Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-15/2022 24.01.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının Cavabdeh qarşı yaşayış və istifadə hüququna qoyulmuş maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızı Cavabdeh qarşı 09 s entyabr 2020-ci il tarixdə yaşayış və istifadəyə qoyulmuş maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh və onun ailə üzvlərinin onun mülkiyyətində olan Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində olan evində yaşayış və istifadəyə qoyulmuş maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş, iddia tələbinə iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının Cavabdeh qarşı Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında ona məxsus torpaq sahəsi və üzərində tikilmiş evində Cavabdeh tərəfindən yaradılmış yaşayış və istifadə hüququna olan man eənin aradan qaldırılması çərçivəsində baxılmasına qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının mülkiyyətində olan torpaq sahəsində və onun üzərində tikilmiş fərdi yaşayış evində Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının yaşayış və istifadə hüququna yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil 14 dekabr 2020-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/ 2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində qeyd etmişdir ki, tələbdə cavabdeh qismində Cavabdeh göstərilsə də, iddia ərizəsinin xahiş etdim hissəsində cavabdehin və onun ailə üzvlərinin yaşayış və istifadə hüququna qoyulmuş maneənin aradan qaldırılması xahiş edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi olaraq iddiaya etiraz edilmişdir. Bu baxımdan məhz iddia tələbi rədd olunmalı idi. Ona görə ki, tələbin konkret olaraq kimə yönəldiyi qeyri-müəyyən idi. 10.11.2020-ci il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən sadəcə teleqram elan edilmiş və həmin teleqram iddiaçının öz iddiasına münasibəti və gələ bilməməyi barədə elandan ibarət olmuşd ur. Həmin tarixdə keçirilən məhkəmə iclasında məhkəmə protokolda qeyd edildiyi kimi müşavirəyə getməmiş və dəqiqləşmə barədə qərardad elan olunmamışdır. Dəqiqləşmə barədə qəbul edilmiş qərardad onlara rəsmi qaydada göndərilməmiş və nəinki göndərilməmiş, onların ümumiyyətlə bu qərardadın qəbul olunmasından xəbərləri belə olmamışdır. Onların fikrincə bu cavabdehin və onun vəkilinin hüquqlarının kobud formada pozulması deməkdir. Bu qərardadın qəbulu iddianın təmin olunmasına yönəlmiş bir prosessual hərəkət deməkdir. Ona görə ki, iddiaçı Bakı şəhərində yaşayır və sadəcə iddia ərizəsini göndərmiş, sonradan isə teleqramla iddiasını müdafiə etdiyini bildirmişdir. Ümumiyyətlə vəkillə də məhkəmədə təmsil olunmamış, iddiaçının hüquqlarını hər hansı bir vəkil müdafiə etməmişdir. O necə bilə bilərdi k i, onun tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinin “xahiş etdim” hissəsində cavabdehlərin dairəsi dəqiq deyil və ya tələb konkret şəxsə yönəlməmişdir. Bundan əlavə məhkəmə tərəfindən teleqramın ərizə kimi qəbul edilməsi və o teleqram əsasında iddia tələbinin dəqiqləşməsi barədə qərardad qəbul edilməsi də düzgün deyil və ciddi prosessual pozuntudur. Belə ki, AR MPM-nin 149-cu maddəsinin tələbləri bu mənada kobud şəkildə pozulmuşdur. Teleqramla iddia tələbinin dəqiqləşdirilməsini qəbul etmək düzgün deyildir. Bu yalnız məhkəməyə iddiaçının imzası ilə təsdiqlənmiş yazılı ərizə formasında ola bilərdi. Teleqramın ərizə kimi qəbul edilməsi tamamilə yanlışdır. İkinci bir hal ondan ibarətdir ki, əgər iddiaçı hesab edirdisə ki, iddia tələbində cavabdehlərin dairəsi dəqiq deyil o zaman AR MPM- ə uyğun ərizəsi əsasında cavabdehlərin dairəsini müəyyən etməli və iddia tələbində qeyd olunan cavabdehlərin ailə üzvlərinin xahiş etdim hissəsindən həmin şəxslərin çıxarılmasını istəyirdisə o zaman 53-cü maddə ilə deyil, məhz MPM-də nəzərdə tutulmuş qaydada 54-cü maddədə nəzərdə tutulmuş qaydada bu məsələ həll olunmalı idi. Burada cavabdehlərin dairəsindən söhbət gedir və iddia tələbinin həcminə və ya əsasına və ya predmetinə heç bir hüquqi bağlılığı yoxdur. Ümumiyyətlə çıxarılmış qətnamə tamamilə obyektivlikdən kənar, əsassız və ədalətsiz bir qətnamədir. Belə ki, yazılı şəkildə təqdim olunmuş izahatında qeyd etmişdir ki, iddiaçının subyektiv hüququ mövcud deyildir. Mülki işin materiallarına nəzər salan zaman iddiaçının “mənim evim” deyə iddia etdiyi daşınmaz əmlaka dair heç bir hüquqi sə nəd mövcud deyildir. Hazırkı mülki işdə isə iddiaçının “evim” deyə adlandırdığı fərdi yaşayış evinə hüquqi ixtiyarı mövcud deyildir. Yəni həmin fərdi yaşayış evinin ona məxsusluğu heç bir hüquqi sənədlə öz təsdiqini tapmadığından onun hüquqi ixtiyarı da mövcud deyildir. Məhkəmə iddiaçını həmin fərdi yaşayış evinin “qanuni istifadəçisi” adlandırır ki, bu tamamilə səhv və qərəzli yanaşmadır. Belə ki, onlar tərəfindən məhkəməyə yazılı və şifahi formada verilmiş izahatlarla, fotoşəkillərlə, həmin evin tikintisinin həyata keçirmiş ustaların yazılı ərizələri ilə, şahid ifadələri ilə, daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi ilə və digər sənədlərlə tam sübuta yetirilir ki, həmin fərdi yaşayış evinin qanuni istifadəçisi kim olmuşdur. Həmin fərdi yaşayış evini iddiaçının mərhum atası və onun q ardaşı şifahi formada hazırki iş üzrə cavabdehə bağışlamış və cavabdeh də 20132018-ci illərdə həmin evdə yaşamışdır. Həmin fərdi yaşayış evini 2013-2015-ci illərdə məhz Cavabdeh tikdirmiş və həmin evə 200-250.000 manata yaxın pul xərcləmişdir. Həmin vaxtlar və ümumiyyətlə uzun müddətdir ki, iddiaçı Bakı şəhərində yaşayır. Sonradan müvafiq torpaq sahəsi bağışlama əsasında hazırki iş üzrə iddiaçıya bağışlanmışdır. Həmin vaxtlar isə cavabdeh artıq evi tikdirmiş və orada yaşamaqda davam edirdi. Bu vaxtadək də ümumiyyətlə heç bir etiraz və narazılıq olmamışdır. Hətta torpaq sahəsində cavabdeh tikinti işləri aparan zaman həmin torpaq sahəsi hazırki iş üzrə iddiaçının adına belə deyildi. Torpaq sahəsini bağışlayan şəxs də cavabdeh tərəfindən özünün yaşaması üçün tikdirdiyi tikiliyə baxmış, xeyi r-dua vermişdir. Yəni hüquqi baxımdan iddiaçının həmin fərdi yaşayış evindən qanuni istifadəsindən söhbət gedə bilməz və onun qanuni istifadəçi adlandırılması heç bir halda qəbul edilən deyil. Məhkəmə iddia tələbindən kənara çıxmaqla qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən 29 mart 2021-ci il tarixdə apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Verilmiş apellyasiya şikayətinə baxılaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2(108)-65/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2(108)-65/2 021 nömrəli qətnaməsindən narazı qalan cavabdeh tərəf kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(102)-5403/2021 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-65/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. İşin baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızı və Cavabdeh məhkəmə baxışı iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq onların iştirakı ol madan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin vəkili və nümayəndəsi Vəkil 21 yanvar 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verib apellyasiya şikayətinin təmin olunmaqla, Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37 2.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəqiq olmaması, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə tərəfindən mülki-prosessual pozuntulara yol verilməsi, mübahisələndirilən evin cavabdeh tərəfindən tikilməsi, torpağın cavabdehə şifahi formada bağışlanılması, iddiaçının mübahisələndirilən evə subyektiv hüquqlarının olmamasından ibarətdir. Kollegiya ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən (səh.8) üzərində fərdi yaşayış evi tikilmiş mübahisəli torpaq sahəsinin Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşdiyi müəyyən olunur. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində və bir sıra digər sənədlərdə həmin ünvan Naxçıvan şəhəri, B.Abbasov 4/7 kimi göstərilmişdir. Bu hal texniki səhv kimi qəbul edilməli və üzərində fərdi yaşayış evi tikilmiş mübahisəli torpaq sahəsinin ünvanı qətnamədə Naxçıvan şəhəri, B.Abbasov 4/7A kimi oxunmalıdır. İş materialları ilə müəyyən olunur ki, Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən torpaq sahəsi 18 mart 2016-cı il tarixdə rəsmi qaydada notariat orqanında təsdiq edilmiş müqavilə əsasında X2 tərəfindən Rüstəmova (Novruzova) Gülşən Vaqif qızına hədiyyə edilmiş və 08 aprel 2016-cı il tarixdə Dövlət Reyestrində qeydiyyata alınmaqla Rüstəmova (Novruzova) G ülşən Vaqif qızının adına “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən evin iddiaçının mülkiyyətində olan torpaq sahəsində əvvəlcədən mövcud olmaqla iddiaçıya məxsus olması qarşı tərəfin izahatları ilə təsdiqini tapır və inkar olunmur. Belə ki, cavabdehin vəkili və nümayəndəsi Vəkil birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi izahatlarda (səh.43,50) göstərilir ki, torpaq sahəsi İlkinə hədiyyə olunan zaman həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin sadəcə qobulu və dam örtüyü mövcud olub. Eləcə də apellyasiya şikayətində də qeyd olunur ki, həmin fərdi yaşayış evini iddiaçının mərhum atası və onun qardaşı şifahi formada hazırkı iş üzrə cavabdehə bağışlamı ş və cavabdeh də 20132018-ci illərdə həmin evdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) özü istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb e tmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Cavabdehin mübahisələndirilən evin tikilməsi ilə bağlı xərc çəkməsi və həmin evə hüquqlarının olması, iddiaçıya Çıxarışın qanunsuz verilməsi ilə bağlı apellyasiya şikayətində göstərilən dəlilləri isə məhkəmə kollegiyası iddia predmetindən kənar hesab edərək hər hansı hüquqi münasibət bildirmir. Bununla bağlı eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ”kənar şəxsə məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına hər hansı formada töhfə edilməsi faktı, özüözlüyündə heç bir halda həmin torpaq sahəsinin və üzərində yerləşdiyi tikilinin mülkiyyətçisi olmasına qanuni gözləntiyə əsas hesab edilə bilməz.” (“İbrahimi Türkiyəyə qarşı”, §50, 22 sentyabr 2009-cu il tarixli AİHM qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar isti sna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Torpağın cavabdehə şifahi formada bağışlanması dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 668.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri). Apellyasiya ş ikayətində qeyd edilən iddiaçının subyektiv hüququnun mövcud olmaması, iddiaçının “mənim evim” deyə iddia etdiyi daşınmaz əmlaka dair heç bir hüquqi sənədin mövcud olmaması, dəlili ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə uyğun olaraq özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İddianın dəqiqləşdirilməsi zamanı birinci instansiya məhkəməsinin kobud prosessual pozuntuya yol verməsi, iddia tələbindən kənara çıxara q qətnamə qəbul etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə hər hansı kobud prosessual pozuntu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına və qanuni əsaslara istinad edərək belə nəticəyə gəlir ki, Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən torpaq sahəsində və onun üzərində olan fərdi yaşayış evində iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının mülkiyyət hüququndan irəli gələn yaşayış və istifadə hüququna cavabdeh tərəfi ndən qanunsuz müdaxilə mövcuddur və maneə aradan qaldırılmalıdır. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında da qeyd edildiyi kimi “..mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunma sı üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir”. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisn a olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır və hesab edir ki, Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 382, 384.0.1, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Naxçıvan Şəhər Məhkəməsinin 18 noyab r 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-15/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-15/2022
24.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver