Məhkəmə qərarları › İş №2(108)-165/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-165/2021

22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-165/2021 22.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlunun heyətində, X1 oğlunun katibliyi, Ərizəçi və Vəkil iştirakı ilə Naxçıvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(078)-950/2021 nömrəli iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardadından Ərizəçi və Vəkil tərəfindən verilən şikayətə baxaraq müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən Q.N.Məmmədov) 05 avqust 2021-ci il tarixli, 2(078)-950/2021 nömrəli qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilmiş, Ərizəçi Naxçıv an MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Naxçıvan şəhər İdarəsinə müracət etməsi, əgər ərizəçiyə mülkiyyət hüququnun tanınmasından imtina olunarsa, həmin inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etməsi izah olunmuş, Ərizəçi tərəfindən "xxxx" ASC-in Naxçıvan filialı vasitəsilə 30 iyul 2021-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. İşin halları: Ərizəçi 04 avqust 2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər XDM İK-in 20.12.1993-cü il tarixli, 517 nömrəli qərarına əsas ona Naxçıvan şəhəri 59-cu məhəllə 34 nömrəli ünvanda yerləşən torpaq sahəsinin verilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məh kəməsinin 05 avqust 2021-ci il tarixli, 2(078)-950/2021 nömrəli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qərardadından narazı qalan Ərizəçi və Vəkil 16 avqust 2021-ci il tarixli şikayət ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(078)-950/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsində 27 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində müəyyən edilmiş qaydada şikayətə baxılmaqla şikayət işlə birlikdə MPM-in 269.3-cü maddəsində göstərilmiş əsasla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. İş üzrə Ərizəçi və Vəkil şikayələrini onunla əsaslandırmışlar ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqı faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edilməsi məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyi şməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11, 308-ci maddələri məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Şərh edilənlər onu deməyə əsas verir ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtinanın əsası kimi məhkəmə qərardadında göstərilən əsas (mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır) ərizədə mübahisələndirilən hüquq münasibətinin əlamətləri ilə uzlaşmır. Dolayısı ilə ərizədə həll edilməsi nəzərdə tutulan hüquq münasibətinin tənzimlənməsinə inzibati məhkəmə icraatının prinsip və prosessual qaydalara təminat vermir. Buna görə də Naxçıvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(078)-950/2021 nömrəli qərardadının ləğv edil məsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Kollegiyadakı izahatında Ərizəçi və Vəkil şikayəti müdafiə edərək şikayətlərinin təmin edilməklə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri icraata qəbul etmək barədə qərardad qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən ed ilmişdir ki, Ərizəçi 04 avqust 2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər XDM İK-in 20.12.1993-cü il tarixli, 517 nömrəli qərarına əsas ona Naxçıvan şəhəri 59-cu məhəllə 34 nömrəli ünvanda yerləşən torpaq sahəsinin verilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(078)-950/2021 nömrəli qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilmiş, Ərizəçi Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Naxçıvan şəhər İdarəsinə müracət etməsi, əgər ərizəçiyə mülkiyyət hüququnun tanınmasından imtina olunarsa, həmin inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etməsi izah olunmuş, Ərizəçi tərəfindən "xxxx" ASC-in Naxçıvan filialı vasitəsilə 30 iyul 2021-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Kollegiya işin araşdırılmış hallarına hüquqi qiymət verərək belə hesab edir ki, Ərizəçi və Vəkil şikayətlərində göstərdiyi dəlilləri əsaslı hesab olunmaqla məhkəmənin bu iş üzrə qəbul etdiyi qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üz rə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həm in işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, ərizəçi notariat qaydasında ksero surəti təsdiq edilmiş Naxçıvan Şəhər XDM İK-in 20.12.1993-cü il tarixli, 517 nömrəli qərarına əsasən Naxçıvan şəhəri 59-cu məhəllə 34 nömrəli ünvanda yerləşən torpaq sahəsinin verilməsini özündə əks etdirən torpaq sahəsinin plan cizgisini ərizəsinə əlavə etmiş və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 24 may 2021-ci il tarixli 06/325 nömrəli məktubu ilə Ərizəçi əmlak üzərində yaranan hüquqlarının daşınmaz əmlakın dövlə t reyestrində qeydiyyata alınması üçün Xidmətin Naxçıvan şəhər İdarəsinə müracət etməli olması bildirilmiş, ərizəçi tərəfindən isə bu faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydasına əməl edilməyərək həmin xidmətə müraciət olunmamışdır (iş vərəqə 3, 27-28). Kollegiya işin şərh olunmuş hallarına və iddiaçının şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina etmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normasında müəyyən olunmuş əsasla düzgün olaraq ərizəni qəbul etməkdən imtina etsədə, digər əsasla aidiyyət məsələsinə dair normaya istinad etməklə Ərizəçi əgər ərizəçiyə mülkiyyət hüququnun tanınmasından imtina olunarsa, həmin inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etməsinin izah olunması nəticəsinə gəlməsini əsassız hesab edir. Belə ki, işə əlavə olunmuş sənədlərdən də göründüyü kimi ərizəçi mülkiyyət hüququnun tanınmasını deyil, Naxçıvan şəhəri 59-cu məhəllə 34 nömrəli ünvanda yerləşən torpaq sahəsinin verilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasının müəyyən olunmasını xahiş etmişdir. Belə olan halda işə baxan məhkəmə MPM-in 310-cu maddəsində müəyyən edilmiş mümkünlük şərtlərinin mövcudluğu baxımından ərizəyə qiymət verməli olduğu halda, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidi yyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndini səhv təfsir etməklə heç bir əsas və zərurət olmadan məhkəmə aidiyyəti məsələsini müzakirə etməklə ərizəçinin mülkiyyət hüququnun tanınmasından imtina olunarsa həmin inzibati orqanın hərəkətlərindən inzibati məhkəməyə müraciət etməli olmasına dair səhv nəticəyə gəlmişdir. Həmin qərarın 15.4-cü bəndində göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirs ə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İşə əlavə olunmuş sənədlərdən də göründüyü kimi bu işdə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə münasibətdə inzibati məhkəməyə aid iddia ərizəsinin ümumi məhkəməyə verilməsi halı mövcud deyil. Əksinə Ərizəçi ərizəsində Dövlət Arxivinə müraciət etdiyini, arxivin ona cavabında Naxçıvan Şəhər XDM İK-in 20.12.1993-cü il tarixli, 517 nömrəli qərarı ilə verilmiş torpaq sahələrinin siyahısında adına rast gəlinməməsini göstərib sonuncu həmin orqan tərəfindən torpaq sahəsinin verilməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ona gö rə də kollegiya göstərilən həmin əsasla razılaşmır və məhkəmənin gəldiyi həmin nəticəni əsassız hesab edir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına və apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb faktlar nöqteyinəzərindən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməklə əlaqədar düzgün nəticəyə gəlmiş və mahiyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qərardadı formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən Ərizəçi və Vəkil şikayəti təmin olunmamaqla məhkəmənin qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Ərizəçi və Vəkil şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(078)-950/2021 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar