Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-153/2023 14.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat əmək müqaviləsi üzrə öh dəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan pul məbləğinin, ödənilmiş vəkil xərcinə görə 400 (dörd yüz) manatın və 50 (əlli) manat mediasiya ödənişinin, ümumilikdə 10734.19 (on min yeddi yüz otuz dörd manat on doqquz qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat pul məbləğinin, 400 (dörd yüz) manat ödənilmiş vəkil xərci və 50 (əlli) manat mediasiya xərci olmaqla, cəmi 10734.19 (on min yeddi yüz otuz dörd manat on doqquz qəpik) manat məbləğində pulun və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsində onunla İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə istinad edilmişdir. Bildirilmişdir ki, qətnamədə qeyd olunur ki, onun işlədiyi dövrdə qaimələr üzrə dükanlara (müştərilərə) malları payladığı müddətdə alınan pulları İddiaçı ödəməli olduğu halda həmin pulları isə onun tərəfindən “mənə çatmalıdır” bildirərək pulları geri qaytarmadığı qeyd olunur. Onunla İddiaçı arasında əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlansa da, o qeyri rəsmi olaraq yalnız aralarında olan danışıq əsasında 15 noyabr 2018-ci il tarixdən İddiaçı yanında malları dükanlara (müştərilərə) çatdırmaqla sürücü-ekspeditor vəzifəsində işləmişdir. Halbuki Azərbaycan Respublikası Əmək qanunvericiliyin tələbinə əsasən işəgötürən və işçi arasında qarşılıqlı hüquq v ə vəzifələrin yaranması üçün əvvəlcədən əmək müqaviləsi bağlanmalıdır. Onun isə əmək müqaviləsi barədə elə də məlumatı olmadığından bunu tələb edə bilməmiş və işə götürən İddiaçı isə bundan istifadə etməklə onun hüquqlarını pozmuşdur. Nəhayət xx.xx.2023-cü il tarixdə İddiaçı yalnız bir boş müqavilə kağızına imza etdirməklə ona “Narahat olma biz tanışıq” vaxtım olanda özüm dolduracam deməklə kifayətləndi. O, 2018-ci ilin noyabr ayından işə başlayan zaman İddiaçı ilə arasında belə razılaşma oldu ki, hər ay 400 (dörd yüz) manat əmək haqqı və satılan malların 3%-i ona ödəniləcək. İddiaçı isə ona hər ay 150 (yüz əlli) manat pul verirdi və imza çəkdirirdi. O isə bunun səbəbini soruşanda iddiaçı ona “sənin pulların yığılır nə zaman ehtiyacın ola götürərsən mən vergiyə görə bu əmək haqqının tam məbləğini burda göstərə bilmərəm” deyirdi. Beləliklə razılığa əsasən o, 400 (dörd yüz) manat əmək haqqı aldığı halda, hər ay 150 (yüz əlli) manat əmək haqqı alırdı. Əmək müqaviləsinin surəti işə götürən tərəfindən ona təqdim edilməmişdir. Malları dükanlara (müştərilərə) vaxtı-vaxtında çatdırmaqla öz öhdəliyini yerinə yetirmişdir. 2022-ci ilin dekabr ayında onun səhhəti pisləşib ürəyi ilə bağlı müalicəyə getməli olduğundan İddiaçı müraciət edərək yığılıb qalan pullarını istəyəndə ona ”imkanım yoxdur hələ verə bilməyəcəm” deyib bildirib. O isə iddiaçı ilə razılığa əsasən yığılan və ona ödənilməli olan pullarını verməyəcəyini başa düşüb və payladığı mallardan yığılan pulların ona çatacaq pulun bir hissəsini götürüb və İddiaçı bildirməklə 27 dekabr 2022-ci il tarixdə idarə etdiyi avtomobili sa tış müdirinə təhvil verməklə işdən ayrılmışdır. O, bu tələblərini birinci instansiya məhkəməsində bildirsə də buna məhəl qoyulmamışdır. İddia tələbinin təmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmə İddiaçı ona əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat pul məbləği, 400 (dörd yüz) manat vəkil xərci və 50 (əlli) manat mediasiya ödənişi olmaqla cəmi 10734.19 (on min yeddi yüz otuz dörd manat on doqquz) manat məbləğind ə pul və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsini tam sübuta yetirilməmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)1075/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 42, 43, 44 və 45-ci maddələrinə istinad edilmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə cavabdeh Rəsulov X3 Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)1075/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının vəkili Həsənov X4 Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya ş ikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci i nstansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materiallarını, apellyasiya şikayətinin təmin edilməsi barədə cavabdeh tərəfin dəlillərini, eyni zamanda apellyasiya şikayətinin rədd edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş mat eriallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli Əmək Müqaviləsinə əsasən, Cavabdeh 01 aprel 2019-cu il tarixdə sürücü-ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. İşçi işlətdiyi avtomobil və avadanlığın saz və təmiz saxlanmasını təmin etməyə, qəbul etdiyi mallara və nizam-intizama və verilən satış öhdəliyinə əməl etməyə cavabdehdir. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli, 02 nömrəli “Tam maddi məsuliyyət haqqında” Müqaviləyə əsasən, işçi işə götürənə ziyan vurduqda, həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır. - 08 yanvar 2023-cü il tarixli, 67 nömrəli Əmək Müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən, Cavabdeh özünün əmək funksiyas ını və öhdəliklərini, əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirmədiyinə və müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna görə onunla bağlanmış 01 aprel 2019-cu il tarixli əmək müqaviləsi 08 yanvar 2023-cü il tarixdən ləğv edilmiş və o, həmin tarixdən işdən çıxarılmışdır. Cavabdeh 08 yanvar 2023cü il tarixli aktlar üzrə müəyyənləşdirilmiş öhdəliyində olan müəssisəyə məxsus 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat pul vəsaitinin ödənilməsi tələb edilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş 08 yanvar 2023-cü il tarixli, 01 nömrəli akta əsasən, Cavabdeh 01-02-03 avqust 2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə çıxmadığı, 08 yanvar 2023-cü il tarixli, 02 nömrəli akta əsasən, Cavabdeh öhdəliyində olan pul vəsaitini kassaya ödəməkdən imtina e tdiyi və 27-28-29-30 dekabr 2022-ci il tarixlərində üzrlü səbəb olmadan işə çıxmadığı, 08 yanvar 2023-cü il tarixli, 03 nömrəli akta əsasən, yoxlama nəticəsində Cavabdeh məxsus 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat kənarlaşma (kəsr) müəyyən edildiyi, xx.xx.2022-ci il tarixli qaimədən göründüyü kimi 630 (altı yüz otuz) manat dəyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 1575 (min beş yüz yetmiş beş) manat dəyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 866.40 (səkkiz yüz altmış altı manat qırx qəpik) dəyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 742.97 (yeddi yüz qırx iki manat, doxsan yeddi qəpik) d əyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 1305 (min üç yüz beş) manat dəyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 1064.99 (min altmış dörd manat, doxsan doqquz qəpik) dəyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 91.20 (doxsan bir manat, iyirmi qəpik) dəyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 90.24 ( doxsan manat, iyirmi dörd qəpik) dəyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 136.80 (yüz otuz altı manat, səksən qəpik) dəyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 91.20 (doxsan bir manat, iyirmi qəpik) dəyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 240.12 (iki yüz qırx manat, on iki qəpik) dəyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 45.60 (qırx beş manat, altmış qəpik) dəyərində malın İddiaçı tərəfindən Cavabdeh təhvil verildiyi müəyyən olunmuşdur. (İş.səh 21-37) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da görü ndüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 01 aprel 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh sürücüekspeditor vəzifəsinə işə götürülmüş, cavabdeh bu tarixdən sürücü-ekspeditor vəzifəsini icra etməyə başlamış, tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin fəaliyyəti iddiaçıya qaimələr üzrə həvalə edilmiş malları müştərilərə (dükanlara) çatdırıb əvəzində isə pul vəsaitini müştərilərdən alaraq iddiaçıya ödəmək olmuş, bir müddət cavabdeh üzərinə düşən vəzifələri düzgün şəkildə yerinə yetirmiş, laki n 2022-ci ilin dekabrın 27-də öz istəyinə uyğun olaraq idarə etdiyi, yük payladığı avtomobili qoyub çıxıb getdikdən sonra təhvil-təslim prosesi həyata keçirilərkən Cavabdeh işlədiyi dövrdə müştərilərə (dükanlara) qaimələr üzrə verdiyi malların pullarını müştərilərdən alaraq işəgötürənə ödəmədiyi məlum olmuş (Cavabdeh məhkəmə iclaslarında bu halı etiraf etmişdir) və nəticə etibarilə cavabdehin iddiaçıya 10284.19 manat pul borcu yaranmış, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan pul məbləğinin, ödənilmiş vəkil xərcinə görə 400 (dörd yüz) manatın və 50 (əlli) manat mediasiya ödənişinin, ümumilikdə 10734.19 (on min yedd i yüz otuz dörd manat on doqquz qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat pul məbləği, 400 (dörd yüz) manat ödənilmiş vəkil xərci və 50 (əlli) manat mediasiya ödənişi olmaqla, cəmi 10734.19 (on min yeddi yüz otuz dörd manat on doqquz qəpik) manat məbləğində pulun və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Mülki iş üzrə mübahisəli hal kimi iş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən qətnamə sinin ləğvinə əsas kimi “...məhkəmə qətnaməsində onunla İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə istinad edildiyini, qətnamədə onun işlədiyi dövrdə qaimələr üzrə dükanlara (müştərilərə) malları payladığı müddətdə alınan pulları İddiaçı ödəməli olduğu halda həmin pulları isə onun tərəfindən “mənə çatmalıdır” bildirərək pulları geri qaytarmadığının qeyd olunduğunu, onunla İddiaçı arasında əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə bağlansa da, qeyri rəsmi olaraq yalnız aralarında olan danışıq əsasında 15 noyabr 2018-ci il tarixdən İddiaçı yanında malları dükanlara (müştərilərə) çatdırmaqla sürücü-ekspeditor vəzifəsində işlədiyini, halbuki Azərbaycan Respublikası Əmək qanunvericiliyin tələbinə əsasən işəgötürən və işçi arasında qarşılıqlı hüquq və vəzifələrin y aranması üçün əvvəlcədən əmək müqaviləsi bağlanmalı olduğunu, onun isə əmək müqaviləsi barədə elə də məlumatı olmadığından bunu tələb edə bilmədiyini, işə götürən İddiaçı isə bundan istifadə etməklə onun hüquqlarını pozduğunu, nəhayət xx.xx.2023-cü il tarixdə İddiaçı yalnız bir boş müqavilə kağızına imza etdirməklə ona “Narahat olma biz tanışıq” vaxtım olanda özüm dolduracam deməklə kifayətləndiyini, onun 2018-ci ilin noyabr ayından işə başlayan zaman İddiaçı ilə arasında hər ay 400 (dörd yüz) manat əmək haqqı və satılan malların 3%-i ona ödəniləcəyi barədə razılaşma olduğunu, İddiaçı Sultan oğlunun isə ona hər ay 150 (yüz əlli) manat pul verdiyini və imza çəkdirdiyini, o isə bunun səbəbini soruşanda iddiaçı ona “sənin pulların yığılır nə zaman ehtiyacın ola götürərsən mən vergiyə görə bu əmək haqqının tam məbləğini burda göstərə bilmərəm” dediyini, beləliklə razılığa əsasən onun 400 (dörd yüz) manat əmək haqqı aldığı halda, hər ay 150 (yüz əlli) manat əmək haqqı aldığını, əmək müqaviləsinin surətinin işə götürən tərəfindən ona təqdim edilmədiyini” göstərmişdir ki, kollegiya qeyd olunan bu dəlilləri mülki işin tədqiq olunmuş halları ilə qarşılıqlı araşdıraraq dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddia ərizəsinə əlavə olunmuş fərdi sahibkar İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli Əmək Müqaviləsindən aydın olur ki, tərəflər arasında qeyd olunan əmək müqaviləsi məhz 01 aprel 2019-cu il tarixdə bağlanmış və Cavabdeh həmin tarixdən sürücü-ekspeditor vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin şərtl ərinə işçinin əmək funksiyası kimi işlətdiyi avtomobil və avadanlığın saz və təmiz saxlanmasını təmin etmək, qəbul etdiyi mallara və nizam-intizama və verilən satış öhdəliyinə əməl etməyə cavabdeh olması müəyyən olunmuşdur. Əmək müqaviləsinin 4.1ci bəndinə əsasən işçiyə hər ay 200 manat məbləğində əməkhaqqı ödəniləcəyi müəyyən olunmuş, həmçinin müqavilənin 5-ci paraqrafında birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 8.2-ci bəndindən aydın olur ki, əmək müqaviləsinə edilmiş dəyişikliklərə əsasən xx.xx.2019-cu il tarixdən Cavabdeh əməkhaqqısı 250 manat, xx.xx.2022-ci il tarixdən isə 300 manat müəyyən olunmuşdur. Əmək müqaviləsi iki nüsxədən ibarət tərtib olunmaqla tərəflərin qarşılıqlı razılı ğı əsasında imzalanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-3-cü bəndlərində qeyd olunur ki, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Tədqiq olunan iş materiallarından da göründüyü kimi, tərəflər arasında ol an işəgötürən və işçi kimi hüquq münasibətləri yuxarıda qeyd olunan əmək müqaviləsi əsasında yaranmış, həmin müqavilə əsasında tərəflər hüquq və vəzifələrini müəyyən etmiş, buna dair müvafiq qaydada imza etməklə qarşılıqlı öhdəliklər yaratmışlar. Apellyasiya baxışı zamanı verilən sualları cavablandırarkən iş üzrə Cavabdeh işlədiyi müddət ərzində iddia etdiyi yuxarıda sadalanan hallarla bağlı pozulmuş əmək hüquqlarının müdafiəsi üçün hər hansı bir orqana müraciət etmədiyini, həmçinin hazırki mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən də qarşılıqlı iddia vermədiyini qeyd etmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin predmetini əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ödənilməli olan pul məbləğinin tutulması təşkil edir və Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehin şikayətində qeyd etdiyi yuxarıda sadalanan dəlillər hazırki iddia tələbinin predmeti deyil və həmin dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv olunması üçün əsas sayıla bilməz. Həmçinin kollegiya iş üzrə Cavabdeh diqqətinə çatdırır ki, şikayətində qeyd etdiyi əmək münasibətləri müddətində işəgötürən tərəfindən pozulduğunu iddia etdiyi hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət hüququndan istifadə etməsi istisna deyil. Mülki iş üzrə digər mübahisəli hal kimi iş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “...malları dükanlara (müştərilərə) vaxtı-vaxtında çatdırmaqla öz öhdəliyini yerinə yetirdiyini, 2022-ci ilin dekabr ayında onun səhhəti pisləşib ürəyi ilə bağlı müalicəyə getməli olduğundan İddiaçı müraciət edərək yığılıb qalan pullarını istəyəndə ona ”imkanım yoxdur hələ verə bilməyəcəm” deyib bildirdiyini, onun isə iddiaçı ilə razılığa əsasən yığılan və ona ödənilməli olan pullarını verməyəcəyini başa düşüb və payladığı mallardan yığılan pulların ona çatacaq pulun bir hissəsini götürüb və İddiaçı bildirməklə 27 dekabr 2022-ci il tarixdə idarə etdiyi avtomobili satış müdirinə təhvil verməklə işdən ayrıldığını, onun bu tələblərini birinci instansiya məhkəməsində bildirsə də buna məhəl qoyulmadığını, məhkəmənin İddiaçı ona əmək müqaviləsi üzrə öhdəliyin yerin ə yetirilməməsinə görə ödənilməli olan 10284.19 (on min iki yüz səksənm dörd manat on doqquz qəpik) manat pul məbləği, 400 (dörd yüz) manat vəkil xərci və 50 (əlli) manat mediasiya ödənişi olmaqla cəmi 10734.19 (on min yeddi yüz otuz dörd manat on doqquz) manat məbləğində pul və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsinin tam sübuta yetirilmədiyini” göstərmişdir ki, kollegiya qeyd olunan bu dəlilləri də mülki işin tədqiq olunmuş halları ilə qarşılıqlı araşdıraraq dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, işəgötürənə vurduğu ma ddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Kollegiya qeyd edir ki, maddi məsuliyyət dedikdə əmək müqaviləsinin təqsirli tərəfinin digər tərəfə vurmuş ziyanın ödənilməsi vəzifəsi başa düşülür. Maddi məsuliyyət hüquq pozucusunun barəsində tətbiq edilən, işçinin, yaxud işəgötürənin üzərinə əmək hüquq münasibətinin digər tərəfinə vurulmuş zərəri qanunla müəyyən edilmiş qaydada ödəmək vəzifəsinin qoyulmasından ibarət olan məcburetmə tədbirləridir. Ziyanın kim tərəfindən vurulmasından asılı olaraq, maddi məsuliyyətin iki növü fərqləndirilir: 1) işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti; 2) işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti. Əmək Məcəlləsinin “İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” adlana n Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərə kətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında iş əgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olm ayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və i şçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882ci maddəsi i lə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Konstitu siya Məhkəməsi sonda qərara almışdır ki,
1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda da qeyd olunduğu kimi, iddia ərizəsinə əlavə olunmuş fərdi sahibka r İddiaçı ilə Cavabdeh arasında 01 aprel 2019-cu il tarixdə bağlanmış Əmək Müqaviləsindən məlum olur ki, tərəflər arasında həmin tarixdə müqavilə bağlanmış və Cavabdeh qeyd olunan tarixdən sürücü-ekspeditor vəzifəsinə işə qəbul edilməklə müqavilədən irəli gələn bir sıra öhdəlikləri öz üzərinə götürmüşdür. Əmək müqaviləsinin 5-ci paraqrafında birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti müəyyən edilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında 01 aprel 2019cu il tarixdə, “Tam maddi məsuliyyət haqqında” 02 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən işçi işə götürənə ziyan vurduqda, həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşımaqla aşağıdakıları öhdəsinə gğtürmüşdür: -Təşkilatın kassasında olan nəğd pulun və d igər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verir, təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür; -Satış zamanı formalaşdırdıqları pul bağlamalarında kənarlaşmaya (əskikgəlmə və s.) yol vermir; -Ona etibar edilmiş nəğd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir; -Ona etibar edilmiş əmlakın, o cümlədən nəğd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan vəzifələri yerinə yetirir. Tərəflər arasında 01 aprel 2019-cu il tarixdə bağlanmış “Tam maddi məsuliyyət haqqında” 02 nömrəli müqaviləyə əsasən işçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədi kdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır və bu müqavilə işəgötürənlə işçi arasında əmək müqaviləsi qüvvədə olduğu bütün dövrə şamil edilir. (İş.səh 05-06) İş materiallarına əlavə olunmuş 08 yanvar 2023-cü il tarixli, 01 nömrəli akta əsasən, Cavabdeh 01-02-03 avqust 2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə çıxmadığı, 08 yanvar 2023-cü il tarixli, 02 nömrəli akta əsasən, Cavabdeh öhdəliyində olan pul vəsaitini kassaya ödəməkdən imtina etdiyi və 27-28-29-30 dekabr 2022-ci il tarixlərində üzrlü səbəb olmadan yenidən işə çıxmadığı müəyyən olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş 08 yanvar 2023-cü il tarixli, 03 nömrəli “Sürücüekspeditor un fəaliyyətinin yoxlanılmasının nəticəsi haqqında” akta əsasən yoxlama nəticəsində Cavabdeh məxsus 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat kənarlaşma (kəsr) olduğu iş materialları ilə müəyyən edilmişdir. 02 fevral 2023-cü il tarixli məktubdan məlum olmuşdur ki, həmin aktın surəti və əmək fəaliyyətinə xitam verilməsi barədə əmrin surəti Cavabdeh rəsmi qaydada göndərilmiş, 5 iş günü müddətində 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat pulun kassaya ödənilməsi ondan tələb olunmuşdur. (İş.səh 21-22) İddia ərizəsinə əlavə edilmiş 08 yanvar 2023-cü il tarixli, 67 nömrəli Əmək Müqaviləsinə xitam verilməsi barədə əmrdən məlum olur ki, Cavabdeh özünün əmək funksiyasını və öhdəliklərini, əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirmədiyinə və müəy yən edilən tələbləri kobud şəkildə pozduğuna görə onunla bağlanmış 01 aprel 2019cu il tarixli əmək müqaviləsi 08 yanvar 2023-cü il tarixdən ləğv edilmiş və o, həmin tarixdən işdən azad olunmuşdur. Cavabdeh 08 yanvar 2023-cü il tarixli aktlar üzrə müəyyənləşdirilmiş öhdəliyində olan müəssisəyə məxsus 10284.19 (on min iki yüz səksən dörd manat on doqquz qəpik) manat pul vəsaitinin ödənilməsi tələb edilmişdir. (İş.səh 1617) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76. 2-ci maddəsinə görə də bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunan xüsusatlar baxımından kollegiya iddiaçı tərəfin təqdim etdiyi yuxarıda sadalanan sübutları mübahisənin hallarını özündə əks etdirən məlumatlardan ibarət olduğu üçün mötəbər sübut növü kimi qəbul etmişdir. Beləliklə istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı tədqiq olunmuş mötəbər sübutlarla iş üzrə Cavabdeh əmək münasibətləri prosesində əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi öz təsdiqini tapmış və nəticədə işəgötürən İddiaçı vurduğu 10284.19 ma nat ziyana görə maddi məsuliyyəti yaranmışdır. Hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, cavabdeh tələbə etirazlarının əsası kimi istinad etdiyi halların təsdiqi üçün məhkəməyə sübut təqdim etməmiş və beləliklə də etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan başqa məhkəmə baxışı zamanı izahat verən iş üzrə Cavabdeh etdiyi qanunazidd hərəkətlərini inkar etməmiş, əksinə həqiqətən də işəgötürən İddiaçı məxsus olan və sürücü-ekspeditor kimi mağazalara payladığı malların pulundan 8000 manat hissəsini mağazalardan toplayaraq özünə götürdüyünü etiraf etmişdir. Cavabdeh şikayətində qeyd etdiyi “...400 (dörd yüz) manat vəkil xərci, 50 (əlli) manat mediasiya ödənişi və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsinin tam sübuta yetirilmədiyinə” dair dəlilinə gəlincə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş 11 aprel 2023-cü il tarixli, 04/212 nömrəli hüquqi yardımın göstərilməsi haqqında Müqavilənin və 11 aprel 2023-cü il tarixli, 9763 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı Vəkil hüquqi yardım üçün 400 (dörd yüz) manat ödəmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli 129595 nömrəli mədaxil qəbzinə əsasən mediasiya prosesində iştirak üçün iddiaçı tərəfindən 50 manat rüsum ödənilməsi və xx.xx.2023-cü il tarixli, 6681 nömrəli qəbzə əsasən İddiaçı tərəfindən iddia qaldırılması üçün "xxxx" ASC-nə 71 manat dövlət rüsumunun ödənilməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xər cləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsi ilə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsi müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan iddiaçı tərəfindən çəkilən xərclər də məhz həmin məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə Cavabdeh apellyasiya şikayətində mülki iş üzrə digər mübahisəli hal kimi ”... məhkəmənin qətnaməsinin qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassız (iş materialları ilə təkzib edilir) olduğunu, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxıldığını, işin faktiki halları araşdırılmadığını və düzgün hüquqi qiymət verilmədiyini, iddia tələbinin təmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz saydığını, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyini” göstərmişdir ki, kollegiya həmin dəlillərə münasibətdə qeyd edir ki, göstərilən bu dəlillər mülahizə xarakterlidir, mübahisələndirilən qətnamə f orma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı əmək müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(078)-1075/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti