Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-14/2022 11.02.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-963/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Naxçıvan Dövlət Universitetinə qarşı 06 avqust 2021-ci il tarixdə işə bərpa və əmək haqqı tələbi barədə iddia ərizəsi ilə N axçıvan Şəhər Məhkəməsinə müraciət edərək onun işdən qanunsuz azad olunması barədə Naxçıvan Dövlət Universitetinin 01 iyul 2021-ci il tarixli, 537 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-963/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən: G.X.Səfərəliyeva) İddiaçı cavabdeh təşkilat Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı 19 noyabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhə r Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)963/2021 nömrəli qətnaməsini ləğv edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. 11 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclası gedişində İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X3 məhkəməyə aşağıdakı məzmunda barışıq sazişi təqdim edərək həmin barışıq sazişinin təsdiq olunaraq mülki işin icraatına xitam verilməsini kollegiyadan xahiş etmişlər. Tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişinə görə:
1. İddiaçı: cavabdeh təşkilat Naxçıvan Dövlət Universiteti, İddiaçı barəsində 01 iyul 2021-ci il tarixli, 537 nömrəli əmrində İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə dəyişdirilməsi müqabilin də, Naxçıvan Dövlət Universitetinin rəhbərliyindən üzr istəməklə cavabdeh təşkilat Naxçıvan Dövlət Universitetinə qarşı bütün tələblərindən, eyni zamanda işə bərpa və əmək haqqı tələbinə dair iddiasından imtina etməyi öhdəsinə götürür.
2. Cavabdeh təşkilat Naxçıvan Dövlət Universiteti: İddiaçı Naxçıvan Dövlət Universitetinin rəhbərliyindən üzr istəməsi, Naxçıvan Dövlət Universitetinə qarşı bütün tələblərindən, eyni zamanda işə bərpa və əmək haqqı tələbinə dair iddiasından imtina etməsi və mülki iş üzrə icraata xitam verilməsi müqabilində, İddiaçı barəsində 01 iyul 2021ci il tarixli, 537 nömrəli əmrində İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasını dəyişməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilməsini öhdəsinə götürür. Kollegiya tərəf lərin təqdim etdiyi barışıq sazişini müzakirə edərək belə nəticəyə gəlir ki, təqdim olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur və sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsində nəzərdə tutulmuş qanuna zidd və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozan hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla işin icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə uyğun olaraq tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq olunmuşsa, hakim iş üzrə icraata xitam verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu qaytarılır. Qeyd olunanlara uyğun olaraq İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X3 tərəfindən məhkəməyə təqdim e dilmiş barışıq sazişi təsdiq olunmalı, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-963/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilməli və İddiaçı tərəfindən 26.07.2021-ci il tarixdə "xxxx" ASC-nin Naxçıvan filialına 24715 nömrəli qəbzlə ödənilmiş 11 (on bir) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262, 402-406-cı maddələri rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı və cavabdeh təşkilat Naxçıvan Dövlət Universiteti arasında bağlanmış “1. İddiaçı: cavabdeh təşkilat Naxçıvan Dövlət Universiteti, İddiaçı barəsində 01 iyul 2021ci il tarixli, 537 nömrəli əmrində İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasının Azərbaycan Respublikası Əmək Məcəl ləsinin 68-ci maddəsinin “a” bəndi ilə dəyişdirilməsi müqabilində, Naxçıvan Dövlət Universitetinin rəhbərliyindən üzr istəməklə cavabdeh təşkilat Naxçıvan Dövlət Universitetinə qarşı bütün tələblərindən, eyni zamanda işə bərpa və əmək haqqı tələbinə dair iddiasından imtina etməyi öhdəsinə götürür.
2. Cavabdeh təşkilat Naxçıvan Dövlət Universiteti: İddiaçı Naxçıvan Dövlət Universitetinin rəhbərliyindən üzr istəməsi, Naxçıvan Dövlət Universitetinə qarşı bütün tələblərindən, eyni zamanda işə bərpa və əmək haqqı tələbinə dair iddiasından imtina etməsi və mülki iş üzrə icraata xitam verilməsi müqabilində, İddiaçı barəsində 01 iyul 2021ci il tarixli, 537 nömrəli əmrində İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasını dəyişməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a ” bəndi ilə xitam verilməsini öhdəsinə götürür.” məzmunlu barışıq sazişi təsdiq edilsin. İddiaçı cavabdeh Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-963/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçi İddiaçı tərəfindən 26.07.2021-ci il tarixdə "xxxx" ASC-nin Naxçıvan filialına 24715 nömrəli qəbzlə ödənilmiş 11 (on bir) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin