömrəli reyestr kitabının 1958 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi torpaq sahəsinin iddiaçıya məxsus olmuş olsa da onun tikintisinin onun oğlu X9 tərəfindən həyata keçirilməsi, məhkəmə tərəfindən cavabdeh tərəfindən sözügedən fərdi yaşayış evinin onun keçmiş əri olan X9 ilə birgə nikahda olduqları dövrdə inşa edilməsi məsələsinin araşdırılmaması, həmin daşınmaz əmlakın ərsəyə gəlməsində Cavabdeh əməyi olduğundan onun da həmin əmlakda ½ hissədə pay ı olmalı olmasına dair dəlillərini əsassız hesab edir. Belə ki, Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)-29/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər X15 ilə İddiaçı arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair İddiaçı adına verilmiş 0074203nömrəli xx.xx.2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə X15 ilə aralarında müqavilənin bağlanmış hesab olunması, torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə X11 ilə onun birgə mükiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022ci il tarixli, 2(108)-124/2022 nömrəli qətnamə si ilə, iddiaçı Cavabdehlər X15 ilə İddiaçı arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqısatqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair İddiaçı adına verilmiş 0074203-nömrəli xx.xx.2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə X15 ilə aralarında müqavilənin bağlanmış hesab olunması, torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə X11 ilə onun birgə mükiyyət hüququnun tanınması tələbinə dair mülki işə apellyasiya şikayətinə əsasən baxılarkən müəyyən edilmişdir ki, mülki işə əlavə edilmiş 3 sentyabr 2020-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, Ordubad rayonu Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilə X15 ilə İddiaçı arasında b ağlanmışdır. İddiaçı Cavabdeh isə həmin alqı-satqı müqaviləsi üzrə nə satıcı, nə də alıcı qismində iştirak etməmişdir. İddiaçı Cavabdeh 03 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tərəf kimi iştirak etmədiyindən, o, müvafiq subyektiv hüquqa malik deyildir və X15 ilə İddiaçı arasında bağlanmış 03 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini mübahisələndirə bilməz. Kollegiyanın yuxarıda qeyd olunan qətnaməsi ilə Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)-29/2022 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh vəkili-nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)-29/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıl mışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1597/2023 nömrəli qərarı ilə Cavabdeh verdiyi kasasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2(108)-124/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin mübahisə olunmayan hallarından da göründüyü kimi, cavabdehin mübahisələndirdiyi Ordubad rayonu Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və cavabdehin həmin sahədən istifadə etməsi üçün heç bir qanuni əsaslar mövcud deyil. Bundan əlavə cavabdehin İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsi və orada inşa etdiyi tikilidən istifadə etməyinə imkan verməməsi, eyni zamanda torpaq sahəsi və orada inşa edilmiş tikilidən hal-hazırda i stifadə etməsini göstərməsinin heç bir hüquqi əsası olmamaqla onun mülahizə xarakterli əsassız istəyindən asılı ola və iddiaçının tələbinin təmin edilməməsi üçün əsas və onun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə ola bilməz. Kollegiya həmçinin qeyd edir ki, mülki işin araşdırılmış hallarından da göründüyü kimi, cavabdeh həmin torpaq sahəsi və orada inşa edilmiş tikiliyə münasibətdə hər hansı hüquqlarının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdi r (Konstitusiyanın 13-cü və 29-cu maddələri). İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində verilmiş anlayışına görə bu hüquq subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azər baycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Həmin Məcəllənin 240.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan ə mlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya işin araşdırılmış hallarına hüquqi qiymət verərək belə hesab edir ki, məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmaqla tərəflərin təqdim etdiyi sübutlara obyektiv qiymət verilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məh kəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 357, 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-134/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-134/2024
16.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver