Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-171/2024 07.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Babək Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(079)-612/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İşin halları: Babək Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(079)-612/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X7 qarşı “paylı mülkiyyətdə olan torpaq və üzərində yerləşən əmlakda payının ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Şikayətin dəlilləri: Məhkəmənin qərardadından narazı qalan İddiaçı 18 sentyabr 2 024-cü ildə şikayət ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin e-2(079)-612/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və İddiaçı təqdim etdiyi arxiv arayışının nəzərə alınmaqla bu iş üzrə iddiasının icraata qəbul edilməsini xahiş etmişdir. 19 sentyabr 2024-cü il tarixdə Babək Rayon Məhkəməsində şikayətə baxılaraq şikayət əsaslı hesab edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, 17 iyul 2014-cü il tarixində Naxçıvan MR DƏDRX tərəfindən xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş, reyestr № **********09-10301, çıxarış № ******* ola n, 0.1472 ha torpaq sahəsində yerləşən, 1-(2) mərtəbəli, 4 otaqlı, 100.45 kv.m yaşayış, 71.71 kv.m isə köməkçi sahədən ibarət olmaqla, ümumilikdə 172.16 kv.m sahədən ibarət fərdi yaşayış evini 272713 nömrəli alqı-satqı müqaviləsi əsasında X2 5200 (beş min iki yüz) manat ödəməklə Bayramova Arifə və Bayramova Tərifənin paylarına çatan 1/8-lik hissəni isə onlarda saxlamaqla, X8 və X3 paylarına düşmüş olan 7/8-lik hissəni satın almış, bununla da sözügedən daşınmaz əmlak paylı mülkiyyət hesab olunur. İddiaçı kimi Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin daşınmaz əmlakın ona məxsus olan 7/8-lik hissəsinin paylı mülkiyyət kimi bölünməsini, yəni onun payına düşən hissənin ayrılaraq onun xüsusi mülkiyyətinə çevrilməsini xahiş etmişdir. (Mülki Məcəllə, maddə 220.3) 12 sentyabr 2024cü il tarixdə Babək Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etmədi. Məhkəmə hesab edib ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun verilməyib. Buna görə də iş icraata qəbul edilməməlidir. xx.xx.2024-cü il tarixində elektron məhkəmə sistemi vasitəsilə göndərdiyi iddia ərizəsində də qeyd etdiyi kimi cavabdeh X4 şəxsiyyət vəsiqəsinin məlumatları, əlaqə nömrəsi, yaşayış yeri haqqında arayışı, habelə vərəsəlik haqqında məlumatlarını əldə etmək səlahiyyəti xaricindədir. Lakin daha sonra Naxçıvan MR Dövlət Arxivinə müraciət edərək cavabdehin qeydiyyatda olduğunun məlum olduğu sonuncu yer haqqında məlumatı əldə edə bilmiş və bu məlumatın da nəzərə alınması üçün həmin arayışı məhkəməyə təqdim edir. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə ki, cavabdeh X4 yaşayış yeri məlum deyildir, hətta onun qardaşı belə illərdir ki, bu barədə məlumatsızdır. Cavabdehin yaşayış yeri məlum olmadığından və Dövlət Arxivi tərəfindən verilmiş arayışda cavabdehin sonuncu qeydiyyatda olduğu ünvanının ünvan 1dın ləğv edilməsi və iddiasının icraata qəbul edilməsi üçün hüquqi əsaslar mövcuddur. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyas ı məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 17 iyul 2014-cü il tarixində Naxçıvan MR DƏDRX tərəfindən xx.xx.2011ci il tarixdə ********** qeydiyyat nömr əsi ilə verilmiş, reyestr № **********09-10301, çıxarış № ******* olan, 0.1472 ha torpaq sahəsində yerləşən, 1-(2) mərtəbəli, 4 otaqlı, 100.45 kv.m yaşayış; 71.71 kv.m isə köməkçi sahədən ibarət olmaqla, ümumilikdə 172.16 kv.m sahədən ibarət fərdi yaşayış evini 272713 nömrəli alqı-satqı müqaviləsi əsasında X2 5200 (beş min iki yüz) manat ödəməklə aldığı və faktiki istifadəsində olan paylı mülkiyyətin onun payına düşən 7/8-lik hissəsinin ümumi mülkiyyətdən ayrılaraq ayrıca onun xüsusi mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya İddiaçı şikayətinə əlavə etdiyi Babək rayonunun Cəhri kəndinin 1972-1974cü illərə dair təsərrüfatbaşına kitabında mərhum X5 ailə başçısı olmaqla ailə üzvlərinin adlarının qeyd olunmasına dair Naxçıvan Muxtar Respublikası Dövlət Arxi vinin xx.xx.2024-cü il tarixli, 13/1361 nömrəli arxiv arayışı iddia ərizəsində cavabdeh kimi göstərilmiş X4 hazırda rəsmi qeydə alındığı yaşayış yerinin Babək rayonunun Cəhri kəndi olması və həmin arayış əsasında iddia ərizəsinin icraata qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşə əlavə olunmuş “Elektron Məhkəmə” Sistemində olan məlumatdan görünür ki, X4 şəxsiyyət vəsiqəsi məlumatlarının aktiv və p assiv sənədlər bölməsində axtarış verilərkən onun şəxsiyyəti haqqında heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci və 149.2.3-cü maddələrinin tələbinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən İddiaçı şikayətdə göstərilmiş həmin dəlillərini əsassız hesab edir. Kollegiya işin araşdırılmış hallarına əsasən belə hesab edir ki, İddiaçı şikayətində göstərdiyi dəlillər Babək Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(079)612/2024 nömrəli qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 12 sentyabr 2024cü il tarixli, e-2(079)-612/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 263-264, 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı şikayəti təm in edilməsin. Babək Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2(079)-612/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-171/2024
Ali Məhkəmə Qərardad — İş №2(108)-171/2024
07.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver