Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-165/2025 06.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “işgüzar nüfuzun qorunması, mənəvi zərərin ödənilməsi” tələbinə dair (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması qərardadından şikayət) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “işgüzar nüfuzun qorunması, mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(078)1404/2025 nömrəli qərardadından İddiaçı tərəfi ndən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. İddiaçı Nəcəfov X1 Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən o və bir qrup işçi barəsində guya qanunsuz əməllərə yol verdikləri barədə 08 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilmiş məlumatlar (onun rüşvət alması və digər məlumatlar) ona aid hissədə təkzib edilməklə, cavabdehin üzərinə həmin orqana yazılı qaydada təkzib məktubu yazmaq vəzifəsinin qoyulmasını, həmin məlumatların onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab edilməsi və c avabdehdən ona vurduğu mənəvi zərərə görə 10000 (on min) manat pul tutulmaqla onun xeyrinə ödənilməsi və iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi, hüquqi sənədlərin (iddia ərizəsinin) tərtib olunmasına və digər sənədlərin toplanmasına görə cavabdehdən 100 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.
2. Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(078)-1404/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.
3. Həmin qərardaddan İddiaçı 13 oktyabr 2025-ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək şikayətinin təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)1404/2025 saylı, 29 sentyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işgüzar nüfuzun qorunması, mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şikayətin əsası kimi birinci instansiya məhkəməsinin qərardadında qeyd edilən sübutların siyahısının göstərilməməsi əsası ilə iddia ərizəsinin qaytarılması qanuni və əsaslı deyil, birinci intasiya məhkəməsi bu əsasla iddiaçının məhkəməyə müraciət hüququnu məhdudlaşdırmış, bəzi sübutların olmaması səbəbindən iddiaçı məhkəməyə bununla bağlı MPM-in 85.1-ci maddəsində nəzərdə tutulmuş sübutların təmin edilməsi barədə ərizə vermiş, belə olan halda da, iddiaçı tam olaraq sübutları iddia ərizəsində qeyd edə bilməzdi, bu əsasla id dia ərizəsini geri qaytaranda məhkəmə qərəzli olmuş, çünki cavabdeh mərkəzi icra hakimiyyəti orqanıdır və cavabdeh tərəfindən hər hansı yollarla məhkəməyə təzyiqlər göstərilmiş, formal əsasa görə iddianın geri qaytarılması iddiaçının məhkəməyə müraciət hüququnu məhdudlaşdırır, eyni zamanda məhkəmə qərardadında qeyd etmişdir ki, iddiaçı cavabdehin hüquqi ünvanını iddia ərizəsində göstərməmiş, cavabdehin hüquqi ünvanının iddia ərizəsində qeyd edilməməsi halı işə baxıldığı müddətdə cavabdehə məhkəmə bildirişlərinin çatdırılmasına, həmçinin cavabdehin nümayəndəsinin məhkəmədə iştirakına, yəni işin məhkəmədə ədalətli araşdırılmasına maneə yaradacaq haldır, cavabdeh mərkəzi icra hakimiyyəti orqanı olan Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyidir, orqan Naxçıvan şəhərində yerləşir, is tənilən poçt rabitəsi xidməti vasitəsilə cavabdehə məktub göndərildiyi halda, Naxçıvan şəhəri yazılsa belə məktub həmin orqana çatdırılacaqdı, çünki Naxçıvan şəhəri böyük şəhər deyil, həmin şəhərdə də mərkəzi ərazilərdə Nazirliklər yerləşir, poçt tərəfindən də, mütəmadi olaraq məktublar çatdırılır, eyni zamanda Azərbaycan Respublikasının və eyni zamanda Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının bütün məhkəmələrində “Elektron-məhkəmə” informasiya sistemi tətbiq olunur və bütün sənədlərin tərəflərə çatdırılması “Elektron-məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilir, kabinetdə işdə baxıldığı zaman müəyyən edilə bilər ki, birinci instansiya məhkəməsi tərəfindən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvət lər Nazirliyi proses iştirakçısı kimi sistemə əlavə edilmiş, belə olan halda da, kabinetə yerləşdirilən hər bildiriş dərhal cavabdehin kabinetinə yerləşdirilir, məhkəmə isə absurd bir yanaşma tətbiq edərək, qərardadında qeyd edir ki, cavabdehə məlumat verilmədiyi halda nümayəndəsi məhkəmə iclasında iştirak edə bilməyəcək, halbuki cavabdeh vətəndaş deyil, mərkəzi icra hakimiyyəti orqanıdır, dövlət qurumudur, məhkəmənin belə formal əsaslarla iddia ərizəsini geri qaytarması, hakimin işə baxılmasında qərəzli olduğu məsələsini gündəmə gətirir, ümumiyyətlə MPM-də iddia ərizəsində cavabdehin hüquqi ünvanının göstərilməsi qeyd edilməsə də, iddiaçı cavabdehin ünvanını, yəni Naxçıvan şəhərində yerləşməsini qeyd etmiş, bu əsas ümumiyyətlə məhkəmə araşdırması hüququnu poza bilməz, bu əsasla da, iddia ərizəsinin geri qaytarılması əsassızdır, həmçinin iddianın geri qaytarılması barədə qərardadda məhkəmə qeyd etmişdir ki, iddiaçı özünün rəsmi qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanları ayrı-ayrılıqda iddia ərizəsində göstərməmiş, iddiaçı bununla bağlı bildirir ki, hakimlər insan hüquqlarının bərpası sahəsində mühüm ictimai fiqurlardır, birinci instansiya məhkəməsinin hakiminin belə bir formal əsasa görə iddianı geri qaytarması qəbul edilən hal deyil, iddia ərizəsində iddiaçının ünvanı qeyd olunub, ünvan 2lik edildikdən sonra iddia ərizəsində göstərilən məlumatlar içərisində faktiki və qeydiyyat ünvanının göstərilməsi öz əksini tapmış, buna baxmayaraq iddiaçı ümumi şəkildə həm qeydiyyatda olduğu, həm də faktiki ünvanı olaraq bir ünvanı göstərmiş, zatən “Elektron-məhkəmə” informasiya s istemində olan məlumatlarda da, məhkəmə bunu görürdü, burada əsas məqsəd vətəndaş hüquqlarının pozulması deyil, bərpa olunmasıdır, məhkəmə isə qeydiyyat ünvanını görə-görə əsassız yerə iddia ərizəsini geri qaytarıb, iddiaçının faktiki ünvanı başqa ünvan olsaydı bunu iddia ərizəsində qeyd edərdi, bu əsas da, iddianın geri qaytarılması əsası ola bilməz, bu hakimin iddiaçıya qarşı qərəzli olmasından xəbər verir.
5. Naxçıvan Şəhər Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(078)-1404/2025 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. İİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
8. Maddə 149.2.2. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbil ərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir.
9. Maddə 149.2.3. Ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
10. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
11. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərar dad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. İİİ. Məhkəmə kollegiyasının mövqeyi
12. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qanunvericiliklə biri-birindən fərqləndirildiyindən ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini əsaslandıran sübutlar olduğu iddia ərizəsinin məzmununda ayrıca göstərilməlidir. İddia ərizəsi kağız daşıyıcıda verildikdə cavabdehlərin sayına görə həmin sübutların surətləri iddia ərizəsinə əlavə olunmalıdır. Bu normanın mülki prosessual qanunvericiliyə sonradan əlavə olunması məhkəməyə təqdim olunan sübutların sistemli, aydın və ardıcıl təqdimini təmin etmək, bununla da prosessual qənaət prinsipinə əməl etmək məqsədi daşıyır və iddia ərizəsinin prosessual baxımdan tamlığının şərti kimi çıxış edir. İddiaçı iddia ərizəsində müvafiq sübutların əlavə olunduğunu qeyd etsə də onların siyahısını iddia ərizəsində göstərməmişdir. İddia ərizəsinə sadəcə olaraq sənədlərin əlavə edilməsi, lakin siyahısının təqdim edilməməsi, məhkəməyə və tərəflərə sübutların hüquqi qiymətləndirməsini aparmaqda çətinlik yaradır. Sübutların siyahısı iddianın hüquqi əsaslarının düzgün formalaşması üçün əhəmiyyətlidir.
13. Kollegiya əlavə olaraq qeyd edir ki, qanunun aliliyi prinsipi hüququn üstünlüyünü təmin edir və məhkəmələrin normativ aktlara əsaslanaraq qərar çıxarmasını tələb edir. İddiaçı sübutları təqdim etsə də, qanunun tələb etdiyi formanı yerinə yetirmədiyinə görə bu, məcburi normanın pozulmasıdır və qanunun aliliyi naminə birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmalıdır.
14. Kollegiya həmçinin idiaçıya izah etməyi zəruri hesab edir ki, iddia ərizəsinin geri qaytarılması iddiaçının qərardadda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüqununu məhdudlaşdırmır.
15. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən İddiaçı tərəfindən həmin nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət oluna bilərdi. Buna görə də verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(078)-1404/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(078)-1404/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Mehman Allahverdiyev, Zamiq Əliyev