Məhkəmə qərarları › İş №2(108)-155/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-155/2025

27.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-155/2025 27.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Cavabdeh1 Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Naxçıvan şəhər “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-173/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 1416 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(078)-173/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək 15 dekabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin etibarsız hesab olunması, 28 dekabr 2023-c ü il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin ləğv edilməsi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.51 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 18/29 nömrəli reyestr kitabının 5729 nömrəli vərəqində qeydiyyata alınmasına dair 16 yanvar 2024-cü il tarixdə verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 noyabr 2024-cü il tarixdə 12353 nömrəli qəbzlə ödənilmi ş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(078)-173/2025 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan şəhər “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iddiaçının vəkili Vəkil iştirak etməməsinin səbəbi barədə kolleg iyaya hər hansı məlumat verməmiş, cavabdeh Naxçıvan şəhər “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən kollegiyanın ünvanına xx.xx.2025-ci tarixli məktub daxil olmuş, məktubda cavabdeh təşkilatın nümayəndəsi işlərinin çoxluğu səbəbindən məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan şəhər “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi i şə baxılmasına mane olmur. 27 oktyabr 2025-ci il tarixdə apellyasiya şikayətinə baxılarkən İddiaçı iddiadan imtina ilə bağlı ərizəsini kollegiyaya təqdim edərək, mülki iş üzrə iddiadan imtina barədə ərizənin qəbul edilməklə iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya iddiadan imtina ilə əlaqədar İddiaçı ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiadan imtina əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin; - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə,... bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 370.1-370.2-ci maddələrinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. İddiadan imtina İddiaçı tərəfindən yazılı formada ifadə edildiyindən, iddiadan imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından kollegiya hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş üzrə İddiaçı xx.xx.2025-ci tarixdə kollegiyaya təqdim etdiyi ərizədə Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 52.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır ki, belə olan halda İddiaçı iddia tələbindən imtina barədə ərizəsi qəbul olunmalı, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-173/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməklə mülki iş üzrə icraat a xitam verilməlidir. Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 384.0 və 384.0.5-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi... qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilən qaydada iş üzrə icraata xitam verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli olduğundan kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlillərinin müzakirə edilərək onlara hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsin ə və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq, iş üzrə icraata xitam verildiyindən İddiaçı iddia qaldırılarkən "xxxx" ASC Naxçıvan şəhər filialı vasitəsilə 27 noyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə (əməliyyat İD: 687282377, terminal nömrəsi: K0500014, büdcə səviyyə kodu: 142213) ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalı, həmçinin apellyasiya şikayəti verilərkən Cavabdeh1 tərəfindən "xxxx" ASC Naxçıvan şəhər filialı vasitəsilə 25 avqust 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və Cavabdeh2 tərəfindən "xxxx" ASC Naxçıvan şəhər filialı vasitəsilə 25 avqust 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 370, 384.0, 384.0.5, 400, 402.2.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Naxçıvan şəhər “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilədən yaranan bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası əsaslı olduğundan qəbul edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-173/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC Naxçıvan şəhər filialı vasitəsilə 27 noyabr 2024-cü il tarixli, ******** ** nömrəli qəbzlə (əməliyyat İD: 687282377, terminal nömrəsi: K0500014, büdcə səviyyə kodu: 142213) ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Apellyasiya şikayəti verilərkən Cavabdeh1 tərəfindən "xxxx" ASC Naxçıvan şəhər filialı vasitəsilə 25 avqust 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və Cavabdeh2 tərəfindən "xxxx" ASC Naxçıvan şəhər filialı vasitəsilə 25 avqust 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki k

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar