Məhkəmə qərarları › İş №2(108)-153/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-153/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-153/2021 20.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlunun (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Məmmədov Fəxrəddin Rüstəm oğlundan ibarət tərkibdə, X9 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)-259/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Şərur Rayon Məhkəməsində iddia qaldıraraq X21 ilə birgə nikah dövründə Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin alınması üçün verdikləri 8600 (səkkiz min altı yüz) ABŞ dolları və həmin evin təmirinə çəkilən 5860 (beş min səkkiz yüz altmış) manat xərcin yarısının hazırda həmin evin mülkiyyətçisi olan Cavabdeh alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını, bütün bu proseslərdə iştirak etdikləri üçün keçmiş əri X16, evin əvvəlki mülkiyyətçisi X2 və onlarla alqı-satqı danışıqları aparmış atası X1 cavabdeh tərəfdən üçüncü şəxs qismində prosesə cəlb edilməsini, mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər hazırda yaşadığı evin yenidən üçüncü şəxslərin mülkiyyətinə keçməsinin qarşısının alınması və gələcəkdə iddiasının təmin olunacağı təqdirdə icrasını təmin etmək məqsədilə həmin yaşayış evinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş e tmişdir. Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)-259/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X11 ilə X15 birgə nikahları dövründə Şərur rayon Danyeri kəndində əldə edilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışla rəsmiləşdirilmiş 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin alınması üçün X21 tərəfindən ödənilmiş 8600 ABŞ dolların yarısı, yəni 4300 (dörd min üç yüz) ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) və həmin təmir-tikinti işlərinə çəkilən 5860.65 manat xərcin yarısı, yəni 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manatın Cavabdeh alınaraq X5 ödə nilməsi, iddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı X5 aid edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh nümayəndəsi Nümayəndə 24 iyun 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Şərur Rayon Məhkəməsində atası X17 qarşı eyni iddia tələbi ilə (eyni məbləğdə və eyni əsaslarda) iddia qaldırmış, Şərur Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2(110)279/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş (hazırda mübahisələndirilən qətnamə ilə iddianın təmin edilmiş məbləğinə uyğun) və bundan sonra atası X21 həmin qətnamə ilə razılaşmayaraq apellya siya şikayəti vermiş, hazırda həmin işin icraatı bu iddia tələbinə görə dayandırılmışdır. İddiaçı bundan əvvəl X17 qarşı qaldırdığı iddia tələbində mübahisə predmeti olan evin birgə nikah dövründə alındığını, həmçinin həmin evə xərc çəkildiyini əsas gətirərək iddia tələbində qeyd olunmuş məbləğin Məmmədov Zəfərdən alınaraq ona ödənilməsini xahiş etmiş, indi isə evin mülkiyyətçisinin Cavabdeh olduğuna əsaslanaraq Zəfərdən tələb etdiyi məbləğin Lalədən alınmaqla ona ödənilməsini xahiş etmiş, iddiaçının qaldırdığı iddia tələbinin kimə qarşı qaldırılmasında konkret nəticəyə gələ bilməmiş, həmin məbləğin əvvəlcə Zəfərdən, daha sonra isə Lalədən alınmasını tələb edən iddiaçının əsassız iddialarla məqsədi nəticə etibarı ilə ya atasından, ya da həyat yoldaşından pul almaq olmuş, iddiaçı pulu iki şəxsdən tələb etmiş, Şərur Rayon Məhkəməsi bundan əvvəlki qismən təmin etdiyi iddiaya münasibətdə də və hal-hazırkı iddiaya münasibətdə də eyni maddi hüquq normalarına əsaslanmış və onların fikrincə obyektivlikdən kənar qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin tələbinə görə iddianın yolverilməzliyinə görə həmin tələbin icraata qəbul edilməsindən imtina edilməli olduğu halda Şərur Rayon Məhkəməsi iddianı təmin etmiş, eyni əsas və eyni predmetə dair iddiaçı ikinci dəfə məhkəməyə müraciət etmiş, sadəcə tələbin yönəldiyi şəxsi dəyişməklə iddia irəli sürmüş, İddiaçı həm atasından, həm də həyat yoldaşından eyni əsaslarla eyni məbləği tələb etmiş və hər iki iddia da təmin olunmuşdur. Məhz bu əsasa görə də Nümayəndə Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)-259/20 21 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi “İnsan Hüquqları və X10 Haqqında” Konvensiyanın 13-cü maddəsinə, Azərbaycan Respublikası MPM-in 4.1, 8.1, 9.1, 9.3, 76.1, 357.1, 372.1, 387.1-ci maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, X6 və X7 məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə kollegiyaya məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)-259/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etməyərək Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)-259/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edi lməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarına əsasən müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır” “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının həd ləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadında da müəyyən olunmuşdur ki, “Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.” Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə tədqiq olunmuş materialları və tərəflərin izahatlarını dinləyib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edərək, aşağıdakı nəticəyə gəlir. Belə ki, iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə və iddianın rədd edilməsinə əsas kimi “İddiaçı bundan əv vəl X17 qarşı qaldırdığı iddia tələbində mübahisə predmeti olan evin birgə nikah dövründə alındığını, həmçinin həmin evə xərc çəkildiyini əsas gətirərək iddia tələbində qeyd olunmuş məbləğin Zəfər Məmmədovdan alınaraq ona ödənilməsini xahiş etdiyini, indi isə evin mülkiyyətçisinin Cavabdeh olduğuna əsaslanaraq Zəfərdən tələb etdiyi məbləğin Lalədən alınmaqla ona ödənilməsini xahiş etdiyini, iddiaçının qaldırdığı iddia tələbinin kimə qarşı qaldırılmasında konkret nəticəyə gələ bilmədiyini, həmin məbləğin əvvəlcə Zəfərdən, daha sonra isə Lalədən alınmasını tələb edən iddiaçının əsassız iddialarla məqsədinin nəticə etibarı ilə ya atasından, ya da həyat yoldaşından pul almaq olduğunu, Şərur Rayon Məhkəməsinin bundan əvvəlki qismən təmin etdiyi iddiaya münasibətdə də və hal-hazırkı iddiaya müna sibətdə də eyni maddi hüquq normalarına əsaslanmış olduğunu, Azərbaycan Respublikası MPM-nin tələbinə görə iddianın yolverilməzliyinə görə həmin tələbin icraata qəbul edilməsindən imtina edilməli olduğu halda Şərur Rayon Məhkəməsinin iddianı təmin etdiyini, eyni əsas və eyni predmetə dair iddiaçının ikinci dəfə məhkəməyə müraciət etdiyini, İddiaçı həm atasından, həm də həyat yoldaşından eyni əsaslarla eyni məbləği tələb etdiyini və hər iki iddianın da təmin olunduğunu” göstərmiş və məhz bu əsaslara görə Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)259/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərdiyi bu dəlilləri işin hall arı ilə əlaqəli şəkildə müzakirə edərək həmin dəlillərin əsassız olması qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı icraata qəbul etməklə və iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya şikayətində qeyd olunan dəlillərin araşdırılması zamanı iş materiallarına əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2(110)279/2020 nömrəli qətnamənin surətindən aydın olmuşdur ki, daha əvvəl iddiaçı Eyvazova X14 Zəfər Əli oğluna, X3 və X8 qarşı həmin məhkəmədə iddia qaldıraraq “Nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət sayılması, payların müəyyən olunması və bölünməsi”nə dair qətnamə çıxarılmasını xahiş etmiş, Şərur Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə iddia qismən təmin olunaraq Şərur rayonu, Danyeri kəndində yerləşən 2 otaqlı ev X4 və X15 birgə nikah dövründə əldə olunmuş əmlakı hesab olunmaqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və həmin evin təmirinə çəkilən 5860.65 manat xərcin ½ (ikidə bir) hissəsinə iddiaçı X4 mülkiyyət hüququ müəyyən olunmuş, həmin paydan ona çatan 4300 ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) və 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manat pulun cavabdeh X12 alınaraq X5 verilməsi qət olunmuşdur. Mülki iş materiallarında olan Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 12.03.2021-ci il tarixli, 2(108)-29/2021 nömrəli qərardadının surətindən məlum olmuşdur ki, həmin qətnamə ilə razılaşmayan cavabdeh X21 və onun vəkili X13 apellyasiya şikayəti vermiş, lakin Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının adıçəkilən qərardadı ilə İddiaçı cavabdehlər X17, X3 və X8 qarşı “Nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət sayılması, payların müəyyən olunması və bölünməsi”nə dair mülki iş üzrə apellyasiya instansiyasında icraat Şərur Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(110)-259/2021 nömrəli mülki iş üzrə- yəni hazırki baxılan bu mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.2-ci maddələrinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icr aata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Kollegiya istinad olunan maddəyə əsaslanmaqla qeyd edir ki, iddianın yolverilməzliyi dedikdə iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və ya buna görə iddia ərizəsi üzrə məhkəmə icraatının başlanması və həyata keçirilməsi istisna təşkil edir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsaslarından biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəy ə minmiş qətnaməsinin olmasıdır ki, məhz hazırki mübahisə üzrə apellyasiya şikayəti verən şəxsin şikayətinin dəlilində də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi bu halın mövcud olması göstərilmişdir. Apellyasiya şikayətində qeyd olunan bu dəlillə bağlı qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə iddia tələbindən də göründüyü kimi, tələbdə İddiaçı cavabdeh X17 qarşı iddia qaldırmaqla birgə nikah dövründə Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin alınması üçün verdikləri 8600 (səkkiz min altı yüz) ABŞ dolları və həmin evin təmirinə çəkilən 5860 (beş min səkkiz yüz altmış) manat xərcin yarısının hazırda həmin evin mülkiyyətçisi olan Cavabdeh alınıb ona ödənilməsinə dair qə tnamə çıxarılmasını xahiş etmişdir. Yəni adıçəkilən mülki işdə iddiaçı qismində İddiaçı, cavabdeh qismində isə Cavabdeh çıxış edir. Halbuki Şərur Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2(110)-279/2020 nömrəli qətnamənin surətindən aydın olur ki, İddiaçı daha əvvəl qaldırdığı iddia tələbində cavabdehlər X17, X3 və X8 qarşı tələb irəli sürmüş və tələbində “Nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət sayılması, payların müəyyən olunması və bölünməsi”nə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, qeyd olunan bu mülki işdə isə cavabdehlər tamamilə başqa şəxslər olmuşdur. Şərur Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə iddia qismən təmin olunaraq Şərur rayonu, Danyeri kəndində yerləşən 2 otaqlı ev X4 və X15 birgə nikah dövründə əldə olunmuş əmlakı hesab olun maqla, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının və həmin evin təmirinə çəkilən 5860.65 manat xərcin ½ (ikidə bir) hissəsinə iddiaçı X4 mülkiyyət hüququ müəyyən olunmuş, həmin paydan ona çatan 4300 ABŞ dollarının (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) və 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manat pulun cavabdeh X12 alınaraq X5 verilməsi qət olunmuşdur. Hər iki mülki iş materialları diqqətlə nəzərdən keçirildikdə məlum olur ki, iddia tələblərinin predmeti və əsasları bir-birinə yaxın olsalar da heç bir halda eynilik təşkil etmirlər. Eyni zamanda yuxarıda qeyd olunan Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının “İş üzrə icraatın dayandırılması barədə” 12.03.2021-ci il tarixli, 2(108)29/2021 nömrəli qərardadının surətindən də aydın olduğu kimi, Şərur Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2(110)-279/2020 nömrəli qətnaməsi həmin iş üzrə icraat apellyasiya instansiyasında dayandırıldığından qanuni qüvvəsini almamışdır və təbii ki, belə olan halda da o, hər hansı preyudisial əhəmiyyət daşımır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin məzmununa görə bu maddədə göstərilən əsasla iddia ərizəsini qəbul etməkdən imtinaya yalnız o halda yol verilir ki, barəsində məhkəmə qətnaməsi olan mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaransın və bu barədə məhkəmənin qanuni qüvvəssini almış qətnaməsi olsun. Kollegiya bütün yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, cavabdehin nümayəndəsi Nümayəndə apel lyasiya şikayətində qeyd etdiyi dəlili tamamilə əsassızdır və hazırki mülki işin birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul olunması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.2-ci maddələrinə sadalanan halların hər hansı biri mövcud olmadığından bu maddənin tələbinin pozulması halına yol verilməmişdir. Beləliklə kollegiya cavabdehin nümayəndəsinin yuxarıda göstərdiyi bu dəlili işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək tələbin rədd olunması üçün əsas hesab etmir. Həmçinin kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münas ibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)-259/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümay əndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)-259/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)-259/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(110)-259/2021nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar