Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-156/2025 05.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlak tələbi (Açar sözlər: məhkəmə qətnaməsi ilə geri qaytarılmalı əmlakın natura şəklində alınmasının qeyri-mümkünlüyü, mülkiyyət hüququnun müdafiəsi, daşınar əşya üzrə mülkiyyət hüququnun pulla kompensasiyası və dəymiş zərərin ödənilməsi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi ), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkə məsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-64/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
1. İddiaçı "03" sentyabr 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ona məxsus iki dəst yorğan-döşəyin dəyəri olan 300 (üç yüz) manat, 2003-cü ildə alınmış 3x4 ölçüdə xalçanın dəyəri olan 500 (beş yüz) manat, "Vestel" markalı paltaryuyan maşının (7 kiloqramlıq) dəyəri olan 1500 (bir min beş yüz) manat, "Belarus" markalı pianonun dəyəri olan 1500 (bir min beş yüz) manat pulun, ümumilikdə isə 3800 ( üç min səkkiz yüz) manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-03).
2. İddiaçı "13" sentyabr 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı müraciət edərək, iddia qaldırarkən ödədiyi 58.40 (əlli səkkiz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumunun da cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 48).
3. Naxçıvan Şəhər Məhkəməsində mülki iş üzrə 03 oktyabr 2024-cü ildə keçirilən məhkəmə iclasında ayrıca məhkəmə aktı qəbul edilmədən iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsinin qəbul edilməsinə dair qərar veri lmişdi (mülki iş İ cild, iş vərəqə 59).
4. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülnar Səfərəliyeva) 29 iyul 2025-ci il tarixli, 2(078)-64/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus olan iki ədəd yorğan-döşək dəstin dəyəri olan 300 (üç yüz) manat, 2003cü ildə alınmış xalçanın dəyəri olan 450 (dörd yüz əlli) manat, "Vestel" markalı 7 kiloqramlıq bir ədəd paltaryuyan maşının dəyəri olan 950 (doqquz yüz əlli) manat, "Belarus" markalı bir ədəd pianonun dəyəri olan 1300 (bir min üç yüz) manat pulun, ümumilikdə isə 3000 (üç min) manat pul məbləğinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdi (mülki iş İİ cild, iş vərəqə 140-147). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti
5. Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-64/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh3 15 sentyabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmiş və həmin qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 157-161). c) Apellyasiya şikayətinin əsaslandırılması
6. Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə ilə razı deyil. Bacısı İddiaçı birinci nikahı pozulduqdan sonra 2007-ci il tarixdən 2019-cu il tarixədək övladı X6 ilə birlikdə onlarla yaşamağa başlamışdı. 2019-cu il tarixdə Əliağa adlı şəxslə qeyri-rəsmi ailə quraraq onunla birlikdə yaşamış, həmin vaxt övl adı X3 onların yanında qoyub gedərək öz övladına sahib çıxmamışdı. Onun övladını özü, qardaşı və anası sahib çıxaraq onun təhsilini, geyimini hər bir ehtiyacını birgə qarşılamışlar. X1 illik 1500 manat təhsil haqqını onlar ödəmişdir. Onu da çox çətinliklə tələbə təhsil kredit şöbəsinə müraciət edərək iki illik təhsil haqqını oradan ödəyiblər. X8 Universitetinə təhsil haqqı borcları vardır, ödəməkdə çətinlik çəkir. Sahilə 2019-cu ildə evdən getdikdən bir neçə gün sonra onların yaşadığı evə geri qayıdaraq özünə məxsus 2 dəsti yorğan-döşəyi, xalçanı, özünün və övladının geyim əşyalarını və s. özü ilə aparmışdı. Paltaryuyan maşın və pianino ağır olduğundan onları həmin vaxt aparmamış, bir neçə gün həmin əşyalar həyətdə qaldıqdan sonra qardaşı məhkəməyə müraciət edərək Sahilənin həmin əşyaların ı da gəlib aparmasını xahiş etmişdir. Bir neçə gündən sonra Sahilə maşın və fəhlə tutaraq gəlib paltaryuyan maşın ilə pianinonu aparmışdır. Sahilənin onların evindən əşyalarını aparmasını sübut edəcək səs yazısı da mövcuddur. Həmin səs yazısında “evi yarmışam, nəyim var idisə götürmüşəm...” kimi ifadələr işlətmişdir. Bütün bunlara baxmayaraq indi yenidən apardığı əşyaları tələb edir ki, bu tələbin heç bir hüquqi əsası yoxdur. İddiaçı öz iddiasını heç bir əsaslı sübutla əsaslandırmamış, yalnız subyektiv yanaşması ilə tələb irəli sürmüşdür.
7. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırılmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Məhkəmə sübutlar olmadan yalan və fərziyyə əsasında qətnamə çıxartmışdır. Nəticə etibarı ilə Azərbaycan R espublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmuşdur.
8. Özünün iddiaçının önündə heç bir öhdəliyi, həmçinin aralarında hər hansı bir razılıq və müqavilə olmamışdır. İddiaçı tərəfindən əşyaların evdə olmasını təsdiq edəcək heç bir şahid ifadəsi, video və ya foto materiallar təqdim edilməmişdir. Həmin məhkəmə qərarı da iddiaçı göstərilən əşyaları apardığı üçün icra edilə bilməmişdi. İddiaçı təmin olunmuş məhkəmə qətnaməsi ilə onların hesabına (məhrum olanın) əsassız olaraq yenidən əmlak əldə edərək əsassız varlanmaqdadır.
9. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci maddələrinə, Mülki Məcəllənin 386.1, 1091.1-ci və 1091.2-ci maddələrinə, prose ssual əsası kimi isə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.1-ci və 88-ci maddələrinə istinad etmişdi. İİ. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
10. İddiaçı "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə 27 oktyabr 2025-ci ildə apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etsə də o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsində qeyd edilən 20 günlük müddətə əməl etmədiyindən apellyasiya şikayətinə qarşı etiraz kollegiya tərəfindən nəzərə alınmamışdı (mülki iş İİ cild, iş vərəqə 189). İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxslərin verdiyi izahatlar.
11. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, evlərinə baxış keçirilmişdi və iddiaçı narazı olduğu üçün şahidlərin iştirakı ilə bütün evə, zirzəmi də daxil olmaqla təkrar baxış olmuşdu. Qeyd edilən əşyaların onların evdə olmaması öz təsdiqini tapıb. İddiaçı heç bir sübutu olmadan əşyaları onlardan tələb edir. O, öz övladını atmışdı və onun övladını özləri himayə edirlər. Övladı iddiaçı ilə danışmadığı üçün Sahilə onlarla prinsip aparır deyə mübahisə bu mərhələyə çatıb. İddiaçı onun əşyalarını satdığını qeyd edir, lakin özü onun övladının Naxçıvan Dövlət Universitetində təhsil alması üçün təhsil krediti götürüb. Əgər onun əşyalarını satsa idi, həmin əşyaların dəyəri olan pul ilə uşağın təhsil xərclərini ödəyərdi, yenidən təhsili üçün kredit götürməzdi. İddiaçının qeyri-rəsmi yaşadığı X7 onu bu pulu tələb etməyə məcbur edir. Onlar hər dəfə məhkəmədə müxtəlif məbləğlər səsləndirib. İddiaçı özü də tələb etdiyi əşyaların dəyərinin qeyd etdiyi miqdarda olmasını sübut edə bilmir. Sadəcə olaraq onlar pul əldə etmək istəyirlər. Hal-hazırda qardaşı da, özü də işsizdi. Sahilə evdən uşağın paltarlarına qədər yığıb aparıb. Həmin vaxtı özü və qardaşı işdə olduğu zaman o, qapını arxadan bağlayaraq bütün əşyaları pəncərədən daşımış və aparmışdı.
12. Apellyasiya şikayəti verən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, qardaşı iddiaçının əşyalarını evdən çölə qoymuş və onun əşyalarını gəlib götürməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. İddiaçı polislə birlikdə gələrək axşam vaxtı əşyalarının hamısını götürüb aparıb. Polis iddiaçı ilə birlikdə əşyaları yük maşınına yığaraq apardılar. Həmin yük maşınının sürücüsünü tanımır. İddiaçının əşyalarını fəhlələr yük maşınına yükləmişdi. Əşyaların evdən çıxarılması zamanı bütün prosesi qardaşı öz telefonu vasitəsilə çəksə də, sonradan onun telefonunda problem olduğundan bütün çəkilişlər silinib. İddiaçının qeyri-rəsmi yaşadığı şəxs ona mesaj yazaraq onlardan alacağı 3000 manat pulla iddiaçıya saat almaq istədiyini bildirmişdir, həmin mesajlar hal-hazırda telefonunda mövcuddur. Özü birinci instansiya məhkəməsində iddiaçının qeyri-rəsmi yaşadığı şəxsin dindirilməsi üçün vəsatət verməyib, çünki həmin şəxs iddiaçının rəsmi həyat yoldaşı deyildi. İddiaçının əşyaları aparması ilə bağlı səs yazıları vardır və o, həmin səs yazılarında evi yarıb apardığını bildirir. Həmin səs yazısı iddiaçı ilə onun ərinin arasında olan dan ışığı əks etdirir. Onlar danışan zaman özü Sahilənin səsini telefona yazmışdı. Bacısı əşyalarını aparsa da piano və paltaryuyan 10 gün müddətində birinci mərtəbədə qalmışdı, qardaşı iki dəfə müraciət etdikdən sonra gecə gələrək dörd fəhlə ilə onları yük maşınına yükləyib və aparıbdı. Səhv xatırlamırsa iddiaçı paltaryuyanı 350 manata özü almışdı və həmin paltaryuyan istifadə edilmiş idi. O, pianonu 150 manata almışdı. Birinci instansiya məhkəməsində əşyaların qiymətləndirilməsinin nəticələri ilə razılaşmadığını dəfələrlə deyib. 2019-cu ildə əşyaların verilməsi ilə bağlı qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verməyib.
13. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 verdiyi izahatında bildirmişdi ki, iddiaçının övladını onlar s axlamışlar. Onun təhsil haqqını özləri ödəyib. Hal-hazırda qızı və oğlu işləmir. Özü isə pensiya alır və iddiaçının tələb etdiyi əşyalarının dəyərini ödəməyə imkanları yoxdur. Sahilə gedən zaman bütün əşyalarını götürüb aparıb. O,bütün əşyalarını satıb pulunu qeyri-rəsmi yaşadığı şəxsə verib.
14. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.
15. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsilərin iştirakı olmadan ba xılmasını mümkün hesab etmişdi. İV. İşin halları:
16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: 17. - Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsinin surətindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia qaldırması, onun tələbinin qismən təmin edilərək cavabdehlərdən iki yorğan-döşək dəstinin, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalçanın, 7 kiloqramlıq "Vestel" markalı paltaryuyan maşının, "Belarus" markalı pianonun alınaraq ona verilməsinin qət edilməsi (mülki iş İ cild, iş vərəqə 8-13) 18. - Naxçıvan Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(078)-54/2019 nömrəli məktubundan İddiaçı ərizəsi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(078)-54/2019 nömrəli icra vərəqəsinin icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilməsi (mülki iş İİ cild, iş vərəqə 56-58); 19. - Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 13 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tələbkar İddiaçı məxsus əmlakların, yəni 2 yorğan-döşək dəstinin, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalçanın, "Vestel" markalı paltaryuyan maşının (7 kiloqramlıq), "Belarus" markalı pianonun alınaraq İddiaçı verilməsi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinin verdiyi icra sənədi üzrə icraata başlanması və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən borclula ra 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsinin təklif edilməsi (mülki iş İİ cild, iş vərəqə 59); 20. - Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 13 iyul 2023-cü il tarixli, 160591/2023 nömrəli “tələbin könüllü icrası haqqında” bildirişinin və sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrin surətindən icraata başlamaq haqqında qərarın surətinin borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 təqdim edilməsi (mülki iş İİ cild, iş vərəqə 60 və 62); 21. - Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 27 iyul 2023-cü il tarixli, 160591/2023 nömrəli məktubundan Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli icra sənədinə əsasən İddiaçı məxsus əmlakların-2 dəst yorğan-döşəyin, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalçanın, "Vestel" markalı paltaryuyan maşının (7 kiloqramlıq), "Belarus" markalı pianonun alınaraq İddiaçı təhvil verilməsi ilə bağlı icra hərəkətləri həyata keçirilməsinin 03 avqust 2023-cü il tarixə, saat 1100-a təyin edilməsi (mülki iş İİ cild, iş vərəqə 63); 22. - Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin rəisi İntiqam Vəliyevin, icra məmuru Həbib Quliyevin, tələbkar İddiaçı və borclu Cavabdeh3 iştirakları ilə tərtib edilmiş 03 avqust 2023-cü il tarixli aktda borclu Cavabdeh3 icra sənədində göstərilən əmlakların tələbkar tərəfindən götürüldüyünü bildirməsi, lakin tələbkar İddiaçı etiraz edərək həmin əmlakların onun tərəfindən təhvil alınmadığını qeyd etməsi və əmlaklar mənzildə olmadığından, yerləri barədə məlumat əldə etmək mümkün olmadığından tələbin təmin edilməsinin mümkün olmadığının qeyd edilməsi (mülki iş İİ cild, iş vərəqə 67); 23. - Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 04 avqust 2023-cü il tarixli qərarının surətindən icra sənədi üzrə icra hərəkətləri həyata keçirilərkən icra sənədində göstərilən əmlakların mövcud olmamasının müəyyən edilməsi və həmin əmlakların dəyərinin alınmasının icra sənədində qeyd olunmaması səbəbindən əmlakların dəyərinin alınmasının mümkün olmaması ilə bağlı olaraq icra sənədinin onu verən məhkəməyə geri qaytarılmasının qərara alınması (mülki iş İİ cild, iş vərəqə 69); 24. -Naxçıvan Şəhər Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 8(078)-161/2023 nömrəli qərardadından Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 04 avqust 2023-cü il tarixli “İcra sənədinin geri qaytarılması haqqında” qərarından tələbkar İddiaçı şikayət etməsi, onun müraciətin in təmin edilərək sözügedən qərarın ləğv edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsi əsasında verilmiş 07 iyul 2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinin və icra vərəqəsinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə qaytarılmasının qərara alınması (mülki iş İİ cild, iş vərəqə 82-88); 25. -Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 11 yanvar 2024-cü il tarixli, 160591/2023 nömrəli xəbərdarlıq məktubundan borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 22 yanvar 2024-cü il tarixədək tələbin tam təmin edilməsinin təklif edilməsi və həmin tarixdə saat 1000-da Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə çağırılmaları (mülki iş İİ cild, iş vərəqə 77-78); 26. - Cavabdeh3 tərəfindən Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə ünvanlanmış 17 yanvar 2024-cü il tarixli ərizədə 2019-cu ildə İddiaçı onların yaşadıqları ünvana gələrək səs-küy salmasının, tərəflərindən Naxçıvan Şəhər Polis İdarəsinə müraciət olunmasının, polis əməkdaşının iştirakı ilə həmin əşyaların İddiaçı tərəfindən götürülməsinin qeyd edilməsi (mülki iş İİ cild, iş vərəqə 95); 27. -Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 19 yanvar 2024-cü il tarixli, 160591/2023 nömrəli məktubundan 2019-cu il tarixdə İddiaçı Naxçıvan şəhəri, Bəhruz ünvan 3 ünvanında yerləşən evdən iki yorğan-döşək dəstinin, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalçanın, “Vestel” markalı paltaryuyan maşının (7 kiloqramlıq), “Belarus” markalı pianonu götürməsi ilə bağlı hər hansı müvafiq sənədin olub-olmaması ilə bağlı məlumat verilməsi üçün Naxçıvan Şəhər Polis İdarəsi nə sorğu verməsi (mülki iş İİ cild, iş vərəqə 96); 28. - Naxçıvan Şəhər Polis İdarəsinin 3-13-43-6/2-1951/24 nömrəli məktubundan Naxçıvan şəhəri B. Kəngərli küçəsində yerləşən 23 nömrəli evdən yuxarıda göstərilən əşyaların götürülməsi ilə bağlı idarədə heç bir müvafiq sənədin olmaması (mülki iş İİ cild, iş vərəqə 113); 29. - 23 aprel 2023-cü il tarixli, 2(078)-54/2019 nömrəli icra sənədinin icrası ilə bağlı tərtib edilmiş 02 fevral 2024-cü il tarixli aktda icra sənədində göstərilən əşyaların Naxçıvan şəhəri B.Kəngərli, ev 23 ünvanında olmamasının, Cavabdeh3 həmin əşyaların İddiaçı tərəfindən 2019-cu ildə götürülməsinin qeyd edilməsi (mülki iş İ cild, iş vərəqə 4 və mülki iş İİ cild, iş vərəqə 105); 30. -Cavabdeh3 Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı 09 fevral 2024-cü il tarixli ərizədə Cavabdeh3 icra sənədində göstərilən əmlakların hazırda onda mövcud olmadığının, lakin həmin əmlakların dəyərinin tələbkar İddiaçı qarşılıqlı razılaşma əsasında tərəflərindən ödənilməsinin imkan xaricində olmamasının göstərilməsi (mülki iş İİ cild, iş vərəqə 106); 31. - Naxçıvan Şəhər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 8(078)-12/2024 nömrəli qərardadından Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 həmin Məhkəmənin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsinin izah olunması ilə bağlı müraciət etməsi, qətnamə izah edilərək, həmin məhkəmə aktında "Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı məxsus əmlakın 2 dəst yorğan-döşək dəstinin, 2003-cü ildə alınmış 3x4 ölçüdə olan xalçanın, Vestel markalı paltaryuyan maşının (7 kq), Belarus markalı pianonun alınaraq İddiaçı verilməsinin" nəzərdə tutulmasının qeyd etməsi (mülki iş İİ cild, iş vərəqə 115-117); 32. - Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 01 mart 2024-cü il tarixli qərarının surətindən icra orqanının Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsini əsaslanmaqla bir daha onu verən məhkəməyə geri qaytarılmasını qərara alması (mülki iş İİ cild, iş vərəqə 122123); 33. – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2024-cü il tarixli, 1384 saylı ekspert rəyində analoji malların markasına, modelinə, ölçüsünə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən əşyaların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq ekspertiza tədqiqatına təqdim edilməyən əşyaların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə bir dəstin dəyəri 100 (bir yüz) manat olmaqla, 2 yorğandöşək dəstinin 200 (iki yüz) manat, 2003-cü ildə alınmış 3x4 metr ölçüdə olan xalçanın dəyərinin 150 (bir yüz əlli) manat, "Vestel" markalı, 7 kq tutumu paltaryuyan maşının dəyərinin 400 (dörd yüz) manat və "Belarus" markalı pianonun (köklənmiş vəziyyətdə) dəyərinin 550 (beş yüz əlli) manat olmasının göstərilməsi (mülki iş İ cild, iş vərəqə 74-75); 34. - Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(078)-64/2025 nömrəli qərardadı əsasında aparılmış qiymətləndirmə ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 30 may 2025-ci i l tarixli, 457 saylı qiymətləndirmə rəyindən iki yorğan-döşək dəstinin dəyərinin 300 (üç yüz) manat, 2003-cü ildə alınmış 1 ədəd 3x4 ölçüdə xalçanın dəyərinin 450 (dörd yüz əlli) manat, 1 ədəd 7 kiloqramlıq "Vestel" markalı paltaryuyan maşının dəyərinin 950 (doqquz yüz əlli) manat, 1 ədəd "Belarus" markalı pianonun dəyərinin 1300 (bir min üç yüz) manat olması aydın olur (mülki iş İ cild, iş vərəqə 14-21). V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri
35. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxı r. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-64/2025 nömrəli qətnaməsini yalnız Cavabdeh3 mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfdən mübahisələndirilən hissəsi təşkil edir.
38. Cavabdeh3 verdiyi apellya siya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir.
39. Cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. Vİ. Tətbiq edilən maddi və prosessual hüquq normaları.
40. Azərbaycan Respublikası Konstitusiyasının: 41. -13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 42. -26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vas itələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir; 43. -29-cu maddəsinin İ-İV hissələri ilə müəyyən edilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 44. -129-cu maddəsinin İ və İİ hissələrinin tələbinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası m əcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 46. - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır; 47. -21.1 və 21.2-ci maddələrinin tələbindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şər aitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 48. -152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 49. -157.2-ci maddəsindən görünür ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 51. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və icti mai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; 52. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 53. -9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 54. -15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üç ün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 55. -76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir; 56. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 57. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarl a və hallarla əlaqədardır; 58. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 59. -222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; 60. -392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasi ya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə aktları: 62. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakd an istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
63. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli qərarında göstərilir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biri olduğuna görə Konstitusiyanın 13-cü maddəsi ilə toxunulma z elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. 64. "Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli qərardadına istinadən kollegiya bildirir ki, əsas və fundamental insan hüquqlarından biri kimi mülkiyyət hüququ əşya hüquqları kateqoriyasına aid olmaqla məzmununu üç səlahiyyət (sahib olmaq, istifadə etmək, sərəncam vermək) təşkil edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Vurğulanmalıdır ki, mülkiyyət hüququnu digər əşya haqlarından fərqləndirən başlıca xüsusiyyət hər üç səlahiyyətin bir şəxsdə (mülkiyyətçidə) cəmləşməsində, o cümlədən əşyanın hüquqi müqəddəratını müəyyən etmək (əşyaya sərəncam vermək) səlahiyyətinin məhz mülkiyyət hüququ ilə təmin olunmasındadır.
65. Mülki hüquq nəzəriyyəsinə əsasən sahiblik anlayışı müəyyən bir əşya üzərində real və faktiki olaraq iqtidara, hakimiyyətə malik olma halını ifadə edir və əşyaya bu şəkildə qanuni sahiblik müəyyən bir hüquqi əsas sayəsində (mülki-hüquqi əqd, məhkəmə qərarı) yarana bilir.
66. Əşyadan istifadə əşyanı təyinatına uyğun istismar etməni, ondan yararlanmanı, gəlir əldə etməni ifadə edir. Məsələn, mülkiyyətçinin öz mənzilində yaşaması, ona məxsus bağ sahəsində ağac əkməsi və ya avtomobilini sürməsi və s. kimi hallarda həmin şəxs mülkiyyətçi müvafiq əşyalardan istifadə etmiş olur. İstifadə hüququnun məzmunu müəyyən edilərkən o da nəzərə alınmalıdır ki, Mülki Məcəllədə bir çox hallarda müxtəlif normalarda nəzərdə tutulmuş “istifadə” sözü, haqqın özünü deyil, haqqın həyata keçirilmə formasını bildirir.
67. Mülkiyyət hüququnun özəyini təşkil edən sərəncam hüququnun həyata keçirilməsi əşyanın hüquqi və ya fiziki olaraq aqibətinin müəyyən edilməsi ilə nəticələnməklə onun mənsubluğunun dəyişdirilməsi, üzərində məhdud əşya hüquqlarının yaradılması yolu ilə yüklü hala gətiri lməsi, mövcudluğuna son qoyulması kimi hərəkətlərdə təzahür edir. Vurğulanmalıdır ki, əşya üzərində birbaşa sərəncam haqqını (səlahiyyətini) təmin edən hüquq məhz mülkiyyət hüququdur). Vİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi
68. Mülki işin müəyyən edilmiş hallarından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsi ilə iki dəst yorğan-döşəyin, bir ədəd 3x4 ölçüdə xalçanın, bir ədəd yeddi kiloqram tutumlu "Vestel" markalı paltaryuyan maşının və bir ədəd "Belarus" markalı pianonun cavabdehlərdən alınaraq İddiaçı verilməsi qət edilmişdi. Həmin məhkəmə aktına nəzər yetirdikdə aydın olur ki, İddiaçı özünə məxsus olan əmlakları və ya onların dəyərini tələb etməsi nə baxmayaraq, məhkəmə qətnaməsi ilə əmlakların yalnız natura şəklində (yəni əşyanın özünün) cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilib. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında əmlakla bağlı mövcud olmuş mübahisənin yeni mərhələyə daşınmasına səbəb əvvəlki mübahisəyə baxan hakimin Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 222.1-ci maddəsinin tələbini pozmasıdır. Yəni həmin mübahisə üzrə çıxarılmış yekun məhkəmə aktında iki dəst yorğan-döşəyin, bir ədəd 3x4 ölçüdə xalçanın, bir ədəd "Vestel" markalı paltaryuyan maşının və bir ədəd "Belarus" markalı pianonun qətnamə icra edilən zaman mövcud olmadıqda, onların dəyərinin cavabdehlərdən tutulmalı olması qeyd edilməli olduğu halda, bu Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəl i qətnaməsində öz əksini tapmamışdı.
69. Mülki iş materiallarına əlavə edilmiş və yuxarıda qeyd edilən icra işinə dair sənədlərdən hazırda iki dəst yorğan-döşəyin, bir ədəd 3x4 ölçüdə xalçanın, bir ədəd "Vestel" markalı paltaryuyan maşının və bir ədəd "Belarus" markalı pianonun naturada mövcudluğu öz təsdiqini tapmır. Bu səbəbdən də kollegiya iddiaçının həmin əmlakları natura şəklində deyil, onun dəyərinin pul formasında alınması ilə bağlı tələbini əsaslı hesab edir.
70. Cavabdeh3 həm icra mərhələsində, həm də mübahisəyə məhkəmədə baxılması zamanı Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsi ilə İddiaçı qaytarılmalı olan əşyaların iddiaçı tərəfindən götürüldüyünü bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdi. Kollegiya onu da qeyd e tməyi zəruri hesab edir ki, hazırda tərəflər arasında olan mübahisənin hüquqi həlli əsasən sübutetmə vəzifəsinin icra edilməsindən asılıdır.
71. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsindən görünür ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 72. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbayca n Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
73. Kollegiya bildirir ki, İddiaçı özünə məxsus olan əşyaların dəyərinin pul formasında alınması ilə bağlı tələbi mülkiyyət hüququnun bərpasının son formasıdır. Yəni cavabdehlərin ilkin qətnamə ilə təyin edilmiş əmlakların iddiaçıya qaytarılmalarını sübuta yetirə bilməməsi, faktiki olaraq İddiaçı zərərin dəyməsinə səbəb olur. Əmlakın natura şəklində alınmasın ın qeyri-mümkün olması səbəbindən, iddiaçının tələbi pul kompensasiyası (dəyərin ödənilməsi) şəklini alıb. Cavabdehlər əmlakı natura şəklində qaytara bilmədikləri üçün, iddiaçıya həmin əmlakın bazar dəyəri həcmində zərər dəyib.
74. Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsinin icraya yönəlməsi və həmin məhkəmə aktında göstərilən əşyaların İddiaçı qaytarılması öz təsdiqini tapmadığından kollegiya iddiaçının özünün mülkiyyət hüququnu müdafiəsinə yönəlmiş addımını, yəni iddia tələbini qanuni sayır.
75. Göstərilənlərə əsaslanaraq və zərərin ödənilməsi prinsipinə uyğun olaraq kollegiya işə baxan birinci instansiya məhkəməsinin cavabdehlərin iki dəst yorğan-döşəyin, bir ədəd 3x4 ölçüdə xalçanın, bir ədəd "Vestel" markalı paltaryuyan maşının və bir ədəd "Belarus" markalı pianonun iddiaçıya qaytarmaq öhdəliyini, pul öhdəliyi ilə əvəz etməsinə dair gəldiyi nəticənin əsaslı olması qənaətinə gəlir.
76. Cavabdeh3 apellyasiya şikayətində qeyd etdiyi özünün iddiaçının önündə heç bir öhdəliyi, həmçinin aralarında hər hansı bir razılıq və müqavilə olmamasına münasibət bildirən kollegiya onun nəzərinə çatdırır ki, sonuncunun iddiaçının qarşısında olan öhdəliyi məhz Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(078)-54/2019 nömrəli qətnaməsinin icrasından irəli gəlir. Çünki Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 15.2-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
77. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya belə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdi. Bu səbəbdən də kollegiya Cavabdeh3 Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-64/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini əsassız hesab edir.
78. Kollegiya Cavabdeh3 verdiyi apellyasiya şikayətini maddi hüquq normalarının pozulmasına münasibətdə əsaslı hesab etməsə də bildirir ki, işə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsi ni şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
79. Qeyd edilən prosessual normanın tələbinə əsaslanaraq kollegiya belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisə predmeti olan əşyaların dəyərinin müəyyən edilməsi ilə bağlı sübutların qiymətləndirilməsini mülki prosessual qanunvericiliyə uyğun həyata keçirməmiş, sözügedən halla bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2024-cü il tarixli, 1384 saylı ekspert rəyini deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 30 may 2025-ci il tarixli, 457 saylı qiymətləndirmə rəyini əsas götürmüş və bununla da mübahisə üzrə düzgün nəticəyə gəlməmişdi.
80. Belə ki, sübut növü sayılan hər iki sənədi tədqiq etdikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymət ləndirmə rəyinin əşyaların dəyərinin müəyyən edilməsi ilə bağlı əsaslandırılmaması, həmin qiymətlərin hansı meyarlar əsasında müəyyən edilməsinin ümumiyyətlə rəydə öz əksini tapmaması aydın olur. Buna baxmayaraq Naxçıvan Şəhər Məhkəməsi mübahisə üzrə əşyaların qiymətinin müəyyən edilməsində məhz bu sənədi sübut kimi əsas götürmüşdü.
81. Kollegiya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 30 may 2025-ci il tarixli, 457 saylı qiymətləndirmə rəyində göstərilən qiymətləri əşyaların köhnəlmə meyarını əsas götürməklə ağlabatan hesab etmədiyindən, hər iki rəydə göstərilmiş mübahisə predmeti olan əşyaların dəyərini, malların, xidmətlərin və ya informasiyanın internet və digər elektron şəbəkələr vasitəsilə alqı-satqısını həyata keçirən onlayn ticarət platformasında olan qiymətlərlə ( hazırkı mübahisə üzrə "tap.az" saytında olan məlumatlar üzrə) müqayisə etmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq ekspert rəyində olan qiymətlərin daha real, obyektiv, həmçinin real bazar qiymətinə uyğun olmasını, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyində olan qiymətlərin hazırkı mübahisə üzrə əşyaların qiymətinə uyğun olmamasını müəyyən etmişdi.
82. Bu səbəbdən də kollegiya belə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-64/2025 nömrəli qətnaməsi cavabdehlərdən alınmalı olan əşyaların dəyərinə münasibətdə dəyişdirilməli, onların dəyərinin müəyyən edilməsi ilə bağlı sübut kimi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2024-cü il tarix li, 1384 saylı ekspert rəyi əsas götürülməli və buna müvafiq olaraq 2 yorğan-döşək dəstinin dəyəri 200 (iki yüz) manat, 2003-cü ildə alınmış 3x4 metr ölçüdə olan xalçanın dəyəri 150 (bir yüz əlli) manat, "Vestel" markalı, 7 kiloqram tutumu paltaryuyan maşının dəyəri 400 (dörd yüz) manat və "Belarus" markalı pianonun (köklənmiş vəziyyətdə) dəyəri 550 (beş yüz əlli) manat məbləğində müəyyən edilməlidir.
83. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində m üəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməs ində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
84. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
85. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olara q işdə iştirak edən şəxslərə aid edilir.
86. Həmçinin sözügedən Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.
87. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 88. - Cavabdeh3 Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)64/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli; 89. - Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-64/2025 nömrəli qətnaməsi dəyişdirilməli; 90. - Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2 yorğan-döşək dəstinin dəyəri olan 200 (iki yüz) manat, 2003-cü ildə alın mış 3x4 metr ölçüdə olan xalçanın dəyəri olan 150 (bir yüz əlli) manat, "Vestel" markalı, 7 kiloqram tutumu paltaryuyan maşının dəyəri olan 400 (dörd yüz) manat və "Belarus" markalı pianonun (köklənmiş vəziyyətdə) dəyəri olan 550 (beş yüz əlli) manat olmaqla, ümumilikdə 1300 (bir min üç yüz) manat məbləğində pul tutularaq İddiaçı verilməli; 91. - məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması ilə bağlı ekspertiza xərcini təşkil edən 40 (qırx) manat məbləğində pulun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 17,90 (on yeddi manat, doxsan qəpik) manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 22.10 (iyirmi iki manat, on qəpik) manat hissəsi isə İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X9 Mu xtar Respublikası İdarəsində olan Müxbir hesabı AZ88NABZ********************, Kod: 502906 VÖEN: **********, № SWİFT BİK NAXCAZ21, Naxçıvan Muxtar Respublikası Maliyə Nazirliyində olan hesabı AZ21NABZ**********000005944, VÖİN **********) ödənilməli; 92. - İddiaçı tərəfindən ödənilmiş 58 (əlli səkkiz) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 25.95 (iyirmi beş manat, doxsan beş qəpik) manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı verilməli; 93. - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh3 tərəfindən ödənilmiş 29 (iyirmi doqquz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.
94. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər ü zrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
95. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Vİİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə qətetdi: Cavabdeh3 Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-64/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(078)-64/2025 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iki yorğan-döşək dəstinin dəyəri olan 200 (iki yüz) manat, 2003-cü ildə alınmış 3x4 metr ölçüdə olan xalçanın dəyəri olan 150 (bir yüz əlli) manat, "Vestel" markalı, 7 kiloqram tutumu paltaryuyan maşının dəyəri olan 400 (dörd yüz) manat və "Belarus" markalı pianonun (köklənmiş vəziyyətdə) dəyəri olan 550 (beş yüz əlli) manat olmaqla, ümumilikdə 1300 (bir min üç yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması ilə bağlı ekspertiza xərcini təşkil edə n 40 (qırx) manat məbləğində pulun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 17,90 (on yeddi manat, doxsan qəpik) manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 22.10 (iyirmi iki manat, on qəpik) manat hissəsi isə İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X9 Muxtar Respublikası İdarəsində olan Müxbir hesabı AZ88NABZ********************, Kod: 502906 VÖEN: **********, № SWİFT BİK NAXCAZ21, Naxçıvan Muxtar Respublikası Maliyə Nazirliyində olan hesabı AZ21NABZ**********000005944, VÖİN **********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 58 (əlli səkkiz) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 25.95 (iyirmi beş manat, doxsan beş qəpik) manat hissəsi cavabd ehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı verilsin. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh3 tərəfindən ödənilmiş 29 (iyirmi doqquz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamənin mübahisələndirilən hissəsi üzrə iddianın qiyməti beş min manatdan az olduğundan ondan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.