Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-136/2021 05.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Nümayəndə və cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahbuz rayon Mədəniyyət Şöbəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(090)-81/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb müəyyən etdi: İddiaçı “21” aprel 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə mü raciət edərək işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(090)-81/2021 nömrəli qətnaməsi (sədrlik edən: Daşqın Səfərov) ilə İddiaçı cavabdeh təşkilat Cavabdehnə qarşı “işə bərpa” tələbi barədə iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(090)-81/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işə bərpa olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən əmək qanunvericiliyin normalarına istinad olunmamışdır. Bel ə ki, ştatların ixtisarı zamanı üstünlük hüququ olan şəxslərin dairəsinə daxil olsa da bu hal nəzərə alınmamışdır. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi Azərbaycan Respublikası Əmək məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuşdur. İddiaçı Əmək Məcəlləsinin 78.1, 78.2, 79-cu maddələrinə istinad edərək qeyd edir ki, bunlara baxmayaraq məhkəmə tərəfindən onun öhdəsində iki azyaşlı övladının olması, xəstə uşağının olması nəzərə alınmadan qərar qəbul edilmişdir. Evə qazanc gətirənin yalnız onun olması da iş üzrə nəticədə qeyd edilməmişdir. Cavabdeh direktor əvəzi X6 apellyasiya şikayətinə qarşı etiraz göndərərək Şahbuz Rayon Məhkəməsinin 2(090)-81/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, İddiaçı Şahbuz Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(090)81/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəisi məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh direktor əvəzi X6 apellyasiya şikayətinə qarşı göndərdiyi etirazda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışının cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışında İddiaçı və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatlarında Şahbuz Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(090)-81/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiaçının işə bərpa olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışında cavabdeh tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahbuz rayon Mədəniyyət Şöbəsinin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək izahatında apellyasiya şikayətinin təmin edilməyərək Şahbuz Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(090)-81/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətini apellyasiya şikayətinə baxılması zamanı verilmiş izahatlar və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir. Azərbаycаn Rеspublikаsı MPM-nin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, m əhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzrə apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyinə görə həmin qətnamənin əsaslılığı tam yoxlanılır. Kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi ştatların ixtisarı zamanı üstünlük hüququ olan şəxslərin dairəsinə daxil olsa da bu halın nəzərə alınmaması, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsinin Azərbaycan Respublikası Əmək məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulması, Əmək Məcəlləsinin 78.1, 78.2, 79-cu maddələrinə istinad edərək məhkəmə tərəfindən onun öhdəsində iki azyaşlı övladının olmasının, xəstə uşağının olması nəzərə alınmadan qərar qəbul edilməsi, evə qazanc gətirənin yalnız onun olmağının da iş üzrə nəticədə qeyd ed ilməməsi ilə bağlı dəlilləri müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən dəlillər əsassızdır və təmin oluna bilməz Belə ki, iş materiallarından aydın olduğu kimi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan X11 adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının və bir sıra rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 31 mart 2021-ci il tarixli, 76 nömrəli Qərarı ilə bir sıra vəzifələrin, o cümlədən X12 filialında kitabxanaçı vəzifəsinin ixtisar edilməsi qərara alınmışdır. Nazirlər Kabinetinin müvafiq qərarının icrasını təmin etmək məqsədi ilə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “01” aprel 2021-ci il tarixli, 32 nömrəli “Ştatları ixtisara düşən işçilərin işdən azad olunması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” əmri ilə ştatları ixtisar olunan işçilərlə əmək müqaviləsinə xitam verilməsi və əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. Qeyd edilən səbəbə görə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “05” sentyabr 2018-ci il tarixli, 08 nömrəli əmri ilə 05 sentyabr 2018-ci il tarixdən Şahbuz rayonu, X12 filialına kitabxanaçı təyin edilmiş İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “01” aprel 2021-ci il tarixdən X12 Filialının kitabxanaçısı vəzifəsindən azad olunmuşdur. Eyni zamanda İddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən xəbərdarlıq müddətinin əvəzinə qanunla nəzərdə tutulmuş müavinət ödənilmişdir. Beləliklə İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin təşəbbüsü ilə deyil, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan X11 adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının və bir sıra rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 31 mart 2021-ci il tarixli, 76 nömrəli Qərarında X12 filialında kitabxanaçı ştatı nəzərdə tutulmadığından, yəni həmin ştatın ixtisar olunması və qeyd edilən Qərarın icrasını təmin edilməsi əsası ilə xitam verilmişdir. İddiaçının şikayətdə göstərdiyi işçilərin ixti sarı zamanı onun işdə saxlanmağa üstünlüyü olan şəxs olması ilə bağlı kollegiya bildirir ki, hazırki işin hallarından da aydın olduğu kimi Şahbuz rayon X12 filialında olan tək kitabxanaçı vakansiyası ixtisar olunduğundan, qeyd olunan kitabxanaçı ştatı artıq mövcud olmadığından işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxs kimi iddiaçının işdə saxlanılması mümkün olmamışdır. Həmçinin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Kolanı kənd Musiqi Məktəbində başqa bir vəzifə təklif edilmiş, lakin İddiaçı həmin təklifi onun yaşadığı yerdən uzaq olduğu əsası ilə qəbul etməmişdir. X12 Filialında İddiaçı üçün ixtisasına uyğun (orta təhsil) başqa uyğun vakansiya olmadığından, ona başqa bir vəzifə təklif edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan R espublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bеləliklə, məhkəmə kollеgiyası iddiaçının apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, bi rinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Şahbuz Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(090)-81/2021 nömrəli qətnaməsi dəyişdirilmədən, İddiaçı tərəfindən verilmiş apеllyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(090)-81/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-136/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-136/2021
05.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver