Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-157/2025 21.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxsə qarşı hərracın nəticəsinin etibarsız hesab edilməsi tələbi (açar sözlər: buraxılmış prosessual müddətin bərpa olunması barədə məhkəmə aktından verilmiş şikayət və həmin məhkəmə aktının ləğv edilməsi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, İddiaçı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxsə qarşı hərracın nəticəs inin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qərardadından cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
1. İddiaçı "17" yanvar 2025-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək 26 may 2023-cü ildə cavabdehin Kəngərli rayonu, Qaraba ğlar kəndində yerləşən 256,6 kvadrat metr yaşayış sahəsi və 221.8 kvadrat metr yaşayış, 34.8 kvadrat metr köməkçi sahəsi ilə əlaqədar keçirdiyi hərracın nəticələrinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-02).
2. Birinci instansiya məhkəməsində işə baxılarkən 22 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdi (mülki iş İ cild, iş vərəqə 122).
3. İddia tələbi üzrə yekun məhkəmə aktı 12 iyun 2025-ci il tarixdə çıxarılmış və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-347/2025 nömrəli qətnaməsi ilə iddia tələbi əsassız olduğundan rədd edilmişdi (mülki iş İ cild, iş vərəqə 14 2-150). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti
4. Məhkəmənin sözügedən qətnaməsi ilə razılaşmayan İddiaçı 08 avqust 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etsə də, Naxçıvan Şəhər Məhkəməsinin 15 avqust 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (mülki iş İ cild, iş vərəqə 158-164, İİ cild, iş vərəqə 02-04). c) buraxılmış prosessual müddətin bərpasına dair müraciət, ona baxılma və müraciət üzrə qəbul edilmiş məhkəmə aktından verilən şikayət
5. İddiaçı 04 sentyabr 2025-ci il tarixdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməs inin 12 sentyabr 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qərardadı ilə (sədrlik edən hakim Gülnar Səfərəliyeva) mülki iş üzrə məhkəmənin 12 iyun 2025-ci il tarixli, 2(078)- 347/2025 nömrəli qətnaməsindən İddiaçı və onun nümayəndəsi Nümayəndə1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin onlara münasibətdə bərpa edilməsi qərara alınmışdır (mülki iş İİ cild, iş vərəqə 09-14 və 29-31).
6. Məhkəmənin həmin qərardadı ilə razılaşmayan cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti 19 sentyabr 2025-ci il tarixdə şikayət ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Məhkəmənin 12 sentyabr 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını mə hkəmədən xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 35-38). ç) Şikayətin əsaslandırılması
7. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti şikayətini əsaslandıraraq qeyd etmişdi ki, iş üzrə İddiaçı və onun nümayəndəsi Nümayəndə1 qətnamədən apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-347/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 15 avqust 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilmişdi. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti cavabdeh tərəfindən elektron qaydada verilsə də, şikayət qanunvericilikdə nəzərdə tutulmuş Mülki-Prosessual Məcəlləyə 2 saylı Əlavədə göstərilə n forma və məzmuna uyğun deyil, yəni cavabdehin şikayəti 2 saylı Əlavədə müəyyən olunmuş cədvəl formasında tərtib edilməmiş, o, mübahisələndirdiyi məhkəmə aktının ləğv edilməsini xahiş etsə də, mübahisənin həlli ilə bağlı maddi və prosessual hüquq normalarına düzgün əməl olunmadığına dair heç bir qeyd aparılmamış, pozulmanın nədə ifadə olunması göstərilməmişdir. Sözügedən qərardad 20 avqust 2025-ci il tarixdə iddiaçı tərəfin elektron kabinetinə yerləşdirilmişdir.
8. Göründüyü kimi iddiaçı və onun nümayəndəsi qətnamədən vaxtında məlumatlı olmuş, onunla tanış olaraq apellyasiya şikayəti vermişlər. Lakin təqdim olunmuş apellyasiya şikayəti mülki prosessual qanunvericilikdə nəzərdə tutulan formaya uyğun tərtib edilmədiyi üçün geri qaytarılmışdır. Məhkəmə 15 avqust 2025-ci il tarixli qərardadı 20 avqust 2025-ci il tarixdə “Elektron məhkəmə” sistemində tərəflərin elektron kabinetinə yerləşdirmişdir. “Elektron məhkəmə” sistemindən təqdim edilmiş çıxarış da təsdiq edir ki, İddiaçı həmin sistemdə kabineti mövcuddur. Bu isə onu göstərir ki, iddiaçı qərardadı vaxtında əldə etmək və ondan irəli gələn hüquqlarını həyata keçirmək imkanına malik olmuşdur. Buna baxmayaraq, iddiaçı qərardadı əldə etdikdən yalnız 14 (on dörd) gün keçdikdən sonra apellyasiya şikayətini və buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini elektron qaydada təqdim etmişdir. İddiaçının bu davranışı onun prosessual hüquqlarına və qanunun tələblərinə laqeyd münasibətini açıq şəkildə sübut edir. Bundan əlavə, iddiaçı buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində üzrlü səbəbin nədən ibarət olduğunu v ə həmin səbəbin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd etdiyi səbəb yalnız qanunun tələblərinə əməl etməməsi ilə bağlı olub, prosessual qanunvericiliyin tələblərinə görə üzrlü hal hesab oluna bilməz. Məhkəmə isə ərizəçinin göstərdiyi halı hansı əsasla üzrlü səbəb kimi qiymətləndirdiyini öz qərardadında əsaslandırmamışdır. Bu isə məhkəmənin araşdırmalı olduğu məsələlərin lazımi dərəcədə araşdırılmadığını və nəticələrin düzgün qiymətləndirilmədiyini göstərir. Beləliklə, məhkəmənin müddətin bərpasına dair qəbul etdiyi qərardad əsassızdır və Mülki-Prosessual Məcəllənin müddətlərin bərpası ilə bağlı tələblərinə ziddir.
9. Ərizəçi buraxılmış prosessual müddətin bərpa edilməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə isə prosessual qanunvericiliyin t ələbinə uyğun olaraq həmin sübutların təqdim edilməsini tələb etməmişdir. Ərizəçinin "qərardad qəbul edilən zaman mobil telefonuma bildiriş gəlməmişdir, mən də kompüterdən istifadə edə bilmədiyim üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin bildirişini gözləyirdim ki, apellyasiya şikayətim qəbul edilərək iclas təyin edilsin” izahı hüquqi baxımdan nə qanunvericiliyin tələblərinə, nə də ümumi hüquqi prinsiplərə əsaslanır və üzrlü səbəb hesab oluna bilməz. Belə ki, ərizəçinin “Elektron məhkəmə” sistemində elektron kabineti mövcuddur və bütün bildirişlər, o cümlədən məhkəmə qərardadları həmin kabinetdə yerləşdirilir. Ərizəçinin “mobil telefonuna bildirişin gəlməsini gözləməsi” və ya “kompüterdən istifadə bacarığının olmaması” kimi arqumentləri üzrlü səbəb kimi qiymətləndirmək mümkün deyi ldir. Göstərilən hallar bir daha təsdiq edir ki, məhkəmə ərizəçinin gətirdiyi əsassız bəhanələri üzrlü səbəb kimi qəbul etməklə yalnız formal mülahizələrə əsaslanmış və nəticə etibarilə qanunazidd yekun məhkəmə aktı qəbul etmişdir. Müddətin buraxılmasının səbəbi yalnız “üzrlü” ola bilər. Ərizəçinin göstərdiyi əsaslardan biri “mobil telefonuna bildirişin gəlməsini gözləməsi” sadəcə ehtimal xarakterlidir, digəri “kompüterdən istifadə bacarığının olmaması” isə onun bilməməsinin nəticəsidir. Hər iki hal hüquqi baxımdan üzrlü hesab edilə bilməz. Bu halda məhkəmənin hansı səbəbi üzrlü saydığı və məhz hansı əsasla müddətin bərpasına qərar verdiyi aydın deyil. Məhkəmə yalnız formal mülahizələrə əsaslanaraq müddətin bərpasına dair qərardad çıxarmışdır. İşin faktiki halları ondan ibarətdir ki, məhkə mə yekun məhkəmə aktını tərəfin elektron kabinetinə yerləşdirmişdir. Tərəf apellyasiya şikayətini ilk dəfə prosessual müddəti ötürmədən təqdim etsə də, Mülki-Prosessual Məcəllənin tələblərinə riayət etmədiyinə görə həmin şikayət məhkəmə tərəfindən geri qaytarılmışdır. Göründüyü kimi, tərəfin apellyasiya şikayətini düzgün formada təqdim etməməsi qanunvericiliyin tələblərini bilməməsindən irəli gəlmişdir ki, bu hal üzrlü səbəb hesab edilə bilməz. Qanunvericiliyin əsas prinsiplərindən biri də “qanunu bilməmək məsuliyyətdən azad etmir” qaydasıdır. Bundan başqa, ərizəçi 20 avqust 2025-ci il tarixdə qərardadı əldə etməsinə baxmayaraq yalnız 14 gün sonra apellyasiya şikayəti təqdim etmiş, həmin vaxt verdiyi buraxılmış müddətin bərpasına dair ərizədə isə heç bir əsaslı sübut və qanuni səbəb göst ərməmişdir. Lakin məhkəmə ərizəçinin qeyd etdiyi məntiqsiz və hüquqi əsası olmayan səbəbi “üzrlü” hesab edərək müddətin bərpasına dair qərardad çıxarmışdır. Bu isə öz növbəsində məhkəmənin prosessual normaları düzgün tətbiq etmədiyini və qərarını formal mülahizələr əsasında qəbul etdiyini təsdiq edir.
10. Şikayət edən şəxs maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə əlaqədar isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1 və 133.1-ci maddələrinə istinad etmişdir. d) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə
11. Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 202 5-ci il tarixli, 2(078)-347/2025 nömrəli qərardadı ilə mülki iş üzrə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəmənin 12 sentyabr 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qərardadından verdiyi şikayət əsaslı hesab edilməyərək, şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (mülki iş İİ cild, iş vərəqə 61-62)
12. Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına 03 oktyabr 2025-ci il tarixdə daxil olmuşdur.
13. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 03 oktyabr 2025-ci il t arixdə şikayətin dəqiqləşdirilməsinə dair ərizə ilə kollegiyaya müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair qərardad çıxarılmasını xahiş etmişdi (mülki iş İİ cild, iş vərəqə 71) İİ. Şikayətə qarşı etirazın dəlilləri.
14. Şikayətə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri
15. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.
16. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şik ayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
17. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxı şının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. İV. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi
19. Naxçıvan Şəhər Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qərardadından cavabdeh tərəfdən mübahisə predmeti barəsində m üstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
20. Hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir.
21. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
22. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bü tün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir ( Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarları).
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsin in 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36).
25. Həmçinin həmin Məhkəmənin X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərarında göstərilir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (§57).
26. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 6 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdi ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə ba ğlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.
27. Yuxarıda qeyd edilən normalardan çıxış edərək kollegiya bildirir ki, məhkəməyə müraciət etmək hüququ bütün instansiya məhkəmələrini əhatə edir və bu hüquq məhdudiyyətə məruz qala bilən hüquqdur. Məhkəmə aktının apellyasiya qaydasında mübahisələndirilməsi üçün bir neçə məhdudiyyət var ki, bunlardan biri onun qanunla müəyyən edilmiş müddətə əməl edilməklə verilməsidir.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134.1, 134.1.5 və 360-cı maddələrinin mahiyyətindən aydın olur ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsm i qaydada verilməli olan sənədlərdən biri birinci instansiya məhkəməsinin aktlarıdır. Bu məhkəmə aktları sırasına daxil olan qətnamədən isə apellyasiya şikayəti onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
30. Mülki prosessual sənədlərin rəsmi qaydada verilməsi isə həmin Məcəllənin 135-ci maddəsi ilə tənzimlənir. Sözügedən prosessual normaya görə Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə b ilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yer li özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbə rdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
31. Qeyd edilən prosessual normaları mülki iş materialları ilə əlaqəli şəkildə öyrəndikdə görünür ki, tərəflər arasında olan mübahisə üzrə yekun məhkəmə aktı - qətnamə 12 iyun 2025-ci ildə çıxarılmışdı. "Elektron məhkəmə" informasiya sistemində olan məlumatlardan aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qətnaməsinin tam mətni həmin informasiya sisteminə 11 iyul 2025-ci il tarixdə saat 14:46-da yerləşdirilmişdi (mülki iş İİ cild, iş vərəqə 89).
32. Həmçinin "Elektron məhkəmə" informasiya sistemində olan proses iştirakçılarına dair məlumatlardan İddiaçı 12 fevral 2024-cü il tarixdən, onun nümayəndəsi Nümayəndə1 isə 09 fevral 2024-cü il tarixdən elektron kabinetinin mövcud olması aydın olur (mülki iş İİ cild, iş vərəqə 91-92).
33. Yuxarıda qeyd edilənlər isə onu deməyə imkan verir ki, iddiaçı tərəf Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qətnaməsini rəsmi qaydada 11 iyul 2025-ci ildə əldə etmişdi. Həmin qətnamədən narazı qalan İddiaçı və onun nümayəndəsi Nümayəndə1 08 avqust 2025-ci il tarixdə "Elektron məhkəmə" informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə apellyasiy a şikayəti versə də, məhkəmənin 15 avqust 2025-ci il tarixli, 2(078)347/2025 nömrəli qərardadı ilə o geri qaytarılmış və bu məhkəmə aktı onların elektron kabinetinə 20 avqust 2025-ci ildə yerləşdirilmişdi (mülki iş İİ cild, iş vərəqə 06 və 08).
34. İddiaçı tərəf 04 sentyabr 2025-ci il tarixdə, yəni apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadın onlara rəsmi qaydada təqdim edilməsindən 14 gün sonra sözügedən qətnamədən yenidən apellyasiya şikayəti vermiş, həmçinin yekun məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəni apellyasiya şikayətinə əlavə etmişdi (mülki iş İİ cild, iş vərəqə 15).
35. İddiaçının nümayəndəsi isə Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün müddəti buraxmasının üzrlü səbəbi kimi "kompüterdən başının çıxmaması və telefonuna bildiriş gəlməməsi" ilə əsaslandırmış, işə baxan birinci instansiya məhkəməsi bunu üzrlü səbəb kimi qəbul etmişdi. Lakin cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmənin bu nəticəsini qəbul etməyərək, müvafiq məhkəmə aktından şikayət etmişdi.
36. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
37. Prosessual normanın tələbindən göründüyü kimi müddətin bərpası ilə bağlı əsas məsələ, səbəbin həqiqətən üzrlü hesab edilən olub-olmamasıdır. Səbəbin üzrlü olmasını sübut etmək isə bunu iddia edən tərəfin üzərinə düşür.
38. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Qeyd edilən prosessual normanın məzmunundan da görünür ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndir ilməsini təsdiqləyən faktlar aiddir. 40. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
41. Kollegiya qeyd edir ki, üzrlü səbəb adətən tərəfin iradəsindən asılı olmayan, obyektiv və ciddi maneələr (məsələn, xəstəlik, fövqəladə hal, məlumatlandırmada yaranan texniki problem, işgüzar səfər və s.) hesab edilir. Həmçinin b u anlayış sui-istifadəyə şərait yaradan hallardan azad bir faktı özündə əks etdirməli və şəxsin qəsdən və ya səhlənkarlıqla yaratdığı vəziyyət olmamalıdır. Hazırkı mübahisə üzrə iddiaçı tərəfin qeyd etdiyi "kompüterdən başımın çıxmaması" faktı subyektiv səbəb olmaqla, özündə ehtiyatsızlıq və ya laqeydlik kimi əlamətləri ehtiva edir ki, bunun da üzrlü səbəb kimi qəbul edilməsi qanunvericiliyin mənası ilə uzlaşmır. Çünki yuxarıda qeyd edilənlərdən aydın olur ki, həm iddiaçının nümayəndəsinin, həm də iddiaçının özünün də "Elektron məhkəmə" informasiya sistemində elektron kabineti mövcuddur.
42. Sonuncu qeyd edilən faktiki halla bağlı kollegiya bildirir ki, məhkəmə müdafiəsi hüququnun realizəsi qaydalarını müəyyən edən Mülki-Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən, elektro n qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
43. Həmin Məcəllənin 10-1.3 və 10-1.5-ci maddələrinin mahiyyətinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənə dlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və bu sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
44. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilmə si, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir.
45. Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən qətnamədən apellyasiya şikayətinin elektron qaydada verilməsi tələbi, şəxsin elektron sistemlərdən istifadə etmək və ya bu cür sistemlərə çıxış əldə etmək öhdəliyini ortaya qoyur. Elektron qaydada şikayət verən şəxsin, eyni zamanda elektron kabinetinə gələn bildirişləri və aktları izləmək kimi prosessual sayıqlıq öhdəliyi var. Hər bir tərəf prosessual hərəkətləri həyata keçirərkən, bunun hüquqi nəticələrini bilməlidir. Elektron kabinetə bildirişin yerləşdirilməsi, hüquqi baxımdan tərəfin məlumatla ndırılması deməkdir. Şəxsin elektron xidmətlərdən istifadə etmək öhdəliyi olduğu halda, sadəcə "bilməmə" ilə müddətin bərpası, digər tərəfin hüquqlarının pozulmasına səbəb ola bilər. Əgər şəxs elektron şikayət verə bilibsə, aktın kabinetinə yerləşdirilməsini də izləməli idi. Əks halda, bu, prosessual qaydaları pozmaq üçün bir bəhanəyə çevrilə və sui-istifadə halı yarada bilər.
46. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla kollegiya belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin iddiaçı tərəfin Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa etməsi ilə bağlı gəldiyi nəticə qanunvericiliyin tələbinə cavab vermədiyindən əsaslı deyil. Belə ki, mülki prosessual qanunvericilik müəy yən edilmiş müddətin bərpasını yalnız "üzrlü səbəb"in mövcudluğu ilə şərtləndirir. Qanunvericiliyin belə şərtləri müəyyən etməkdə məqsədi proses iştirakçılarını intizamlandırmaq, hüquqi pozulmuş şəxsin hüquqlarının bərpasını vaxtında təmin etmək, bunun üçün qeyri-müəyyən müddət axımının qarşısını almaq, ən başlıcası isə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan məhkəmə aktlarının vaxtında icraya yönəlməsini və qanunun aliliyi prinsipini təmin etməkdir.
47. Qanunun aliliyi prinsipini özündə ehtiva edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməli dir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
48. Kollegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövl ətin formalaşması üçün qanunların aliliyini təmin etmək olduqca əhəmiyyətlidir.
49. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
50. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir.
51. Göstərilənlərə əsasən kollegiya belə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qərardadından cavabdeh tərəfdən m übahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət əsaslıdır və bu səbəbdən də Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməlidir.
52. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1 və 133.5-ci maddələrinin mahiyyəti onu deməyə imkan verir ki, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa olunmasına dair vəsatət əsaslı sayılmadıqda müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
53. Həmçinin Mülki-Prosessual Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası m əhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.
54. Kollegiya cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin şikayətini əsaslı sayaraq iddiaçı tərəfin Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi nəticəsinə gəldiyindən onu da qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 133.3-cü maddəsinin mahiyyətindən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətin edilməli (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) olması aydın olur.
55. Həmçinin həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
56. Hazırkı vəziyyətdə kollegiya iddiaçının nümayəndəsinin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini əsaslı hesab etmədiyindən, həmin ərizəyə əlavə edilmiş apellyasiya şikayətinin hüquqi taleyi ilə bağlı bildirir ki, bu məsələ apellyasiya instansiya məhkəməsinin səlahiyyətinə aid deyil. Mülki-Prosess ual Məcəllənin 363.1 və 363.1.3-cü maddələrinin mahiyyətindən görünür ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
57. Qeyd edilən prosessual normanın tələbini nəzərə almaqla kollegiya belə hesab edir ki, iddiaçı tərəfin Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qaytarılması məsələsi Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə uyğun olaraq mülki iş geri qaytarıldıqdan sonra Naxçıvan Şəhər Məhkəməsi tərəfindən həll edilməlidir.
58. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 59. - İddiaçı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxsə qarşı hərracın nəticəsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qərardadından cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli; 60. - Naxçıvan Şəhər Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qərardadı ləğv edilməli; 61. - Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş vəsatət rədd edilməli və iddiaçı tərəfə münasibətdə həmin müddətin bərpasından imtina edilməli; 62. - iddiaçı tərəfin Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qaytarılması məsələsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə uyğun olaraq mülki iş geri qaytarıldıqdan sonra Naxçıvan Şəhər Məhkəməsi tərəfindən həll edilməlidir.
63. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
64. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya ş ikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
65. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq V. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə q ə r a r v e r d i: İddiaçı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 publik hüquqi şəxsə qarşı hərracın nəticəsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(078)-347/202 5 nömrəli qərardadından cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2(078)-347/2025 nömrəli qərardadı ləğv edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş vəsatət rədd edilsin və iddiaçı tərəfə münasibətdə həmin müddətin bərpasından imtina edilsin. İddiaçı tərəfin Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qaytarılması məsələsi Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə uyğun olaraq mülki iş geri qaytarıldıqdan sonra Naxçıvan Şəhər Məhkəməsi tərəfindən həll edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.