Məhkəmə qərarları › İş №2(108)-158/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-158/2023

25.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-158/2023 25.12.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X7 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh təşkilat X1rşı 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/2023 nömrəli qətnaməsindən İddiaçı və iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən qanunsuz azad olunması barədə olan X11 Limanının 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/2023 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı vəkili Vəkil vasitəsi ilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəki li Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmırlar ona görə ki, məhkəmə iddianın rədd edilməsini onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsi plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia ərizəsində qeyd olunduğu kimi, məhkəməyə təqdim olunması üçün əmək kitabçasının ona verilmədiyindən, Hüseynli X8 Beynəlxalq Hava Limanında əmək müqaviləsinə xitam verilib-verilmədiyini bilmək və əmək kitabçasının alınması üçün dəfələrlə telefon vasit əsi ilə müraciət etsə də, əmək kitabçası verilməmiş, bundan sonra yazılı olaraq müraciət edəndə, X11 Limanı 05 mart 2023-cü il tarixində əmək kitabçasını poçt vasitəsi ilə ünvana göndərmiş, lakin əmrin surətini göndərməmişdir. Əmək kitabçası alandan sonra məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə prosesində cavabdeh təşkilatın nümayəndəsi ifadə verərək İddiaçı işdən çıxandan sonra, yəni əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçası verildiyini bildirmişdir. İddiaçı əmək kitabçasını 05 mart 2023-cü il tarixində aldığını sübut etsə də, məhkəmə cavabdeh təşkilatın nümayəndəsinin ifadəsini əsas götürməklə müddətin buraxılmasını əsas götürmüşdür. Əlavə olaraq İddiaçı ifadəsində bildirmişdir ki, 11 may 2021-ci il tarixində, saat 23:00-da işin bitməyinə təxminən 15 dəqiqə qaldığını, onda hamiləliyi ilə bağlı vəziyyətində ağırlaşma başladığını, həmin zaman iş yoldaşları tərəfindən X12 aparıldığını, may ayının 11-dən 26-dək doğum mərkəzində qalaraq müalicə aldığını, doğum mərkəzindən müalicə alması ilə bağlı arayışı X11 Limanına həyat yoldaşı X10 təqdim etdiyini bildirmişdir. Qeyd olunduğu kimi İddiaçı əmək müqaviləsinə 07 may 2021-ci il tarixində xitam verilsə də, 11 may 2021-ci il tarixədək işdə olduğunu hamiləliyin pozulması ilə bağlı xəstəxanaya aparıldığını bildirmişdir. 11 may 2021-ci il tarixində işdə olmağını onunla təsdiq edirdi ki, növbətçilik üzrə işə gedəndə imza edib işə başlamışdır. Bu səbəbdən vəkil tərəfindən ərizə verərək X11 Limanından 2021-ci ilə dair davamiyyət jurnalının məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Cavabdeh təşkilat qeyd o lunan davamiyyət jurnalını məhkəməyə təqdim etməyərək ləğv olunduğunu bildirmişdir. Yəni əldə olunan əsas sübutu olan davamiyyət jurnalını X11 Limanı gizlədərək verməmiş, məhkəmə isə bunu qiymətləndirməmişdir. Lakin onun bir neçə il bundan əvvəl işində buraxdığı nöqsana görə alınan ərizə məhkəməyə təqdim olunur, lazımlı olan davamiyyət jurnalı isə gizlədilir. Hesab edir ki, hava limanında hər hansı bir qanun pozuntusu qarşıya çıxsa kimin hansı tarixdə hansı vəzifədə olduğunu sübut edən yeganə sübut növü davamiyyət jurnalı olduğundan X11 Limanı davamiyyət jurnalını məqsədli şəkildə gizlədərək verməmişdir. Məhkəmə qeyd olunanları araşdırmadan əsassız bir qərar qəbul etmişdir. Əlavə olaraq bildirir ki, 11 may 2021-ci tarixində Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası S ilahlı Qüvvələrinin Ali Baş Komandanı cənab X18 Muxtar Respublikasına səfər etmişdi. Həmin gün X14 Muxtar Respublikasına səfəri ilə bağlı X11 Limanında bütün kameralar çalışır və bu görüntülər uzun müddət arxivdə saxlanılır. Xahiş edir ki, 11 may 2021-ci il tarixinə dair kamera görüntüləri, yəni X3 xidmət göstərdiyi məlumat bürosuna dair İddiaçı 11 may 2021-ci il tarixdə işdə olduğu tarixə düşür həmin görüntülərin alınmasına köməklik göstərilsin. İddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/ 2023 nömrəli qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə iddiaçı Hüseynli X8 Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/2023 nömrəli qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının vəkili Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə q əbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh təşkilat X11 Limanının nümayəndəsi Vəliyev X2 Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasın da mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şika yətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozu lması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, mülki işin tədqiq edilmiş sənədlərlə müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 02 iyul 2014-cü il tarixdən etibarən 07 may 2021-ci il tarixədək X11 Limanında 2-ci ödəmə dərəcəsi ilə daşımaların təşkili xidmətində arayışın verilməsi üzrə növbətçi vəzifəsində işləmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarına əsasən (iş səh.55) 1 aprel 2021-ci il tarixli, 80 nömrəli Qərarla təsdiq edilmiş “X11 Limanının ştat cədvəli” yeni redaksiyada təsdiq edilmiş (ştatlar ixtisar olunmuş), bundan sonra 07 may 2021-ci il tarixli əmrə əsasən daşımaların təşkili və koordinasiyası xidmətinin arayışların verilməsi üzrə növbətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 07 may 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (ştat vahidi ixtisar edildikdə ) əsasən xitam verilmiş, 02 iyul 2020-07 may 2021-ci il dövrü üçün 18 (on səkkiz) təqvim günü ödənilməklə, son haqq-hesabının kəsilməsi və orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir (iş səh.56). X6 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş H-1225 nömrəli arayışdan görünür ki, İddiaçı “Qanunsuz işdən çıxarma, işə bərpa, həmin müddət üçün təzminat və analıq məzuniyyəti üçün veriləcək vəsaitin ödənilməsi” ilə bağlı mübahisə barədə X1rşı ilkin mediasiya sessiyasında iştirak etmişdir (iş səh 7). İş materiallarında olan X11 Limanına İddiaçı tərəfindən ünvanlanmış ərizədən (iş səh.53-54) məlum olur ki, iddiaçı 02 fevral 2023-cü il tarixdə əmək kitabçasının və əmrin surətinin ona təqdim olunması üçün hava limanına müraciət etmiş, “Naxçıva npoçt” X17 direktoru S.Bağırov tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 280 nömrəli məktubda isə bildirilmişdir ki, X11 Limanından İddiaçı göndərilən SS827743281AZ ştrix kodlu məktub xx.xx.2023-cü il tarixdə “Naxçıvanpoçt” X19 tərəfindən qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə poçtalyon C.Quliyev tərəfindən şəxsən İddiaçı təhvil verilmişdir (iş səh.13, 91-92). Apellyasiya baxışı zamanı kollegiya tərəfindən verilən sualları cavablandıran iş üzrə İddiaçı həqiqətən də əmək kitabçasının Hava Limanı tərəfindən poçt vasitəsi ilə rəsmi qaydada ona xx.xx.2023-cü il tarixdə şəxsən təqdim olunduğunu verdiyi apellyasiya şikayətində də etiraf etmişdir. İddia ərizəsinə iddiaçı tərəfindən əlavə olunmuş Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(079)-345/202 3 nömrəli qərardadının surətindən (iş səh.14-17) görünür ki, İddiaçı X1rşı məhkəməyə ilk dəfə iddia ərizəsi ilə 22 may 2023-cü il tarixdə müraciət edərək, işdən qanunsuz azad olunması barədə olan X11 Limanının 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Babək Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(079)345/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanların aradan qaldırılaraq ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə biləcəyinin izah olunması qərara alınmış, iddia ərizəsindəki nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaç ı xx.xx.2023-cü il tarixdə eyni tələblə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/2023 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur. Kollegiya bir daha qeyd edir ki, yuxarıda sadalanan bu faktlar mülki iş üzrə tədqiq olunmuş iş materialları ilə işin mübahisəsiz hallarıdır. Mülki işin mübahisəli halı kimi iş üzrə İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “...məhkəməyə təqdim olunması üçün əmək kitabçasının ona verilmədiyini, İddiaçı X11 Limanında əmək müqaviləsinə xitam verilib-verilmədiyini bilmək üçün əmək kitabçasının alınması məqsədilə dəfələrlə telefon vasitəsi ilə müraciət etdiyini, əmək kitabçasının ona verilmədiyini, bund an sonra yazılı olaraq müraciət edəndə, X11 Limanının 05 mart 2023-cü il tarixində əmək kitabçasının poçt vasitəsi ilə ünvanına göndərildiyini, lakin əmrin surətini göndərmədiyini, əmək kitabçasını alandan sonra məhkəməyə müraciət etmək hüququnun yarandığını, məhkəmə prosesində cavabdeh təşkilatın nümayəndəsinin ifadə verərək İddiaçı işdən çıxandan sonra, yəni əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçasının verildiyini bildirdiyini, İddiaçı əmək kitabçasını 05 mart 2023-cü il tarixində aldığını sübut etsə də, məhkəmənin cavabdeh təşkilatın nümayəndəsinin ifadəsini əsas götürməklə müddətin buraxılmasını əsas götürdüyünü, əlavə olaraq İddiaçı ifadəsində 11 may 2021-ci il tarixində, saat 23:00-da işin bitməyinə təxminən 15 dəqiqə qalmış onda hamiləliyi ilə bağlı vəziyyətində ağırl aşma başladığını, həmin zaman iş yoldaşları tərəfindən X12 aparıldığını, may ayının 11-dən 26-dək doğum mərkəzində qalaraq müalicə aldığını, doğum mərkəzindən müalicə alması ilə bağlı arayışı X11 Limanına həyat yoldaşı X10 təqdim etdiyini bildirdiyini, qeyd olunduğu kimi İddiaçı əmək müqaviləsinə 07 may 2021-ci il tarixində xitam verilsə də, 11 may 2021-ci il tarixədək işdə olduğunu hamiləliyin pozulması ilə bağlı xəstəxanaya aparıldığını bildirdiyini, 11 may 2021-ci il tarixində işdə olmasını növbətçilik üzrə işə gedəndə imza edib işə başlamaqla təsdiq edə biləcəyini, bu səbəbdən vəkil tərəfindən ərizə verilərək X11 Limanından 2021-ci ilə dair davamiyyət jurnalının məhkəməyə təqdim olunmasını xahiş etdiyini, cavabdeh təşkilatın qeyd olunan davamiyyət jurnalını məhkəməyə təqdim etməyərək l əğv olunduğunu bildirdiyini, yəni əldə olunan əsas sübutu olan davamiyyət jurnalını X11 Limanının gizlədərək vermədiyini, məhkəmənin isə bunu qiymətləndirmədiyini və məhkəmənin qeyd olunanları araşdırmadan əsassız bir qərar qəbul etdiyini” göstərmişdir ki, kollegiya qeyd olunan bu dəlilləri mülki işin tədqiq olunmuş halları ilə qarşılıqlı araşdıraraq dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsa sında həll edilən fikir ayrılığıdır. - 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. - 294.4-cü maddəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. - 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilə r. Həmin Məcəllənin 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296.6-cı maddəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, ya xın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsi nin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir”. Qərarda həmçinin qeyd olunmuşdur ki, “...Bununla yanaşı Əmək Məcəlləsinin 296cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciətedənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan ded ikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri birbirindən fərqləndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq oluna n iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur.” Konstitusiya Məhkəməsinin Plenumu Qərarının iddia müddətinə dair hissəsində qərara almışdır ki, “Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini arada n qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddətinin ötürülməsinin birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə kollegiya qeyd edir ki, mülki işin araşdırılmış halları və iddiaçının kollegiyadakı izahatı ilə müəyyən edilmişdir ki, 07 may 2021-ci il tarixli əmrə əsasən X11 Limanının Daşımaların təşkili və koordinasiyası xidmətinin arayışların verilməsi üzrə növbətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xitam verilmiş, deməsinə görə iddiaçının bu barədə on gün sonra-yəni 18 may 2021-ci il tarixdə məlumatı olmuş, 1 aylıq iddia müddətini buraxdığını qanundan xəbərsiz olması ilə əlaqələndirmiş, mediasiyaya 2022-ci ilin iyun ayında müraciət etmiş, mediasiya sessiyası 2022-ci ilin dekabr ayında başa çatmış, özünün etirafına görə əmək kitabçasını 05 mart 2023-cü il tarixində poçt vasitəsilə rəsmi qaydada almış, ilk dəfə Babək Rayon Məhkəməsinə isə 22 may 2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək işdən qanunsuz azad olunması barədə olan X 11 Limanının 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yəni, işin məhkəmədə araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı qanunun yuxarıda sadalanan normasında müəyyən olunmuş üzürlü səbəblər olmadan 2 ildən artıq müddətdən sonra məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunur ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə isə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddi açının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdi r ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edi lməlidir. Eyni zamanda, əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığının müəyyən edilməsi üçün araşdırma aparılması prosessual qənaət prinsipinə də uyğun deyil. İddia müddətinin keçməsinə görə hüququn müdafiəsinin heç bir halda mümkün olmayacağı qabaqcadan görünürsə, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparılmasına zərurət yoxdur. Nəzərə alınmalıdır ki, belə araşdırmaya işdə iştirak edən şəxslər vaxt və məsrəf sərf edirlər, onlar bu vaxt və məsrəfləri məhkəmənin araşdırma aparması üçün deyil, hüququn müdafiə edilib-edilməyəcəyi barədə qərar qəbul etməsi üçün sərf etməlidir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün əriz ə verən cavabdeh tərəfi iradə ifadə edir. İradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Görü ndüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı pozulmuş əmək hüquqları nın müdafiəsi ilə bağlı iddia ərizəsi verib, cavabdeh təşkilatın nümayəndəsi isə iddia müddətinin buraxıldığını bildirməklə müddətin tətbiqi barədə ərizə verib. İddiaçı iddia müddətinin axımının əmək kitabçasının ona göndərildiyi gündən hesablanmalı olmasını bildirsə də, iş materiallarından görünür ki, iddiaçı işdən çıxarılmasını 18 may 2021-ci il tarixdə bildiyini və son haqq hesabını işlədiyi müəssisədən həmin ay almasını özü etiraf etmiş, 1 aylıq iddia müddətini buraxdığını qanundan xəbərsiz olması ilə əlaqələndirmiş, mediasiyaya 2022-ci ilin iyun ayında müraciət etmiş, mediasiya sessiyası 2022-ci ilin dekabr ayında başa çatmış, özünün etirafına görə əmək kitabçasını 05 mart 2023-cü il tarixində poçt vasitəsilə rəsmi qaydada almışdır. Beləliklə əgər həqiqətən də iddiaçı özünün qanunsuz olaraq işdən azad olunmasını hesab edirdisə o, hüquqlarının pozulduğunu göstərilən tarixlərdən bilmişdir və ya bilməli idi. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə hüquqlarının pozulduğu gündən 2 il keçdikdən, Əmək Məcəlləsinin 296.2-ci maddəsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə müraciət etmişdir. Kollegiya xüsusilə qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı iddiaçıya əmək kitabçasının rəsmi qaydada verildiyi 05 mart 2023-cü il tarixindən hesablanarsa belə, yenə də iş materiallarından göründüyü kimi iddiaçı 1 aylıq iddia müddətini buraxmaqla 22 may 2023-cü il tarixdə ilk dəfə iddia ərizəsi ilə hazırki tələblə Babək Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddiaçının diqqətinə onu da çatdırır ki, Azərbaycan Respublikası Konstitusi yasının 72-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Eyni müddəa Azərbaycan Respublikası Mülki Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, həmin Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Belə olan halda isə kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstəriyi iddia müddətinin buraxılmaması ilə bağlı dəlilləri əsaslı sayıla bilməz. Hazırki iddia tələbi ilə bağlı iddia müddəti buraxıldığından isə şikayətin digər gəlillərinə də qiymət verilməsi zərurəti qalmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlid ir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçını n hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsa slanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat X1rşı 07 may 2021-ci il tarixli, 34/K nömrəli əm rin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/2023 nömrəli qətnaməsindən İddiaçı və iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402, 403.1, 4041.1, 405 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya qətet di: İddiaçı cavabdeh təşkilat X1rşı 07 may 2021-ci il tarixli, 34/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/2023 nömrəli qətnaməsindən İddiaçı və iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1099/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar