Məhkəmə qərarları › İş №2(108)-17/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-17/2022

18.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-17/2022 18.02.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, X3, iddiaçıların vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3 və X3 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilin sökülməsi və mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsindən iddi açılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3, X3 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızı, İddiaçı3 və X5 və iddiaçı X3 vəkili Vəkil1 Cavabdeh qarşı 17 may 2021-ci il tarixdə zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilin sökülməsi və mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla onların mülkiyyətində olan və Naxçıvan şəhəri Tumbul kəndində yerləşən 0.1127 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən tik ilmiş qanunsuz tikililərin sökülməsi və Cavabdeh onun mülkiyyətində olan həmin torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3, X3 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3, X3 vəkili və nümayəndəsi Vəkil1 16 noyabr 2021ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki k ollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddialarının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN299a 10307028 kod olan şəhadətnamədən aydın olur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə Babək rayonu Tumbul kəndində 0.11 hektar torpaq sahəsi İddiaçı1, X2, İddiaçı3 və X3 mülkiyyətlərinə verilmişdir. Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsi (torpağın mülkiyyətə verilməsinə dair JN 299A nömrəli şəhadətnamə əsasında) Naxçıvan M R Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 nömrəli reyestrlə İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır. Qeydiyyata alınmış 1127.39 kv.metr torpaq sahəsi üzərində tikinti altı sahəsi 160 kv.metr yaşayış evi və tikinti altı sahəsi 72.56 kv.metr tövlə tikilisi aşkarlanmışdır. Həmin tikililər Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata alınmamışdır. Mübahisəli torpaq sahəsi ilə bağlı münasibətlər 1995-ci ildə yaranmışdır, həmin dövrdə 1964-cü ilin Mülki Məcəlləsi qüvvədə olmuşdur və iş üzrə həmin Məcəllənin 228-ci maddəsi tətbiq olunur, yəni alğı-satqı ilə bağlı müddəalar. Halbuki cavabdeh tərəfindən sahənin satın alınması, pulun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı bir yazılı sübut təqdim olunmadığı halda məhkəmənin olmayan əqdə münasibət bildirməsi yanlış bir nəticədir. Məhz həmin dövrdə də özbaşına aparılmış tikili barədə müddəalar qanunvercilikdə nəzərdə tutulmuşdu. Məhkəmə yalnız İddiaçı1 izahatına istinad edərək iddia tələbini rədd etmiş, bununla da yanlış bir nəticəyə gəlmişdir. Digər mülkiyyətçilərin razılığı olmadığı halda Habilin torpaq sahəsində evin tikilməsinə bacısına razılıq verməsi absurddur. İddia tələblərinin rədd etməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayırlar. İddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edirlər. Məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə et mək üçün ilk öncə məhkəməyə müraciət etməli, məhkəmə tikinti aparılmış torpaq sahəsinin həmin şəxsin mülkiyyətində olmasını və digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmamasını və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasını araşdırmalıdır. Buna baxmayaraq məhkəmə, məhkəmə baxışı iclasında onların ifadələrini obyektiv qiymətləndirməyərək ziyanlarına qərar qəbul etmişdir. Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilsə də ki, mübahisə olunan torpaq sahəsi Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə paylı mülkiyyət olaraq iddiaçıların, dörd nəfərin mülkiyyətinə verilib, lakin məhkəmə qətnamə qəbul edərkən iddia tələbinin iddiaçılar X5, X4 və İddiaçı3 aid hissədə əlaqəli şəkildə araşdırıb qeyd edir ki, iddiaçılar Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən hazırki vəziyyətdə zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma ilə əlaqədar tələb etmək hüququna malik olmamaqla bu cür subyektiv hüququn daşıyıcısı ola bilməzlər və bunu da əsas gətirərək onlar tərəfindən məhkəməyə təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməməklə iddia tələbini rədd etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlakın alğı-satqısından bəhs edən 228-ci maddəsinə istinad edərək torpaq sahəsinin alğı-satqının və bağışlamanın predmeti olmamasından bəhs e dir. Halbuki həmin hüquq normasının mövcud mübahisənin məzmununa aidiyyəti yoxdur. Apellyasiya şikayətinə qarşı heç bir etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə İddiaçı3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq 18.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişdir. Kollegiya mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən İddiaçı3 iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasındakı izahatında iddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızı, X5, iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatlar verməklə Naxçıvan Şəhər Məh kəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddialarının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Məhkəmə baxışı iclasındakı izahatlarında Cavabdeh və cavabdehin vəkili Vəkil2 İddiaçı1 qarşı Naxçıvan Şəhər Məhkəməsində əmlaka (yaşayış binasına, həyətin abadlaşdırılmasına, hasar və köməkçi tikililərə) çəkilmiş xərcin və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırdıqlarını, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək həmin mülki işin icraatının dayandırıldığını qeyd edərək apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamaqla Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kolle giyadan xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, mülki iş üzrə tərəflərin iz ahatlarını dinləyib Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Hazırki mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarı ilə Babək rayonu Tumbul kəndində 0.11 hektar torpaq sahəsinin İddiaçı1, X2 İddiaçı3 və X3 mülkiyyətlərinə verilmiş, Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 nömrəli reyestrlə İddiaçı1 adına dövlət qeydiyyatına alınmış, Cava bdeh Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsi üzərində hər hansı hüququ olmamış, cavabdeh tərəfindən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikililər tikilmişdir. Mülki işin mübahisələndirilən halını İddiaçı1 Cavabdeh Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində tikililər tikməsinə razılıq verməsi təşkil edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010cu il tarixli Qərarında daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.”. İş materiallarında olan Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə Babək rayonu Tumbul kəndində 0.11 hektar torpaq sahəsi İddiaçı1, X2, İddiaçı3 və X3 mülkiyyətlərinə verilmişdir. Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 nömrəli reyestrlə İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır. Bundan başqa Cavabdeh İddiaçı1 şifahi razılığı əsasında İddiaçı1 mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində tikililər tikməsini qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisi Həsən Mahmu dovun 09.09.2021-ci il tarixli, 172 saylı rəyinə əsasən Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 nömrəli reyestrlə İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır. Qeydiyyata alınmış 1127.39 kv.metr torpaq sahəsi üzərində tikinti altı sahəsi 160 kv.metr yaşayış evi və tikinti altı sahəsi 72.56 kv.metr tövlə tikilisi aşkarlanmışdır. Həmin tikililər Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata alınmamışdır. Mütəxəssis rəyində qeyd olunan həmin tikililər cavabdeh tərəfindən tikilmişdir. Həmin rəylə də bu tikililərin özbaşına tikililər olması bir daha təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsin ə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə Cavabdeh tərəfindən özbaşına tikinti Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ndə **********24 nömrəli reyestrlə İddiaçı1 adına dövlət qeydiyyatına alınan Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində aparılmışdır. Həmin iddiaçının da yuxarıda qeyd olunan hüquq normalarına əsasən cavabdehdən qanunsuz tikililərin sökülməsini və cavabdehin həmin torpaq sahəsindən məcburi çıxarılmasını tələb etmək hüququ var. O cümlədən apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı Cavabdeh İddiaçı1 qarşı Naxçıvan Şəhər Məhkəməsində əmlaka (yaşayış binasına, həyətin abadlaşdırılmasına, hasar və köməkçi tikililərə) çəkilmiş xərcin və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırdığı, həmin iddia tələbinin İddiaçı1 mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq s ahəsi üzərində Cavabdeh tərəfindən tikilmiş tikililərin sökülməsi ilə bağlı olduğu müəyyən edilmişdir. Bu da bir daha cavabdehin İddiaçı1 mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində qanunsuz tikililər tikdiyini, həmin torpaq sahəsindən çıxmaq fikrində olduğunu və torpaq sahəsinə onun heç bir hüququnun olmadığını təsdiq edir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh Babək rayonu Tumbul kəndində 0.11 hektar torpaq sahəsi üzərində hüququnun olmaması, onun tərəfindən İddiaçı1 mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində tikilmiş tikililərin özbaşına tikililər olması nəzərə alınmamış, İdd iaçı1 birinci instansiya məhkəməsindəki izahatında şifahi olaraq cavabdehə 1995-ci ildə Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində ev tikməsinə razılıq verməsini bildirməsi əsas gətirilərək iddia tələbi rədd edilmişdir. Halbuki bu cür razılıq yazılı formada olmamış, bu razılığı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı tərəfindən iddia tələbindən həmin hissədə imtina olunmasına dair məhkəməyə hər hansı ərizə verilməmişdir. Bu da İddiaçı1 cavabdehə Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində ev tikməsinə razılıq verməsini şübhə altına qoyur. Bu yalnız cavabdehin subyektiv xarakterli mülahizəsidir, məhkəmə tərəfindən tərəflərin subyektiv mülahizələri sübut kimi q iymətləndirilə bilməz. Məhkəməyə faktı təsdiq edəcək obyektiv sübutlar təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı eti razını əsaslandıran halları sübut etməlidir. Apellyasiya şikayətində qeyd olunan iddiaçılar X3, X2 və İddiaçı3 zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma ilə əlaqədar tələb etmək hüququna malik olmamaqla bu cür subyektiv hüququn daşıyıcısı ola bilməməsi dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq çıxardığı qətnaməsində iddiaçılar X3, X2 və İddiaçı3 iddia tələbi ilə bağlı subyektiv hüququnun olmadığını qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya onu d a qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin adı “zəbt olunmuş torpaq sahəsi üzərində olan tikililərin sökülməsi və mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılma” kimi qeyd olunsa da iddianın predmetini Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan və Naxçıvan şəhəri Tumbul kəndində yerləşən 0.1127 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin sökülməsi və Cavabdeh iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən məcburi çıxarılması təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına əsasən mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlilləri Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsinin qismən ləğvi üçün əsas təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəm əsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3 və X3 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilin sökülməsi və mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3, X3 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 09 sentya br 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsi “İddiaçı1 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin” hissəsində ləğv edilməli, iddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3 və X3 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikililərin sökülməsi və mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılması tələbi qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan və Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpa q sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililər sökülməli və Cavabdeh İddiaçı1 mülkiyyətində olan həmin torpaq sahəsindən məcburi çıxarılmalı və Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Şərh edilənlərə əsasən və Mülki Prosessuаl Məcəllənin 382, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i: İddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3 və X3 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikililərin sökülməsi və mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3, X3 vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsi “İddiaçı1 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin” hissəsində ləğv edilsin. İddiaçılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızının, İddiaçı3 və X3 Cavabdeh qarşı zəbt olunmuş torpa q sahəsi üzərində olan tikililərin sökülməsi və mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılması tələbi qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan və Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə 2/6 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililər sökülsün və Cavabdeh İddiaçı1 mülkiyyətində olan həmin torpaq sahəsindən məcburi çıxarılsın. Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan M uxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar