Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-174/2025 05.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı qeyri-yaşayış sahəsinə zəruri yol və keçidin verilməsi tələbi (Açar sözlər: birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəyə uyğun tərtib edilmədiyindən və qanunvericiliklə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd şikayətə əlavə edilmədiyindən onun qeyri-mümkün sayılması) Hakimlər Əliyev Zamiq Xudaverdi oğlunun (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı qeyri-yaşayış sahəsinə zəruri yol və keçidin verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(090)-144/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü məhkəmənin inzibati binasında yoxlayıb müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
1. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 29” may 2025-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 mülkiyyət hüququ ilə məxsus olan Şahbuz şəhəri, H.Əliyev prospekti, 33 ünvanında yerləşən 5 7.8 kvadrat metr qeyri-yaşayış sahəsinə (ikinci mərtəbəyə) cavabdeh tərəfindən zəruri yol və keçidin verilməsi, ikinci mərtəbəyə gediş-gəliş üçün həmin hissənin servitutla yüklü edilməklə buna zəruri şəraitin yaradılması, İddiaçı3 mülkiyyət hüququ ilə məxsus olan Şahbuz şəhəri, H.Əliyev prospekti, 33 ünvanında yerləşən 27.52 kvadrat metr qeyri-yaşayış sahəsinə (ikinci mərtəbəyə) və 16.50 kvadrat metr qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən zəruri yol və keçidin verilməsi, ikinci mərtəbəyə gediş-gəliş üçün həmin hissənin servitutla yüklü edilməklə buna zəruri şəraitin yaradılması, Abbas Əfrəddin oğluna mülkiyyət hüququ ilə məxsus olan Şahbuz şəhəri, H.Əliyev prospekti, 33 ünvanında yerləşən 7.6 kvadrat metr qeyri-yaşayış sahəsinə (ikinci mərtəbəyə) cavabdeh tərəfindən zəruri yol və keçid in verilməsi, ikinci mərtəbəyə gediş-gəliş üçün həmin hissənin servitutla yüklü edilməklə buna zəruri şəraitin yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iş vərəqə 16).
2. Şahbuz Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(090)-144/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçılar tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun onlara aid edilməsi qət edilmişdi (iş vərəqə 175-180). b) Məhkəmə aktından verilən şikayət
3. Şahbuz Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(090)-144/2025 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, ikinci mərtəbəyə qalxmaları üçün əgər deyilən yol varsa həmin yolun açılmas ına, yoxdursa onların gedişinin təmin olunmasına köməklik göstərilməsini xahiş etmişlər (iş vərəqə 188-190).
4. Apellyasiya şikayəti mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “04” noyabr 2025-ci ildə daxil olmuşdu. İİ. Apellyasiya yoxlanılması instansiyası məhkəməsində apellyasiyanın mümkünlüyünün
5. Apellyasiya şikayətini qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
6. Həmçinin həmin Məcəllənin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
7. Sözügedən Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələ bindən çıxış edərək kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin həmin Məcəllənin 357-ci (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360-cı (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu və ona əlavə edilməli sənədlər) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
9. İddiaçıların verdiyi apellyasiya şi kayətini mülki prosessual qanunvericiliyin tələbləri daxilində yoxladıqda, mülki iş materiallarına əlavə edilmiş sənədləri, həmçinin "Elektron məhkəmə" informasiya sistemində olan məlumatları (birinci instansiya məhkəməsi-digər sənədlər-apellyasiya şikayəti) nəzərdən keçirdikdə aydın olur ki, iş materiallarına iddiaçılar tərəfindən verilmiş iki apellyasiya şikayəti əlavə edilmişdi. Bu sənədlərdən biri fiziki, digəri isə elektron imza ilə iddiaçılar tərəfindən imzalanmışdı.
10. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 11. -10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimi yyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 12. -10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 13. -10-1.7-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vas itələrindən istifadə edilir.
14. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli, 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 6.1 və 6.1.11-ci bəndlərindən müəyyən edilir ki, informasiya sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi informasiya sistemi vasitəsilə təmin edilir.
15. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti elektron sənəd formasında tərtib edilməli olduğundan kollegiya bildirir ki, elektron sənədə dair tələblər və onun quruluşu isə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 21 və 22-ci maddələri ilə tənziml ənir.
16. Belə ki, həmin Qanunun 21.1-ci maddəsinə görə elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 17. -texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 18. -bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 19. -identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 20. -texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır.
21. Sözügedən Qanunun 22-ci maddəsinin tələbinə görə elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənəd in xüsusi hissəsində qeyd olunur.
22. Qanunvericiliyin tələbindən görünür ki, apellyasiya şikayəti "Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarına uyğun, yaradılmış elektron kabinet vasitəsi ilə, yazılı formada, gücləndirilmiş elektron imzadan istifadə etmək şərtlərinə birlikdə əməl edilərək verildikdə onun icraata qəbul edilməsi mümkündür.
23. Kollegiya iddiaçıların nəzərinə çatdırır ki, mülki prosessual qanunvericilik apellyasiya şikayətinin elektron qaydada tərtib edilməsini və elektron imzadan istifadə etməklə onun imzalanmasını nəzərdə tutduğundan, apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məhz iş materiallarına əlavə edilmiş və elektron qaydada tərtib edilmiş apellyasiya şikayəti əsasında həyata keçirilmişdi. Yəni sözügedən prosessual hərəkətin aparılması z amanı fiziki imza ilə imzalanmış apellyasiya şikayəti nəzərə alınmamışdı.
24. İddiaçıların elektron imzadan istifadə etməklə verdiyi apellyasiya şikayətini mülki prosessual qanunvericiliyin tələbləri daxilində yoxladıqda aydın olur ki, onun məzmunu qanunvericiliyin tələblərinə cavab vermir.
25. Belə ki, Mülki-Prosessual Məcəllənin 361.1-ci maddəsinin məzmunundan məlum olur ki, apellyasiya icraatının başlanmasına əsas olan prosessual sənəddə, yəni apellyasiya şikayətində qeyd edilməli olan məlumatların dairəsi imperativ olaraq müəyyən edilmişdi. Həmin normaya görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
26. Bundan başqa Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində qeyd edilməli məlumatlar və onların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavədə həmçinin tələb olunur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilm əli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
27. İddiaçı3, İddiaçı2 və İddiaçı1 elektron qaydada tərtib etdiyi apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normalarla əlaqəli şəkildə tədqiq etdikdə görünür ki, sözügedən prosessual müraciət ümumiyyətlə Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun hazırlanmayıb.
28. Məhkəmə apellyasiya şikayəti verən şəxslərin nəzərinə çatdırır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə mülki məhkəmə icraatı üzrə hər instansiya məhkəməsində icraatın başlanmasına əsas olan prosessual sənəd var. Bu müvafiq olaraq birinci instansiya məhkəməsində iddia ərizəsi və ya ərizə, apellyasiya instansiya məhkəməsində apellya siya şikayəti və ya şikayət, kassasiya instansiyası məhkəməsində isə kassasiya şikayətidir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbindən aydın olur ki, icraatın başlanmasına əsas olan sənədlərin forma və məzmununa əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir (MPM 149, 284-3, 361 və 407). Buna əməl edilməməsi isə müvafiq prosessual sənədin geri qaytarılması, habelə birinci instansiya məhkəməsində icraatın mərhələsindən asılı olaraq baxılmamış saxlanılması ilə nəticələnir.
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.1-1-ci maddələrinin mahiyyətinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
30. Bundan başqa apellyasiya instansiya məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edərkən əməl olunmalı prosessual qanunvericiliyin tələblərdən biri icraatın başlanmasına səbəb olan prosessual sənədə (hazırkı iş üzrə şikayətə) qanunvericiliklə dairəsi müəyyən edilmiş zəruri sənədlərin əlavə edilməsidir.
31. Apellyasiya şikayətinə əlavə edilməli sənədlərin siyahısı Mülki-Prosessual Məcəllənin 361.2 və 361.3-cü maddələrində öz əksini tapıb ki, həmin prosessual normaların mahiyyətinə görə apellyasiya şikayəti qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verildikdə, apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmçinin şikayətə dövlət rüsumunun ödən ilməsini təsdiq edən sübutlar əlavə edilir.
32. İddia tələbindən aydın olur ki, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı qeyriyaşayış sahəsinə zəruri yol və keçidin verilməsini tələb edir, yəni iddianın predmetini qiymətləndirilməyən iddia təşkil edir.
33. Məhkəmə apellyasiya şikayəti vermiş tərəfin nəzərinə çatdırır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun miqdarı 100 (bir yüz) manatdır.
34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35. -51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir; 36. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 37. -226.1-ci maddəsində qeyd edilir ki, məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir.
38. Göstərilən prosessual normaların ümumi mahiyyəti onu deməyə imkan verir ki, prosessual birgə iştirakçılıq mövcud olduğu halda hər bir iddiaçının tələbi müstəqil xarakter daşıyırsa, yekunda məhkəmə tərəfindən onların hər birinin tələbinə hüquqi qiymət verilməli və tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu həll edilməlidir. Bu isə onu özündə ifadə edir ki, hər bir iddiaçı öz tələbinə münasibətdə qanunvericiliklə müəyyən edilmiş miqdarda dövlət rüsumunu ödəməlidir. 39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun miqdarı həmin Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi təşkil etməsi qeyd edilmişdi. Şahbuz Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(090)144/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilsə də, mülki iş materiallarından aydın olur ki, istər iddia ərizəsinin, istərsə də apellyas iya şikayətinin verilməsi zamanı iddiaçılardan yalnız İddiaçı2 dövlət rüsumu ödəmişdi. Halbuki, qanunvericiliyin tələbinə görə iddia ərizəsinin verilməsi zamanı hər bir iddiaçı 100 (bir yüz) manat (ümumilikdə isə 300 (üç yüz) manat), apellyasiya şikayətinin verilməsi zamanı isə hər bir şikayət edən şəxs 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəməli idi. Bu fakt isə onu deməyə imkan verir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməmişdi.
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.2-ci maddələrinin tələbindən görünür ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə m öhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən normalarına görə apellyasiya şikayətinin həmin Məcəllənin tələblərinə riayət edilmədən verilməsi onun birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmasına əsas olsa da, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir.
42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Şahbuz R ayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(090)-144/2025 nömrəli qətnaməsindən mülki iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
43. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
44. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsini n şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
45. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
46. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263-264, 358.0.3, 361, 365, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq İİİ. Apellyasiya instansiyası yoxlanılması üzrə gəldiyi nəticə məhkəməsinin apellyasiyanın mümkünlüyünün qəraraaldı: İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı qeyri-yaşayış sahəsinə zəruri yol və keçidin verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(090)-144/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev