Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-136/2022 11.11.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şərur rayon 2 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması” barədə 2(110)-717/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasının vərəsə kimi Naxçıvan Muxtar Respublikası ünvan 1 ünvanında yerləşən 54.70 kv.m və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Şərur rayon 2 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi Şərur Rayon Məhkəməsinin 2(110)-717/2022 nömrəli 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə şikayətlə Şərur Rayon Məhkəməsinə müraciət edərək həmin Məhkəmənin 2(110)-717/2022 nömrəli 04 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini və İddiaçı cavabdeh Şərur rayon 2 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair id dia ərizəsinin iсrааtа götürülməsi barədə qərаrdаd qəbul edilməsini, əks təqdirdə işin baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Мəhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(110)-717/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şərur rayon 2 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Şərur Rayon Məhkəməsinin 2(110)-717/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə verdiyi şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə şikayət inin əsas dəlilləri kimi iddiaçı Abdullayev Мəhəmmədəli Нəşim oğlunun cavabdeh Şərur rауоn 2 saylı Notariat оfisinə qаrşı "mirаsın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması" tələbinə dair 2(110)-717/2022 saylı mülki işin hakimin icraatında olduğunu, həmin mülki iş üzrə Şərur Rауоn Мəhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-717/2022 saylı qərаrdаdı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin gеri qaytarıldığını, həmin qərаrdаdın xx.xx.2022-ci il tаriхdə "Elektron Мəhkəmə" informasiya sistemində yaradılan onun elektron kabinetinə daxil olduğunu, şikayət müddətinin ötürülmədiyini, aşağıda qeyd edilənlərə əsasən Şərur Rayon Məhkəməsinin 2(110)-717/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərardadının əsassız olduğu üçün ləğv edilməli və İddiaçı cavabdeh Şərur rауоn 2 saylı N otariat оfisinə qаrşı "mirаsın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması" tələbinə dair iddia ərizəsinin iсrааtа götürülməli olduğunu, belə ki, Şərur Rayon Məhkəməsinin iddia ərizəsinə əlavə olunmuş sənədlərin gеri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa əməl etməyərək iddia ərizəsində sübutlar siyahısını qeyd еtmədiyini, Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-сu maddəsinin iddia ərizəsinin forma və məzmununu tənzimləyən forma olduğunu, həmin maddənin iddia ərizəsinin məhkəməyə hansı şəkildə verilməsini, iddia ərizəsini kimlərin imza etməyə səlahiyyətlərinin olmasını, ərizədə hansı məlumatların göstərilməsini tənzimlədiyini, həmin Məсəllənin 149.2.3-сü maddəsində iddianın predmet i və qiyməti, iddiaçının və уа ərizənin tələbləri, оnlаrın öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onİarı təsdiq еdən sübutların siyahısı, iddia bir neçə cavabdehə vеrildikdə isə оnlаrın hər birinə qarşı уönələn tələbin göstərilməli olduğunun qeyd olunduğunu, göründüyü kimi MPM-nin 149.2.3-сü maddəsinin аşkаr və izahlı şəkildə, sаdə üslubda yazılmış və iddia ərizəsində hansı məlumаtlаrın ardıcıllıqla göstərilməli olduğunun qeyd edildiyini, yəni "sübutlar siyahısı anlayışı" о mənanı ifadə edir ki, iddia ərizəsinin sonunda qoşma sözündən sоnrа sübutların siyahısı göstərilibsə artıq başa düşüləndir ki, təqdim edilmək üçün qeyd olunan adlı sənədlər məhz sübutlar anlayışına daxil olmaqla həm də sübutlar siyahısı anlayışını verdiyini, Şərur Rayon Məhkəməsi МРМ-in 149.2.3-cü m аddəsində qeyd edilmiş "və оnlаrı təsdiq еdən sübutlаrın siyahısı" cümləsində olan mənanı hansı formada bаşа düşməsindən, hansı formada "siyahı anlayışını" dərk еtməsindən, hansı mənaya görə öz hüquqi yanaşmasından asılı оlmауаrаq, yalnız formal mülаhizələrə görə iddia ərizəsini geri qaytara bilməyəcəyini, Şərur Rayon Məhkəməsinin Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-сü mаddəsinə istinad еtməklə iddia ərizəsinin geri qaytarılması barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(110)717/2022 saylı qаrаrdаdının qanunsuz və əsassız olduğunu, göründüyü kimi və yuxarıda qeyd etdiyi əsaslı dəlillərə əsasən, 2(110)-717/2022 saylı, xx.xx.2022-ci il tarixli qərаrdаdının ləğv еdilməli və İddiaçı cavabdeh Şərur Rауоn 2 saylı Notariat оfisinə qаrşı "mirаsın qəbul edilməsi, vərə səlik hüququnun tanınması" tələbinə dair iddia ərizəsinin icraata götürülməli olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə verdiyi şikayətlə bağlı izahatının Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə sinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən kollegiyaya şikayətinə dair izahat daxil olmamışdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Şərur Rayon Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması” barədə 2(110)-717/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Kollegiya hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən gəldiyi qənaət kifayət qədər əsaslandırılmış və işin hallarına uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmununa dair tələblər qeyd olunmuşdur ki 149.2.3-cü maddəyə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Eyni zamanda həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir.Yəni “iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ” ilə “ərizəyə əlavə edilən sənədlərin siyahısı” bir-birindən fərqli anlayışlar kimi tənzimlənmişdir. İddia ərizəsində qoşma sözündən sonra göstərilən siyahı şikayətin dəlilində göstərildiyi kimi, sübutlar siyahısı anlayışını versəydi o zaman Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 149.2.3-cü maddəsində ərizədə iddiaçının və ya ərizəçinin tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməli olduqlarının ayrıca müəyyənləşdirilməsinin mənası da olmazdı. Lakin hazırki iş üzrə birinci instansiya məhkəməsinə iddia ərizəsi verilərkən qeyd olunan maddənin tələblərinə tam əməl edilməmiş, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, eyni zamanda onları təsdiq edən sübutların siyahısı konkret şəkildə göstərilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində mirası qəbul etdiyini bildirərək bu faktı təsdiq edəcək yaxın qonşuları olduğunu, bu gün də həmin qonşularının sağ olduğunu və atasından qalmış mirası faktiki vərəsə kimi qəbul etdiyini təsdiq etməyə razı olduqlarını göstərmişdir. Daha sonra iddiaçı iddia ərizəsində müəyyən faktlar qeyd edərək göstərmişdir: ”Məhkəmənin diqqətinə bir daha çatdırmaq istəyirəm ki, yuxarıda qeyd etdiyim faktları yaxın qonşularımız da təsdiq edə bilərlər.” Göstərilənlərdən məlum olur ki, iddiaçı iddia ərizəsin də göstərdiyi faktları şahid ifadələri ilə təsdiq edə biləcəyini bildirir. Lakin şahidlərin soyadı, adı, atasının adını, şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yerlərini və ya olduqları yeri (həm faktiki, həm də rəsmi qeydə alındıqları ünvanı) göstərməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci madsdələrinin tələbinə əsasən ərizədə şahidin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. Hətta sübutlar siyahısını şikayətdə ifadə edildiyi kimi ərizəyə qoşma kimi göstərilən sənədlər (yəni əlavə edilən sənədlər) olduğunu qəbul etsək əslində yuxarıda göstərildiyi kimi bu anlayışlar fərq lidir, bu halda da iddiaçının qoşmada şahidlərlə əlaqədar müvafiq məlumatları əlavə etdiyi görünmür. Göstərilənlərlə bir daha müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin məzmununa dair tələbə tam əməl etməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır ki bu səbəbdəndə prosessual sənəd kimi iddia ərizəsi özündə cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutların siyahısını özündə əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilm ədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilənləri nəzərə almaqla kollegiya belə hesab edir ki, Şərur Rayon Məhkəməsi İddiaçı cavabdeh Şərur rayon 2 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasına dair qərardad qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də şikayət təmin olunmamalı, Şərur Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 2(110)-717/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-i n 152.4cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması Şərur Rayon Məhkəməsinin 2(110)-717/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərardadında qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı tərəfə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l ı r: İddiaçı cavabdeh Şərur rayon 2 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair mül ki iş üzrə Şərur Rayon Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması” barədə 2(110)-717/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin olunmasın. Şərur Rayon Məhkəməsinin 2(110)-717/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-136/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-136/2022
11.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver