Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-159/2025 18.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “vurulmuş ziyana görə pul” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar söz: tapşırıq müqaviləsi, muzd ödənilməsi, zərərin ödənilməsi) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Mənsimova İnnamə Zəfər qızının katibliyi, iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-ca vabdeh İddiaçı qarşı “vurulmuş ziyana görə pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(080)-85/2025 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. Cavabdeh İddiaçı vasitəsilə 2024-cü ilin aprel ayında "xxxx" MMC tikinti şirkəti ilə razılaşaraq Naxçıvan şəhəri 21(2)-ci məhəllə 3/1B ünvanında yerləşən 0.02 ha torpaq sahəsində evinin tikintisini həmin şirkətə həvalə etmişdir. Həmçinin İddiaçı işlərin icrasına nəzarət etməyi tapşırmışdır. Yusifov gördüyü işlərin qarşılığında günlük 40 manat muzd alacağı barədə razılığa gəldiklərini bildirir, Mirzəyev isə bunu təkzib edir. Şahidlər həqiqətən də Yusifovun evin tikildiyi müddətdə 6-7 ay həmin tikintiyə ev sahibinin adından nəzarət etdiyini təsdiq etmişlər. Şahid4 isə Mirzəyevin xidmətlərinə görə Yusifova “hörmət edəcəyini” bidirdiyini qeyd edir, lakin konkret məbləğ barədə heç nə eşitmədiyini bildirir. Yəni İddiaçı müəyyən dövrdə tikinti prosesinə nəzarət etməsini tərəflər mübahisələndirmir. Mübahisə bu işlərin qarşılığında muzdun ödənilməsi barədə razılığın olub-olmaması ilə bağlıdır. İİ. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12600 (on iki min altı yüz) manat və 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun, ümumilikdə 12728 (on iki min yeddi yüz iyirmi səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə Cavabdeh ona zəng edərək Naxçıvanda tikilən evə nəzarət etməsini xahiş etmiş, ailəvi dostluğa görə iddiaçı bu təklifi qəbul etmişdir. Onlar birlikdə “Güvən İnşaat”a gedərək evin tikintisinin şirkət tərəfindən görüləcəyi, iddiaçının isə sadəcə nəzarətçi kimi iştirak edəcəyi barədə razılaşıblar. Cavabdeh iddiaçıya gündəlik 40 manat əməkhaqqı verəcəyini demiş, iddiaçı da buna razı olmuşdur. Tikinti başladıqdan sonra iddiaçı 6 ay ərzində hər gün Ordubadın Dəstə kəndindən Naxçıvan şəhərinə gələrək ustalara nəzarət etmiş, cavabdehin göndərdiyi pulları “Güvən İnşaat”ın nümayəndəsinə təhvil vermişdir (bu barədə sənəd mövcuddur). Lakin bir neçə aydan sonra cavabdeh pul ödəməkd ən imtina etmiş, noyabr ayında isə iddiaçının tələbinə qarşı sərt reaksiya göstərərək pul verməyəcəyini bildirmişdir. İddiaçı dəfələrlə ona müraciət etsə də, cavabdeh indiyədək razılaşdırılmış 12.600 manatı ödəməmiş, əksinə, iddiaçını polisə şikayət etməklə böhtan atmağa çalışmışdır. Nəticədə iddiaçı maddi və mənəvi çətinliklərlə üzləşmiş, gündəlik yol və əmək xərclərinin qarşılığı ödənilməmişdir..
4. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 16 mart 2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, vurulmuş ziyana görə 50.000 (əlli min) manat məbləğində pulun və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 02 may 2025-ci il tarixli, 2(080)-85/2025 nömrəli qərardadı ilə cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuş, qaşılıqlı iddia ərizəsinin surəti iddiaçı-cavabdeh İddiaçı rəsmi qaydada verilmişdir.
5. Ordubad Rayon Məhkəməsinin 2(080)-85/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim T.Haqverdiyev) ilkin iddianın qismən təmin edilməsi, cavabdehiddiaçı Cavabdeh 3710 (üç min yeddi yüz on manat) manat və 57.10 manat dövlət rüsumunun ümumilikdə 3767,10 (üç min yeddi yüz altmış yeddi manat, on qəpik) manat pulun alınıb iddiaçı-cavabdeh İddiaçı verilməsi, iddia digər hissədə rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 70.90 manat dövlət rüsumunun özünə aid edilməsi, cavabdehiddiaçı Cavabdeh iddiaçı- cavabdeh İddiaçı qarşı 50.000 (əlli min) manat vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia rədd edildiyindən cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 240 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 442, 752.1, 777.1, 777.2, 783.1, 783.2, 783.3-cü maddələri ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Aslanov X4 Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(080)-85/2025 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd edilərək qarşılıqlı iddianın təmin olunmasını kollegiyadan xahiş et mişdir.
8. Cavabdeh-iddiaçının nümayəndə və vəkilinin apellyasiya şikayətində göstərilir ki, İddiaçı Cavabdeh “Güvən İnşaat”ın rəhbəri ilə tanış edərək onun üçün 72.000 manata 3-4 ay ərzində iki mərtəbəli ev tikintisini razılaşdırmışdır. Bu prosesdə Cavabdeh tərəfindən İddiaçı ayrıca əməkhaqqı və ya gündəlik ödəniş verilməsi barədə heç bir razılaşma olmayıb; Yusifov yalnız podratçı şirkətə çatdırmaq üçün alınan pulu aparıb vermişdir. Lakin ev bu günədək tikilib təhvil verilməmiş, Yusifov isə 7 ay boyunca əvəzsiz xidmət göstərdiyini iddia edərək məhkəməyə müraciət etmişdir.
9. Apellyasiya şikayətində bildirilir ki, tərəflər arasında tapşırıq müqaviləsi olmayıb və məhkəmə bu məsələdə düzgün hüquqi qiymət verməyib. Yusifovun nəzarətçi və ya işçi kimi funksiyasını heç bir şahid təsdiq etməmiş, tikinti şirkətinin rəhbəri əlavə nəzarətçiyə ehtiyac olmadığını bildirib. Buna baxmayaraq, məhkəmə X1 sorğusuna əsaslanaraq Yusifovun tələbinin bir hissəsini təmin etmiş, lakin cavabdehin təqdim etdiyi sübutları yetərincə araşdırmamışdır.
10. Apellyasiya şikayəti verən tərəf məhkəmənin İddiaçı 12.600 manatlıq tələbini əsaslandırmadan qəbul etdiyini, halbuki Yusifovun aldığı 72.000 manatdan əlavə özünə gündəlik 70 manat tələb etməsinin məntiqsiz olduğunu qeyd edir. Cavabdeh tikintiyə özü də nəzarət edə biləcək vəziyyətdə olduğundan əlavə nəzarətçiyə ehtiyac olmayıb. Bundan başqa, Yusifovun pulu aldığı halda "zəhmət haqqı verilmədiyi üçün" işə davam etməsinə dair iddiası da inandırıcı sayılmır.
11. Nəticə olaraq apellyasiya şikayətində vurğulanır ki, ev hələ də tikilib təhvil verilməmiş, Yusifov verdiyi vədi yerinə yetirməmiş, lakin buna baxmayaraq cavabdehdən əsassız pul tələb etmişdir. Məhkəmə isə işin faktiki hallarını tam araşdırmadan, sübutları lazımi şəkildə qiymətləndirmədən qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdeh-iddiaçı Cavabdeh izahatında iddiaçı-cavabdeh İddiaçı onu aldatdığını, ona “evi 3 aya tikəcəyik, sən mənə pulu ver” dediyini, uşaqları xaricdə yaşayır deyə pulu Eminə verib xarici ölkəyə getdiyini, 1 ay müddətində Eminə 55.000-60.000 manat pul verdiyini, gəlib gedib baxan zaman evin hazır olmadığını, Eminin onu aldadaraq evi tikmədiyini, Eminin həmin evin çıxarış vərəqəsini, torpağın çıxarışını, evin sxemas ını və sayğacın kartını götürüb ondan 69.200 manat alaraq çıxıb getdiyini, cinayət-axtarışın rəisi Qasım müəllim nə isə deyəndən sonra Eminin sənədləri aparıb “Güvən İnşaat”-ın müdirinə təhvil verdiyini, onun pulları ilə Eminin özünə maşın aldığını, Eminin onun çörəyini yeyərək, ona qarşı dələduzluq etdiyini bildirərək apellyasiya şikayətinin təmin olunmasını, Ordubad Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaçı-cavabdehin iddia tələbinin rədd edilməsini, onun iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Suallara cavabında “Güvən İnşaat”-la podrat müqavilələrinin olmağını bilmədiyini, bütün işlərini Eminə tapşırıb getdiyini, şirkətlə aralarındakı vasitəçi Emin olduğuna görə pulları ona verdiyini, Sarvanın heç vaxt ondan pul istəmədiyini, 3. 700 manatı Eminə ödəməyə borclu olmadığını, çünki heç bir sənədə imza çəkmədiyini, aylıq Eminə pul kəsmədiyini, sadəcə Eminin orada işlədiyini, bütün haqq-hesabların onun verdiyi pulların içində olduğunu, Şahid4 ifadəsinin düzgün olmadığını, hər şeyin 72.000 manatın içində olduğunu, əgər o Eminlə aylıq pul barəsində danışmışdısa niyə 1-2 ay keçəndən sonra ondan pulunu istəmədi?, Eminə hər ay əmək haqqı verəcəyi ilə bağlı onunla müqavilə bağlamadığını, Türkiyə Respublikasına gedən zaman Eminə 66.000 manat pul verdiyini, 5000 manat da Eminin onun əvəzindən Sarvana verdiyini, əgər o Eminə pul borclu idisə Emin niyə onun əvəzindən Sarvana 5000 manat pul verirdi?, Türkiyədən gələn zaman Eminin onu gəlib İğdırdan götürdüyünü, həmin zaman 100 manat da Eminə pul verdiyini, Türkiyədən gələndən sonr a da həmin 5000 manatı Eminin özünə geri verdiyini, 7 ay müddətində Eminin ondan pul tələb etmədiyini, Eminə “əgər ev 3 ay ərzində tikilib yekunlaşsa mən sizə qonaqlıq verəcəm” dediyini, pul barəsində heç nə demədiyini, şirkətin həmin pula həm onun evini tikməyə, həm də Eminin pulunu verməyə qadir olmadığını, “Güvən İnşaat”a 72.000 manatdan əlavə müxtəlif vaxtlarda 2500, 2500, 4000, 2280, 1000, 480 manat da hasarın tikintisinə pul verdiyini, şəxsən Eminə pul vermədiyini, çünki onunla aylıq əmək haqqı barədə razılaşmalarının olmadığını bildirdi.
14. Cavabdeh-iddiaçının vəkil-nümayəndəsi Vəkil1 izahatında cavabdeh-iddiaçı ilə Emin arasında ailəvi yaxınlıq olduğuna görə bir gün aralarında belə bir söhbətin olduğunu, cavabdeh-iddiaçı da evi Eminə tapşıraraq “pulunu mən verim, siz də evi inşa e dəsiniz” dediyini, həmin söhbətdə Eminin başqa yoldaşının da iştirak etdiyini, sonradan işi üstlərinə tam götürə bilmədiklərinə görə Eminin cavabdeh-iddiaçını “Güvən İnşaat”la calaşdırdığını, ilkin olaraq evin birinci mərtəbəsini, sonra isə az xərc ilə evi iki mərtəbə söküntü materiallarından tikməklə 4 aya təhvil verməyi birgə öhdələrinə götürdüklərini, cavabdehiddiaçı çox vaxt tikinti yerinə gedən zaman İddiaçı orada görmədiyini, sonradan Eminin taxıl əkməklə məşğul olduğunu, bəzən də Ordubad rayonunda tikilən Şəhid bulağının tikintisində iştirak etməsinin məlum olduğunu, həmçinin “Güvən İnşaat”ın logosunu öz whatsapp hesabında paylaşdığını, buradan Eminin “Güvən İnşaat”la əlaqəli şəkildə işlədiyinin göründüyünü, ilkin olaraq da evin tikintisi üçün də pulun Nəbi tərəfindən ödənildiyini, Eminin bu müddət ərzində heç vaxt özünə yol xərci götürmədiyini, “pulum yoxdur mənə əlavə pul verin” demədiyini, qarşı tərəfdən pul ilə bağlı hər hansı təklif və şikayətin gəlmədiyini, Nəbinin Eminə “mən 72.000 manat pul verəcəm, siz də evi 4 ay ərzində tikib təhvil verəcəksiniz” dediyini, təhvil verildikdən sonra da Nəbi tərəfindən şirinlik veriləcəyini, Nəbi tikinti gedən ərəfədə 1 ay ərzində Türkiyə Respublikasında olduğunu, qayıdıb gələndən sonra evin hələ də yekunlaşmadığını gördüyünü, bu zaman Eminlə aralarında narazılığın olduğunu, Eminin də obyekti tərk edib getdiyini, “Güvən İnşaat”ın rəhbərinin bir neçə dəfə Nəbinin yanında Eminə pul ödədiyini, “Güvən İnşaat”-ın da guya bunu borc pul kimi qəbul etdiyini, Eminin pula ehtiyacı var idisə bunu deyə biləcəyi qənaətində olduqlarını, Eminin “ay əmi mənim benzin pulum çox gedir gedib-gələ bilmirəm” deyə biləcəyini, əgər demə imkanı var idisə niyə istəməyib?, kim onu məcbur edirdi ki, 7-8 aya pulsuz kiminsə qapısında işləsin?, 50.000 manat bugünkü gündə istənilsə də bəlkə də o evin tikintisi üçün artıq pulun tələb olunduğunu, çünki söküntü materialları ilə evin 72.000 manata tikilib təhvil veriləcəyinin deyildiyini, lakin, verilmiş vədə əməl edilməyərək öhdəliyin yerinə yetirilmədiyini, evin tikib tamamlamağı üçün Nəbinin də Emini tanıdığından 50.000 manatı ondan tələb etdiyini bildirərək apellyasiya şikayətinin təmin olunmasını, Ordubad Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və cavabdeh-iddiaçının iddiasının təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Suallara cavabında evi “Güvən İnşaat” t iksə də Nəbinin sadəcə Emini tanıdığını, çünki pulu bilavasitə ona verdiyini, Eminin razılıq verməyərək “ay əmi mən pulu götürə bilmərəm, apar özün şirkətə ver” deyə biləcəyini, bunların arasında vasitəçinin Emin olduğunu, Nəbinin də Emini tanıyaraq, ona inanaraq pulu ona verib ondan da tələb etdiyini, tikinti işlərinin ötən ilin aprel ayından başlanıldığını, 72.000 manata evin təmirinin də razılaşdırıldığını, tikilən evin söküntü materiallarından hazırlanacağı üçün bu qiymətə razılıq olunduğunu bildirdi. İddiaçı-cavabdeh İddiaçı izahatında keçən ilin aprel ayının 8-də Nəbinin onu evinə çağırdığını, ona şəhərdə ev tikmək lazım olduğunu dediyini, o da Nəbiyə problem yoxdur dediyini, tikinti işi ilə məşğul olduğu üçün bu işlərdən başının çıxdığını, ancaq kənd təsərrüfatı ilə məşğul olduğunu, bir gün dostu ilə birlikdə Nəbigilin evlərinə getdiyini, bir ev çertyoju çəkdiklərini, onların da xoşuna gəldiyini, bu evin qiymətini kənddə hesablayan zaman həmin birmərtəbəli altı da padval olan evin 80.000 manata başa gəldiyini gördüklərini, ev baha başa gəldiyi üçün ilk əvvəl Nəbi ilə razılaşmadığını, sonra gedib Güvən İnşaat”ın ofisində oturduqlarını, həmin zaman o, dostu Şahid3, Nəbi və “Güvən İnşaat”ın rəhbəri Sarvan müəllimin də orada olduğunu, razılaşan zaman şirkətin rəhbərinin birmərtəbəli evin 56.000 manata başa gəlib çıxacağını dediyini, həmin evin hazırda padvalı ilə birlikdə 280 kvadratlıq üçmərtəbəli ev olduğunu, sadəcə həmin şirkətlə vasitəçilik etdiyini, orada başqa qarışacağı heç nəyin olmadığını, Nəbinin burada olmadığını, sadəcə gəlib həyəti 5 dəqiqə fırlanıb “Emin bu radasan?” deyib çıxıb getdiyini, sadəcə işlədiyi günləri saydığını, ev tikilib qutarana yaxın Nəbiyə hər dəfə də “mən bu yolu öz maşınımla gəlirəm, hər dəfə də benzin tökürəm, 5 manatlıq yemək yeyirəm.” dediyini, yayın isti günlərində də fəhlələrin başında olduğunu, Nəbinin ona Türkiyəyə getdiyini dediyini, həmin zaman Nəbiyə “mənə pul lazımdır” dediyini, Nəbinin də ona “gedirəm oğlumun yanına oradan qayıdan zaman sənə pul verəcəm” dediyini, ev ilə bağlı bütün məlumatları Nəbiyə dediyini, dost-tanışdan borc alıb gəlib evə nəzarət etdiyini, 7 aydır ki, orada işlədiyini, həmin zaman Nəbinin ona qayıdıb “mən sənə pul verən deyiləm” dediyini, həmin zaman evin açarını Nəbinin üstünə ataraq “sən sağ, mən salamat” dediyini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını və Ordubad Rayon M əhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Suallara cavabında Nəbi ilə aralarındakı sövdələşmə pozulan zaman evə 62.000 manat pul verildiyini, 5000 manatı da öz cibindən verdiyini, həmin 5000 manatı şirkət sahibi ondan istəyən zaman dost-tanışdan tapıb verdiyini, Nəbinin ona “sən pulu ver mən gəlib sənə verəcəm” dediyini, sonradan Nəbinin ona 5000 manatı verdiyini, bu söhbətlərin keçən ilin noyabr ayında olduğunu, sadəcə orada nəzarətçi durduğunu, funksiyasının orada fəhlələrin həmin evə gəlibgetməyinə, ustasına, fəhləsinə, işçilərinə pul verilməsindən ibarət olduğunu, səhər tezdən gəldiyini, evin açarı onda olduğuna görə qapını açdığını, axşamçağı saat 5-ə kimi fəhlələrin başının üstündə durduğunu, malın alış-satışını şirkətin özünün etdiyini, malmaterialın hamısını ö zlərinin aldığını, bəzən də yeri gələndə taxta gətirilən zaman taxtaya da kömək etdiyini, evin nə vaxt təhvil verilməsi ilə bağlı bir öhdəliyinin olmadığını, evin tikintisi şirkətlə razılaşdırılan zaman şirkət sahibinin “mənim Eminə ehtiyacım yoxdur. Mənim burada fəhləm və işçim də var. Emin uzaq yoldan buraya gəlməsin.” dediyini, Nəbinin də onlara cavabında “bu mənim öz adamımdır, bunu mən oraya təyin edirəm, hər gün də gəlib işə nəzarət edəcək.” dediyini, günlük pul haqqında Nəbi ilə danışmadığını, ancaq Nəbinin ona “sənin günün neçə olsa mən o pulu sənə verəcəm.” dediyini, hər gün iş olmadığını, 7 ay iş olmasa da şəhərə gəlib-getdiyini, ona görə də 7 ayın pulunu tələb etdiyini, həm fəhlə pulunun, həm də gedib-gəlmək pulunun verilməli olduğunu, pul verilən zaman aparıb həmin pulu şirkəti n müdirinə verdiyini, şirkətlə aralarında podrat müqaviləsinin bağlanılmadığını, həmin şirkətin fəaliyyət göstərdiyini, həyət evləri tikdiyini bildirdi.
15. Şahid4 Ağahüseyn oğlu ifadəsində Nəbini tanımadığını, Nəbini onunla Eminin calaşdırdığını, Nəbi ilə Eminin ofisə gəldiklərini, orada danışıb-razılaşdıqlarını, Naxçıvan şəhərində 3 bina söküldüyünə görə həmin söküntü materialları ilə evin tikiləcəyini, bu halda evin ucuz başa gətirə biləcəklərini onlara dediklərini, bəzi səbəblərə görə evin tikilməsində gecikmələrin olduğunu, lakin evin bitmək üzrə olduğunu, ödəmələrin də Nəbi müəllim tərəfindən ödənildiyini, heç bir problemin olmadığını, Nəbinin ona “Emin bizim evin uşağıdır, mən olmasam Emin gəlib bizim evə nəzarət edəcək, bütün işlərin cavabdehliyi Emindədir, mən də Emini görəcəm” de diyini, lakin orada maaş söhbətinin danışılmadığını bildirdi. Suallara cavabında “Güvən İnşaat”-ın onun şəxsi şirkəti olduğunu, şəxsin evini neçə manata başa gətirəcəkləri barədə onunla razılaşma olduğunu, yazılı podrat müqaviləsinin bağlanılmadığını, əvvəldən ödənişin bir qisminin veriləcəyi, qalan ödəmələrin isə sonra olacağı barədə ilkin razılığın belə olduğunu, ödəmə qismində də heç bir problem yaşamadıqlarını, Eminə ehtiyacının olmadığını, çünki orada onsuzda prarafının olduğunu, ilk əvvəl 75.000 manata tam təmirli vəziyyətdə ikimərtəbəli evi padvalı ilə bir yerdə təhvil verəcəkləri barədə danışdıqlarını, söküntü materialları ilə birlikdə tikdikləri üçün belə ucuz başa gəldiyini, birinci instansiya məhkəməsində izahatında da evin 6-7 aya 72.000 manata başa gələcəyini qeyd etdiyini, 72.000 manatın onun üçün olduğunu, Eminin ona heç bir aidiyyətinin olmadığını, qəbul olunan ödənişlərlə bağlı kassa mədaxil və məxaric qəbzlərinin olduğunu, Nəbinin pulları verdikcə yazılı şəkildə həmin kağıza möhür vurduqlarını, Nəbinin həmin pulları əldən verdiyinə görə kağıza təsdiqedici qeyd kimi o möhürü vurduqlarını, Nəbinin pulları Eminə verdiyini, Eminin də gətirib ona verdiyini, lakin son vaxtlar bir-iki dəfə Nəbinin özündən aldığını, ümumilikdə 75.000 manat pul aldığını, işin keçən ilin aprel ayından başladığını, Eminin nə qədər orada olduğunu tam dəqiqliklə deyə bilmədiyini, evin açarının Emində, onda, prarafda və ev sahibində olduğunu, Eminin işinin ev sahibi kimi orada obyektə nəzarət eləmək olduğunu, Eminin orada işçi kimi fəaliyyət göstərmədiyini, Eminin bəzən evin belə olma ğı ilə bağlı tapşırıq verdiyini, 68.500 manatı Eminin vasitəsilə aldığını təsdiqlədiyini, Eminlə heç bir şərikliyinin olmadığını, Nəbinin ona “Emin bu evin uşağıdır mən onu görəcəm”. dediyini, Eminə müştəri gətirməsinə görə qətiyyən pul təklif etmədiyini, heç kimə əlavə pul vermədiyini, 800 manat öz prarafına maaş verdiyini bildirdi. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidm ətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
19. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.
20. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
21. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsin də nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. b) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasınd a tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. V. Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya ş ikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı apellyasiya şikayətində cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Aslanov X4 Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(080)-85/2025 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən qətnamə tam yoxlanılır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi münasibətləri düzgün olaraq tapşırıq müqaviləsi kimi qiymətləndirmiş və bu münasibət çərçivəsində muzd şərtləşdirilmədiyi üçün muzdun müəyyən edilməsi məqsədilə X3 sorğu göndərilməsi tamamilə əsaslı olmuşdur. MPM-in tələblərinə uyğun olaraq məhkəmə mövcud boşluğu aradan qaldırmaq üçün qanunda nəzərdə tutulan mexanizmdən istifadə etmişdir.
32. Apellyasiya şikayətində Yusifovla tikinti şirkəti arasında əmək münasibətlərinin mövcudluğu iddia edilsə də, cavabdeh-iddiaçı tərəfindən bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Şirkət direktoru da tikinti prosesinin MMC vasitəsilə aparıldığını, Yusifovla hər hansı əmək və mülki hüquq münasibətində olmadığını, Yusifovun sadəcə Mirzəyevin nümayəndəsi kimi tikinti prosesində iştirak etdiyini təsdiq etmişdir. Bu baxı mdan apellyasiya şikayətində göstərilən dəlillər formal xarakter daşıyır.
33. Şahidlərin düzgün ifadə verməməsi ilə bağlı dəlillərə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh-iddiaçının vəkili və nümayəndəsi şahid ifadələrinin hansı hissəsinin, hansı səbəbdən, hansı sübutlara zidd olduğunu konkret olaraq göstərməmişdir. Kollegiya belə hesab edir ki, şahid ifadələri iş materiallarında olan digər sübutlarla uyğunluq təşkil edir. Üstəlik cavabdeh-iddiaçının özüdə iddiaçı-cavabdehin tikintinin aparılmasında iştirak etdiyini izahatında bildirmişdir.
34. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə dəlilləri də qiymətləndirərək qeyd edir ki, cavabdeh-iddiaçı Mirzəyev 50.000 manat zərər tələbi üzrə iddiasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında barışıq təkli fi zamanı Mirzəyevin “Yusifov öz iddiasından imtina etsə, mən də heç nə tələb etmirəm” deməsi onun qarşılıqlı iddiasının real hüquqi mahiyyət daşımadığını, sadəcə iddiaçını çəkindirmək niyyəti güddüyünü göstərir. Həmçinin, Yusifovun birinci instansiya məhkəməsində təmin olunmuş 3700 manatlıq iddiasından imtina edəcəyi halda Mirzəyevin 50.000 manatlıq tələbindən könüllü şəkildə imtina etməyə hazır olduğunu bildirməsi məntiqə və həyat təcrübəsinə uyğun deyildir. Əgər həqiqətən bu məbləğdə real zərər mövcud olsaydı, cavabdeh-iddiaçının belə “asanlıqla” ondan imtina etməsi mümkün olmazdı. Bu hal qarşılıqlı iddianın əsassız, prosessual təzyiq və çəkindirmə məqsədi daşıyan xarakterini açıq şəkildə ortaya qoyur.
35. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası nəticəyə gəlir ki, biri nci instansiya məhkəməsi sübutları tam və obyektiv araşdırmış, münasibətlərinin hüquqi mahiyyətini düzgün müəyyən etmiş, muzdun müəyyənləşdirilməsi üçün qanuni üsuldan istifadə etmiş, qarşılıqlı iddianı məhz sübutların olmaması səbəbilə haqlı olaraq rədd etmişdir. Bu səbəblərdən apellyasiya şikayəti əsassız hesab edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuna uyğun, əsaslandırılmış və ədalətli hesab edilməli, apellyasiya şikayəti isə əsassız olduğundan rədd edilməlidir.
37. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Şərh o lunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(080)-85/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən ilkin iddianın mübahisələndirilən hissəsindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən qarşılıqlı iddiaya münasibətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Sənan Qarayev, Zamiq Əliyev