Məhkəmə qərarları › İş №2(108)-142/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-142/2025

29.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-142/2025 29.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Apellyasiya şikayətindən imtinanın qəbul edilməsi haqqında İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə olan maneənin aradan qaldırılması, hasarın sökülməsi və torpaq sahəsinin zəbt olunmuş hissəsinin ona geri qaytarılması tələbi (Açar sözlər: apellyasiya şikayətindən imtina edilməsi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə olan maneənin aradan qaldırılması, hasarın sökülməsi və torpaq sahəsinin zəbt olunmuş hissəsinin ona geri qayta rılması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(078)460/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

1. İddiaçı "05" fevral 2025-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mülkiyyətində olan və Naxçıvan şəhəri 56-cı məhəllə, 1/16 ünvanda yerləşən daşınmaz əmlakın (0.06 hektar torpaq sahəsinin) 33 kvadrat metr hissəsinə münasibətdə cavabdeh tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması, həmin torpaq sahəsinin 33 kvadrat metr olan hissəsində Cavabdeh tərəf indən tikilmiş hasarın, yardımçı tikililərin onun öz vəsaiti hesabına məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-07).

2. Daha sonra işə birinci instansiya məhkəməsində baxılması zamanı 06 may 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “İddiaçı Cavabdeh qarşı torpaq sahəsində olan maneənin aradan qaldırılması, hasarın sökülməsi və 43 kvadrat metr torpaq sahəsinin ona qaytarılması” kimi baxılması və bu barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 72 və74).

3. Naxçıvan Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli qərardadı ilə iddia tələbinə “İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə olan maneənin aradan qaldırılması, hasarın sökülməsi və 43 kvadrat metr torpaq sahəsinin ona qaytarılması” tələbi çərçivəsində baxılması qərara alınmışdır (iş vərəqə 79-80).

4. Yekunda həmin Məhkəmənin 30 iyun 2025-ci il tarixli, 2(078)-460/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı məxsus Naxçıvan şəhəri 56-cı məhəllə, 1/16 ünvanında yerləşən torpaq sahəsinin 43 kvadrat metr olan hissəsində Cavabdeh tərəfindən tikilmiş hasar-divarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, həmin hissədə Cavabdeh tərəfindən istifadəyə və sahibliyə yaradılmış maneənin aradan qaldırılması və 43 kvadrat metr torpaq sahəsinin İddiaçı qaytarılması qət edilmişdi (iş vərəqə 122-133). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti

5. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh 06 avqust 2025-ci il tarixdə apellyasiya şikayəti ilə N axçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(078)-460/2025 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. c) Apellyasiya şikayətinin əsaslandırılması

6. Cavabdeh tərəf apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qazi olduğu üçün 12 sot torpaq sahəsi 1995-ci il tarixində dövlət tərəfindən ona verilmişdi. Müalicə məqsədi üçün ona pul lazım olduğundan evinin əhatəsində 6 sotdan kənarda olan torpaq sahəsini satmaq qərarına gələrək, həmin torpaq sahəsini 18 fevral 2023-cü il tarixdə İddiaçı satmış, satışdan sonra İddiaçı satmaq üçün ayırdığı torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdi. Hətta iddiaçı satış üçün ayırdığ ı torpaq sahəsində yerləşən tikililərin sökülüb götürülməsinə belə imkan verməyərək onun mülkiyyətinə ziyan vuraraq, qanunsuz olaraq əşyalarını dağıtmışdır və ona xeyli ziyan vurmuşdur. Bu səbəbdən də aralarındakı alqı-satqının pozulması zərurəti yaranmışdır. O, torpağın alqısatqısı üçün iddiaçıdan aldığı pulun bir qismi olan 4000 manatını qaytarıb özünə verib ki, torpağını özünə qaytarıb versin. Lakin İddiaçı sonradan nə ona satdığı torpaq sahəsini, nə də ona geri verdiyi 4000 manat pulu özünə qaytarıb verməyib. Aralarındakı alqısatqıdan sonra onun satmaq üçün nəzərdə tutduğu torpaq sahəsi tam olaraq ona verilib. Hazırda özünün mövcud olan tikililərinin iddiaçıya məxsus olan torpaq üzərində yerləşdiyini iddia edərək onun mülkiyyət hüquqlarını təkrar pozmağa cəhd etməkdədir və bu yol veril məzdir. O, alqı-satqı zamanı müəyyən olunmuş torpaq sahəsini tam şəkildə satmış, iddiaçı isə həmin torpaq sahəsinə tam olaraq nəzarət etməkdədir. İddiaçı ilk olaraq tələbində onun iddiaçıya məxsus torpaq sahəsinin 33 kvadrat metr olan hissəsinə sahiblik etdiyini göstərmiş, lakin məhkəmə dövründə İddiaçı qanunsuz davranışlarını davam etdirərək bu ərazinin 43 kvadrat metr olduğunu iddia etmişdir. Bu barədə məhkəmə prosesində mütəxəssis rəyi təqdim edilmişdi ki, həmin rəy birtərəfli olmaqla iddiaçının mövqeyinə qulluq etməkdədir. Həmin rəy əsassız və qanunsuz olaraq məqsədyönlü xarakterə malikdir. Obyektiv və şəffaf ekspertiza keçirilməsi zəruridir. Lakin birinci instansiya məhkəməsi heç bir ekspertiza keçirilmədən tələm-tələsik nəticəyə gələrək qərar vermişdir. Məhkəmə də həmin mütəxəssis rəyinə söykənərək qanunsuz və ədalətsiz bir qərar qəbul etmişdir. Məhkəmə sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan verilmiş rəyə söykənərək qərar qəbul etmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Hər bir halda onun mülkiyyət toxunulmazlığı hüququ qorunmalı idi və ya bu toxunulmazlığın pozulmasını zəruri edən əsaslar mövcud olmalı idi. Yalnız məqsədyönlü qeyri-obyektiv verilmiş mütəxəssis rəyinin qanuni və əsaslı olması məhkəmə tərəfindən obyektiv araşdırılmamışıdır. Mövcud olan sənədlərdə mübahisələndirilən ərazinin özünə məxsusluğu təsdiqini tapmaqdadır, ondan kənar heç kəs mülkiyyətçi ola bilməz. Lakin iddiaçının qanunsuz tələbini təmin edən məhkəmə qətnaməsi normanın tələbini pozmaqdadır. Sənədlərə uyğun ərazi qeydə alınaraq iddiaçının mülkiyyətinə verilmişdi r. Bu barədə onda da mülkiyyət sənədi mövcuddur. Həmin sənəddən kənara müdaxilə edərək onun torpaqları hesabına yeni torpaqlar əldə etməsi istəyi və bunu təsdiq edən qətnamə normanı pozmuşdur. İddiaçının torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatını əhatə etməlidir. O, alqı-satqı zamanı nəzərdə tutulmuş torpaq sahəsini iddiaçının sahiblik və istifadəsinə verib. Onun əlavə olaraq cavabdehdən torpaq tələb etməsi üçün əsası yoxdur. Lakin iddiaçı həmin sahənin sərhədləri daxilindən kənara çıxaraq mülkiyyət əldə edərək qanunsuz varlanmaq arzusundadır ki, buna zəmin yaradan məhkəmə qətnaməsi normanın tələbini pozmaqdadır. Onun mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya verilmiş mülkiyyət sənədlərinə işlənilməsi belə böyük səhvlikdir. Bu səhv lik nəticəsində heç bir qanuni əsas olmadan həmin torpaq sahəsinin mülkiyyətçisinə 0.06 hektar torpaq sahəsinin üzərinə əlavə olaraq cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi hesabına 43 kvadrat metr torpaq sahəsi artırılmaqdadır. İddiaçı ilə alqısatqı etdikdən bir neçə ay sonra iddiaçının qardaşı Rəfail müəllim ilə birlikdə daşınmaz əmlaka gedərək Müslüm müəllimin qəbulunda olmuşdur. Müslüm müəllimin tapşırığı ilə gəlib yenidən ölçü-biçi aparıb yerə işarələr qoyulub, iddiaçının qardaşı isə bununla razılaşmışdı. İşarələr qoyulub hər ikimizin torpaq sahəsi məlum olduqdan sonra özünə məxsus olan ölçülər daxilində divar tikib. Divar tikildiyi vaxt iddiaçı və yaxınları tərəfindən heç bir narazılıq olmamışdır. Aralarındakı alqı-satqıdan 1 il sonra o, iddiaçıya satdığı torpağa görə aldı ğı puldan müqaviləni pozmaq niyyəti ilə ona verdiyi 4000 manat pulu onu məhkəməyə verərək ondan tələb etdikdən sonra, İddiaçı iddia etməyə başladı ki, ona məxsus torpaq sahəsinə qanunsuz sahiblik edir.

7. Şikayət edən tərəf apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 72-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 238.1, 238.2 və 241.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16-cı maddəsinə, prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.2 və 88-ci maddələrinə, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanununun 9-cu maddəsinə istinad etmişdi.

8. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “26” avqust 2025-ci ildə daxil olmuşdur. İİ. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri. 9. "05" sentyabr 2025-ci ildə kollegiyaya daxil olmuş apellyasiya şikayətinə qarşı etirazda iddiaçı tərəf cavabdehin apellyasiya şikayətinin əsassız hesab edilərək rədd edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmiş və etirazını əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh 1994-cü ildən bəri sənədsiz olaraq 20 sotdan artıq torpaq sahəsini zəbt edir, istismar edir və bu vəziyyət hal-hazırda davam edir. Dövlət yalnız həmin sahədən 6 sotunu rəsmi qaydada çıxarışla cavabdehin adına rəsmiləşdirmişdir. Cavabdeh bu 6 sot torpaq sahəsini ona satmış, hazırda çıxarış onun adına rəsmiləşdirilmişdir. Qalan sahə isə cavabdeh tərəfindən əsassız zəbt olunmağa davam edilir, lakin hazırda rəsmi sənədində bələdiyyə torpağı kimi göstərilir. Cavabdeh bu zəbt olunmuş ərazidə ona satdığı torpaq müqabilində verdiyi pul hesabına qanunsuz tikinti işləri aparmışdır. Cavabdeh bu iddianı təsdiq edən heç bir çıxarış və ya dövlət reyestrində qeydiyyat sənədi yoxdur. Cavabdeh qazi statusundan sui-istifadə edərək nəinki bələdiyyəyə aid torpaq sahəsini illərlə zəbt etmiş həmçinin bu ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin altında sənədsiz tikinti işləri aparmış, habelə soyuducu konteyner yerləşdirərək ictimai təhlükəli şərait yaratmış və bu hal hələ də davam etməkdədir. İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxsin verdiyi izahat. 1

0. Apellyasiya şikayətinə baxılması ilə bağlı 29 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı Cavabdeh ərizə ilə kollegiyaya müraciət edərək, İddiaçı ona qarşı torpaq sahəsinə olan maneənin aradan qaldırılması, hasarın sökülməsi və torpaq sahəsinin zəbt olunmuş hissəsinin ona geri qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(078)-460/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini, həmin apellyasiya şikayətindən imtina etdiyini nəzərə almaqla, apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı və onun nümayəndəsinə mülki prosessual qanunvericilik də nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından onun məhkəmə iclasında iştirakı məhdudlaşdırılmış, iddiaçı isə məhkəmə iclasında iştirak etməmişdi.

12. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İV. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətindən imtinanı qiymətləndirməsi və onun həllinə dair kollegiyanın mövqeyi

13. Cavabdeh tərəfin Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(078)-460/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən im tina etməsinin hüquqi həlli ilə bağlı kollegiya qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipinə əsasən tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, hüququna toxunan məhkəmə aktından şikayət etmək, ondan imtina etmək və ya onu geri götürmək, bir sözlə tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bu prinsipdən irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır.

14. Apellyasiya şikayətindən imtina edilməsinin prosessual qaydası, onun hüquqi həlli və nəticələri Azərbaycan Respublikası Mülki-Prosessual Məcə lləsinin 369-cu maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 369.2-ci və 369.3-cü maddələrinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

15. Yuxarıda qeyd edilən prosessual norma blanket xarakterli olmaqla, həmin Məcəllənin 191-ci maddəsinə göndərsə də, sonuncu qeyd edilən prosessual normanın mahiyyətinə nəzər yetirdikdə aydın olur ki, o apellyasiya şikayətindən imtinanın qəbul edilib-edilməməsinin hüquqi əsaslarını yox, 369-cu maddə kimi müvafiq müraciətdən imtina edilməsinin prosessual qaydasını, onun hüquqi həllini və nəticələrini müəyyən edir.

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə nəzər yetirdikdə aydın olur ki, iddiadan imtina olunmasının qəbul edilməzliyinin hüquqi əsasları həmin Məcəllənin 52.5-ci maddəsində öz əksini tapıb.

17. Belə ki, həmin prosessual normaya əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

18. Göründüyü kimi mülki prosessual qanunvericilik iddiadan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 365 və 369.3-cü maddələrinin tələbi baxımından apellyasiya şikayətindən imtinanın qəbul olunmazlığını əsasən iki hüquqi əsasla: 19. -onun qanuna zidd olması; 20. -və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması ilə şərtləndirmişdi.

21. Cavabdeh tərəfin Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(078)-460/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinasını yuxarıda qeyd edilən hüquqi meyarlar üzrə tədqiq etdikdə aydın olur ki, hazırda apellyasiya şikayətindən imtinanın qəbul edilməməsinə əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyil. Buna görə də kollegiya belə hesab edir ki, həmin tərəfin apellyasiya şikayətindən imtinası qəbul olunmalı, Cavabdeh münasibətdə sözügedən prosessual müraciət üzrə apellyasiya icraatına xitam verilməli və bununla bağlı qərardad qəbul edilməlidir. Çünki Mülki-Prosessual Mə cəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

22. Kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(078)460/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfin verdiyi apellyasiya şikayətindən imtinasını qəbul etdiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsaslanmaqla belə hesab edir ki, işdə iştirak edən şəxsə apellyasiya şikayətindən imtina etməsinin hüquqi nəticəsi izah edilməlidir.

23. Sözügedən halın hüquqi nəticəsi isə Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsində öz əksini tapıb ki, həmin normaya görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtin a etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

24. Yekunda kollegiya onu da bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1-ci və 114.1.6-cı maddələrinin mahiyyətindən həmin Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumunun geri qaytarılmalı olması aydın olur. 25. "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış Cavabdeh dair məlumatlardan onun müharibə veteranı olması müəyyən edildiyindən kollegiya bildirir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinin mahiyyətinə görə məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən e dilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunur. Cavabdeh bu normaya əsaslanaraq apellyasiya şikayəti verərkən dövlət rüsumu ödəmədiyindən, hazırda bu məsələnin hüquqi həllinə ehtiyac qalmır.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıld ığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

27. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilmə mişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

28. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq V. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə olan maneənin aradan qaldırılması, hasarın sökülməsi və torpaq sahəsinin zəbt olunmuş hissəsinin ona geri qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(078)460/2025 nömrəli qətnaməsindən Cavabdeh verdiy i apellyasiya şikayətindən imtina qəbul edilsin və ona münasibətdə apellyasiya şikayəti üzrə icraata хitam verilsin. İşdə iştirak edən şəxslərə izah edilsin ki, Mülki-Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar