Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-150/2023 12.10.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi Cavabdeh1 iştirakı ilə, Ordubad Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(080)-100/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: Ordubad Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(080)-100/2023 nömrəli qətnaməsi ilə İddiaçı mirasın faktiki olaraq qəbul edilməsi tələbinə dair iddiası təmin edilməklə ünvan 1 ünvanında yerləşən X1 miras qalan 0.1882 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evi olan miras əmlakın X4 tərəfindən sağlığında qəbul etməsi faktı və mərhum X2 miras qalan ünvan 1 ünvanında yerləşən 0.1882 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 111.57 kv.m fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbulu faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(080)-100/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh1 apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yo xlayaraq belə qənaətə gəlir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Belə ki, MPM-in 361.1-ci maddəsində əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Daxil olmuş apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbinin pozulmasına yalnız ümumi şəkildə istinad etməklə kifayətlənmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdeh1 apellyasiya şikayətinin mümkünlüyü ilə əlaqədar kollegiyadakı izahatında mərhum atasından qalmış mirası anası Fatmanın qəbul etdiyini, anasının sağlığında ona qulluq etdiyini, ata və anasının mərhum qardaşından ayrı yaşadığını, ataanasına həmişə onun baxdığını və evi onun tam təmir etdirdiyini, həyətin hasarını çəkdirdiyini, lakin hakimin bunlara baxmayaraq onun mirasda hüququnu tanımadığını, məhkəmənin qətnaməsinin q anunsuz və əsassız olduğunu, Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-cü il tarixli, 2(080)-148-2022 nömrəli qətnaməsi ilə iddiasının rədd olunduğunu, onun apellyasiya şikayətini vəkilin səhv tərtib etdiyini, onun istəyinin atasının evinin satılmasının qarşısını almaq olduğunu, qardaşı arvadının onu atasından qalan həyətə buraxmadığını, qardaşlarının Rusiyada yaşadığını, onlar qayıdarlarsa yaşamağa yerləri olmadığından onlara da pay verilməsini istədiyini, evin təmirinə çəkilən xərc olaraq 15000 manatın qardaşı arvadı Səadətdən alınmasını istədiyini, onun barəsində məhkəmənin çıxardığı 26 sentyabr 2022-cü il tarixli, 2(080)-1482022 nömrəli qətnamənin düzgün olmadığını, həmin qətnamənin ləğvini istədiyini göstərərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayətini n məzmunundan da göründüyü kimi, cavabdeh şikayətində mərhum atasının adına olan evin sənədlərini 22 yanvar 2021-ci ildə sənədləşdirmək üçün daşınmaz əmlaka müraciət etdiyini, mərhum atasının adına 750 kv.m torpaq sahəsini yerində dəqiqləşdirmə aparmaqla ümumi sahəsi 0.1882 ha torpaq sahəsinə çıxarış aldığını, çıxarışın alınmasında və sənədlərin toplanmasında müəyyən qədər xərcinin çıxdığını, mirasın onun tərəfindən qəbul edilməsi barədə iddia qaldırdığını, Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-cü il tarixli, 2(080)-148-2022 nömrəli qətnaməsi ilə iddiasının rədd olunduğunu, bunu 26 iyun 2023-cü ildə bildiyini, bundan sonra müddətin bərpası ilə əlaqədar iddia qaldırdığını, hakimin yenə də onun buraxılmış müddətini bərpa etmədiyini, atasından qalmış mirası anası Fatmanın qəbul etdiyini, anasının sağlığında ona qulluq etdiyini, ata və anasının mərhum qardaşından ayrı yaşadığını, ata-anasına həmişə onun baxdığını və evi onun tam təmir etdirdiyini, həyətin hasarını çəkdirdiyini, lakin hakimin bunlara baxmayaraq onun mirasda hüququnu tanımadığını, məhkəmənin qətnaməsinin qanunsuz və əsassız olduğunu, iddianın rədd olunmasına dair qətnaməni qanunsuz və ədalətsiz saydığını, iddianın rədd edilməsi barədə qətnaməni qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmə qeyd etdikləri halları tam, hərtərəfli araşdırmadan səhv nəticəyə gələrək iddianı təmin etdiyini göstərmişdir. Yəni apellyasiya şikayətinin sadalanan məzmunundan da göründüyü kimi, cavabdeh apellyasiya şikayətində hazırkı işə aidiyyəti və kollegiyanın icraatında olmayan şikayətində qeyd etdiyi Ordubad Rayon Məhkəməsinin 26 sentyabr 2022-cü il tarixli, 2(080)-148-2022 nömrəli qətnaməsini mübahisələndirir. Kollegiya qeyd edir ki, cavabdehin həmin apellyasiya şikayəti əsasında Ordubad Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(080)-100/2023 nömrəli qətnaməsinə baxılması üçün prosessual əsasalar mövcud deyil. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. M ülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl edilməsi vəziyyətini yoxlamadan işi prosessual əsaslar olmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə m ülki işə baxılması üçün prosessual əsaslar yoxdur. Ona görə də, Cavabdeh1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 358.0.3, 366.2, 366.4, 400, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı mirasın faktiki olaraq qəbul edilməsi tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(080)-100/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-150/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-150/2023
12.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver