Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-146/2023 25.10.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi İddiaçı iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(078)-466/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.X.Səfərəliyeva) 25 iyul 2023-cü il tarixli, 2(078)-466/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh təşkilat “X2” MMC-nə (“X1 Zavodu” MMC) qarşı işlədiyi müddətdə buraxılmış əmək məzuniyyətinin hesablanıb ödənilməsi tələbinə dair iddiası iddia müddəti keçdiyindən rəd d edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2009-2020-ci illərdə “X2” MMC-in oksigen istehsalı sexində sex rəisi vəzifəsində işlədiyi müddətdə buraxılmadığı əmək məzuniyyətinin hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(078)-466/2023 nömrəli qətnaməsi ilə İddiaçı iddiası iddia müddəti keçdiyindən rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı 01 sentyabr 2023-cü il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək məhkəmənin 25 iyul 2023-cü il tarixli, 2(078)-466/2023 nömrəli qətnaməsinin ləğv olunmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onun la əsaslandırmışdır ki, 2009-2020-ci illər arası “X2” MMC-in oksigen istehsalı sexində sex rəisi vəzifəsində və daha sonra Gəmiqaya Nəqliyyat MMC-də çalışdığı müddətlərdə əmək məzuniyyətinə buraxılmamışdır. Səbəbini soruşduqda ona bildirilmişdir ki, “iş rejimi ağırdır və sən müəssisədə olmasan nöqsanlar yarana bilər” buna görə də heç zaman məzuniyyət hüququndan istifadə edə bilmədiyini, bu hüququnun kobudcasına pozulduğunu, işinin xatirinə bununla bağlı heç bir səlahiyyətli quruma müraciət edə bilmədiyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin mütəxəssisinin 03 iyul 2023-cü il tarixli rəyi ilə təşkilatda işlədiyi müddət ərzində 200 iş günü məzuniyyət günü olduğu göstərilməklə 21 təqvim günündən hesablanmaqla məzuniyyət pulunun 3894 manat təşkil etdiyinin göstəri ldiyi, məhkəmənin ona məzuniyyət pulunun hesablanıb verilməməsinin işin mübahisəsiz halı olduğunun göstərildiyini, lakin məhkəmənin iddia müddətinin 1 il olduğu və bu müddətin buraxıldığını əsas tutaraq iddia tələbini rədd etdiyini, məhkəmə çıxardığı qətnamədə bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükünün iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşdüyünü, hazırkı əmək mübahisəsindən və iş materiallarından da göründüyü kimi, onun tələbini təkzib edəcək hər hansı mötəbər sübutların mövcud olmadığını qeyd edir. Bunlarla yanaşı, məhkəmə onu da vurğulayır ki, iddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Amma bu ifadələrə baxmayaraq məhkəmə bütün 11 il əziyyətini heçə sayaraq iddiasını rəd d edir. Hesab edir ki, əmək məzuniyyəti onun sosial təminat hüququdur. Əmək məzuniyyəti nəticəsində ona ödənilməli olan pul vəsaiti onun artıq mülkiyyətidir və bu hüququna iddia müddəti ilə məhdudiyyət qoyulması qanunsuzdur. Ona görə də, Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(078)466/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, kollegiyadakı izahatında onun Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsində gəldiyi nəticə ilə razılaşmadığını, onun 2009-2020-ci illər arası “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Oksigen istehsalı sexində sex rəisi vəzifəsində və daha sonra isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığı müddətlərdə əmək məzuniyyətinə buraxılmadığını, ç alışdığı cəmiyyət tərəfindən ona məzuniyyətə buraxılmamağının səbəbi kimi iş rejiminin ağır olmasının və onun daim müəssisədə olmağının bildirildiyini, bu kimi səbəblərdən heç bir zaman məzuniyyət hüququndan istifadə edə bilmədiyini, onun məzuniyyət hüququnun kobudcasına pozulduğunu hesab etdiyini, işinin xatirinə pozulmuş hüquqlarının bərpası üçün heç bir səlahiyyətli quruma müraciət edə bilmədiyini, birinci instansiya məhkəməsində işə baxılarkən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 03 iyul 2023-cü il tarixli rəyi ilə onun cəmiyyətdə işlədiyi müddət ərzində 200 iş günü məzuniyyət hüququnun olduğunu və 21 təqvim günündən hesablamaqla məzuniyyət pulunun 3894 manat təşkil edildiyinin göstərildiyini, lakin məhkəmənin iddia müddətinin b uraxdığını əsas tutaraq iddiasını əsassız olaraq rədd etdiyini, məhkəmənin işin hallarını tam araşdırmadan bu nəticəyə gəldiyini, onun işdən çıxdıqdan sonra işlədiyi illər üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə verilməmiş məzuniyyət pulunun hesablanıb verilməsini tələb etdiyini, həmin dövrlərdə oğlunun da “X2” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyindən məzuniyyət pulu tələb edərsə oğlunu işdən çıxarmaqla hədələdiklərini və buna görə həmin dövrlərdə pulunu tələb etməkdən çəkindiyini, məzuniyyət pulunun hesablanıb verilməsi üçün onun ilkin olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə, daha sonra Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, bildirərək Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2023-ci il tarixli, 2(078)-466/2023 n ömrəli qətnaməsinin ləğv olunmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh təşkilat “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (“X1 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti) işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh təşkilat “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“X1 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti) nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyə ti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı 2009-2020-ci illərdə “X2” MMC-in oksigen istehsalı sexində sex rəisi vəzifəsində işlədiyi müddətdə buraxılmadığı əmək məzuniyyətinin hesablanıb ona ödənilməsini xahiş etmişdir. Yəni iddia ərizəsindən də göründüyü kimi, iddia tələbinin əsasını iddiaçının əmək qanunvericiliyində nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti 21 təqvim günündən az olmayaraq verilməli olan ödənişli əsas məzuniyyətə görə buraxılmadığı əmək məzuniyyətinin hesablanıb ona ödənilməsi təşkil edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun mediasiyanın tətbiq dairəsini müəyyən edən 3.1.3-cü maddəsinə əsasən mediasiya əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Həmin Qanunun 2 1.9.1-ci maddəsinə görə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu müraciətinə əlavə edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinin tələbinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunve riciliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 13-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində nəzərdə tutulan əsaslarla ərizə o zaman baxılmamış saxlana bilər ki, həmin Qanunun 28ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf, həmin Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu, həmin Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokolu, 21.8-ci maddəsində nəzərdə tutulmuş arayışı əlavə etməsin, o cümlədən mediasiyaya dair qeyd-şərt olduğu halda həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlanmış mediasiya prosesinə həmin Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilməsin. İşin araşdırılmış hallarından da göründüyü kimi, işə baxan məhkəmə qanunun yuxarıda sadalanan normalarında müəyyən olunmuş hallara əməl etməmiş, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə İddiaçı iddia ərizəsinə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməsi ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu müraciətinə əlavə etmədiyindən ərizəni baxılmamış saxlamalı olduğu halda qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl etməyərək əsassız olaraq işə mahiyyəti üzrə baxmaqla müvafiq qətnamə qəbul etmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən belə nət icəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(078)-466/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməklə ərizə baxılmamış saxlanılmalıdır. İddiaçı apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 372.7, 382, 384.0.5, 385.1.1 və 402.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı cavabdeh təşkilat “X2” MMC-nə (“X1 Zavodu” MMC) qarşı işlədiyi müddətdə buraxılmış əmək məzuniyyətinin hesablanıb ödənilməsi tələbinə dair iddiasınin iddia müddəti keçdiyindən rədd edilməsinə dair Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(078)-466/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və ərizə baxılmamış saxlanılsı n. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-146/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-146/2023
25.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver