Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-140/2023 22.09.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və X1 ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi ilə, Culfa Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(089)-245/2023 nömrəli qərardadından ərizəçilər X9 və Ərizəçi tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayıb müəyyənetdi: Culfa Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(089)-245/2023 nömrəli qərardadı ilə X4 Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilmiş və X5 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi izah edilmişdir. Ərizəyə əlavə edilmiş sənədlər X5 rəsmi qaydada verilməsi və ərizənin verilməsi üçün ərizəçinin qızı Ərizəçi tərəfindən 13 iyul 2023-cü il tarixdə 5653 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu X3ytarılması qərara alınmışdır. İşin halları: Ərizəçilər X9 və Ərizəçi iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək X4 Azərbaycan Respublikasının Culfa rayonu, Culfa şəhər ərazisində daimi olaraq yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Culfa Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(089)-245/2023 nömrəli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina edilmişdir. Şikayətin dəlilləri: Məhkəmənin qərardadından narazı qalan ərizəçilər X9 və Ərizəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Culfa Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(089)245/2023 nömrəli qərar dadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 06 sentyabr 2023-cü il tarixdə Culfa Rayon Məhkəməsində şikayətə baxılaraq Culfa Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(089)-245/2023 nömrəli qərardadından ərizəçi X4 verdiyi şikayət əsassız olduğundan Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Ərizəçilər X9 və Ərizəçi Culfa Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərardadında müəyyən etdiyi halları olduğu kimi şikayətlərinə köçürmüş, ərizəçinin 1954cü ildən Culfa şəhərində yaşamasını X7 və X2 təsdiq edə bilmələrini, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununu n 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinin məhkəmə qaydasında həyata keçirildiyini, məhkəmənin hər bir halda yuxarıda qeyd olunan Qanunun tələblərinə istinad edərək işi icraata qəbul etməli olduğunu göstərərək, Culfa Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(089)-245/2023 nömrəli qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərar qəbul etməsini xahiş etmişlər. Ərizəçi X9 şikayətin mümkünlüyü məsələsinə baхılmasının vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən ərizəçi X4 iştirakı o lmadan şikayətin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Kollegiya daxil olmuş şikayətin mümkünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, iş in münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxs lər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, həmçinin həmin Məcəllənin 363.1.5-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 361.1.5-ci maddəsinə əsas ən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-in 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Qanunun yuxarıda sadalanan normalarının mənasına görə nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməli və şikayət elektron kabinet vasitəsilə verilməlidir. İşin araşdırılmış hallarından göründüyü kimi Ərizəçi tərəfindən onun səlahiyyətlərini təsdiq edən etibarnamə şikayətə əlavə olunmamış və elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda ərizəçilər X9 və Ərizəçi tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmiş və şikayətdə şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməmişdir. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl edilməsi vəziyyətini yoxlamadan işi prosessual əs aslar olmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, Culfa Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(089)-245/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən də şikayət verildiyi halda ona münasibətdə MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada şikayətə baxılmamışdır. Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə ərizəçilər X9 və Ərizəçi şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 366.2, 366.4, 395.1, 397.2, 400, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Ərizəçilər X9 və Ərizəçi X4 Azərbaycan Respublikasının Culfa rayonu, Culfa şəhər ərazisində daimi olaraq yaşaması faktının müəyyən edilməsi barədə mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(089)-245/2023 nömrəli qərardadından ərizəçilər X9 və Ərizəçi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada veril diyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-140/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-140/2023
22.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver