Məhkəmə qərarları › İş №2(108)-157/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-157/2021

10.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-157/2021 10.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(078)-495/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ünvan 1 ünvanına yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən G.X.Səfərəliyeva) 01 iyul 2021-ci il tarixli, 2(078)-495/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanına yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qərar qəbul edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(078)-495/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, anasının vəfatından sonra 2016-cı il tarixindən, anasından qalmış miras əmlakın özü tərəfindən qəbul edilməsi ilə bağlı Naxçıvan şəhəri Birinci Dövlət Notariat Kontoruna müraciət etdiyini, lakin notarius tərəfindən əmlak xüsusi mülkiyyətdə olmadığından vərəsələrdən hər hansı birinə verilməsi mümkün olmadığının bildirildiyini, bu barədə bu gündə həmin notariusda ərizəsinin mövcud olduğunu, anası vəfat etməmişdən öncə 2008-ci ildə nikahı pozulduqdan sonra qaldığı evi tərk edib anasının yanına gəldiyini, qardaşı Fərmanla birlikdə ünvan 2 ünvanında yaşadığını, anası X15 18.06.2016-cı il tarixində vəfatından qısa zaman sonra qardaşı Fərman və həyat yoldaşı Ofelyanın həmin evdə onu yola verməyərək, evdən uzaqlaşdırıldığını, məcbur qalıb həmin evdən çıxaraq kirayədə qaldığını, özünə məxsus heç bir daşınmaz əmlakının olmadığını və maddi imkanının yaxşı olmadığından əmlak əldə edə bilmədiyini, iddiaçının onun əmlakı kimi göstərdiyi Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 125də yerləşən 20 nömrəli mənzili 2004-cü il tarixində keçmiş həyat yoldaşı X2 qardaşı Arzudan, digər qardaşı Azərdən və bir hissəsini də qohumlardan pul alaraq əldə etdiyini, 2008-ci il tarixində nikahı pozulduqdan sonra qayınlarının ev üçün verdiyi pulu geri istəməsini, ya da evi bacısının adına keçirtməli olduğunu məcbur etdiklərini, məcbur qalıb həmin evi keçmiş həyat yoldaşı X2 adına keçirtdiyini, hazırda heç bir yaşayış yerinin olmadığını, Naxçıvan şəhəri M.Qorki küçəsi, döngə 9-da yerləşən 4 nömrəli evin atasının vərəsələrinin razılığı ilə adı na sənədləşdirildiyini, lakin həmin evi bacı-qardaş arasındakı narazılığa son qoymaq üçün 2004-cü ildə sataraq pulunu atasının vərəsələri arasında böldüyünü, həmin vaxt həmin evin satışına görə şəxsən Fərmana öz payı qarşılığında 3000 (üç min) manat pul verdiyini, Naxçıvan şəhər İcra Hakimiyyətinin 5 saylı Mənzil İstismar sahəsinin 03.10.2016-cı il tarixli 86 nömrəli arayışında özü və qardaşı Fərman ünvan 2 ünvanında Naxçıvan şəhər İcra Hakimiyyətinə məxsus 3 otaqlı mənzildə qeydiyyatda olmaqla orada yaşadığının göstərildiyini, Naxçıvan şəhər ZDS İcraiyyə Komitəsinin 05 iyun 1978-ci il tarixli 177 nömrəli qərarı ilə 209 nömrəli order əsasında ünvan 4 ünvanında 5 ailə üzvü olmaqla mərhumə X15, X10, Cavabdeh, İddiaçı və X11 istifadəsinə verildiyini, hazırda həmin mülkiyyətin Naxçıvan şəhər İ cra Hakimiyyətinə məxsus olduğunu və heç kəsin xüsusi mülkiyyəti olmadığını, bu səbəbdən də İddiaçı onu ünvan 2-dəki mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı tələbi və onun bu tələbini təmin edən Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(078)-495/2021 nömrəli qətnaməsinin əsassız və qanunsuz olduğunu bildirmişdir. Cavabdeh şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 362, 384.0.3, 385-ci maddələrinə istinad etmiş və sonda göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(078)-495/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə bax ışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(078)-495/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(078)-495/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsin in tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstəril ən dəlillərə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər ZDS İcraiyyə Komitəsinin 28 aprel 1978-cı il tarixli qərarından arxiv çıxarışından aydın olur ki, X17 5 nəfər ailə tərkibinə görə 3 otaqlı mənzil verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X19 18 iyun 2016-cı il tarixdə kəskin ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 05 iyul 2016-cı il tarixdə 208 nğmrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 18 noyabr 2015-ci il tarixli arayışdan aydın our ki, X3 şəhəri, H.Əliyev küçəsi ev 3, mənzil 7-də yaşayır və daimi pasport qeydiyyatında olan şəxslər X19, İddiaçı və Cavabdehdur. İş materiallarında olan daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən aydın olur ki, ünvan 5 ünvanı İddiaçı tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə edilmiş kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərdən aydın olur ki, sözügedən ünvana dair kommunal ödənişlər İddiaçı oğu tərəfindən ödənilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2013-cü il tarixli qətnaməsindən aydın olur ki, X15 X8 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan çıxarışdan aydın olur ki, Cavabdeh ilə X4 27 sentyabr 1990cı ildə nikahlarını bağlamış, bu barədə 253 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Xalq Məhkəməsinin 12 avqust 1986-cı il tarixli, 2-251-1986 nömrəli qətnaməsindən aydın olur ki, iddiaçılar İddiaçı, X9 və Cavabdeh X5 atalıq faktının müəyyən edilməsi və atalarından qalan miras əmlakın onlara verilməsi tələbi təmin edilərək X12 Fəridə, Fərman, Cavabdehların atası olması faktı müəyyən edilmiş, Naxçıvan şəhəri, M.Qorki küçəsində döngə 9-dakı 4 nömrəli evin sahəsi 21.4 kvadrat metrdən ibarət olan bir otağı Cavabdeh verilmiş və həmin bir otağın qarşısında olan torpaq sahəsindən onun istifadə hüququ təmin edilmişdir. Sözügedən qətnamənin əsaslandırıcı hissəsindən aydın olur ki, Fəridə və İddiaçıların atalarından miras qamış əmlakdan qardaşları Nərimanın xeyrinə olaraq imtina etmələri nəzərə alınaraq miras əmlak olara q qalan yaşayış evinin bir otağı bütövlükdə Cavabdeh verilmişdir. İş materiallarında olan 18 iyun 1990-cı il tarixli alqı-satqı müqaviləsindən aydın olur ki, Həsənov X13 şəhəri, M.Qorki küçəsi, döngə 9, ev 4-də yerləşən 10.1 kv.metr olan bir otağı X6 2000 manat pul ödəyərək satın almışdır. İş materiallarında Naxçıvan Şəhər Məhkəməsinin 03 mart 2008-ci il tarixli, 2-152008 nömrəli qətnaməsindən aydın olur ki, Cavabdeh X1 nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 27 sentyabr 1990-cı ildə bağlanmış 253 saylı nikah pozulmuşdur. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 03 oktyabr 2016-cı il tarixli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, H.Əliyev ev 3, mənzil 7də yerləşən kommunal mənzilin kirayəçisi X19 vəfat etmişdir. Həmin m ənzildə daimi pasport qeydiyyatında olan şəxslər Cavabdeh və İddiaçıdur. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən aydın olur ki, ərizədə Cavabdeh mübahisəli ünvanda yerləşən mənzilin özəlləşməsinə və pay bölgüsünün aparılmasına qanun əsasında köməklik edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında hüquq münasibətlərinin yaranması vaxtını nəzərə alaraq hazırki mübahisəyə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına istinad etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu m üəyyən edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddə tində 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyy um (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə-bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə-bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə-orada olduğu bütün müddətdə; 7) həbs olunduqda-istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdətəhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndləri ndə göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmiş dir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə kollegiyası cavabdehin a pellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, mülki işin materiallarından da göründüyü kimi qanunvericiliyin sadalanan müvafiq tələblərini rəhbər tutmaqla cavabdehin 1990-cı ildə mübahisələndirilən evdə anasının kirayəçisi olaraq yaşadığı, hazırda isə iddiaçının istifadəsində olan mənzildən ailə quraraq köçüb getməsi halı daimi çıxıb getməsi kimi qiymətləndirilməli və bu hal cavabdehin mübahisəli evdən istifadə hüququnun saxlanılmaması kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi Cavabdeh Naxçıvan şəhəri, Heydər Əliyev 3, ev 7-də yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməli olması barədə nəticəsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsin ə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət ed ilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 106.1-ci maddələrinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, həmçinin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hiss əsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasə n məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiy а qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh verdiyi apellyasiya şikayəti təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(078)-495/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384.0.1, 392, 393, 405.0.1, 406.1-ci maddələrini rə hbər tutub kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(078)495/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(078)-495/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar