Məhkəmə qərarları › İş №2(108)-145/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-145/2024

27.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-145/2024 27.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Mehman Dünyamalı oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Culfa rayon Ərəzin kənd Tam orta məktəbin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Culfa rayon Ərəzin kənd tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanması tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(089)-154/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 15 aprel 2024-cü il tarixdə idd ia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək Culfa rayon Ərəzin kənd tam orta məktəbinin 20 sentyabr 2019-cu il tarixli, 105 nömrəli əmrinin ləğv edilməsi, Ərəzin kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(089)-154/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Culfa rayon Ərəzin kənd tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanması tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Cul fa Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(089)-154/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, xx.xx.2012-ci il tarixdə Ərəzin kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başlamışdır. Ərazin kənd tam orta məktəbinin direktorunun 20 sentyabr 2019-cu il tarixli, 105 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən vəzifədən azad olunduğu bildirilmişdir. Müvafiq əmrlə razı deyil, əmr faktiki hallar və hüquqi əsaslar baxımından əsaslandırılmamışdır. İlk olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Mübahisələnən əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndində göstərilən əsaslarla əmək müqaviləsinin ləğv edilməsi həmin məcəllədə təsbit edilmiş müvafiq əsaslara və qaydalara riayət edilməsi ilə şərtləndirilmişdir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) y erinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin müvafiq maddənin 3-cü bəndində göstərilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində göstərilir ki, 70-ci maddənin "ç" bəndində qeyd olunan əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi həmkarlar ittifaqının qabaqcadan razılığı alınmaqla ləğv edilə bilər. Göründüyü kimi müvafiq əmr verilərkən Əmək Məcəl ləsinin 70-ci maddəsinin "ç" bəndinin tətbiqini şərtləndirən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci, 3-cü və 80-ci maddəsinin 1-ci, 2-ci bəndlərinin müddəalarından irəli gələn tələblərə riayət edilməmişdir. Belə ki, işəgötürən tərəfindən həmkarlar ittifaqı qarşısında hər hansı təqdimatla çıxış edilməmiş və belə bir təqdimata baxılmamışdır. Əmrdə istinad olunan "kobud səhvlərin, konkret hansı səhvlərdən bəhs etdiyi göstərilməmiş, əmr əsaslandırılmamış və Əmək Məcəlləsinin 84-cü maddəsinin 5 və 7-ci bəndlərində nəzərdə tutulan məlumatlar göstərilməmişdir. Əmrdə istinad olunan kobud səhvlər Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi və 72-ci maddəsi anlamında əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsində 8 fərqli əsas təsbit edilmişdi r ki, onda cavabdeh əmrdə bunlardan birini göstərməyə borclu idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinin 1 hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 71, 74 və 75-1 maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmçinin əmrin əsaslandırılmasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "a” bəndinə istinad edilir ki, bu da tamamilə əsassızdır. Belə ki, əmək fəaliyyəti dövründə Əmək Məcəlləsinin 72-ci madəsinin "a" bəndi anlamında ümumiyyətlə işəgötürən t ərəfindən ona hər hansı intizam tənbehi verilməmişdir. Bundan başqa əmrdə Ərəzin kənd tam orta məktəbin Pedoqoji Şurasının 20 sentyabr 2019-cu il tarixli, 02 nömrəli qərarından bahs edilir ki, belə bir şuranın keçirilməsindən onun heç bir məlumatım olmayıb. Qətnamədə qeyd olunub ki, əmrdə İddiaçı işəgötürənlə əmək müqavilənin ləğv edilməsinə səbəb Naxçıvan MR Təhsil Nazirliyi Kollegiya iclasının 05 aprel 2019-cu il tarixli, 06 nömrəli qərarı ile təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydalarının 4.1.9. 4.2.1 və 4.3.2-ci maddələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin tələblərinin kobud surətdə pozulması, əsas isə "Azerbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi göstərilmişdir. Qeyd edir ki, onun həmin Kollegiya iclasından xə bəri olmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi iddia müddətinin buraxılması əsası ilə çıxış etmişdir. Qeyd edir ki, 2019-cu ildə onun əmək hüquqları kobud şəkildə pozularaq onun əlavə dərsləri verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" xx.xx.2010-cu il tarixli, 215 saylı qərarının 2.7-ci bəndinə əsasən ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, həyat bilgisi, texnologiya, təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris olunur. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin başqa ixtisas müəllimləri tərəfindən tədris olunmasına icazə verilir. Lakin Cavabdeh qeyd olunan qərarın tələbləri ni pozmuş və onun razılığı alınmadan həmin fənlərin tədrisini başqa ixtisas müəllimlərinə vermişdir. O da bu əsasda pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar dəfələrlə məhkəməyə müraciət etmişdir. Lakin Culfa Rayon Məhkəməsində onun qanuni tələbləri nəzərə alınmayaraq iddiasına baxılmamışdır. Məhkəmə iddia ərizəsinin qaytarılması barədə qərardadda göstərmişdir ki, "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 215 saylı, xx.xx.2010-cu il tarixli qərarında onun istinad etdiyi "2.7-ci bənd" yoxdur. Halbuki həmin bənd olduğu halda məhkəmənin bu əsasda çıxış etməsi qanunsuz idi. Culfa rayon Məhkəməsinin hakimi xx.xx.2024-cü il tarixli iclasda ondan müddəti nə üçün buraxdığını soruşduqda ona b u mübahisə ilə əlaqədar 2019-cu ildə əsassız olaraq qəbul olunan qərardadları təqdim etmiş, lakin hakim yenə də qərəzli mövqedən çıxış etmişdir. Yəni, iddia müddətinin ötürülməsi üzrlü səbəblərdən olmuşdur. Belə ki, işdən azad olunduğu dövrdə-2019-cu ildə inzibati orqan tərəfindən təhdid edilmişdir. Həmçinin işdən çıxmağı ilə bağlı hər hansı bir orqana müraciət edəcəyi halda da bunun xeyri olmayacağı bildirilmişdir. Həmin dövrdə qeyd edilən halların onun da üzərində mənfi sosial-psixoloji təsiri olmuşdur. Həmçinin qətnamədə onun 6 ay ərzində 2 dəfə töhmət aldığı qeyd olunur ki, bunların heç biri əsaslı deyil. İşlədiyi müddət ərzində ona heç bir töhmət verilməmiş, hər hansı hansı xəbərdarlıq edilməmişdir. Azarbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdi. Nəticə etibarı ilə də iş üzrə materiallar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarılmışdır. Birinci i nstansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyator apellyasiya şikayətində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 296-cı maddəsinin 6-ci bəndinə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərində isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 14.1, 14.2, 76.3, 88-ci maddələrinə istinad edərək sonda Culfa Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(089)-154/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddia çı apellyasiya baxışı zamanı şikayətlə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilərək Culfa Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(089)154/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Culfa rayon Ərəzin kənd tam orta məktəbin nümayəndəsi Nümayəndə apellyasiya baxışı zamanı verdiyi izahatında şikayəti qəbul etməyərək Culfa Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(089)-154/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasın ın Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tamhüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tamyоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərə findən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qətnamənin əsaslılığının yalnız iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində tam yoxlanılmalıdır. İş materiallarında olan 20 sentyabr 2019-cu il tarixli, 105 nömrəli əmrdən görünür ki, Ərəzin kənd tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədov X2 MR Təhsil nazirliyi Kollegiya iclasının 05 aprel 2019-cu il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydalarının 4.1.9, 4.2.1 və 4.3.2-ci maddələrini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ ə” bəndinin tələblərini kobud surətdə pozduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə İddiaçı işəgötürənlə əmək müqavilənin ləğv edilməsinə səbəb Naxçıvan MR Təhsil nazirliyi Kollegiya iclasının 05 aprel 2019-cu il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydalarının 4.1.9, 4.2.1 və 4.3.2-ci maddələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin tələblərinin kobud surətdə pozulması, əsas isə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi” göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə isə “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə ye tirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş bir sıra əmrlər mövcuddur. 30 yanvar 2018-ci il tarixli, 144 nömrəli əmrdən müəyyən olunur ki, İddiaçı işlədiyi müddətdə məktəbin ictimai işlərinə laqeyd münasibət bəslədiyindən, Dövlət sənədi olan proqram materiallarını lazımi qaydada işləmədiyindən və ya yarımçıq işlədiyindən, gündəlik icmalları təsdiq etdirmədən dərslərə başladığından, məktəbin rəhbər işçilərinin dəfələrlə xəbərdarlığına baxmayaraq işlərini qaydaya qoymadığından töhmət verilmişdir. 25 may 2018-ci il tarixli, 175 nömrəli əmrdən müəyyən olunur ki, İddiaçı - sinif müəlliminə əmək intizamında göstərildiyi şərtləri pozduğuna görə Əmək Məcəlləsinin 186cı maddəsinin müvafiq bəndinə əsasən onun 25 may 2018-ci il üçün əmək haqqı ödənilməmişdir. Həmçinin 31 may 2019-ci il tarixli, 38 nömrəli əmrdən müəyyən olunur ki, Cavabdeh monitorinq qrupunun yoxlaması zamanı İİ b sinfin rəhbəri İddiaçı sinif jurnalının aparılmasına dair təlimatı pozduğundan, Azərbaycan dili fənni üzrə xx.xx.2019xx.xx.2019, texnologiya fənni üzrə xx.xx.2019, təsviri incəsənət fənni üzrə xx.xx.2019, riyaziyyat fənni üzrə xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə Kiçik summativ qiymətləndirmə aparmadığından, ballar yazılmadığından, Azərbaycan dili fənni qrafasına müəllimin adının yerinə şagirdin adını yazdığından, icmal yazmadığından töhmət verilmişdir. Eyni zamanda 13 se ntyabr 2019-cu il tarixli, 85 nömrəli əmrdən isə aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “d” bəndini əsas tutaraq İddiaçı - məktəbin sinif müəlliminin heç bir səbəb olmadan 28 avqust 2019-cu il tarixdən 13 sentyabr 2019-cu il tarixədək işə çıxmadığı 13 günlük əmək haqqı tutulmuşdur. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki və mübahisə edilməyən hallarından aşkar görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair Ərəzin kənd tam orta məktəbin 20 sentyabr 2019-cu il tarixli, 105 saylı əmrin iddiaçıya vaxtında təqdim olunması iş materialları ilə, habelə proses iştirakçılarının istər birinci instansiya məhkəməsində, istər apellyasiya baxışı zamanı məhkəmə iclasında vermiş olduqları izahatları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Apellyasiya baxışı zamanı da iddiaçının verdiyi izahatdan aydın olur ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin s urətini müvafiq əmr verildikdən 10-15 gün sonra əldə etsə də, hüquqlarının pozulması ilə verildiyini iddia etdiyi həmin əmri 1 ay müddətində mübahisələndirməmiş, işə bərpa ilə əlaqədar 15 aprel 2024-cü il tarixdə, yəni sözügedən əmr verildikdən 4 il 6 ay sonra Culfa Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi 15 aprel 2024-cü il tarixdə qeydə alınmışdır. Cavabdeh Culfa rayon Ərəzin kənd tam orta məktəbin nümayəndəsi Nümayəndə tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 23 may 2024-cü il tarixli İddiaçı cavabdeh Culfa rayon Ərəzin kənd tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanması tələbinə iddia müddətinin tətbiq edilməsi xahişinə dair ərizəyə hüquqi qiymət verən Culfa Rayon Məhkəməsi iddia müddətinin ötürülməsini üzürlü saymaraq iddiaçı bir aylıq müddəti ötürdüyündən hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini zəruri hesab etmiş və müvafiq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Kollegiya İddiaçı apellyasiya şikayətində qeyd etdiyi birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsinin iddia müddətinin buraxılması əsası ilə çıxış etməsi, 2019-cu ildə onun əmək hüquqlarının kobud şəkildə pozularaq əlavə dərslərin verilməməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" xx.xx.2010-cu il tarixli, 215 saylı qərarının 2.7-ci bəndinə əsasən ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, həyat bilgisi, texnologiya, təsviri incəsənət dərslərinin ibtidai sinif müəllim lərinin özləri tərəfindən tədris olunması, ibtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin başqa ixtisas müəllimləri tərəfindən tədris olunmasına icazə verilməsi, lakin Cavabdeh qeyd olunan qərarın tələblərini pozması və onun razılığı alınmadan həmin fənlərin tədrisini başqa ixtisas müəllimlərinə verməsi, onun da bu əsasda pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar dəfələrlə məhkəməyə müraciət etməsi, lakin Culfa Rayon Məhkəməsində onun qanuni tələbləri nəzərə alınmayaraq iddiasına baxılmaması, məhkəmənin iddia ərizəsinin qaytarılması barədə qərardadda "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 215 saylı, xx.xx.2010-cu il tarixli qərarında onun istinad etdiyi "2.7 -ci bənd"in olmadığını göstərməsi, halbuki həmin bənd olduğu halda məhkəmənin bu əsasda çıxış etməsinin qanunsuz olması, Culfa Rayon Məhkəməsinin hakiminin xx.xx.2024-cü il tarixli iclasda ondan müddəti nə üçün buraxdığını soruşduqda ona bu mübahisə ilə əlaqədar 2019-cu ildə əsassız olaraq qəbul olunan qərardadları təqdim etməsi, lakin hakimin yenə də qərəzli mövqedən çıxış etməsi, yəni, iddia müddətinin ötürülməsinin üzrlü səbəblərdən olması, belə ki, işdən azad olunduğu dövrdə-2019-cu ildə inzibati orqan tərəfindən təhdid edilməsi, həmçinin işdən çıxmağı ilə bağlı hər hansı bir orqana müraciət edəcəyi halda da bunun xeyri olmayacağının bildirilməsi, həmin dövrdə qeyd edilən halların onun üzərində mənfi sosialpsixoloji təsirinin olması dəlili ilə bağlı qeyd edir ki, qeyd olunan xüsusatlar dan da aydın olur ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Ərəzin kənd tam orta məktəbin 20 sentyabr 2019-cu il tarixli, 105 saylı əmrini mübahisələndirmək üçün 1 aylıq iddia müddətini buraxması səbəbini əvvəlki iddia tələbi üzrə məhkəmə icraatı zamanı işə baxan hakimin qərəzli mövqeyi, inzibati orqan tərəfindən təhdid edilməsi və işdən çıxmağı ilə bağlı hər hansı bir orqana müraciət edəcəyi halda da bunun xeyri olmayacağının bildirilməsi, həmin dövrdə qeyd edilən halların onun üzərində mənfi sosial-psixoloji təsirinin olması ilə əlaqələndirmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi müvafiq dəlillə bağlı qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirəcəyi halda işə baxan hakimin qərəzli olacağı, bunun xeyrinin olmayaca ğı, inzibati orqan tərəfindən təzyiq olunacağı ehtimallarına yönəlmiş dəlilləri buraxılmış müddətin bərpası üçün üzürlü sayılmadığından əsaslı hesab edilə bilməz. Kollegiya həmçinin onu da diqqətə çatdırır ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətinin buraxılmasını üzürlü hesab edəcək sübutlar onun tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Həmçinin Konstitusiyanın 60-cı maddəsinə əsasən İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati i craat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi işin mahiyyəti, yəni əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Ərəzin kənd tam orta məktəbin 20 sentyabr 2019-cu il tarixli, 105 saylı əmrini mübahisələndirilməsinə dair dəlilləri əsassız hesab edərək həmin dəlillərə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbinə iddia müddəti tətbiq edildiyindən haqlı olaraq mübahisənin bütün xüsusatlarına hüquqi qiymət verilməsi zərurətinin qalınmadığı qənaətinə gəlinmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Culfa Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(089)-154/2024 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı cavabdeh Culfa rayon Ərəzin kənd tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanması tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(089)-154/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(089)-154/2024 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar