Məhkəmə qərarları › İş №2(108)-145/2023

Ali Məhkəmə Qətnamə — İş №2(108)-145/2023

31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-145/2023 31.10.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və X3 ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 14 saylı evin, 9 saylı mənzili n alınmasına xərclədiyi 66400 manat pulun, mənzilin alınmasına beh olaraq verdiyi 500 manat məbləğində pulun və Şahid6 kredit öhdəliyinə görə 22 iyul 2021-ci il tarixdə ödənilmiş 292 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilin alınmasına İddiaçı tərəfindən xərclənmiş 66400 manat, Cavabdeh adına olan kredit müqaviləsi üzrə İddiaçı tərəfindən ödənilmiş 225 manat, ümumilikdə 66625 (altmış altı min altı yüz iyirmi beş) manat pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfində ödənilmiş 291 manat dövlət rüsumunun 288.85 manat hissəsinin Cavabdeh alınıb İddiaçı verilməsi, 2.15 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil ona görə ki, birincisi, iddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında göstərmişdir ki, onun tərəfindən məkrli plan olmuş və iddiaçıya qarşı bu planı işlətmişdir. Burada sual yaranır ki, onun məkrli planının olduğunu bildiyi halda nə üçün İddiaçı onun adına mülk (mənzil) almalı idi. Hə mçinin iddiaçı məhkəmə prosesində göstərdiyi kimi polkovnikdir, savadlı və ağıllı insandır. İddiaçı öncədən də bir neçə dəfə ailəli olmuş və nikahı pozulmuş, hər xanımdan uşaqları olmuş, onlara qazancından aliment ödəmişdir. Habelə dəfələrlə nikahı pozulduğundan həmin xanımlarla da əmlakda payın yaranması, bölünməsi mübahisəsindən məlumatlı bir insan olmuşdur. Bu cür mübahisələr öncədən də iddiaçının təcrübəsində olmuş, əvvəlki həyat yoldaşları ilə də pul mübahisələri olmuşdur. Belə olan halda o nikaha girmədən onun adına nə üçün mülk (mənzil) alırdı. Hansı kişi heç bir münasibəti olmayan, inanmadığı və əlaqəsi yaranmayan birinə mülk (mənzil) alar? Əgər iddiaçı özünə aid pulla mülk alsa idi, gözləyib onunla nikaha girdikdən sonra alardı və yaxud elə öz adına alardı. Deməli, mənzilə veril miş vəsait həmin vaxt iddiaçı üçün maraq doğurmadığından (yəni ona məxsus olmadığından) onun öz adına mülk almağına heç bir etiraz və narazılıq etməmişdir. İkincisi, iddiaçı izahatında və iddia ərizəsində göstərir ki, mənzili öz adına almasına o, qəti etiraz etmişdir. Lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir və heç bir əsaslandırması olmamışdır. Məhkəmə isə bu halla bağlı heç bir araşdırma aparmamışdır. Üçüncüsü, iddiaçının bildirdiyinə əsasən iddiaçı xərc çəkib mülk (mənzil) alırdısa, özünün dediyi kimi o nə üçün 10800 manat pul xərcləməli idi. Dördüncüsü, iddiaçı izahatında ona qarşı olan münasibəti onun iddiaçını aldada biləcəyini düşünməyə imkan verməmişdir deyə bildirməkdədir. Həmçinin iddiaçı izahatında onun məkrli planının olmasını ifadə edir. İddiaçı bunu düşün mədiyi halda hələ aralarında mübahisə olmadığı zamanlarda onun şəklini məqsədyönlü çəkmiş, danışıqlarını, səsini yazıb, “Səriyyə zapast” qeydi ilə yaddaşa verib məqsədli şəkildə gələcək üçün saxlamışdır. Habelə soyuducu onun evində olarkən üzərinə planlı şəkildə tarix yazmış, şəklini çəkmiş və özündə saxlayaraq bundan sübut kimi məhkəmədə istifadə etmişdir. Məhkəmə prosesində hakim iddiaçını yanına çağıraraq əlindəki şəkili göstərərək “Mustafayev başlığı oxu, amma səssiz oxu, ürəyində oxu” demiş, iddiaçı həmin an çaşaraq səsli şəkildə ucadan “Səriyyə zapast” kimi yazıldığını səsləndirmişdir. Həmin an o, ayağa durub “hakim görürsünüz məndə Nizami zapast yoxdu, amma qarşı tərəfdə Səriyyə zapast mövcuddur demişdir. Deməli, qarşı tərəf öncədən məqsədli olmuşdur. Hakim bunu görməzdən gəlmiş və bu barədə araşdırma aparmamışdır. Hakim onun üçün Mustafayev ürəyində oxu deyirdi ki, gələcəkdə məqsədli olaraq həmin sübutu araşdırmayacaq buna görə də bu səs məhkəmə zalını çəkən kameraya düşməsin. Onun iddiaçı ilə nişanı fevral ayında olub, Səriyyə zapast yazaraq səs yazılarını, şəkillərini çəkməsinin tarixi isə mart ayından başlamışdır. Yəni iddiaçı ilk günlərdən məhkəmə üçün nələrsə zapast edib saxlayırdı. Bu isə onun nə dərəcədə peşəkar olmasının əyani misalıdır. Həmin səs yazılarını, şəkilləri isə araşdırmayan məhkəmə, Mustafayevin öncədən hər şeyi planlı etməsinin üzə çıxacağını bilərək həmin səs yazılarını, şəkli araşdırmadan sürətlə keçərək nəticəyə gəlmişdir. Beşincisi, məhkəmə qətnamədə göstərir ki, onun iddiaçı ilə münasibətlərinin korlanmasına səbəb Bakı şəhərinə böyük qızı i lə getməyi olmuşdur. İddiaçıdan ayrıldıqdan sonra iddiaçının səs yazılarını, vatsap yazışmalarını silmişdir. Ümumiyyətlə, heç bir məhkəmə prosesində “o, iddiaçı ilə münasibətlərinin korlanmasına səbəb Bakı şəhərinə böyük qızı ilə getməyi olmuşdur” deyə ifadə işlətməmişdir. “İddiaçıdan ayrıldıqdan sonra iddiaçının səs yazılarını, vatsap yazışmalarını silmişəm" fikrini səsləndirməmişdir. Məhkəmə isə bu fikirləri qətnaməyə məqsədli şəkildə yazaraq onun da iddiaçının səsini yazmağı fikrini formalaşdırmaq niyyətində olmuşdur. Əksinə o, izahatı zamanı məqsədli olmamış və onun səsini yazmamışam deyə bildirmişdir. Görünür məhkəmə öz məqsədinə çatmaq üçün müxtəlif yollara əl atmaqdan belə çəkinməmişdir. Məhkəmə prosesində iddiaçı tərəfindən təqdim olunan səs yazıları araşdırılmamışdır. Araşdırılsa idi həmin səslərdə özü tərəfindən “məni aldatdın, söz verdin, qardaşımın 60 min manatını qaytarmadın, mən sənə inanaraq evimin qeydiyyatına götürdüm” kimi ifadələr səsləndirdiyimi görərdi. Qarşı tərəf həmin səsləri səhvən sübutlar kimi məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə onların bu səhvini düzəldərək bu səsləri məhkəmədə araşdırmadan üstündən ustalıqla keçməyi bacarmışdır. Altıncısı, məhkəmə onun adından qətnamədə göstərir ki, onlar arasında Bakı şəhərində daima mübahisə olmuş, ona “kim sənə Bakıda ev alar” demiş, iddiaçıya “kim mənə ev alarsa mən də ona ərə gedərəm” demişdir. Notariat ofisinə gedən zaman aralarında mübahisə olmamış, hər bir halda evin onun adına alınacağı barədə razılaşmışlar. Məhkəmə bu sözləri bir-birinin ardıcıllığı ilə məqsədyönlü şəkildə qətnamədə ifadə etməklə qətnamənin iddiaçının maraqları çərçivəsində təmin etməsinə zəmin yaratmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən səs yazısını dinləmədən, araşdırmadan məhkəmədə onun ifadə etməyi kimi göstərmişdir. Belə ki, iddiaçı Bakıda olarkən onunla səsli mübahisə etdiyi vəziyyəti özünə xeyir edəcək şəklində (hissədə) məhkəməyə təqdim olunan hissəsinə əsaslanaraq həmin səs yazını məhkəmə prosesində araşdırmadan onun adından deyilmiş kimi məqsədyönlü şəkildə göstərmişdir. Həmçinin hər bir halda evin onun adına alınacağı barədə razılaşmışlar ifadəsində məharətlə onun adından izahatı kimi yazmışdır. O, heç vaxt evin “mənim adıma alınacağına razılaşmışdıq” ifadəsini işlətməmişdir. Bütün bunlar məhkəmənin məqsədyönlü təxəyyülünün məhsuludur. Ümumiyyətlə, razılıqla bağlı məhkəmə heç bir araşdırma ap armamışdır. Yeddincisi, Şahid3 məhkəmədə verdiyi izahatı kimi məhkəmə qətnamədə qeyd edir ki, o, notariusda olarkən Nizaminin çiynində qara sumka olmuş, pul həmin sumkada olmuşdur. Həmçinin iddiaçı da bu şəkildə izahat vermişdir. Lakin iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş video-görüntüdən aydın olur ki, pullar onun dediyi kimi qardaşın tərəfindən içinə qoyularaq ona verilmiş selofan torbada olmuşdur. Videogörüntüdən də aydın görünür ki, pulları özü notariusun içində selofan torbada ödəniş etmək məqsədi ilə iddiaçıya verir və o da öz növbəsində pulları onun gözünün önündə sayıb kassaya təhvil verir. Bütün bunlar məhkəmə zalında izlənilən video görüntüdə açıqaydın görünməkdədir. Lakin nədənsə məhkəmə bu ziddiyyətli məqama diqqət yetirməkdən yayınaraq bu ziddiyətli hala hüquqi qiymət verməmişdir. Səkkizinci, məhkəmə qətnamədə Şahid3 adından göstərir ki, alqı-satqı prosesi başa çatmışdır. Mənzilin alqı-satqısından sonra açarı Nizamiyə vermişdir. Məhkəmə prosesində isə belə fikir səslənməmişdir. Ümumiyyətlə, məhkəmə şahidlərin söylədikləri ilə bağlı hazırda qüvvədə olan Nizami Rayon Məhkəməsinin qətnaməsinə diqqət yetirməmişdir və qüvvədə olan qətnaməni tanımır, buna baxmayaraq tanımadığı qətnamədəki ifadələrdən öz xeyrinə istifadə edir. Hətta məhkəmə zalında onun iddiaçının təqdim etdiyi şahidlərin qüvvədə olan qətnamə üzrə verdiyi ifadələrlə üst-üstə düşməməsini bildirməsinə baxmayaraq məhkəmə bunlara məhəl qoymaqdan məharətlə yayınmışdır. Məhkəmə əlinin altında olan Nizami Rayon Məhkəməsinin qətnaməsində göstərilənlərdən tam fərqli ifadə verən iddiaçının şahidlərinin ifadəsinə nəzər salaraq “siz ötən məhkəmədə belə ifadə verməmisiz” bildirməli olduğu halda, əksinə iddiaçının xeyri üçün nə lazımdır onu da yazmışdır. Qüvvədə olan Nizami Rayon Məhkəməsinin qətnaməsində şahid qismində dindirilmiş Şahid2 göstərir ki, bu hadisələrdən və Nizaminin evlənməyindən sonradan xəbəri olmuşdur. Culfa Rayon Məhkəməsində isə şahid bildirir ki, Nizami əvvəlcədən onunla məsləhətləşirdi, hamısını bilirdi. Hakim bütün bunları ümumiyyətlə görməzdən gəlmişdir. Hakim şahiddən nə üçün ziddiyətli ifadə verməsini belə soruşmamışdır, soruşulanları isə qətnamədə göstərməmişdir. Doqquzuncu, məhkəmə şahid qismində ifadə vermiş qardaşı Şahid5 adından göstərir ki, guya o göstərir ki, yaşamağa mənzili yoxdur, 4 ay əvvəl mənzilini satmışdır. Rasim məhkəmə zalında mənzilini satdığından kirayədə yaşamasını bildirmişdir. Lakin məhkəmə qətnamədə istədiyi nəticəni əldə etmək üçün səslənən və ya səslənməyən sözlərin yerini dəyişdirib, şişirdilmiş formada önə çəkib mübaliğəli şəkildə ifadə etməyə çalışmışdır. Məhkəmə qətnamədə söz oyunu quraraq iddiaçının xeyrinə öz istədiyi kimi gücləndirici, daha çox gözə çarpacaq söz və ifadələrdən istifadə etmişdir. Həmçinin məhkəmə qardaşının adından başqasına məxsus çay evini işlətdiyini yazır. Qardaşı məhkəmə prosesində yer götürərək çayxana işlətdiyini, işçilərinin olduğunu göstərsə də, yenə məhkəmə öz işini görərək istədiyi kimi yazmışdır. Onuncusu, məhkəmə gəldiyi nəticəni əsaslandırıcı hissəsində göstərir ki, cavabdeh qardaşı Rasimdən Bakı şəhərində alması üçün 60000 manat borc almasını təsdiq edən hər hansı bir sübut y oxdur. Anlaşılan deyildir ki, qardaşının verdiyi ifadə nə üçün sübut kimi qəbul edilməməlidir. Buna baxmayaraq məhkəmə iddiaçının şahidlərinin Bakı şəhərində hazırda qüvvədə olan qətnamədə göstərilən ifadələri ilə ziddiyyət təşkil edən ifadələrini sübut kimi qəbul etmişdir. On birincisi, məhkəmə nəticəyə gələrək bildirir ki, cavabdeh izahatında bildirdiyi kimi, hələ güvənmədiyi bir şəxsə, yəni qardaşından borc alıb verməsi inandırıcı deyil. Məhkəmə belə nəticə çıxarda bildiyi halda nə üçün İddiaçı güvənmədiyi, məkrli planının olduğunu bildirdiyi şəxsə, yəni ona 76000 manat dəyərində öz pulu ilə ev almasını inandırıcı saya bilmişdir. On ikincisi, məhkəmə göstərir ki, əsassız varlanma mövcuddur və bu barədə normalara istinad edir. Qeyd edilən norma məhkəmə tərəfindən düzgün tətbiq olunmamı şdır. Belə ki, hazırki mübahisə iş üzrə əsassız varlanma iddiasının sübuta yetirilməsini şərtləndirir. Məhkəmə tərəfin yalnızca şifahi mülahizəsinə və mötəbərliyi şübhəli olan şahid ifadələrinə əsaslanaraq akt qəbul edə bilməz. Buna baxmayaraq, məhkəmə heç bir əsas olmadan, mövcud sübutlara düzgün hüquqi qiymət vermədən absurd iddia tələbini qismən təmin etmişdir. İddiaçı tərəfindən şifahi mülahizələr səsləndirilmiş, lakin sübuta yetirilə bilməmişdir. İddiaçı tərəfindən tam şəkildə təqdim edilməyən video-görüntülərə də onun tərəfindən münasibət bildirilmiş, milli mentalitetə əsasən, pulun yanında kişi cinsinə məxsus şəxs getdiyi üçün onun təqdim etməsi üçün tərəfindən pul vəsaitinin iddiaçıya verilməsi əsaslandırılmışdır. Milli mentalitet və dəyərlərimiz isə hamıya bəlli fakt olduğu üçün o nun sübuta yetirilməsinə ehtiyac yoxdur. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bununla da, iddiaçı tərəfindən heç bir sübutlar təqdim edilmədiyi halda məhkəmə tərəfindən iddia tələbi əsaslı hesab edilərək qismən təmin edilmişdir. Sözü gedən normanın tələbi hakim tərəfindən kobud surətdə pozulmuşdur. On üçüncüsü, iş üzrə məhkəmə tər əflərin verdiyi izahatları, tərəflər arasında olmuş ilk məhkəmə araşdırması zamanı və hazırkı işin araşdırılması zamanı dindirilmiş şahidlərin ifadələrini, digər sübutları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən evin alqı-satqısı zamanı 66400 manat ödənilməsi öz təsdiqini tapdığını qeyd edir. Lakin bu pulun məhz ona məxsus olmasını təsdiq edən heç bir mötəbər sübutdan söhbət gedə bilməz və bu məhkəmə araşdırması ilə sübuta yetirilməmişdir. On dördüncüsü, onun qardaşından borc alaraq aldığı xüsusi mülkiyyəti iddiaçının xeyrinə əldə etməmişdir. Sözü gedən mənzilin alınması üçün o, qardaşından borc pul almış, həmin pul vəsaiti ilə təbii ki, öz adına mənzil əldə etmişdir. Məhkəmə iclası zamanı məhkəmənin diqqətinə çatdırıldığı kimi pul vəsaiti qardaşı tərəfindən verilsə də, o, iddiaçı ilə birgə nikaha daxil olacağını, ailə olacağımı düşündüyündən milli mentalitet və dəyərlərə uyğun şəkildə iddiaçıya (nikaha daxil olacağını zənn etdiyi şəxsə) pul vəsaitini ödəniş aparması üçün vermişdir. Onun pul vəsaitini təqdim etməsi üçün iddiaçıya verməyi necə ola bilər ki, pul vəsaitinin iddiaçıya məxsus olduğu, onun hesabına əldə edilməsi kimi qiymətləndirilir? Məhkəmə buna münasibətdə də sübutları düzgün qiymətləndirməmiş, yanlış qənaətə gəlmişdir. Əgər o, aldatmaq məqsədi ilə iddiaçıdan pul vəsaiti almış olsaydı, o halda əsassız varlanmadan söhbət gedə bilər, onun tətbiqini şərtləndirən hal kimi xarakterizə etmək olardı. Mövcud mülki işdə isə xüsusi mülkiyyətin alınması üçün mübahisəli pul vəsaitinin iddiaçıya verilməsi halı baş vermədiyindən bu faktın sübuta yetirilməsi də mümkün deyildir. On beşincisi, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənirsə qeyd edilən normanın tətbiqi yolverilməzdir. Belə ki, əsassız varlanmaya əsas olan halları səciyyələndirsək, hazırki mülki iş üzrə mövcud sübut və dəlillərə əsasən, bu faktın baş vermədiyini aydın görə bilərik. Hazırki mübahisə ilə əlaqədar qeyd edir ki, o qardaşından aldığı borc vasitəsilə mübahisəli mənzili əldə etmişdir. Bu faktı hətta bundan öncə Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-200/2022 saylı mülki iş zamanı gəldiyi nəticə etibarı il ə, yəni məhkəmə iddia tələbinin “mənzilin alqı-satqı müqaviləsində dəyişiklik edilməsi, adına verilmiş xx.xx.2021- ci il tarixli çıxarışın ləğv edilməsi, həmin mənzil üzrə ödədiyi pula mütənasib olaraq mənzilin 3\4 hissəsinə onun, 1\4 hissəsinə isə özünün mülkiyyət hüququnun tanınması, paylara uyğun olaraq yeni çıxarışın verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, hər hansı bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia təl əbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. On altıncısı, bundan başqa hazırda mübahisələndirilən mənzilin alqı-satqı müqaviləsi onunla X8 arasında bağlanmış, müqavilənin tərəfləri onlar olmuşdur. X2 mülkiyyətində olan mənzili alıcı kimi onun mülkiyyətinə vermiş və o, mənzili tam mülkiyyət hüququ üzrə əldə etmişdir. Hazırda mənzilin qanuni mülkiyyətçisidir. Göründüyü kimi, iddiaçının bu hissədə də iddia tələbinin faktiki əsası ilə irəli sürdüyü hallar iddiaçının tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. On yeddincisi, göründüyü kimi, Nizami Rayon Məhkəməsinin icraatınd a olan 2(007)200/2022 saylı qətnaməsi ilə sözü gedən hazırki mübahisəyə (2(007)-1546/2022 saylı mülki işə) fikir bildirilərək hüquqi qiymət verilmiş və iddia tələbi rədd edilmişdir. Əgər məhkəmə tərəfindən həqiqətən də pul vəsaitinin iddiaçı tərəfindən verilməsi, mənzilin onun maddi hesabına əldə edilməsi faktı təsdiq edilmiş olsaydı, iddiaçının həmin iddia tələbi təmin olunar, mülkiyyət hüququ tanınardı. Göründüyü kimi, Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-200/2022 saylı mülki iş zamanı iddiaçının iddiası əsassız hesab edilmiş, iddiaçının maddi vəsaiti hesabına ona mənzil alması iddiası öz təsdiqini tapmamışdır. Məhz bu səbəbdən də hazırkı mübahisə zamanı məhkəmə bundan öncə baxılmış mülki iş materiallarına nəzər yetirməli idi. Bu halda ədalət bərqərar edilərdi. İddiaçı yalnız tələbin adını dəyişərək yenidən mübahisələndirmişdir. On səkkizincisi, məhkəmə onun istəyinə nail olduqdan sonra ailə qurmaqdan imtina etməyi kimi fikri irəli sürmüşdür. Hörmətli Kollegiya, qanunvericiliklə nikaha verilmiş anlayışdan da aydın olduğu kimi nikah könüllü ittifaqdır. Əgər o, könüllü surətdə nikaha daxil olmaq istəməmişdirsə, bu onun iradəsindən irəli gələn və qanunvericiliklə yol verilən bir addımdır. Əlavə olaraq bildirir ki, nikaha onu iddiaçı Mustafayev aparmalı idi. İddiaçı onunla nikaha girməkdə ciddi idisə, el adətinə uyğun gəlib onu yaşadığı evdən aparardı. Əksinə iddia etdiyi kimi gedib nikah evində gözləməz idi. Məhz bütün bunlar məhkəmənin bu cür absurd fikri irəli sürməsi, belə bir mövqedən yanaşması ona qarşı qərəzli yanaşdığının göstərməsinin sübutudur. Qeyd edir ki, İddiaçı nikah məsələsi ilə hətta onu təhdid etməkdən belə çəkinməmişdir. Qardaşına olan borcunu qaytaracağına söz verib evinin qeydiyyatına düşür və qeydiyyata götürdüyü günün səhəri çıxıb Zaqatalaya dostlarının yanına getdi, borcunu qaytarmayaraq onu təhdid etməyə başladı ki, “Culfa balaca və söz-söhbətli yerdir. Sən ordan ailə qurmağa görə çıxmısan, gəl bu evi bağışla mənə səni zaksa aparım. Yoxsa Culfa kimi yerdə biabır olacaqsan, qızlarını kimsə almayacaqdır”. Məhkəmə prosesində o, bu barədə hakimə tam təfərrüatları ilə məlumat versə də, hakim bu barədə qətnamədə heç bir fikir səsləndirməmişdir. Hətta onu Asan Xidmətə öz başına getmədiyi üçün təqsirli bilmişdir. Anlamır ki, qadınlar özləri geyinib bəzənib tək başına gedib Asan Xidmətdə və ya Qeydiyyat şöbəsində evlənəcəkləri bəylə ri gözləməlidirlər? Hansı xanım belə edib, o da etsin. On doqquzuncu, iddiaçı məhkəmədə qeyd edir ki, o iddiaçını aldatmışdır. Bu ifadə tamamilə absurddur. İddiaçını aldada bilməz ona görə ki, 29 iyun 2021-ci ildə evi aldıqdan, çıxarışı əldə etdikdən sonra onu evin qeydiyyatına götürmüşdür. Buna görə də o, tamamilə ailə qurmaq məqsədilə onu evin qeydiyyatına alaraq bu hərəkətləri həyata keçirtmişdir. İyirminci, prosessual norma məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, mülki iş üzrə mübahisə tam, hərtərəfli araşdırılmaqla həyata keçirilməli olduğu halda, onun iddiaçı tərəfin iddia tələbinin əsassız olmasını sübuta yetirdiyi halda məhkəmə bu kimi halları göz ardı edərək birtərəfli mövqedən iddia tələbini qismən təmin edilməsi ilə icraatında olan iş üzrə dindirilmiş şahid ifad ələrinə istinad edərək (halbuki iddiaçının həmin iddia tələbi məhkəmə tərəfindən təmin edilməmişdir) öz qərəzli mövqeyini nümayiş etdirmişdir. Bundan savayı, məhkəmə qardaşının əmlakının olmamasını və bu qədər pul vəsaitini borc verə bilməyəcəyini irəli sürmüşdür. Qeyd edilməlidir ki, böyük qardaşı biznes fəaliyyəti ilə məşğul olur. Həmçinin, məhkəmənin bu cür mövqedən işə yanaşması qanunvericiliyin tələbinə ziddir. Belə ki, adına əmlak, mülk olmayan Respublika ərazisində saysız-hesabsız vətəndaşlar var ki, notarial qaydada borc müqaviləsi bağlayır, alqı-satqı müqaviləsi və digər maddi vəsait hesabına yol verilən sövdələşməyə daxil olurlar. Məgər adına əmlak olmayan şəxs borc pul vəsaiti verə bilməzmi? Bu da iddia tələbinin qismən təmin etmək üçün məhkəmənin daha bir absurd əsaslandırmasıd ır. Qeyd edir ki, hətta o, məhkəmə hazırlığı dönəmində məhkəməyə qardaşlarına aid əmlaklar barədə, vergi ödəyiciləri olmaları barədə sənədlər təqdim edərkən hakim onları götürməyərək ona bildirdi ki, “qızım bunların nə önəmi var, mənim nəyimə lazımdır ki, sənin qardaşlarının və ya sənin nəyin var, ev almısan qəbzini, çıxarışını və alqı-satqı müqaviləni təsdiqlət gətir. Qarşı tərəfdə pul verdiyini iddia edirsə borc müqaviləsini təqdim edər.” Bütün bunları bildirdiyi halda hakim öz istədiyini etmişdir. İyirmi birincisi, məhkəmə öz məqsədi üçün çalışdığının bir əyani sübutu kimi iddiaçı tələbində kredit borcu üçün 225 manat pulu ondan tələb etmədiyi halda, hakim tələbdən kənar olaraq həmin pulu da onun ödəməli olduğunu kəsmişdir. Bütün bunlar məhkəmənin birtərəfli olmasını, təqdim olunan sübu tları araşdırmadan tələsik qərar verməsini göstərməkdədir. Ümumilikdə məhkəmə araşdırılması dövrü heç bir sübut (ifadələr, təqdim olunan digər sübutlar araşdırılmayan səs yazıları, görüntülər, şəkillər və s sənədlər) Bakı şəhərində öz adına aldığı evin pulunun İddiaçı tərəfindən ödənilməsini təsdiq edə bilməmişdir. Ümumilikdə, məhkəmə iddiaçının sübutetmə yükünün onun üzərində olmasına rəğmən işin hallarını sübuta yetirə bilmədiyi halda ədalətsiz bir qərar qəbul etmişdir. Dinlənilən şahid ifadələri heç mötəbərlik daşımamışdır. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması və məqsədyönlü olması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutl arı) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Apellyator sonda Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü (mülkiyyət) maddəsinin İ hissəsinə, AR Konstitusiyasının 29-cu maddəsinin (mülkiyyət hüququ) İ və İV hissələrinə, AR Konstitusiyasının 72-ci maddəsinə, İnsan Hüquqları Ümumi Bəyannaməsinin 17-ci maddəsinə, AR Ailə Məcəlləsinin 2.3-cü maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 178, 17 8.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 14.2, 76.1, 76.3, 77.1, 82.3, 88, 218.3-cü maddələrinə istinad edilmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh vəkili Vəkil2 Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsinin ləğv olu naraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fizi ki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci m addələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək mübahisənin hüquqi həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, istər birinci instansiya məhkəməsində, istərs ə də apellyasiya şikayətinə baxılması ilə əlaqədar tədqiq olunmuş iş materiallarından, həmçinin işdə iştirak edən şəxslərin izahatlarından məlum olmuşdur ki, iş üzrə İddiaçı ilə iş üzrə Cavabdeh rəsmi nikah bağlamaqla evlənmək qərarına gəlmiş, bu məqsədlə 23 iyul 2021-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” X10 ilkin ərizə ilə müraciət etmişdirlər. Nikahın rəsmi qeydiyyat tarixi isə xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Mülki işin tədqiq olunmuş hallarından məlum olmuşdur ki, nikahdan əvvəl İddiaçı cavabdehə 2019-cu ildə ünvan 3 ünvanında 1 otaqlı mənzil aldığını və həmin mənzili bacısı Zeynalova (Mustafayeva) Nəzakət Məmməd qızının adına rəsmiləşdirdiyini bildirmiş, tərəflərin razılığı ilə Nizami həmin evi öz adına sənədləşdirməyə qərar vermiş, bundan sonra İddiaçı bacısı Nəzakətlə danışmış və bacısı mənzili 05 mart 2021-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat Ofisində bağışlama müqaviləsi ilə ona bağışlamış, daha sonra isə iddiaçı həmin mənzili öz adına rəsmiləşdirmişdir. İddiaçının iddia ərizəsində və verdiyi izahatında iddia etdiyi bu faktlar iş materiallarına əlavə olunmuş Bakı şəhəri, 30 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-24 reyestr nömrəli, 3 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışla (İş.səh15-16) öz təsdiqini tapmışdır. Cavabdeh Şahid6 İddiaçı özünün iki qız uşağının olduğunu, ailə qurduqdan sonra dörd nəfər olacaqlarını, 1 otaqlı mənzildə yaşamalarının mümkün olmayacağ ını, evin darısqal olacağını və həmin 1 otaqlı mənzilin satılmasını, əvəzində 2 və ya 3 otaqlı mənzil almasını iddiaçıya bildirmiş, iddiaçı gələcəkdə ailə quracaqlarını və uğurlu nikahlarının olacağını düşünərək cavabdehlə razılaşmış, adına keçirdiyi ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzilini xx.xx.2021-ci il tarixində 56000 manata satmış, əldə etdiyi həmin məbləğdən 55500 manatı alqı-satqı müqaviləsini bağladığı 50 saylı Notariat Ofisinin depozit hesabında saxlamışdır. Satdığı mənzili tərk etməsi üçün alıcı ilə razılaşaraq 1 ay vaxt istəmiş və həmin evdə yaşamış, bu müddətdə 2 otaqlı evin axtarılması üçün mənzil alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etmişdir. Həmin şəxslərin köməkliyi ilə ünvan 4 ünvanında 9 nömrəli 2 otaqlı mənzili tapmış, ailə qurmaqda fikrinin ciddi olduğun u və gələcəkdə cavabdehlə birgə xoşbəxt yaşayacaqlarını düşünərək, həmçinin Şahid6 ona olan münasibətində səmimi olmasına inandırması üçün mənzilin onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Daha sonra xx.xx.2021-ci i tarixdə, yəni mənzilin alınmasından 4 gün əvvəl Bakı şəhəri, 50 saylı Notariat ofisində 07 iyun 2021-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1044 reyestr nömrəli “Alqı-satqı müqaviləsi” üzrə satılan əmlakın dəyərini təşkil edən 55500 manat məbləğində pul vəsaitini notariusun depozit hesabından götürülmüş, 29 iyul 2021-ci il tarixdə isə alqı-satqı müqaviləsi əsasında X4 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 14 saylı evin 9 saylı mənzili 75000 manata Cavabdeh adına almışdır. Kollegiya qeyd edir ki, mülki işin tədqiq olunmuş hallarından aydın olur ki, iddiaçı həmin mənzili cavabdehə hədiyyə şəklində deyil, gələcəkdə rəsmi nikah münasibətlərində olmaqla birlikdə yaşayacaqlarını düşünərək cavabdehin adına rəsmiləşdirmişdir. Həmçinin işin hallarındn o da aydın olur ki, ünvan 5 ünvanında yerləşən 9 nömrəli mənzilin dəyəri həqiqətdə 76000 manata razılaşdırılmış, mənzilin alınması üçün İddiaçı tərəfindən satıcıya əvvəlcədən 500 manat beh verilmiş, satıçının razılığı ilə ümumilikdə 180 manat həmin mənzilin su qızdırıcısının alınmasına, istilik puluna və kommunal xərclərə, qalan 320 manat isə ev sahibinə nağd olaraq verilmiş, 700 manat maklerə verilmiş, ümumilikdə 500 manat sənədlərin hazırlanmasına və alqısatqı zamanı dövlət rüsumuna ödənilmiş, 75000 manat notariusun depozitinə qoyulmuş və beləliklə həmin mənzilin alınmasına ümumilikdə 77200 manat xərclənmi şdir. İddiaçı tərəfindən 500 manat beh verilməsini, 500 manat satıcıya nağd olaraq verilməsini, 700 manat maklerə verilməsini, 500 manat sənədlərin hazırlanmasına xərclənməsini və alqısatqı zamanı dövlət rüsumu ödənilməsini cavabdeh özü də verdiyi izahatında etiraf etmişdir. Kollegiya tərəfindən müəyyən olunmuş yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı tədqiq olunmuş mötəbər sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim olunmuş Bakı şəhəri, 30 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-24 reyestr nömrəli, 3 mart 2021ci il tarixli “Daşınmaz əmlakın bağışlanılması müqaviləsi”ndən aydın olur ki, Zeynalova (Mustafayeva) Nəzakət Məmməd qızı ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzilini qardaşı İddiaçı bağışlamışdır.(iş səh.79). 07 iyun 2021-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 28 saylı evin 123 saylı mənzilini 55500 manata X1(iş səh 86), həmin tarixli 15-32 saylı qəbzdən və ünvan 7 ünvanlanmış 1348 nömrəli məktuba əsasən X11 həmin mənzili almaq üçün 55500 manat pulu 50 saylı Notariat Ofisi vasitəsi ilə “Kapitalbank”ın hesabına ödəmiş, həmin tarixli ərizəyə əsasən göstərilən məbləğ depozitdə saxlanılmışdır.(iş səh 93-95) İş materiallarında olan 50 saylı Notariat Ofisindən Mərkəz vəkil Bürosunun vəkili Şaiq Hüseynova ünvanlanmış 04 noyabr 2022-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, Bakı şəhəri, 50 saylı Notariat ofisində 07 iyun 2021-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1044 reyestr saylı “Alqı- satqı müqaviləsi” üzrə satılan əmlakın dəyərini təşkil edə 55500 manat məbləğində pul vəsaiti satıcı İddiaçı tərəfindən məxaric qəbzi əsasında xx.xx.2021-ci il tarixdə notariusun depozit hesabından götürülmüşdür.(iş səh 129). 29 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 14 saylı evin 9 saylı mənzilini 75000 manata Cavabdeh satmış, həmin tarixli 14-39 saylı qəbzə əsasən Cavabdeh həmin mənzili almaq üçün 75000 manat pulu 50 saylı Notariat Ofisi vasitəsi ilə “Kapitalbank”ın hesabına ödəmişdir. 5 saylı Bakı “Asan Xidmət” X6 İddiaçı ünvanlanmış 13 sentyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə heç bir üzrlü səbəb olmadan şöbəyə gəlməməsi ilə əlaqədar onlar arasında nikahın dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığ ı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki işin tədqiq olunmuş halları ilə təsdiq olunur ki, həqiqətən də ünvan 5 ünvanında yerləşən 9 nömrəli mənzilin dəyəri İddiaçılə satıcı arasında əvvəlcədən 76000 manata razılaşdırılmış, mənzilin alınması üçün İddiaçı tərəf indən satıcıya daha öncədə 500 manat beh verilmiş, satıcının razılığı ilə ümumilikdə 180 manat həmin mənzilin su qızdırıcısının alınmasına, istilik puluna və kommunal xərclərə, qalan 320 manat isə ev sahibinə nağd olaraq verilmiş, 700 manat maklerə xidmət haqqı olaraq verilmiş, ümumilikdə 500 manat sənədlərin hazırlanmasına və alqı-satqı zamanı dövlət rüsumunun ödənilməsinə xərclənmiş, 75000 manat isə notariusun depozitinə qoyulmaqla ümumilikdə 77200 manat mənzilin alınması üçün xərc çəkilmişdir. Mənzilin alınmasına ümumilikdə 77200 manat məbləğində xərcin çəkilməsi iş materialları, məhkəmə iclasları zamanı dindirilmiş tərəflərin və şahidlərin izahatı ilə öz təsdiqini tapmışdır. İş üzrə İddiaçı mübahisəli mənzilin alınması üçün həmin məbləğdən 66400 manat hissəsinin onun tərəfindən ödəni lməsini bildirmiş və bu faktı təsdiq edəcək yuxarıda sadalanan mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Bundan başqa iddia tələbinin əsaslılığının müəyyən olunması ilə bağlı birinci instansiya məhkəməsində araşdırma zamanı iddiaçı tərəfin təqdim etdiyi şahidlər də izahatlarında yuxarıda qeyd olunan iddiaçının tələbində göstərdiyi faktları təsdiq etmişdirlər. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının təklifi ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində ev alqı-satqısı ilə məşğul olur. Nizamini təxminən 10 il olar ki, tanıyır. Nizami təxminən 2021-ci ilin mart ayında bir otaqlı evini satmaq istədiyini bildirmiş, 2021-ci ilin iyun ayında onun vasitəçiliyi ilə mənzili 56000 manata satmışdır. 55500 manat ban kda notariusun depozitində qalmış, 500 manatı isə götürmüşdür. Alqı-satqı əməliyyatında qeyri-rəsmi olaraq iştirak etmişdir. İddiaçı bir otaqlı mənzilini satanadək bir neçə dəfə ona 2 otaqlı mənzil axtardığını, iki ev özü, 1 ev isə həmkarı Yavər tapmışdır. Yavər tapdığı evin mülkiyyətçisi ilə razılaşmışlar. Nizami ondan evə baxmasını xahiş etmiş, özü, Yavər və Nizami evə baxmış, evin yaxşı ev olduğunu bildirmişlər. Yavər evi 76000 manata satdıqlarını demiş, sonra evin sahibinə zəng etmiş, razılaşmışlar. Nizami Yavərə 500 manat beh vermişdir. Təxminən 2 həftə sonra mənzilin alqı-satqısı olmuş, orada iştirak etməmişdir. Alqı-satqıdan iki gün əvvəl Nizami onunla görüşmüş, sənədləşdirməyə 500 manatının çatmadığını demiş, 500 manat borc istəmiş, ona 500 manat borc vermişdir. Həmçinin Yavərə 700 manat verəcəyini, Yavərdən həmin pulu evin sənədləşdirməsindən sonra verməsini deməyi xahiş etmiş, Yavərə demiş, Yavər etiraz etməmişdir. Nizami mənzilin alqı-satqısından sonra ona 500 manat, Yavərə isə 700 manat vermişdir. Şahid2 ifadəsində həmçinin onu da bildirmişdir ki, Nizami ilə söhbət zamanı demişdir ki, ailə qurmaq istəyir, bir otaqlı evi satıb, iki otaqlı ev almasına səbəb ailə qurmasıdır. Ailə qurmaq istədiyi xanım evin onun adına sənədləşdirilməsini istəyir. Nizamiyə evi öz adına sənədləşdirməsini, sonra xanıma bağışlamasını məsləhət etmişdir. Nizaminin bir otaqlı evin satışından əldə etdiyi və notariusun depozit hesabına qoyduğu 55500 manat pulu depozitdən onunla birlikdə götürmüş, hətta tək yaşadığını, pulun onda olmasının təhlükəli olduğunu, bir-iki gün pulu saxlamasını xahi ş etmiş, lakin pulu qəbul etməmişdir. Nizami bir otaqlı evini 2 otaqlı ev alması üçün satmış və iki otaqlı ev almışdır. Məhkəmə iclasında iddiaçının təklifi ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ev alqı-satqısı ilə məşğul olur. Nizamini 6-7 il olar ki, tanıyır. Nizami 2021-ci ilin mart ayında ofisə gəlmiş, 1 otaqlı evini satmaq istədiyini, 2 otaqlı ev almaq istədiyini bildirmiş, 2 otaqlı evlərin təxminən qiymətini soruşmuş, ona 75000-85000 arası qiymətlərin dəyişdiyini demişdir. Nizami bir otaqlı mənzilini satılması üçün yazdırmış və getmişdir. 07 iyun 2021-ci il tarixdə Nizami ofisə gəlmiş, bir otaqlı evini satmaq üçün razılaşdıqlarını, beh də aldığını bildirmiş, iki otaqlı ev tapmasını xahiş etmişdir. Təxminən iki-üç gün sonra həmkəndlisi Qara adlı şəxs ofisə gəlmiş, iki otaqlı evini satmaq istədiyini bildirmiş, evin açarını ona vermiş və getmişdir. Nizamiyə zəng etmiş, bu barədə ona demiş, Nizami iki dəfə özü, bir dəfə həmkarı Rza ilə, bir dəfə 1 nəfər usta ilə, 1 dəfə isə iki cavan oğlanla evə baxmış, 76000 manata razılaşmışlar. Nizami ona 500 manat beh vermiş, 10000 manatının olduğunu, 56000 manata bir otaqlı evini satdığını, 10000 manatı isə bir həftəyə hazırlayacağını bildirmişdir. Nizami sonra bir dəfə də ofisə gəlmiş, bir az da vaxt istəmiş, həmçinin evi başqa şəxsin adına sənədləşdirəcəyini, lakin həmin şəxsin işdən çıxa bilmədiyini bildirmiş, həmin şəxsin kim olmasını deməmişdir. 29 iyul 2021-ci il tarixdə mənzilin alqı-satqısı aparılmışdır. Bir gün əvvəl Nizami ona zəng etmiş, ona çatacaq 1 faizi iki-üç gün sonra verməsini xahiş etmiş, onunla razılaşmışdır. Həmçinin mənzilin sənədləşdirilməsinə lazım olan 500 manat pulu Rzadan borc aldığını bildirmişdir. 29 iyun 2021-ci il tarixdə özü, Nizaminin ev aldığı şəxsin nümayəndəsi və Vasif adlı şəxs notariat ofisinə getmiş, onlar notariusa daxil olduqları zaman Nizami orada olmuşdur. Təxminən 12 dəqiqə sonra isə cavabdehin notariusa daxil olduğunu xatırlayır. Nizaminin çiynində qara sumka olmuş, o, pulun hazır olduğunu bildirmiş, hətta pulu ona göstərmişdir. Notariusun olduğu otağa Nizami, cavabdeh və satıcının nümayəndəsi daxil olmuşlar. Bir neçə dəqiqədən sonra Nizami notariusun otağından çıxmış, pulu notariusun depozitinə qoymuş, sonra alqı-satqı prosesi başa çatmışdır. Mənzilin alqı-satqısından sonra açarı Nizamiyə vermişdir. Şahid3 ifadəsində onu da bildirmişdir ki, ca vabdehi əvvəllər görməmiş, cavabdehi ilk dəfə notariat ofisində görmüşdür. Nizami mənzili cavabdehin adına alacağını ona deməmiş, sadəcə başqa şəxsin adına alacağını demiş, mənzilin alqı-satqısı zamanı pul Nizamidə olmuş, pulu depozitə Nizami qoymuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılması zamanı dindirilmiş yuxarıda adları qeyd olunan şahidlərin izahatlarından da aydın olur ki, onlar işin baxılmasında hüquqi baxımdan maraqlı deyillər, tərəflərə münasibətdə hər hansı qərəzli münasibətləri mövcud deyil. Onlar hazırki mübahisəli məsələ ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hallar barədə tam ətraflı və dolğun məlumatlara sahibdirlər. Çünki hazırki mübahisəli məsələnin bilavasitə iştirakçıları və şahidləri olmuşdurlar. İddiaçı tərəfdən təqdim olunmuş hər iki şahidin iz ahatlarında göstərdiyi faktlar digər iş materialları ilə də eynilik təşkil edir. Buna görə də kollegiya iddiaçı tərəfin təqdim etdiyi həmin şahidlərin verdiyi izahatları mübahisənin hallarını özündə əks etdirən məlumatlardan ibarət olduğu üçün mötəbər sübut növü kimi qəbul etmişdir. Bundan başqa birinci instansiya məhkəməsində işə baxılması zamanı iddiaçının iddia etdiyi faktları təsdiq edəcək sübut növü kimi, "xxxx" ASC-nin ünvan 9 ünvanladığı xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş müşahidə kameralarından qeydə alınmış görüntüləri əks etdirən diskdən də mənzilin alınması üçün ödənilən pulun notariusun depoziti hesabına İddiaçı tərəfindən qoyulması video görüntülərlə öz təsdiqini tapmışdır. Kollegiya həmçinin onu da qeyd edir ki, İddiaçı izahatında qeyd etdiyi kimi iş materialların a əlavə etdiyi Bank VTB ASC tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli arayışdan məlum olmuşdur ki, həqiqətən də 02 iyul 2021-ci il tarixdə Bank VTB ASC-nin Neftçilər filialından X14 tərəfindən “Zolotaya Korona” pul köçürməsi sistemi vasitəsilə İddiaçı adına 850 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Beləliklə məhkəmə kollegiyası mülki işin araşdırılmış hallarını nəzərə alaraq sübutetmə, sübutların yoxlanılması və qiymətləndirilməsi ilə əlaqədar yuxarıda göstərilənləri də nəzərə almaqla hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, cavabdeh tələbə etirazlarının əsası kimi istinad etdiyi halların təsdiqi üçün məhkəməyə sübut təqdim etməmiş və beləliklə də etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmi şdir. Belə ki, istər birinci instansiya məhkəməsində işə baxılması zamanı, istərsə də apellyasiya baxışı ilə bağlı keçirilən məhkəmə iclasları zamanı iş üzrə cavabdeh Şahid6 bildirmişdir ki, iddiaçı onunla ailə qurmaq istəsə də, onunla ilə ailə qurmaq fikri olmamış, lakin iddiaçı ona çox vədlər vermiş, onu inandırmışdır. Mənzilin alınması üçün 6300 manat kredit götürmüş, özündə əlavə pul olmuş, alqı-satqı üçün Bakı şəhərinə gedən zaman 15000 manat pulu olmuşdur. Razılıqlarına əsasən bankdan götürdüyü 6300 manat pulu iddiaçı ödəməli idi. Qarşılıqlı razılıqlarına görə iddiaçı əvvəlcədən onun adına Bakı şəhərində mənzil alacağı barədə söz vermişdir. İddiaçı kredit müqaviləsi üzrə bir ay 225 manat ödəniş etmişdir. Notariat ofisinə getməzdən 2 gün əvvəl iddiaçı ev almaları üçün 60000 manatın ça tmadığını və qardaşı Rasimdən almasını ona bildirmiş, bundan sonra o, alqı-satqı günü 60000 manatı qardaşı Şahid5 borc almışdır. İddiaçı söz vermişdir ki, bir otaqlı evini satacaq, qardaşına olan borcu qaytaracaq. Qardaşı Rasimdən Bakı şəhərində ev alması üçün 60000 manat borc almasını təsdiq edən hər hansi bir sübutu yoxdur. Bakı şəhərində evin alınması üçün notariat ofisinə iddiaçı ilə birlikdə getmiş, 75000 manatı notariusun depozitinə iddiaçı qoymuşdur. Evi iddiaçı tapmış, 500 manat behi, evin tapılması üçün vasitəçiyə 700 manatı iddiaçı vermişdir. Mənzilin alınması üçün ödənilən 75000 manat pulun hamısı özünə məxsus olmuş və məhz bu səbəbdən də mübahisəli mənzilin öz adına rəsmiləşdirildiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı cavabdehin Culfa şəhərindən Bakı şəh ərinə gələrkən özü ilə 10800 manat pul gətirməsini etiraf etmiş, lakin cavabdeh tərəfindən qalmış 4200 manata dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa apellyasiya baxışı zamanı cavabdeh Şahid6 qardaşı Şahid5 bu mənzilin alınması üçün 60000 manat borc aldığını, həmin pulu 29 iyun 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhərində Neftçilər metosunun çıxışında qardaşından təhvil aldığını bildirmiş, eyni zamanda verilən sualları cavablandırarkən metronun hansı çıxışına getdiyini xatırlamadığını, Naxçıvandan təyyarə ilə Bakı şəhərinə saat təxminən 10 radələrində gəldiyini, daha sonrakı proses zamanı isə izahatını dəyişərək saat 12-yə işləmiş gəldiyini, hava limanında onu iddiaçının qarşıladığını, taksi ilə iddiaçının yaşadığı 1 otaqlı evə gedərək orada qardaşı Rasi min pulu onlara gətirməsini gözlədiklərini və daha sonra Nizaminin onu pulu alması üçün metronu göstərərək oraya göndərdiyini, saat 12 radələrində qardaşı Rasimlə görüşərək sellofan torbada 60000 manatı ondan aldığını və sonra isə alqı-satqı üçün notariusa getdiklərini bildirmişdir. Şahid6 eyni zamanda onu da bildirmişdir ki, notariusda pulu ödəyən zaman iddiaçının dediyi kimi onun üzərində hər hansı qara çanta olmamış, pullar qardaşının verdiyi selofan torbada olmuşdur. Halbuki mülki işin araşdırılmış hallarından məlum olmuşdur ki, iş üzrə cavabdeh Şahid6 29 iyun 2021-ci il tarixdə J2/252 saylı reyslə Naxçıvan-Bakı istiqamətində uçan təyyarə ilə Bakı şəhərinə gəlmiş və həmin təyyarə H.Əliyev adına X18 11:51-də eniş etmişdir.(İş səh.123). Bu fakt iddiaçı tərəfindən təqdim olunaraq iş mater iallarına əlavə edilmiş Azərbaycan Hava Yolları QSC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 12/953 nömrəli arayışda da öz əksini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdehin qardaşı Şahid5lə həmin gün saat 12 radələrində Neftçilər metrosunda görüşərək ondan 60000 manat pul almasını deməsi ümumiyyətlə həqiqəti əks etdirmir. Bundan başqa verilən sualları cavablandırarkən Şahid6 Naxçıvandan təyyarə ilə Bakı şəhərinə saat təxminən 10 radələrində gəldiyini, daha sonrakı proses zamanı isə ziddiyyətli izahat verərək saat 12-yə işləmiş gəldiyini bildirmiş, qardaşı tərəfindən verildiyini iddia etdiyi həmin pulların hansı əskinaslardan ibarət olması və metronun hansı çıxışında qardaşı ilə görüşməsi barədə dəqiq məlumat verməmiş, həmin mənzilin tapılması və alınması ilə bağlı bütün hər əkətlərin İddiaçı tərəfindən edildiyini, maklerləri və ev sahibini tanımadığını, iddiaçının ona atdığı şəkillərdən evi görərək bəyəndiyini etiraf edərək, yalnız evin alqısatqısını həyata keçirmək üçün 29 iyun 2021-ci ildə bir günlük Bakı şəhərinə getdiyini qeyd etmişdir. Cavabdehin 60000 manatı qardaşından aldığının sübutu kimi həmin pulun salofan torbada ona verilməsi, bu faktın kamera görüntülərində də öz əksini tapması ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin qeyd etdiyi kimi alqı-satqı zamanı iddiaçının əlində salofan torbada pul olmasını məhkəmə iclası zamanı İddiaçı inkar etməmiş, tam əksinə bunu etiraf edərək verilən sualları cavablandırarkən Şahid6 Naxçıvan şəhərindən Bakı şəhərinə gələrkən gətirdiyi 10800 manatın həmin salofan torbada olduğunu, alqı sat qıya gedərkən pulların bir qisminin özünə məxsus olan qara çantada olduğunu, yerləşmədiyi üçün isə özünə məxsus olan pulların bir qismini həmin salofan torbaya qoyduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Şahid6 iddia etdiyi yuxarıda qeyd olunan faktların təsdiqi üçün sübut növü kimi yeganə şahidini təqdim etmiş, cavabdeh tərəfdən dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, cavabdeh bacısıdır və özü Bakı şəhərində yaşayır. Yaşamağa mənzili yoxdur, 4 ay əvvəl mənzilini satmışdır. Toyota prius markalı avtomobili var, başqasına məxsus çay evini işlədir, mülkiyyətçi ilə aralarında müqavilə yoxdur, aylıq gəliri 1800-2500 manat olur. X17 Bakı şəhərində 76000 manata mənzil almasını bilir, həmin məbləğin 60000 manatını özü bacısına borc vermişdir. Cavabdehə 60000 manat borc verməsini təsdiq edən heç nə yoxdur. Evin alınmasından iki gün əvvəl bacısı ona Nizami ilə ev almaq istədiklərini, 60000 manat pulun çatmadığını, ona borc olaraq 60000 manat pul verməsini xahiş etmiş, qısa müddətdə özü pulu qaytaracağını bildirmişdir. Neftçilər metrosunun yaxınlığında Səriyyə ilə görüşmüş, metronun hansı tərəfində görüşdüklərini xatırlamır. Bacısına 60000 manat pul vermiş, Nizami orada olmamışdır. Səriyyə Nizaminin nəyininsə olduğunu, satıb pulu qaytaracaqlarını demişdir. 60000 manat özünə və qardaşı İsmayıla məxsus pul olmuşdur. Bacısına məxsus olan mənzilin alınmasında iştirak etməmişdir. Şahid5 ifadəsində onu da bildirmişdir ki, Səriyyə Bakı şəhərinə gəldiyi gün əmisinin evində qalmış, sonrakı günlər Səriyyə ilə birlikdə Xalqlarda qalmışlar, kimin evində qaldıql arını xatırlamır, onun yaddaş problemləri vardır. Kollegiya cavabdeh tərəfindən təqdim olunaraq dindirilmiş Şahid5 verdiyi izahatı işin digər halları ilə qarşılıqlı araşdıraraq ziddiyyətli məqamların olduğu və cavabdehlə şahidin yaxın qohumluq (bacı-qardaş) münasibətlərində olduqlarından digər tərəfə münasibətdə qərəzli mövqeyinin olduğu qənaətinə gəlmişdir. Belə ki, məhkəmədə dindirilən zaman Şahid5 ona verilən sualları cavablandırarkən bacısı ilə evin alındığı tarixdə Neftçilər metrosunda saat 12 radələrində görüşdüyünü, metronun hansı tərəfində bacısı ilə görüşdüyünü xatırlamadığını, Səriyyənin 29 iyun 2021-ci il tarixdə Bakı şəhərinə gəldiyi gün onunla birlikdə əmisigildə qaldıqlarını, cavabdehə verdiyi 60000 manat pulun onunla digər qardaşı İsmayıla məxsus olduğunu bildirmişdir. Halbu ki məhkəmə iclası zamanı izahat verən iş üzrə cavabdeh Şahid6 alqı-satqı üçün Bakı şəhərinə gəldiyi gün digər qardaşı İsmayılla küsülü olduqlarını, bu səbəbdən də Rasimlə birlikdə əmisigildə deyil, iddiaçının 1 otaqlı evində qaldıqlarını bildirmişdir. Həmçinin bir daha qeyd olunmalıdır ki, iş üzrə cavabdeh Şahid6 29 iyun 2021-ci il tarixdə J2/252 saylı reyslə Naxçıvan-Bakı istiqamətində uçan təyyarə ilə Bakı şəhərinə gəlmiş və həmin təyyarə H.Əliyev adına X18 11:51-də eniş etmişdir. Bundan başqa Şahid5 bacısı Səriyyəyə həmin gün 60000 manat pul verməsinə dair sübutunun olmadığını bildirmişdir. İş üzrə cavabdeh Şahid6 apellyasiya şikayətində qardaşının maddi imkanın yaxşı olduğunu, mülkiyyətində mənzilinin, nəqliyyat vasitələrinin, obyektlərin olmasını bildirmiş, şahid isə ifadəsində Bakı ş əhərində yaşadığını, yaşamağa mənzilinin olmadığını, Toyota prius markalı avtomobilinin olduğunu, başqasına məxsus çay evini işlətdiyini, mülkiyyətçi ilə aralarında müqavilə olmadığını bildirmişdir. Şahid həmçinin bildirmişdir ki, bacısı Səriyyə evin alınmasından iki gün əvvəl ona Nizami ilə ev almaq istədiklərini deyərək, 60000 manat pulun çatmadığını, ona borc olaraq 60000 manat pul verməsini xahiş etmiş, cavabdehin əvvəlcə borcu özünün qaytaracağını, sonra Nizaminin nəyinisə satıb qaytaracağını demişdir. Cavabdeh isə izahatında iddiaçının Bakı şəhərinə gəlməmişdən iki gün əvvəl, daha sonra isə 29 iyun 2021-ci il tarixdə bir otaqlı evini satmadığını dediyini bildirmişdir. Buradan da belə nəticəyə gəlmək olur ki, əgər evin alınması üçün lazım olan pul məbləğinin olmadığını cavabdeh əvvəlc ədən bilmişdirsə, hansı məqsəd üçün Culfa şəhərindən Bakı şəhərinə gəlməsi məlum deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə də bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə yuxarıda qeyd olunan xüsusatlar baxımından kollegiya birinci instansiya məhkəməsinin cavabdeh tə rəfindən təqdim olunmuş şahid ifadəsini mötəbər sübut qismində qiymətləndirilməməsini əsaslı və düzgün hesab etmişdir. Cavabdeh Şahid6 şikayətində qeyd etdiyi qardaşı Şahid5 mülkiyyətində nəqliyyat vasitələrinin olması barədə məhkəməyə təqdim etdiyi etibarnamələrlə bağlı kollegiya bildirir ki, etibarnamə şəxsin mülkiyyətində hər hansı bir əmlakın olmasını təsdiq edən sənəd deyil. 19 aprel 2020-ci il tarixdə verilmiş etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasitəsindən istifadə etmək hüququ, 21 oktyabr 2021-ci il tarixdə verilmiş etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasitəsindən istifadə etmək hüququ, 16 noyabr 2021-ci il tarixli etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasitəsindən istifadə etmək hüququ, 23 sentyabr 2022-ci il tarixli etibarnamədə etibar edən Şahid5 nəqliyyat vasit əsindən istifadə etmək hüququ, 04 fevral 2023-cü il tarixli etibarnamədə isə etibar edən Şahid5 onun adından torpaq sahəsini sənədləşdirmək, özəlləşdirmək, tikinti işləri aparmaq, tikinti ilə birlikdə torpağı özəlləşdirmək..., satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, ipotekanı qəbul etmək və digər hüquqları həyata keçirməyi etibar etmişdir. Təqdim edilmiş etibarnamələrin verilmə tarixlərinə diqqət etdikdə isə müəyyən olunur ki, etibarnamələrin əksəriyyəti 2021-ci ilin iyul ayından sonra-yəni mübahisəli mənzilin cavabdeh tərəfindən əldə olunmasından sonra verilmişdir. Göründüyü kimi, Cavabdeh verdiyi izahatlarında Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 14 saylı evin 9 saylı mənzilin alınması ilə bağlı xərclərin onun tərəfindən qarşılandığını, bu məbləğdən 15000 manat hissə sinin özünə məxsus olduğunu, qalan 60000 manat hissəsinin isə qardaşı Şahid5 tərəfindən ona borc verildiyini bildirməsi işin araşdırılmış halları ilə ümumiyyətlə təsdiqini tapmır. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-200/2022 saylı qətnaməsi ilə sözü gedən hazırki mübahisəyə (2(007)-1546/2022 saylı mülki işə) fikir bildirilərək hüquqi qiymət verildiyinə və iddia tələbinin rədd edildiyinə, əgər məhkəmə tərəfindən həqiqətən də pul vəsaitinin iddiaçı tərəfindən verilməsi, mənzilin onun maddi hesabına əldə edilməsi faktı təsdiq edilmiş olsaydı, iddiaçının həmin iddia tələbinin təmin olunacağına, mülkiyyət hüququnun tanınacağına, göründüyü kimi, Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)200/2022 saylı mülki iş zamanı id diaçının iddiasının əsassız hesab edildiyinə, iddiaçının maddi vəsaiti hesabına ona mənzil alması iddiasının öz təsdiqini tapmadığına, məhz bu səbəbdən də hazırkı mübahisə zamanı məhkəmənin bundan öncə baxılmış mülki iş materiallarına nəzər yetirməli olduğuna, bu halda ədalətin bərqarar ediləcəyinə, iddiaçının yalnız tələbin adını dəyişərək yenidən mübahisələndirdiyinə” dair göstərdiyi dəlilləri müzakirə edərək bu dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş Nizami Rayon Məhkəməsinin sözügedən qətnaməsinin məzmunundan da aydın olur ki, həmin iş üzrə iddia tələbinin predmeti tamamilə fərqli olmuş, iddianın rədd olunmuş hissəsində rəddin əsaslarını iddiaçının qeyd etdiyi faktlar deyil, başqa əsaslar təşkil etmiş, eyni zamanda həmin qətnamədə İddiaçı mübahisəli mənzi lin alınması zamanı pulun ödənilməsində iştirak etməsi halı sübut ediləcəyi təqdirdə başqa bir iddia qaldıra biləcəyi hüququ izah olunmuşdur. Kollegiya xüsusilə cavabdehin diqqətinə çatdırır ki, Nizami Rayon Məhkəməsinin sözügedən 2(007)-200/2022 saylı qətnaməsində hazırki mülki işin nəticəsinə təsir edəcək hər hansı predusial əhəmiyyət kəsb edən hallar müəyyən olunmamışdır. Həmçinin kollegiya iş üzrə Cavabdeh apellyasiya şikayətində göstərdiyi “Culfa Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə məhkəmə tərəfindən proses zamanı səslənməyən, araşdırılmayan fikirlərin məqsədli şəkildə göstərildiyi, eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsində aparılan araşdırma zamanı ifadə vermiş eyni şahidlərin Culfa Rayon Məhkəməsində aparılan araşdırma zamanı fərqli ifadələr verməkləri və şah idlər tərəfindən sonradan öyrədilmiş şəkildə verilmiş məqsədyönlü ifadələrin Culfa Rayon Məhkəməsi tərəfindən diqqətə alınmadığı” ilə bağlı dəlillərini müzakirə edib, həmin dəlillərin də əsassız olması qənaətinə gəlir və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 272.7-ci maddəsinə əsasən protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Apellyasiya baxışı zamanı qeyd olunan prosessual hüquq normaları cavabdehin d iqqətinə çatdırılsa da, o göstərilən bu prosessual normalardan məlumatsız olduğunu bildirmişdir. Lakin tədqiq olunan iş materiallarından məlum olur ki, iş üzrə cavabdeh Şahid6 birinci instansiya məhkəməsində işə baxılarkən də müdafiəçinin peşəkar hüquqi yardımından istifadə etmiş, buna baxmayaraq keçirilən məhkəmə iclas protokollarına dair istər cavabdeh, istərsə də müdafiəçi tərəfindən hər hansı yazılı qeyd verilməmişdir. Belə olan halda isə şikayətdə göstərilən bu dəlillər əsaslı sayıla bilməz. Kollegiya iş üzrə Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi göstərdiyi “Məhkəmənin öz məqsədi üçün çalışdığının bir əyani sübutu kimi iddiaçı tələbində kredit borcu üçün 225 manat pulun ondan tələb etmədiyi halda, hakimin tələbdən kənar olara q həmin pulu da onun ödəməli olduğunu qət etdiyinə, bütün bunların məhkəmənin birtərəfli olmasına, təqdim olunan sübutları araşdırmadan tələsik qərar verməsini göstərdiyinə” dair dəlillərinin əsassiz hesab edərək qeyd edir ki, iddia ərizəsindən də aydın olduğu kimi iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 14 saylı evin, 9 saylı mənzilin alınmasına xərclədiyi 66400 manat pulun, mənzilin alınmasına beh olaraq verdiyi 500 manat məbləğində pulun və Şahid6 kreditini öhdəliyinə görə 22 iyul 2021-ci il tarixdə ödənilmiş 292 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yəni göründüyü kimi iddia tələbinin predmetini digər tələblərlə yanaşı cavabdehin kreditini öhdəliyinə görə 22 iyul 2021-ci il tarixdə ödənilmiş 292 manat kredit pulu da təşkil etmişdir. Tədqiq olunmuş iş materiallarına əsasən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 22 iyul 2021-ci il tarixli, #836 nömrəli qəbzdən müəyyən olunmuşdur ki, Cavabdeh adından kreditlərin ödənişi növü üzrə 225 manat ödəniş edilmiş, cavabdeh isə izahatında onun adına olan kredit müqaviləsi üzrə 292 manat deyil, 225 manat aylıq kredit borcunun 22 iyul 2021-ci il tarixdə İddiaçı tərəfindən ödənildiyini özü etiraf etmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbindən kənara çıxmamış və iddia tələbini həmin hissədə qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində qeyd edilən “...mülki iş üzrə mübahisənin tam, hərtərəfli araşdırılmaqla həyata keçirilmə li olduğu halda, onun iddiaçı tərəfin iddia tələbinin əsassız olmasını sübuta yetirdiyi halda məhkəmənin bu kimi halları göz ardı edərək birtərəfli mövqedən iddia tələbinin qismən təmin edilməsi ilə icraatında olan iş üzrə dindirilmiş şahid ifadələrinə istinad edərək (halbuki iddiaçının həmin iddia tələbi məhkəmə tərəfindən təmin edilməmişdir) öz qərəzli mövqeyini nümayiş etdirdiyinə, bundan savayı, məhkəmənin qardaşının əmlakının olmamasını və bu qədər pul vəsaitini borc verə bilməyəcəyini irəli sürdüyünə, böyük qardaşının biznes fəaliyyəti ilə məşğul olduğuna, həmçinin, məhkəmənin bu cür mövqedən işə yanaşmasının qanunvericiliyin tələbinə zidd olduğuna, adına əmlak, mülk olmayan Respublika ərazisində saysız-hesabsız vətəndaşlar olduğuna, onların notarial qaydada borc müqaviləsi bağlayıb, alqı-satqı müqaviləsi və digər maddi vəsait hesabına yol verilən sövdələşməyə daxil olduğuna, bunun da iddia tələbinin qismən təmin etmək üçün məhkəmənin daha bir absurd əsaslandırması olduğuna, hətta onun məhkəmə hazırlığı dönəmində məhkəməyə qardaşlarına aid əmlaklar barədə, vergi ödəyiciləri olmaları barədə sənədlər təqdim edərkən hakimin onları götürməyərək ona “qızım bunların nə önəmi var, mənim nəyimə lazımdır ki, sənin qardaşlarının və ya sənin nəyin var, ev almısan qəbzini, çıxarışını və alqı-satqı müqaviləni təsdiqlət gətir, qarşı tərəfdə pul verdiyini iddia edirsə borc müqaviləsini təqdim edər.” dediyinə, bütün bunları bildirdiyi halda hakimin öz istədiyini etdiyinə, ümumilikdə məhkəmə araşdırılması dövrü heç bir sübutun (ifadələr, təqdim olunan digər sübutlar araşdırılmayan səs yazıları, görüntülər, şəkillər və s sənədlər) Bakı şəhərində öz adına aldığı evin pulunun İddiaçı tərəfindən ödənilməsini təsdiq edə bilmədiyinə, ümumilikdə, məhkəmənin iddiaçının sübutetmə yükünün onun üzərində olmasına rəğmən işin hallarını sübuta yetirə bilmədiyi halda ədalətsiz bir qərar qəbul etdiyinə” dair göstərdiyi dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu dəlillər mülahizə xarakterlidir, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində cavabdeh Şahid6 qeyd etdiyi digər hallar mübahisənin təfərrüatlarını özündə əks etdirdiyindən dəlil kimi nəzərə alınmamış və qiymət verilməsinə zərurət olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessu al Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş iş in faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarl a təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə mülki işin faktiki halları iş üzrə tədqiq olunmuş mötəbər sübutlarla təsdiqini tapmış yuxarıda sadalanan hallardan ibarətdir. Araşdırılmış iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı pul vəsaitindən heç bir hüquqi əsas olmadan yararlanaraq əsassız varlanmış və öz adına əmlak əldə etmişdir. Kollegiya bir daha qeyd edir ki, mülki işin tədqiq olunmuş hallarından aydın olmuşdur ki, iddiaçı mübahisəli mənzili cavabdeh Şahid6 hədiyyə şəklində deyil, gələcəkdə rəsmi nikah münasibətlərində olmaqla birlikdə yaşayacaqlarını və birgə təsərrüfat idarə edəcəklərini düşünərək cavabdehin adına rəsmiləşdirmişdir. Lakin 29 iyun 2021-ci il tarixdə mübahisəli mənzilin Şahid6 adına alınmasından sonra 23 avqust 2021-ci il tarixdə-yəni tərəflər arasında nikahın rəsmiləşdiriləcəyi gün cavabdeh 5 saylı Bakı “Asan Xidmət” X10 gəlməmiş və bu səbəbdən də İddiaçı ilə arasında nikahın dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Mülki işin hüquqi həlli ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma hə mçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; -1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdi yini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni ə saslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya sonda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsi də yişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(089)-180/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnam ə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar