Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-161/2024 30.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X22 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəsinin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh8, Cavabdeh4, X9, Cavabdeh5 və Cavabdeh7, cavabdehlər Cavabdeh7 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh9 və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9 və Cavabdeh5 qarşı mənzildən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh7 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəsinin nümayəndəsi Nümayəndə və Cavabdeh9 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə baxış iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı təşkilat Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi 31 yanvar 2024-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh5 mənzillər dən məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı təşkilat 15 may 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə digər cavabdehin prosesə cəlb olunması barədə ərizə ilə müraciət edərək Cavabdeh7 da cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 15 may 2024-cü il tarixli qərardadı ilə Cavabdeh7 hazırki mülki iş üzrə prosesə digər cavabdeh qismində cəlb edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 nömrəli qətnaməsi ilə iddiaçı təşkilat Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh5 qarşı mənzildən məcburi çıxarı lma tələbinə dair iddiasının qismən təmin olunması, Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin ünvan 1 ünvanında yerləşən yataqxanasında cavabdehlər Cavabdeh9, Cavabdeh7 və Cavabdeh2 məcburi qaydada çıxarılması və iddia tələbinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh5 münasibətdə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil2 vasitəsi ilə 08 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin qismən onun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqx anasından məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 vasitəsi ilə 08 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin qismən onun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxanasından məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı Azərb aycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə 12 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e2(078)-425/2024 nömrəli qətnaməsinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 münasibətdə ləğv edilməsini və iddiaçı Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh9 vəkili və nümayən dəsi Vəkil1 vasitəsilə 29 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi tərəfindən o və bacısı Cavabdeh2 da daxil olmaqla bir neçə şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək mənzillərdən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək bildirmişdir ki, onunla bacısının qeydiyyatda olduqları və yaşayış sahəsi kimi istifadə etdikləri mənzil Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxananın mənzilidir və xidməti mənzil olaraq mərhum ataları X3 ailəsi ilə bilikdə yaşaması üçün ayrılmışdır. Atası təqaüdə çıxdıqdan sonra vəfat etdiyindən və sözügedən mənzil xidməti mənzil olaraq xidmət dövrü üçün ayrıldığından iddiaçının nümayəndəsi onun və bacısının həmin mənzildən çıxarılmalı olduqları barədə fikirlərini məhkəməyə bildirmişdir. Təəssüf ki, məhkəmə iş üzrə müəyyən edilmiş hallar və tərəfindən təqdim olunmuş sübutların ziddinə olaraq iddia tələbləri üzrə yanlış nəticəyə gələrək ona və bacısına aid hissədə iddia tələbləri nin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tətbiq edildiyini bildirsə də, sadalanan qanun normalarını düzgün tətbiq və təfsir etməmişdir. Belə ki, apellyasiya şikayətində qeyd olunan qanun normalarından görünür ki, həm onun, həm də bacısının mübahisəli mənzildən istifadə hüquqları mövcuddur. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Kommunal Mənzil və Mədəni məişət xidməti komissiyasının 11 iyul 1990-cı il tarixli Qərarının surətindən müəyyən edilir ki, mübahisəli mənzil xidməti mənzil şəklində həmin vaxt Naxçıvan Muxtar Respublikasının X21 çalışmış polis baş leytenantı atası X3 5 nəfərlik ailəsi ilə bilikdə yaşaması üçün ayrılmışdır. Belə olan halda a ydındır ki, 2000-ci ildən əvvəl qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən onun və bacısının mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Yaşayış sahəsinə istifadə hüquqları olduğu halda, məhkəmənin həmin istifadə hüququna xitam verilmədən mənzildən çıxarılmaları barədə gəldiyi nəticə hüquqi cəhətdən əsassız olmuşdur. Məhkəmənin mənzildən çıxarılmaları barədə qətnaməsi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq olunmuş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə birbaşa ziddiyyət təşkil edir, çünki həmin maddənin birinci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahələrinin altı ay saxlanıldığı, həmin maddənin 6-cı hissəsində isə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirildiyi birbaşa olaraq müəyyən olunduğu təsbit edildiyi halda, mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının məhkəmə qaydasında xitam verilmədiyi və mənzilə istifadə hüquqları, ümumiyyətlə məhkəmə mübahisəsinin predmeti olmadığı bir şəraitdə məhkəmə onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarında şərh olunanlarla da ziddiyyət təşkil edir. Belə ki, Konstitusiya Məhkəməsinin adıçəkilən qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş müddəaların hüquq tətbiq etmə təcrübəsinə dair bir sıra məsələlərin şərh edilməsini vacib hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu m übahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tən zimlənməsini həyata keçirsin. “Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarından aydın olur ki, mübahisəli yaşayış sahəsinə yaranmış istifadə hüquqlarına yalnız məhkəmə qaydasında xitam verilə bilər və hətta onların müəyyən müddətə mübahisəli mənzildə yaşamamaqları həmin mənzilə olan istifadə hüquqlarının məhkəmədənkənar qaydada xitamına səbəb ola bilməz. Məhkəmə zahirən mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarını tətbiq etdiyi görüntüsü yaratmaq üçün həmin normaları çıxardığı qətnamədə əks etdirsə də, faktiki olaraq həmin normaları tətbiq etməmiş və əslində sonradan qüvvəyə minmiş və mübahisəli hüquq münasibətlərinin yaranması zamanı mövcud olmamış normalara istinad etmişdir. Belə ki, Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birl ikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Məhkəmə mübahisəyə mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə (01 oktyabr.2009-cu ilədək) qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54,60, 87-ci maddələrinin tələblərinə əsasən hüquqi qiymət verilməli olduğu halda bunu etməmişdir. Məhkəmə həmin Məcəllənin yalnız 87-ci maddəsinə əsaslanaraq iddia etmişdir ki, o və bacısı guya daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüklərindən, mübahisəli mənzilin kirayə müqaviləsi də getdikləri vaxtdan pozulmuş sayılır və bu səbəbdən onların istifadə hüquqularına xitam verilmədən mənzildən çıxarılmaları üçün hüquqi əsaslar mövcuddur. Halbuki, sadalanan maddi hüquq normasına əsasən adı çəkilən Məcəllənin 87-ci maddəsinə müəyyən edilmiş hallarda belə mənzil kirayə müqaviləsi ya məhkəmə qaydasında ləğv edilməli, yaxud da inzibati icraat qaydasında müvafiq inzibati orqan tərəfindən həmin müqaviləyə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilməsi barədə inzibati akt qəbul edilməlidir. Hal-hazırki mübahisədə bu halların heç biri yoxdur, yəni Naxçıvan MR Daxili İşlər Nazirliyinin Kommunal Mənzil və Mədəni məişət xidməti komissiyasının mübahisəli mənzilin atası X3 5 nəfərlik ailəsi ilə bilikdə yaşaması üçün ayrılması barədə 11 iyul 1990-cı il tarixli Qərarı hal-hazırda da qüvvədədir və hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Hesab edir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi 2009cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş mənzil qan unverciliyinin sadalanan normalarının tələblərinə aşkar şəkildə zidd olaraq çıxarılmışdır. Məhkəmə onun və bacısının mübahisəli mənzildən istifadə hüquqlarını heçə sayaraq ciddi qanun pozuntusuna, o cümlədən mənzildən istifadə hüququna dair qanun normalarının pozuntusuna yol vermişdir. İddiaçının hərəkətləri onun faktiki olaraq mövcud olan yaşayış hüququna müdaxilə kimi qiymətləndirilməli olduğu halda, məhkəmə nədənsə bu hallara düzgün qiymət verə bilməyərək dövlət tərəfindən müdafiə olunan yaşayış hüququnun müdafiəsini təmin etməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, onun atası X7 30 ildən çox Naxçıvan MR-nın X21 çalışmış və onun 20 ilini ailəsi ilə birlikdə Nazirliyin balansında olan sözügedən yataqxanada yaşamış, 2003-cü ilin mart ayında pensiyaya çıxmış və 2011-ci ilin mart ayında vəfat etmişdir. X5 2023-cü ilin fevral ayında vəfat etmişdir və ölənədək mübahisəli mənzildə yaşamışdır. O və bacısı ailə qurduqdan sonra Bakı şəhərinə köçsələr də, valideynlərinin xəstə olduğunu nəzərə alaraq mütəmadi olaraq mübahisəli mənzildə onlarla bilikdə yaşamışlar. Həm onun, həm də bacısının ailə münasibətlərinə xitam verildikdən sonra isə uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşamaqla yanaşı, ilin müəyyən vaxtlarını məhz mübahisəli mənzildə yaşayırlar. Belə ki, həm onun keçmiş həyat yoldaşı, həm də bacısının keçmiş həyat yoldaşı uşaqlarla ünsiyyətdə ola bilmələri üçün Bakı şəhərində kirayə mənzil tutmuş və onların həmin mənzildə yaşamalarını təmin edirlər. Məhz bu səbəbdən onlar həm Bakı şəhərində, həm də Naxçıvan şəhərində mübahisəli mənzildə yaşamaq məcburi yyətində qalmışlar. Ancaq məhkəməyə təqdim edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı” publik hüquqi şəxsi Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışda Bakı şəhərində onun adına daşınmaz əmlakın aşkar edilmədiyi qeyd olunsa da, məhkəmə onun başqa yaşayış sahəsinin olduğu və mübahisəli mənzildə yaşamamaqla həmin mənzildən könüllü şəkildə imtina etdiyi nəticəsinə gəlmişdir. Halbuki, X10 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin rəisi (məhkəməyə verilmiş iddia ərizəsi də həmin şəxs tərəfindən imzalanmışdır) Ehtiram Məmmədovun imzası ilə Naxçıvan Şəhər Polis İdarəsinə təqdim etmək üçün verilmiş 2 sentyabr 2021-ci il tarixli,1-28/0313 saylı arayışda iddiaçının özü onun X 26 İdarəsinin balansında olan yataqxanada yerləşən mübahisəli xidməti mənzildə yaşadığını təsdiq edərək yaşayış yeri üzrə həmin ünvanda qeydiyyata düşməyinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə prosesində cavabdeh qismində iştirak edən Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 da onunla bacısının uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşadıqlarını təsdiq etmişlər. Bütün bunlara baxmayaraq məhkəmə tamamilə əsassız olaraq onun mərhum atasına xidməti mənzil kimi verilmiş yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılmağı barədə qanunsuz qərara imza atmışdır. Hesab edir ki, bununla da məhkəmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş mənzil qanunvericiliyinin müddəalarını, o cümlədən sözügedən Mənzil Məcəlləsinin yuxarıda sadaladığı 105-ci və 108-ci maddələrinin təl əblərini pozmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, hazırkı mübahisəyə baxarkən məhkəmə tərəfindən əsas dəyərləndirilməli olan məqam cavabdehlərin, o cümlədən onun boşaldılması tələb edilən yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. İş materiallarından da göründüyü kimi o, ailə qurduqdan sonra mübahisəli mənzili tərk edərək Bakı şəhərinə köçsə də, mərhum valideynlərinin yaşadığı xidməti mənzillə əlaqəsini tam kəsməmişdir. Əksinə, uşaqları ilə mütəmadi olaraq Naxçıvan şəhərinə valideynlərinin yanına gələrkən həmin mənzildə qalmışdır. 2021-ci ilin aprelində isə nikahına xitam verildikdən sonra Naxçıvan şəhərinə qayıdaraq bir müddət uşaqları ilə birlikdə anasının yanında mübahisəli mənzildə yaşamış və həmin mənzildə yaşaması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin rəisi Ehtiram Məmmədovun (məhkəməyə verilmiş iddia ərizəsi də həmin şəxs tərəfindən imzalanmışdır) imzası ilə Naxçıvan Şəhər Polis İdarəsinə təqdim etmək üçün verilmiş 2 sentyabr 2021-ci il tarixli,1-28/0313 saylı arayışla da öz təsdiqini tapdığından, iki uşağı ilə birlikdə yaşayış yeri üzrə həmin ünvana qeydiyyata düşmüşdür. Göründüyü kimi, o məhkəmənin bildirdiyi kimi, mübahisəli mənzili birdəfəlik tərk etməmiş və sadalananlar, eləcə də məhkəməyə təqdim etdiyi sənədlər həmin mənzilə yaşamaq üçün qayıtmaq niyyətinin olmasını təsbit edən sübutlardır. İddiaçı tərəf boşaldılmasını xahiş etdiyi mənzildə onunla bacısının az halda mübahisəli mənzildə yaşadıqlarını, yalnız ataları sağ olan zaman həmin mənzildə yaşadıqları, hətta xidməti mənzil əvəzinə mərhum atalarına guya 0,12 ha torpaq sahəsinin ayrıldığını bildirsə də, bu halları, həmçinin mənzillə davamlı əlaqələrinin olmaması ilə bağlı aydın şəkildə izahat verə bilməmiş, bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdi. Belə ki, iş materiallarında olan sənədlərlə və məhkəmə iclasında verilmiş ifadələrlə onun və bacısının mübahisəli mənzildə atasının ölümündən sonra yaşamadıqları və mənzillə əlaqələrinin birdəfəlik kəsilməsi barədə iddiaçının bildirdikləri öz təsdiqini tapmamış və əksinə, onunla bacısının həmin mənzildə mütəmadi olaraq uşaqları ilə birlikdə yaşadıqları və mənzili birdəfəlik tərk etmədikləri, mübahisəli yaşayış sahə sinə başqa daimi yaşayış sahəsi olmadığından ehtiyaclarının olduğu sübuta yetirildiyi halda, məhkəmə sübut olunmamış halları sübut edilmiş kimi qəbul edərək ona və bacısına münasibətdə əsassız şəkildə iddia tələbini təmin etmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən, məhkəmədə bir binada yaşadıqları cavabdehlərin ifadələrindən, həmçinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin rəisi Ehtiram Məmmədovun (məhkəməyə verilmiş iddia ərizəsi də həmin şəxs tərəfindən imzalanmışdır) imzası ilə Naxçıvan Şəhər Polis İdarəsinə təqdim etmək üçün verilmiş 2 sentyabr 2021-ci il tarixli,1-28/0313 saylı arayışından onun mübahisəli mənzildə mütəmadi olaraq yaşaması, o cümlədən nikahı pozulduqdan sonra bu mənzilə qeydiyyata düşərək yaşam ası, həmin mənzillə əlaqəsinin kəsilmədiyi və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə malik olmadığından mübahisəli yaşayış sahəsinə ehtiyacı olduğu və bu mənzildə yaşamaq niyyəti öz təsdiqini tapmışdır. Bununla da aydın olur ki, işə baxan məhkəmə tərəfindən onun başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətinin olub-olmaması, mübahisənin predmeti olan mənzilə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin mənzillə bağlılığının qalıb-qalmaması kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar düzgün qiymətləndirilməmiş, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəllənin 14.1-ci və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqi həyata keçirilməmişdir. Sadalanan prosessual hüquq normasına əsasən məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, hal-hazırki işə baxarkən məhkəmə bu normanın tələblərini aşkar şəkildə pozmuşdur. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən hər hansı sübutlar təqdim olunmadığı halda, onun təqdim etdiyi sübutları ətraflı araşdırmamış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etməmiş, bu barədə gəldiyi nəticələri əsaslandırmamış, düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticə də işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Yuxarıda sadaladığı kimi, iş mate riallarında olan sənədlərlə, məhkəmədə bir binada yaşadıqları cavabdehlərin ifadələri ilə, həmçinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin hal-hazırda da rəisi vəzifəsində işləyən Ehtiram Məmmədovun imzası ilə Naxçıvan Şəhər Polis İdarəsinə təqdim etmək üçün verilmiş 2 sentyabr 2021-ci il tarixli,1-28/0313 saylı arayışı ilə, eləcə də adına hər hansı başqa daimi yaşayış sahəsinin olmaması barədə təqdim etdiyi arayışla mübahisəli mənzili birdəfəlik tərk etmədiyi, həmin mənzillə əlaqəsinin kəsilmədiyi və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə malik olmadığından mübahisəli yaşayış sahəsinə ehtiyacının olduğuna dair hallar sübuta yetirilsə də, məhkəmə nə həmin sübutları araşdırmamış, nə də qanunvericiliklə müəyyən olunmuş qaydada bu sübutlarla hüquqi qiymət verməmişdir. Bu səbəbdən hesab edir ki, qeyd edilən qanunvericiliyin pozulmasına dair dəlilləri birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılmadığını və iş üzrə qanunsuz qərar qəbul edildiyini əyani şəkildə sübuta yetirir. Məhkəmənin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmir, çünki məhkəmənin işdə olan sübutları təhlil etmədən, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə hazırki mübahisə üzrə lazımi tədqiqat aparmayaraq, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verə b ilməyərək, sübutlarla bağlı obyektiv və hərtərəfli araşdırma aparmayaraq, sübut kimi qəbul edilməli olan sənəd və dəlilləri müvafiq təhlil aparmadan araşdıra bilməyərək iş üzrə iddia tələblərini təmin etmək hissəsində aşkar səhv nəticəyə gəlmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli mənzil mərhum atasına 1990-cı ildə 5 nəfərlik ailəsinin yaşaması üçün verilmişdir. Göründüyü kimi, mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən tənzimləndiyindən, onun da, bacısının da mübahisəli yaşayış sahəsinə istifadə hüquqları yaranmışdır. Məhkəmə həmin yaşayış sahəsinə olan istifadə hüquqlarını heçə sayaraq mənzildən çıxarılmaları barədə qətnamə qəbul etməklə mənzilə olan istifadə hüquqlarına düzgün hüquqi qiymət verə bilm əmişdir. Hesab edir ki, bununla da məhkəmə mülki prosessual qanunvericiliyin qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılması və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normasının tələblərini aşkar şəkildə pozmuşdur. İşdə olan iddia ərizəsinin surətindən görünür ki, iddiaçı o və bacısı da daxil olmaqla cavabdehlərin mənzillərdən çıxarılması tələbini irəli sürsə də, hansı ünvanda yerləşən mənzillərdən cavabdehlərin çıxarılmasını göstərməmişdir. Eyni zamanda çıxarılmış qətnamədən də görünür ki, iddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı əlavə ərizə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə iddia tələblərindən kənara çıxaraq onun və bacısının Naxçıvan Muxtar Respubli kası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxanadan çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi, iddiaçının iddia ərizəsinin “xahiş edirəm” hissəsində onların birbaşa olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxanadan çıxarılmaları barədə tələb irəli sürülməmişdir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi, çıxarılmış məhkəmə qətnaməsində məhkəmə iddia tələblərindən kənara çıxaraq iddia ərizəsində göstərilməyən tələb üzrə qətnamə çıxarmışdır. Məhkəmə onun mübahisəli xidməti mənzil üzərində istifadə hüququnun olması və həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacının olması ilə bağlı dəlillərini, habelə məhkəmə araşdır maları zamanı həmin dəlillərlə əlaqədar işdə iştirak edən şəxslərin ifadələrinin və təqdim etdiyim sübutların hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə, iddiaçının iddia tələblərinin hüquqi əsaslarını aydınlaşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinin irəli sürülməsinin əsaslı və qanuni olmadığını və işdə olan sübutlarla təsdiqini tapmadığını müəyyən edərək iddia tələbləri üzrə fərqli nəticəyə gələ bilərdi. Birinci instansiya məhkəməsinin onun guya mübahisəli mənzildə yaşamadığı və həmin mənzilə ehtiyacının olmadığına dair gəldiyi nəticə işə baxan hakimin şəxsi mülahizəsinə əsaslanmaqla hər hansı şəkildə sübuta yetirilməmişdir. Əksinə, məhkəmə işinin gedişatında iddiaçının özünün 2021-ci ildə verdiyi arayışdan və təqdim etdiyi sənədlərdən onun mübahisəli mənzildə yaşamadığı, həmin mənzildən birdəfəlik köçüb getməyi barədə məhkəmənin mülahizəsi təkzib olunmuşdur. Məhkəmə sadalananlarla bağlı dəlillərini nəzərə alaraq və qanunamüvafiq araşdırma aparmaqla bütün bu hallara aydınlıq gətirə və ədalətli məhkəmə araşdırmasını təmin edə bilərdi. Məhkəmə sübuta yetirilmiş saydığı halların qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı şəkildə sübuta yetirilmədiyini, əksinə məhkəməyə təqdim etdiyi sübutlarla bu halların təkzib edildiyini nədənsə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən onun mübahisələndirilən mübahisəli mənzilə hüququnun olmadığına dair əsassız nəticəyə gələrək onun mənzildən məcburi qaydada çıxarılmağı barədə qətnamə qəbul etmişdir. Halbuki, məhkəmənin gəldiyi nəticə iş üz rə müəyyən edilmiş hallarla uyğun deyildir. Məhkəmə araşdırmaları zamanı onun tərəfindən mübahisəli mənzillə əlaqəsinin olması və mütəmadi olaraq həmin mənzildə uşaqları ilə yaşamağı tam şəkildə edildiyi sübuta yetirildiyi halda, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin sadalanan halları ilə uyğunsuzluq yaratmışdır. Apellyator apellyasiya şikayətinin hüquqi əsası kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 10, 53, 54, 60, 87,103-105 və 108-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217 və 218.3-cü maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinad etmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin qismən onun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxanasından məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi tərəfindən o və bacısı Cavabdeh2 da daxil olmaqla bir neçə şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək mənzillərdən məcburi qay dada çıxarılmaları barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək bildirmişdir ki, onunla bacısının qeydiyyatda olduqları və yaşayış sahəsi kimi istifadə etdikləri mənzil Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxananın mənzilidir və xidməti mənzil olaraq mərhum ataları X3 ailəsi ilə bilikdə yaşaması üçün ayrılmışdır. Atası təqaüdə çıxdıqdan sonra vəfat etdiyindən və sözügedən mənzil xidməti mənzil olaraq xidmət dövrü üçün ayrıldığından iddiaçının nümayəndəsi onun və bacısının həmin mənzildən çıxarılmalı olduqları barədə fikirlərini məhkəməyə bildirmişdir. Təəssüf ki, məhkəmə iş üzrə müəyyən edilmiş hallar və tərəfindən təqdim olunmuş sübu tların ziddinə olaraq iddia tələbləri üzrə yanlış nəticəyə gələrək ona və bacısına aid hissədə iddia tələblərinin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tətbiq edildiyini bildirsə də, sadalanan qanun normalarını düzgün tətbiq və təfsir etməmişdir. Belə ki, apellyasiya şikayətində qeyd olunan qanun normalarından görünür ki, həm onun, həm də bacısının mübahisəli mənzildən istifadə hüquqları mövcuddur. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Kommunal Mənzil və Mədəni məişət xidməti komissiyasının 11 iyul 1990-cı il tarixli Qərarının surətindən müəyyən edilir ki, mübahisəli mənzil xidməti mənzil şəklində həmin vaxt Naxçıvan Muxtar Respublikasının X21 çalış mış polis baş leytenantı atası X3 5 nəfərlik ailəsi ilə bilikdə yaşaması üçün ayrılmışdır. Belə olan halda aydındır ki, 2000-ci ildən əvvəl qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən onun və bacısının mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Yaşayış sahəsinə istifadə hüquqları olduğu halda, məhkəmənin həmin istifadə hüququna xitam verilmədən mənzildən çıxarılmaları barədə gəldiyi nəticə hüquqi cəhətdən əsassız olmuşdur. Məhkəmənin mənzildən çıxarılmaları barədə qətnaməsi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq olunmuş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə birbaşa ziddiyyət təşkil edir, çünki həmin maddənin birinci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahələrinin altı ay s axlanıldığı, həmin maddənin 6-cı hissəsində isə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirildiyi birbaşa olaraq müəyyən olunduğu təsbit edildiyi halda, mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının məhkəmə qaydasında xitam verilmədiyi və mənzilə istifadə hüquqları, ümumiyyətlə məhkəmə mübahisəsinin predmeti olmadığı bir şəraitdə məhkəmə onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarında şərh olunanlarla da ziddiyyət təşkil edir. Belə ki, Konstitusiya Məhkəməsinin adıçəkilən qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş müddəaların hüquq tətbiq etmə təcrübəsinə dair bir sıra məsələlərin şərh edilməsini vacib hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddia lar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasi təsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. “Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarından aydın olur ki, mübahisəli yaşayış sahəsinə yaranmış istifadə hüquqlarına yalnız məhkəmə qaydasında xitam verilə bilər və hətta onların müəyyən müddətə mübahisəli mənzildə yaşamamaqları həmin mənzilə olan istifadə hüquqlarının məhkəmədənkənar qaydada xitamına səbəb ola bilməz. Məhkəmə zahirən mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarını tətbiq etdiyi görüntüsü yaratmaq üçün həmin normaları çıxardığı qətnamədə əks etdirsə də, faktiki olaraq həmin normaları tətbiq etməmiş və əslində sonradan qüvvəyə minmiş və mübahisəli hüquq münasibətlərinin yaranması zamanı mövcud ol mamış normalara istinad etmişdir. Belə ki, Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Məhkəmə mübahisəyə mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə (01 oktyabr.2009-cu ilədək) qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54,60, 87-ci maddələrinin tələblərinə əsasən hüquqi qiymət verilməli olduğu halda bunu etməmişdir. Məhkəmə həmin Məcəllənin yalnız 87-ci maddəsinə əsaslanaraq iddia etmişdir ki, o və bacısı guya daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüklərindən, mübahisəli mənzilin kirayə müqaviləsi də getdikləri vaxtdan pozulmuş sayılır və bu səbəbdən onların istifadə hüquqlar ına xitam verilmədən mənzildən çıxarılmaları üçün hüquqi əsaslar mövcuddur. Halbuki, sadalanan maddi hüquq normasına əsasən adı çəkilən Məcəllənin 87-ci maddəsinə müəyyən edilmiş hallarda belə mənzil kirayə müqaviləsi ya məhkəmə qaydasında ləğv edilməli, yaxud da inzibati icraat qaydasında müvafiq inzibati orqan tərəfindən həmin müqaviləyə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilməsi barədə inzibati akt qəbul edilməlidir. Hal-hazırki mübahisədə bu halların heç biri yoxdur, yəni Naxçıvan MR Daxili İşlər Nazirliyinin Kommunal Mənzil və Mədəni məişət xidməti komissiyasının mübahisəli mənzilin atası X3 5 nəfərlik ailəsi ilə bilikdə yaşaması üçün ayrılması barədə 11 iyul 1990-cı il tarixli Qərarı hal-hazırda da qüvvədədir və hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Hesab edir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi 2009cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş mənzil qanunvericiliyinin sadalanan normalarının tələblərinə aşkar şəkildə zidd olaraq çıxarılmışdır. Məhkəmə onun və bacısının mübahisəli mənzildən istifadə hüquqlarını heçə sayaraq ciddi qanun pozuntusuna, o cümlədən mənzildən istifadə hüququna dair qanun normalarının pozuntusuna yol vermişdir. İddiaçının hərəkətləri onun faktiki olaraq mövcud olan yaşayış hüququna müdaxilə kimi qiymətləndirilməli olduğu halda, məhkəmə nədənsə bu hallara düzgün qiymət verə bilməyərək dövlət tərəfindən müdafiə olunan yaşayış hüququnun müdafiəsini təmin etməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, onun atası X7 30 ildən çox Naxçıvan MR-nın X21 çalışmış və onun 20 ilini ailəsi ilə birlikdə Nazir liyin balansında olan sözügedən yataqxanada yaşamış, 2003-cü ilin mart ayında pensiyaya çıxmış və 2011-ci ilin mart ayında vəfat etmişdir. X5 2023-cü ilin fevral ayında vəfat etmişdir və ölənədək mübahisəli mənzildə yaşamışdır. O və bacısı ailə qurduqdan sonra Bakı şəhərinə köçsələr də, valideynlərinin xəstə olduğunu nəzərə alaraq mütəmadi olaraq mübahisəli mənzildə onlarla bilikdə yaşamışlar. Həm onun, həm də bacısının ailə münasibətlərinə xitam verildikdən sonra isə uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşamaqla yanaşı, ilin müəyyən vaxtlarını məhz mübahisəli mənzildə yaşayırlar. Belə ki, həm onun keçmiş həyat yoldaşı, həm də bacısının keçmiş həyat yoldaşı uşaqlarla ünsiyyətdə ola bilmələri üçün Bakı şəhərində kirayə mənzil tutmuş və onların həmin mənzildə yaşamalarını təmin edi rlər. Məhz bu səbəbdən onlar həm Bakı şəhərində, həm də Naxçıvan şəhərində mübahisəli mənzildə yaşamaq məcburiyyətində qalmışlar. Ancaq məhkəməyə təqdim edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı” publik hüquqi şəxsi Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışda Bakı şəhərində onun adına daşınmaz əmlakın aşkar edilmədiyi qeyd olunsa da, məhkəmə onun başqa yaşayış sahəsinin olduğu və mübahisəli mənzildə yaşamamaqla həmin mənzildən könüllü şəkildə imtina etdiyi nəticəsinə gəlmişdir. Eyni zamanda məhkəmə prosesində cavabdeh qismində iştirak edən Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 da onunla bacısının uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşadıqlarını təsdiq etmişlər. Bütün bunlara baxmayaraq məhkəmə tamamilə əsassız olaraq onun mərhum atasına xidməti mənzil kimi verilmiş yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılmağı barədə qanunsuz qərara imza atmışdır. Hesab edir ki, bununla da məhkəmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş mənzil qanunvericiliyinin müddəalarını, o cümlədən sözügedən Mənzil Məcəlləsinin yuxarıda sadaladığı 105-ci və 108-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, hazırkı mübahisəyə baxarkən məhkəmə tərəfindən əsas dəyərləndirilməli olan məqam cavabdehlərin, o cümlədən onun boşaldılması tələb edilən yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. İş materiallarından da göründüyü kimi o, ailə qurduqdan sonra mübahisəli mənzili tərk edərək Bakı şəhə rinə köçsə də, mərhum valideynlərinin yaşadığı xidməti mənzillə əlaqəsini tam kəsməmişdir. Əksinə, uşaqları ilə mütəmadi olaraq Naxçıvan şəhərinə valideynlərinin yanına gələrkən həmin mənzildə qalmışdır. 2022-ci ilin noyabrında isə nikahına xitam verildikdən sonra Naxçıvan şəhərinə qayıdaraq bir müddət uşaqları ilə birlikdə anasının yanında mübahisəli mənzildə yaşamışdır. Göründüyü kimi, o məhkəmənin bildirdiyi kimi, mübahisəli mənzili birdəfəlik tərk etməmiş və sadalananlar, eləcə də məhkəməyə təqdim etdiyi sənədlər həmin mənzilə yaşamaq üçün qayıtmaq niyyətimin olmasını təsbit edən sübutlardır. İddiaçı tərəf boşaldılmasını xahiş etdiyi mənzildə onunla bacısının az halda mübahisəli mənzildə yaşadıqlarını, yalnız ataları sağ olan zaman həmin mənzildə yaşadıqları, hətta xidməti mənzil əvəzi nə mərhum atalarına guya 0,12 ha torpaq sahəsinin ayrıldığını bildirsə də, bu halları, həmçinin mənzillə davamlı əlaqələrinin olmaması ilə bağlı aydın şəkildə izahat verə bilməmiş, bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdi. Belə ki, iş materiallarında olan sənədlərlə və məhkəmə iclasında verilmiş ifadələrlə onun və bacısının mübahisəli mənzildə atasının ölümündən sonra yaşamadıqları və mənzillə əlaqələrinin birdəfəlik kəsilməsi barədə iddiaçının bildirdikləri öz təsdiqini tapmamış və əksinə, onunla bacısının həmin mənzildə mütəmadi olaraq uşaqları ilə birlikdə yaşadıqları və mənzili birdəfəlik tərk etmədikləri, mübahisəli yaşayış sahəsinə başqa daimi yaşayış sahəsi olmadığından ehtiyaclarının olduğu sübuta yetirildiyi halda, məhkəmə sübut olunmamış halları sübut edilmiş kimi qəbul edərək ona və bacısına münasibətdə əsassız şəkildə iddia tələbini təmin etmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən, məhkəmədə bir binada yaşadıqları cavabdehlərin ifadələrindən, onun mübahisəli mənzildə mütəmadi olaraq yaşaması, o cümlədən nikahı pozulduqdan sonra bu mənzilə uşaqları ilə qeydiyyata düşərək onlarla birlikdə yaşaması, həmin mənzillə əlaqəsinin kəsilmədiyi və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə malik olmadığından mübahisəli yaşayış sahəsinə ehtiyacı olduğu və bu mənzildə yaşamaq niyyəti öz təsdiqini tapmışdır. Bununla da aydın olur ki, işə baxan məhkəmə tərəfindən onun başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətinin olub-olmaması, mübahisənin predmeti olan mənzilə ehtiyacının aradan qalxıb-qalxmaması, həm in mənzillə bağlılığının qalıbqalmaması kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar düzgün qiymətləndirilməmiş, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəllənin 14.1-ci və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqi həyata keçirilməmişdir. Sadalanan prosessual hüquq normasına əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, hal-hazırki işə baxarkən məhkəmə bu normanın tələblərini aşkar şəkildə pozmuşdur. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən hər hansı sübutlar təqdim olunmadığı halda, onun təqdim etdiyi sübutları ətraflı araş dırmamış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etməmiş, bu barədə gəldiyi nəticələri əsaslandırmamış, düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticə də işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Yuxarıda sadaladığı kimi, iş materiallarında olan sənədlərlə, məhkəmədə bir binada yaşadıqları cavabdehlərin ifadələri ilə, eləcə də adına hər hansı başqa daimi yaşayış sahəsinin olmaması barədə təqdim etdiyi arayışla mübahisəli mənzili birdəfəlik tərk etmədiyi, həmin mənzillə əlaqəsinin kəsilmədiyi və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə malik olmadığından mübahisəli yaşayış sahəsinə ehtiyacının olduğuna dair hallar sübuta yetirilsə də, məhkəmə nə həmin sü butları araşdırmamış, nə də qanunvericiliklə müəyyən olunmuş qaydada bu sübutlarla hüquqi qiymət verməmişdir. Bu səbəbdən hesab edir ki, qeyd edilən qanunvericiliyin pozulmasına dair dəlilləri birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılmadığını və iş üzrə qanunsuz qərar qəbul edildiyini əyani şəkildə sübuta yetirir. Məhkəmənin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmir, çünki məhkəmənin işdə olan sübutları təhlil etmədən, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə hazırki mübahisə üzrə lazımi tədqi qat aparmayaraq, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verə bilməyərək, sübutlarla bağlı obyektiv və hərtərəfli araşdırma aparmayaraq, sübut kimi qəbul edilməli olan sənəd və dəlilləri müvafiq təhlil aparmadan araşdıra bilməyərək iş üzrə iddia tələblərini təmin etmək hissəsində aşkar səhv nəticəyə gəlmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli mənzil mərhum atasına 1990-cı ildə 5 nəfərlik ailəsinin yaşaması üçün verilmişdir. Göründüyü kimi, mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən tənzimləndiyindən, onun da, bacısının da mübahisəli yaşayış sahəsinə istifadə hüquqları yaranmışdır. Məhkəmə həmin yaşayış sahəsinə olan istifadə hüquqlarını heçə sayaraq mənzildən çıxarılmaları barədə qətnamə qəbul etm əklə mənzilə olan istifadə hüquqlarına düzgün hüquqi qiymət verə bilməmişdir. Hesab edir ki, bununla da məhkəmə mülki prosessual qanunvericiliyin qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılması və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normasının tələblərini aşkar şəkildə pozmuşdur. İşdə olan iddia ərizəsinin surətindən görünür ki, iddiaçı o və bacısı da daxil olmaqla cavabdehlərin mənzillərdən çıxarılması tələbini irəli sürsə də, hansı ünvanda yerləşən mənzillərdən cavabdehlərin çıxarılmasını göstərməmişdir. Eyni zamanda çıxarılmış qətnamədən də görünür ki, iddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı əlavə ərizə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə iddia tə ləblərindən kənara çıxaraq onun və bacısının Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxanadan çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi, iddiaçının iddia ərizəsinin “xahiş edirəm” hissəsində onların birbaşa olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxanadan çıxarılmaları barədə tələb irəli sürülməmişdir. Yuxarıda göstərilənlərdən də göründüyü kimi, çıxarılmış məhkəmə qətnaməsində məhkəmə iddia tələblərindən kənara çıxaraq iddia ərizəsində göstərilməyən tələb üzrə qətnamə çıxarmışdır. Məhkəmə onun mübahisəli xidməti mənzil üzərində istifadə hüququnun olması və həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacının olması ilə bağlı dəlillərini, habelə məhkəmə araşdırmaları zamanı həmin dəlillərlə əlaqədar işdə iştirak edən şəxslərin ifadələrinin və təqdim etdiyim sübutların hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə, iddiaçının iddia tələblərinin hüquqi əsaslarını aydınlaşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinin irəli sürülməsinin əsaslı və qanuni olmadığını və işdə olan sübutlarla təsdiqini tapmadığını müəyyən edərək iddia tələbləri üzrə fərqli nəticəyə gələ bilərdi. Birinci instansiya məhkəməsinin onun guya mübahisəli mənzildə yaşamadığı və həmin mənzilə ehtiyacının olmadığına dair gəldiyi nəticə işə baxan hakimin şəxsi mülahizəsinə əsaslanmaqla hər hansı şəkildə sübuta yetirilməmişdir. Əksinə, məhkəmə işinin gedişatında təqdim et diyi sənədlərdən onun mübahisəli mənzildə yaşamadığı, həmin mənzildən birdəfəlik köçüb getməyi barədə məhkəmənin mülahizəsi təkzib olunmuşdur. Məhkəmə sadalananlarla bağlı dəlillərini nəzərə alaraq və qanunamüvafiq araşdırma aparmaqla bütün bu hallara aydınlıq gətirə və ədalətli məhkəmə araşdırmasını təmin edə bilərdi. Məhkəmə sübuta yetirilmiş saydığı halların qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı şəkildə sübuta yetirilmədiyini, əksinə məhkəməyə təqdim etdiyi sübutlarla bu halların təkzib edildiyini nədənsə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən onun mübahisələndirilən mübahisəli mənzilə hüququnun olmadığına dair əsassız nəticəyə gələrək onun mənzildən məcburi qaydada çıxarılmağı barədə qətnamə qəbul etmişdir. Halbuki, məhkəmənin gəl diyi nəticə iş üzrə müəyyən edilmiş hallarla uyğun deyildir. Məhkəmə araşdırmaları zamanı onun tərəfindən mübahisəli mənzillə əlaqəsinin olması və mütəmadi olaraq həmin mənzildə uşaqları ilə yaşamağı tam şəkildə edildiyi sübuta yetirildiyi halda, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin sadalanan halları ilə uyğunsuzluq yaratmışdır. Apellyator apellyasiya şikayətinin hüquqi əsası kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 10, 53, 54, 60, 87,103- 105 və 108-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217 və 218.3-cü maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinad etmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin qismən-onun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxanasından məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində bildirmişdir ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X20 idarəsinin Naxçıvan şəhər Əziz Əliyev küçəsi 5C ünvanında yerləş ən yataqxanasından cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh5 çıxarılması ilə bağlı iddia tələbinin rədd edilməsi barədə xx.xx.2024 tarixli, 2(078)-425/2024 nömrəli qətnamə qəbul etmişdir. Sözügedən qətnamə 29 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəsinə poçt vasitəsi ilə daxil olmuşdur. Hesab edirlər ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin qeyd olunan qətnaməsi cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 münasibətdə əsassızdır və ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. Cavabdeh8 2000-ci ildən həmin yataqxanada yaşayır. Xidmətdən təqaüdə buraxıldıqdan sonra xidməti mənzili təhvil verməmiş, həmin mənzili daimi yaşayış yeri kimi istifadə etmişdir. Bildirirlər ki, yataqxanada yaş ayan Cavabdeh3 fövqəladə hallar orqanlarında xidmət etdiyi müddətdə ünvan 1 ünvanında yerləşən yataqxanada müvəqqəti olaraq xidmət dövrü üçün üç otaqlı mənzillə təmin edilmiş, lakin Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin 5 noyabr 2009-cu il tarixli 053/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Cavabdeh4 xidmət etdiyi müddətdə ünvan 1 ünvanında yerləşən yataqxanada müvəqqəti olaraq xidmət dövrü üçün üç otaqlı mənzillə təmin edilmiş, lakin 2003-cü ildə təqaüdə buraxıldıqdan sonra xidməti mənzili təhvil verməmişdir. Cavabdeh6 fövqəladə hallar orqanlarında xidmət etdiyi müddətdə ünvan 3 ünvanında yerləşən yataqxanada müvəqqəti olaraq xidmət dövrü üçün bir otaqlı mənzillə təmin edilmiş, lakin Naxçıvan Mux tar Respublikasının Fövqəladə Hallar nazirinin xx.xx.2011ci il tarixli, 014/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Cavabdeh5 fövqəladə hallar orqanlarında xidmət etdiyi müddətdə ünvan 1 ünvanında yerləşən yataqxanada müvəqqəti olaraq xidmət dövrü üçün bir otaqlı mənzillə təmin edilmiş, lakin Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin xx.xx.2013-cu il tarixli 035/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Birinci instansiya məhkəməsi hərtərəfli araşdırma aparmamış, qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamə qəbul etməmişdir. xx.xx.2024 tarixli, 2(078)-425/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cava bdeh6 və Cavabdeh5 münasibətdə ləğv edilməli, yeni qətnamə çıxarılmalıdır. Apellyator apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91, 92, 93.1, 102.1, 103.3 və 104.2-ci maddələrinə istinad etmişdir. Apellyator sonda apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 12 İyul 2024-cü il tarixli, e-2(078)-425/2024 nömrəli qətnaməsinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 münasibətdə ləğv edilməsi və iddiaçı Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh9 vəkili və nümayəndəsi Vəkil1 vasitəsilə verdiyi apellyasiy a şikayətində bildirmişdir ki, 1982-ci ildə həmin ev Abbasa verilib. İşə qəbul edilən zaman ev ona verilib. 2007-ci ildə DİN tərəfindən təqaüdə buraxılmışdır. Təqaüdə buraxılandan sonra Bakıdakı evi alıblar. Evi olsa da öz adına deyil. Həyat yoldaşının adınadır. Oğlugillə orada yaşayır. Lakin burada da qalır. Nəvəsi burada təhsil alır və burada qalır. Heç bir əlilliyi yoxdur. 74 yaşı var. Müharibə iştirakçısıdır. Yeni FHN həmin bina köhnə olduğu üçün yeniləyib və özəlləşdirib başqa şəxslərə satmaq niyyətindədir. Ona görə də onları evlərdən çıxarmaq istəyirlər. Məhkəmə o qənaətə gəlmişdir ki, həyat yoldaşının adına yaşayış evi vardır, məhz bu baxımdan da iddia tələbi onun ailəsinə münasibətdə təmin olunmalıdır. 2000-ci ilin 1 sentyabr ayına qədər qüvvədə olmuş Azərbaycan SSRİ Mənzil Məcəllə sinin 105-ci maddəsi xidməti yaşayış sahəsi verilmiş müəssisədə, idarədə, təşkilatda azı 10 il işləmiş şəxslərin digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməməsini müəyyən etmişdir. Digər istisna hal müəyyən olunmamışdır. Qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyator apellyasiya şikayətinin hüquqi əsası kimi xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 10, 87 və 105-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1 və 88-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol”un 1-ci maddəsinə istinad etmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətlərinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 30 oktyabr 2024-cü il tarixind ə keçirilən məhkəmə baxışı iclasında iştirak etməmiş, Cavabdeh2 iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmiş, məhkəmə baxışı iclasında vəkili və nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Cavabdeh3 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məhkəməyə teleqram ünvanlayaraq Bakı şəhərində müalicə aldığı üçün məhkəmədə iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayətinə baxılması zamanı iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e-2(078)-425/2024 nömrəli qətnaməsinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 münasibətdə ləğv edilməsi və iddiaçı Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelly asiya şikayətinə baxılması zamanı Cavabdeh7, cavabdehlər Cavabdeh7 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərinin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 saylı qətnaməsinin qismən cavabdehlər Cavabdeh7 və Cavabdeh2 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxanasından məcburi qaydada çıxarılmaları hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh9 və onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 nömrə li qətnaməsinin Cavabdeh9 münasibətdə ləğv edilərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı cavabdehlər Cavabdeh5, X9, Cavabdeh4, Cavabdeh8 iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdı r. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şik ayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki halda iş üzrə iddiaçı və cavabdehlər tərəfindən apellyasiya şikayətləri ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət olunduğundan və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə tam həcmdə mübahisələndirildiyindən məhkəmə kollegiy ası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya cavabdehlər Cavabdeh7, Cavabdeh2 və onların vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri cavabdehlər Cavabdeh7, Cavabdeh2 münasibətdə ayrı-ayrılıqda verilsə də, mahiyyətcə eyni məzmunlu olduğundan müvafiq apellyasiya şikayətlərinin dəlillərinə ümumi qiymət verməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, mərhum X1 İşlər Orqanlarında xidmət etdiyi müddət ərzində ünvan 5 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X20 İdarəsinin, Naxçıvan şəhər X20 Hissəsinin yataqxanasın da müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, vəfat etdikdən sonra həyat yoldaşı X17 mənzili təhvil verməmişdir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə kəskin ürək çatışmazlığı diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə xx.xx.2011-ci il tarixdə 273 nömrəli akt qeydi icra edilmişdir. 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür olur ki, X17 xx.xx.2023-cü ildə beyin ödemi diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə xx.xx.2023-cü il tarixdə 101 nömrəli akt qeydi icra edilmişdir. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 20 aprel 2021-ci il tarixdə verilmiş nikahın pozulmasına dair şəhadətnamədən görünür ki, Cavabdeh7 nikahı pozulmuşdur. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 24 yanvar 2023-ci il tarixdə verilmiş nikahın pozulmasına dair şəhadətnamədən görünür ki, Cavabdeh2 nikahı pozulmuşdur. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Hazırki tələbin qanuni əsasını isə 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq olunmuş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi təşkil edir. Belə ki, həmin Məcəllənin 10-cu maddəsinə əsasən, qanunda nə zərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən və təndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Kollegiya cavabdehlər Cavabdeh7, Cavabdeh2 və onların vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin cavabdehlər Cavabdeh7 və Cavabdeh2 yaşayış sahəsinə istifadə hüquqlarının olduğu halda, məhkəmənin həmin istifadə hüququna xitam verilmədən mənzildən çıxarılmaları barədə gəldiyi nəticənin hüquqi cəhətdən əsassız olması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, mənzildən məcburi çıxarılması tələb edilən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olub-olmaması məhkəmələr tərəfindən ilkin araşdırılan hallardan biridir. Mənzildən məcburi çıxarılma tələbinə dair iddiaya baxan birinci instansiya məhkəməsi əslində şəxsin yaşayış sahəsindən istifadə hüququnun olubolmamasını araşdırmaqla növbəti hüquqi tənzimləmələr barədə qərar qəbul edir. Hazırki iş üzrə də kollegiya işə baxan məhkəmənin mübahisəli mənzilin cavabdehlər X12 və Cavabdeh2 atası X3 verilməsi, cavabdehlərin isə onun ailə üzvləri kimi orada yaşamaları, Cavabdeh7 və Cavabdeh2 ailə həyatı qurduqdan sonra Bakı şəhərinə köçmələri, 10 ildən artıq müddətdə evli olmaları, daha sonra onların nikahlarının pozulması, qeyd olunan halların cavabdehlərin ailə qurub köçdükləri gündən mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi ilə nəticələnməsi, çünki ailə qurmağın mənzili müvəqqəti tərk etmək mənasına gəlməməsi və gəlin köçməyin daimi olaraq mənzildən çıxmaq kimi qiymətləndirilməsi, onların mənzili təhvil verməməsinin mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnməklə, əsassız yerə mənzilin yüklü saxlanılmasına gətirib çıxarması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, ca vabdehlər Cavabdeh7 və Cavabdeh2 ailə qurduqdan sonra Bakı şəhərinə köçmələri həm onların izahatları, həm də işin faktiki halları ilə müəyyən olunur. Cavabdehlərin ailə qurduqdan sonra Bakı şəhərinə köçmələri və 10 ildən artıq müddətdə evli olmaları onların yaşayış yerini hər hansı vaxt dövrü ilə məhdudlaşdırılmayan müddətə, yəni daimi olaraq tərk etmələri kimi qiymətləndirilir. Həmçinin cavabdehlərin ailə qurduqdan sonra mübahisəli mənzilin yerləşdiyi şəhərdə başqa ünvana deyil, başqa şəhərə köçmələri onların yaşayış sahəsini daimi tərk etməsini halının mübahisələndirilməsini aradan qaldırır. Buna görə də işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsini rəhbər tutma qla adı çəkilən cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi qənaətinə gəlmiş, bundan sonra onların mənzildən məcburi çıxarılması barədə qərar qəbul etmişdir. Belə olan halda yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə əlavə məhkəmə qərarının olması qanunvericiliyin zəruri şərti hesab oluna bilməz. Məhkəmənin cavabdehlər Cavabdeh7 və Cavabdeh2 mənzildən məcburi çıxarılmaları barədə qərar qəbul etməsi onların yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsinin məhkəmə qaydasında həyata keçirilməsinə bərabər tutulur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60.1-ci maddəsində qeyd olunmuşdur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə o nların yaşayış sahəsi altı ay saxlanır. Adı çəkilən maddənin 6-cı hisssində göstərilmişdir ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Kollegiya cavabdehlər Cavabdeh7 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin iddiaçının hətta xidməti mənzil əvəzinə mərhum atalarına guya 0,12 ha torpaq sahəsinin ayrıldığını bildirsə də, bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Cavabdeh7 və Cavabdeh2 mərhum atalarına xidməti mənzil kimi verilmiş yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları bar ədə qanunsuz qərara imza atması dəlilini də əsassız hesab edərək bildirir ki, apellyasiya şikayətlərinə baxılması üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən kollegiyaya təqdim olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, İH/572 nömrəli sərəncamın surətinə əsasən X3 fərdi mənzil tikdirmək üçün 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Müvafiq qərara əsasən X3 fərdi mənzil tikdirmək üçün 600 kv.m həyətyanı torpaq sahəsi ayrılması cavabdehlər Cavabdeh7, Cavabdeh2 barəsində xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 105-ci maddəsinin tətbiqini istisna edir. Belə ki, müvafiq maddədə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıl a bilməyən şəxslər kateqoriyası göstərilmişdir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillər qismində cavabdehlər Cavabdeh7 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 qeyd etdiyi Azərbaycan Respublikası Mülki - Prosessual Məcəllənin 14.1-ci və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinin həyata keçirilməməsi, halhazırki işə baxarkən məhkəmənin bu normanın tələblərini aşkar şəkildə pozmasına münasibətdə kollegiya bildirir ki, müvafiq dəlillər hər hansı fakta əsaslanmayan formal mülahizə olaraq qiymətləndirilir və əsaslı hesab edilə bilməz. İddiaçı tərəfindən Cavabdeh7 və Cavabdeh2 da daxil olmaqla cavabdehlərin mənzillərdən çıxarılması tələbi irəli sürülsə də, hansı ünvanda yerləşən mənzillərdən cavabdehlərin çıxarılmasının göstərilməməsi, eyni zamanda çıxarılmış qətnamədən də iddiaçının sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı əlavə ərizə təqdim etmədiyinin görünməsi, buna baxmayaraq məhkəmənin iddia tələblərindən kənara çıxaraq Cavabdeh7 və Cavabdeh2 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxanadan çıxarılmaları barədə qətnamə qəbul etməsi, halbuki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının iddia ərizəsinin “xahiş edirəm” hissəsində Cavabdeh7 və Cavabdeh2 birbaşa olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxanadan çıxarılmaları barədə tələb irəli sürülməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh5 mənzillərdən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsi göstərilmiş, qəbul edilmiş qətnamədə isə Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin ünvan 1 ünvanında yerləşən yataqxanasında cavabdehlər Cavabdeh9, Cavabdeh7 və Cavabdeh2 məcburi qaydada çıxarılması qət edilmişdir. Göstərilənlərə münasibətdə kollegiya qeyd edir ki, iddia ərizəsi, iş materialları, həmçinin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəsinin nümayəndəsi Nümayəndə tərəfindən kollegiyaya təqdim olunmuş vəsatətdən də aydın olur ki, cavabdehlər Cavabdeh7 və Cavabdeh2 yataqxana nın 2-ci giriş, 4-cü mərtəbəsində yerləşən mənzil 10-da 3 otaqlı mənzildə yaşamaqla həmin mənzildə qeydiyyatdadır. Cavabdeh8 yataqxananın 1-ci giriş, 3-cü mərtəbədə yerləşən mənzil 1-də, 1 otaqlı evdə, Cavabdeh4 yataqxananın 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən mənzil 7-də 3 otaqlı mənzildə, Cavabdeh3 yataqxananın 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən mənzil 4-də 3 otaqlı mənzildə, X9 yataqxananın 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən mənzil 9-da, 1 otaqlı mənzildə, Cavabdeh5 yataqxananın 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən mənzil 15də 1 otaqlı mənzildə yaşayır. Cavabdeh9 yataqxananın 1-ci giriş, 3-cü mərtəbəsində mənzil 2-də 3 otaqlı mənzildə qeydiyyatdadır, binada yaşamır. Müvafiq vəsatətdə cavabdehlərin qeyd olunan mənzillərin yerləşdiyi yataqxanadan çıxarılmaları barədə qərar qə bul edilməsi xahiş edilmişdir. Kollegiya Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı iddia tələbinin təmin edilməli olması dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh9, Cavabdeh8, Əliyev X13 İşlər Orqanlarında xidmət etdiyi müddət ərzində ünvan 5 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X20 İdarəsinin, Naxçıvan şəhər X20 Hissəsinin yataqxanasında müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, lakin uzun illərdir təxri s olunmasına baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh3 X21 xidmət etdiyi müddət ərzində ünvan 5 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X20 İdarəsinin, Naxçıvan şəhər X20 Hissəsinin yataqxanasında müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, lakin Naxçıvan MR Fövqəladə Hallar nazirinin 05 noyabr 2009-cu il tarixli 053/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh6 X21 xidmət etdiyi müddət ərzində ünvan 5 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X20 İdarəsinin, Naxçıvan şəhər X20 Hissəsinin yataqxanasında müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, lakin Naxçıvan MR Fövqəladə Hallar nazirinin 02 aprel 2011-ci il tarixli 014/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, Cavabdeh5 X21 xidmət etdiyi müddət ərzində ünvan 5 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin X20 İdarəsinin, Naxçıvan şəhər X20 Hissəsinin yataqxanasında müvəqqəti olaraq xidməti mənzillə təmin olunmuş, lakin Naxçıvan MR Fövqəladə Hallar nazirinin 01 may 2013-cü il tarixli 03 5/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından azad edilməsinə baxmayaraq xidməti mənzili təhvil verməmişdir. 1993-cü ilin fevral ayında Naxçıvan MR DİN Kommunal Mənzil və Mədəni Məişət Xidməti Komissiyasının qərarından aydın olur ki, Cavabdeh4 Naxçıvan şəhəri 41 №-li yanğın hissəsinin yataqxanasında 3 otaqlı mənzil verilmişdir. xx.xx.1991-ci ildə Naxçıvan MR DİN Kommunal Mənzil və Mədəni Məişət Xidməti Komissiyasının qərarından görünür ki, Naxçıvan şəhər 41 nömrəli sərbəst hərbiləşmiş Yanğın hissəsinə məxsus yataqxanada olan X23 tərəfindən boşaldılaraq 3 otaqlı mənzil Cavabdeh3 istifadəsinə verilmişdir. İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində onun hüquqi əsası olaraq hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad edilsə də, kolleg iya diqqətə çatdırır ki, yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına uyğun çıxarılmalı olduğundan hazırkı mübahisəli hüquq münasibətinin əsasını xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60 və 105-ci maddələri təşkil edə bilər. Əvvəlki AR Mənzil Məcəlləsinin 10-cu maddəsinə görə vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Vətəndaşlar yaşadıqları evə qayğı ilə yanaşmalı, yaşayış sahəsindən onun təyinatına görə istifadə etməli, yaşayış sahəsindən istifadə qaydalarına və sosialist birgəyaşayış qaydalarına əməl etməli, suyu, qazı, elektrik və istilik enerjisini qənaətlə işlətməlidirlər. Vətəndaşlar yaşayış evlərindən və yaşayış sahələrindən şəxsən varlanmaq, əməksiz gəlir əldə etmək məqsədilə və başqa tamah məqsədləri ilə, habelə cəmiyyətin mənafeyi zərərinə istifadə edə bilməzlər. Mənzil hüquqlarının onların təyinatına zidd olaraq və ya digər vətəndaşların hüquqlarını, habelə dövlət təşkilatlarının və ictimai təşkilatların hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 105-ci maddəsinə görə aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsi ndən çıxarıla bilməzlər: - müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; -xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, tə şkilatda azı on il işləmiş şəxslər; -vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; -müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; -qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; -yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. İş materiallarının hərtərəfli tədqiqindən aydın olur ki, cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 xidmətlərinə görə hazırda mübahisə olunan evlə təmin olunmuşlar. Onların pensiyaya çıxdıqdan sonra da daimi olaraq həmin mənzillərdə yaşaması, həm öz izahatları, həm iddiaçı təşkilatın nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən adları çəkilən cavabdehlərin başqa yaşayış sahələrinin olmasını təsdiq edən hər hansı sübut istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya baxışı zaman kollegiyaya təqdim edilməmişdir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin əvvəlki AR Mənzil Məcəlləsinin 105-ci maddəsinə istinad edərək xidmət illəri nəzərə alınmaqla başqa yaşayış yeri ilə təmin edilmədən onların mənzildən çıxarılmalarını qanunsuz hesab etməsi nəticəsi ilə razılaşaraq qeyd e dir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 münasibətdə ləğv olunması üçün əsas təşkil edə bilməz. Kollegiya Cavabdeh9 vəkili və nümayəndəsi Vəkil1 vasitəsilə verdiyi apellyasiya şikayətinin 1982-ci ildə həmin evin Abbasa verilməsi, işə qəbul edilən zaman evin ona verilməsi, 2007-ci ildə DİN tərəfindən təqaüdə buraxılması, təqaüdə buraxılandan sonra Bakıdakı evi almaları, evi olsa da öz adına olmaması, həyat yoldaşının adına olması, oğlugillə orada yaşamaları, lakin burada da qalması, nəvəsinin burada təhsil alması, burada qalması, heç bir əlilliyinin olmaması, 74 yaşının olması, müharibə iştirakçısı olması, yeni FHN-in həmin bi na köhnə olduğu üçün yeniləyib və özəlləşdirib başqa şəxslərə satmaq niyyətində olması, ona görə də onları evlərdən çıxarmaq istəmələri, məhkəmənin həyat yoldaşının adına yaşayış evi olduğundan iddia tələbinin onun ailəsinə münasibətdə təmin olunmalı olması qənaətinə gəlməsi, 2000-ci ilin 1 sentyabr ayına qədər qüvvədə olmuş Azərbaycan SSRİ Mənzil Məcəlləsinin 105-ci maddəsinin xidməti yaşayış sahəsi verilmiş müəssisədə, idarədə, təşkilatda azı 10 il işləmiş şəxslərin digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməməsini müəyyən etməsi, digər istisna halın müəyyən olunmaması dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh9 mübahisəli mənzildə yaşamaması, Bakı şəhərində ev almaları, orada yaşamaları cavabdehin birinci instansiya məhkəməsindəki verdiyi izahatlarla öz tə sdiqini tapır. Həmçinin iş materiallarına əlavə edilmiş 11 iyul 2024-cü il tarixli məhkəmə baxış iclasının protokoluna əsasən Cavabdeh9 sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Bakıda olan evi X21 işləyəndə almışam. Təqaüdə çıxandan sonra orada yaşayırıq. Səhv etmirəmsə yoldaşımın adınadır. Göstərilənlər onu deməyə əsas verir ki, Cavabdeh9 təqaüdə buraxıldıqdan sonra ev almış, Bakı şəhərinə köçmüş və daimi yaşayış yeri olaraq Bakı şəhərini seçmişdir. Cavabdehin əlavə yaşayış yerinin mövcud olması və mübahisəli mənzili daimi olaraq tərk etməsinə baxmayaraq bu mənzili təhvil verməməsi mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnməklə, əsassız yerə mənzilin yüklü saxlanılmasına gətirib çıxarmışdır. Kollegiya Cavabdeh9 mübahisəli mənzildə nəvəsi ilə birlikdə yaşaması barədə kollegiyada verdiyi izahatının müdafiə xarakterli olduğu qənaətinə gəlməklə Cavabdeh9 vəkili və nümayəndəsi Vəkil1 vasitəsilə verdiyi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmi şdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh5 qarşı mənzildən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh7 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri, iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X26 idarəs inin nümayəndəsi Nümayəndə və Cavabdeh9 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehlər Cavabdeh7, Cavabdeh2 Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin ünvan 1 ünvanında yerləşən yataqxanasının 2-ci giriş, 4-cü mərtəbəsində mənzil 10-da 3 otaqlı mənzildən, Cavabdeh9 isə Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin ünvan 1 ünvanında yerləşən yataqxanasının 1-ci giriş, 3-cü mərtəbəsində mənzil 2-də 3 otaqlı mənzildən çıxarılmaları təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apelly asiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Azərbaycan Respublikası Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X26 İdarəsinin cavabdehlər Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh5 qarşı mənzildən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh7 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri, iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəlad ə Hallar Nazirliyinin X26 idarəsinin nümayəndəsi Nümayəndə və Cavabdeh9 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(078)-425/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-161/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-161/2024
30.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver