Məhkəmə qərarları › İş №2(108)-158/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-158/2025

21.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-158/2025 21.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, X4, Cavabdeh11, Cavabdeh5, X11, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı ünvan 1 ünvanında yerləşən əmlakın birgə nikah dövründə qazanılmış hesab olunmaqla ½ hissədə iddiaçının mərhum babası X8, ½ hissədə isə mərhum nənəsi X2 mülkiyyət hüququnun müəyyən olunması, iddiaçının mərhum babası X8 vəfatından sonra ondan qalan miras əmlakda mərhum nənəsi X5 və atası X13 tərəfindən qəbul faktının tanınmaqla paylarının müəyyən olunması, iddiaçının nənəsi X2 vəfatından sonra ondan qalan mirasın atası X13 tərəfindən sağlığında qəbul edilməsi faktının tanınmaqla payının müəyyən olunması, iddiaçının mərhum atası X9 v əfatından sonra isə ondan qalan miras əmlakın iddiaçı tərəfindən qəbul edilməklə payının müəyyən olunması tələbinə dair (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan şikayət) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(078)-279/2025 nömrəli qətnaməsindən Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(078)-279/2025 nömrəli qərardadından iş üzrə Cavabdeh11 tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci i nstansiya məhkəməsində və apellyasiya instansiyasında icraat, məhkəmə aktı və şikayət

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, X4, Cavabdeh11, Cavabdeh5, X11, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası X8 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın atası X13 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, miras əmlakda payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(078)-279/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ hissədə mərhum X8, ½ hissədə isə mər hum X2 mülkiyyət hüququnun müəyyən olunması, mərhum X6 miras qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsində mərhum X5, mərhum X13, cavabdehlər Cavabdeh11, Cavabdeh3 qızı və X3 hər birinin 1/10 hissədə pay hüququnun müəyyən edilməsi, mərhum Allahverdiyeva (Bağırova) Sarabəyim Bağır qızından miras qalan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 6/10 hissəsinin mərhum X1 qəbul edilməsi faktının müəyyən edilməklə həmin əmlakda tam hissədə pay hüququnun müəyyən edilməsi, mərhum X7 miras qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 7/10 hissəsinin İddiaçı, Cavabdeh5 və Cavabdeh7 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və hər birinin payı 7/30 hissədə pay hüququnun müəyyən edilməsi, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 dekabr 2024-cü il tarixd ə, 22465 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, X10, Cavabdeh11, Cavabdeh5, X14, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutularaq İddiaçı qaytarılması qət edilmişdir.

3. İş üzrə Cavabdeh11 qətnamədən apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(078)-279/2025 nömrəli qətnaməsinin ləğv olunması və miras əmlaklardan onun payının düzgün müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(108)-140/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyrimümkün hesab edilərək Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmışdır.

4. Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli q ərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(078)-279/2025 nömrəli qətnaməsindən Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

5. Cavabdeh11 Naxçıvan Şəhər Məhkəməsinin həmin qərardadından şikayət verərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və mülki işin baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh11 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən 2(078)279/2025 nömrəli, xx.xx.2025 il tarixli qeyri-qanuni qərardad çıxarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, tərəfindən verilmiş apellyasiya şikayəti AR MPM- nın 361-ci maddəsinin tələblərinə cavab verilmədə n, apellyasiya şikayətinin forma və məzmununa riayət edilmədən tərtib edilmiş və apellyasiya şikayətinin tərəfin xahişi hissəsində məhkəmə kollegiyasında tələbi aydın yazılmamışdır. Məhkəmənin qərardadı ilə razılaşmır və hesab edir ki, qərardad əsassız olduğundan ləğv olunmalı apellyasiya şikayəti baxılmasından ötrü Naxçıvan MR Ali Məhkəməsi apellyasiya məhkəməsinə göndərilməlidir. Hesab edir ki, tərəfindən verilmiş apellyasiya şikayəti AR MPM-nin 361-ci maddəsində nəzərdə tutulan məzmuna və məcəlləyə əlavə olunmuş 2 nömrəli əlavənin formasına riayət edilməsi ilə tərtib edilmişdir. Şikayətin xahiş etdi hissəsi isə düzgün yazılmışdır.

7. Naxçıvan Şəhər Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(078)-279/2025 nömrəli qərardadı ilə şikayətin əsaslı hesab edilməyərək, baxılması üçün Naxçıv an Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. İİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

11. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərin ə riayət edilmədən verilmişdirsə

12. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.

13. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

14. Maddə

400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. İİİ. Məhkəmə kollegiyasının mövqeyi

15. Qeyd olunduğu kimi Cavabdeh11 şikayəti n dəlillərində “məhkəmə tərəfindən 2(078)-279/2025 nömrəli, xx.xx.2025 il tarixli qeyri-qanuni qərardad çıxarıldığını, məhkəmənin qərardadı ilə razılaşmadığını, qərardadın əsassız olduğundan ləğv olunmalı olduğunu, apellyasiya şikayətinin baxılmasından ötrü Naxçıvan MR Ali Məhkəməsinə göndərilməli olduğunu, tərəfindən verilmiş apellyasiya şikayətinin AR MPM-nin 361-ci maddəsində nəzərdə tutulan məzmuna və məcəlləyə əlavə olunmuş 2 nömrəli əlavənin formasına riayət edilməsi ilə tərtib edildiyini, şikayətin xahiş etdi hissəsinin isə düzgün yazıldığını” göstərmiş və məhz bu qeyd olunanlara əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və mülki işin baxılmasından ötrü Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi barədə qərar çıx arılmasını xahiş etmişdir.

16. Kollegiya cavabdehin şikayətində qeyd etdiyi bu dəlillləri işin mövcud halları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, şikayətdə qeyd olunanlar Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz və dəlillər tamamilə əsassızdır.

17. İlk növbədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş üzrə Cavabdeh11 Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(078)-279/2025 nömrəli qətnaməsindən daha əvvəl də şikayət verərək sözügedən qətnamənin ləğv olunması və miras əmlaklardan onun payının düzgün müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(108)-140/2025 nömrəli qərardadı i lə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardadından Cavabdeh11 tərəfindən şikayət verilmədiyindən şikayət mülki işlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi də məhz apellyasiya kollegiyasının həmin qərarına əsaslanaraq apellyasiya şikayətini geri qaytarmış və şikayətin qeyri-mümkün hesab olunmasına səbəb kimi göstərilmiş nöqsanları Cavabdeh11 diqqətinə çatdırmaqla nöqsanların aradan qaldırlmasından sonra yenidən şikayət verə bilmək imkanını ona izah etmişdir. Buna baxmayaraq Cavabdeh11 Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə razılaşmayaraq ondan şikayət vermiş və şikayətini yuxarıda qeyd olunan (bax bənd 6) dəlillərlə əsaslandırmışdır.

18. Kollegiya şikayətçinin həmin də lilləri ilə razılaşmayaraq bir daha qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, şikayət cədvəl formasında tərtib edilməklə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisəni n predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstəril ən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

19. İş materiallarından görünür ki, şikayət qanunvericilikdə nəzərdə tutulmuş Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, şikayət tərtib olunarkən mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir.

20. B elə ki, Cavabdeh11 şikayətdə sadəcə maddi və prosessual hüquq normalarını sadalamış, maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqedə, yəni dəlillər hissəsində hansı halları qəbul etməyərək mübahisələndirdiyini göstərməmiş, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını qeyd etməmiş, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmiş, həmçinin məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərməmiş və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna dair izah verməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsini göstərməmiş və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli olduğu halda bunları etməmiş, şikayət 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun cədvəl formasında tərtib edilməmiş, apellyasiya şikayətinin forma və məzmununa dair qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozaraq sadəcə həmin maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmişdir.

21. Kollegiya həmçinin cavabdehin diqqətinə çatdırır ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddia tələbinin ptedmeti bir neçə hissədən ibarətdir və birinci instansiya məhkəməsi tərəfindən tələblər ə münasibətdə əsaslandırma aparılmaqla hazırkı nəticəyə gəlinmişdir. Lakin apellyasiya şikayətinin tələb hissəsindən görünür ki, Cavabdeh11 apellyasiya şikayəti verərkən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-279/2025 nömrəli qətnaməsinin ləğv olunması və miras əmlaklardan onun payının düzgün müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qətnaməni tələbin hansı hissəsinə münasibətdə mübahisələndirdiyini göstərməmiş, qəbul ediləcək qərara münasibətdə kollegiyadan xahişin konkret olaraq nədən ibarət olmasını bildirməmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1 və 361.1.4-cü maddələrinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir.

23. Nəzərə al ınmalıdır ki, Mülki Prosessual qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayəti verən şəxs şikayətində özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

24. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(078)-279/2025 nömrəli qətnaməsindən Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(078)279/2025 nömrəli qərardadından iş üzrə Cavabdeh11 tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(078)-279/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar