Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-175/2021 29.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2021ci il tarixli, 2(078)-1023/2021 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və qızına mərhum X2 adına olan, Naxçıvan şəhəri, H.Əli yev prospekti, ev 22, 4 nömrəli mənzildən yaşayış və istifadə hüququ verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(078)-1023/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmış, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilmələri izah edilmişdir. Məhkəmənin qərardadından narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 07 sentyabr 2021-ci il tarixli şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(078)-1023/2021 nömrəli qərardadının ləğv olunmasını, işin icraata qəbul olunmasını xahi ş etmişdir. Naxçıvan Şəhər Məhkəməsi 13 sentyabr 2021-ci il tarixli, 2(078)-1023/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması” barədə 01 sentyabr 2021-ci il tarixli, 2(078)-1023/2021 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 verdikləri şikayət əsaslı hesab edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. İddiaçılar şikayətini onunla əsaslandırmışlar ki, qərarda iddia ərizəsinin qaytarılması üçün əsas kimi sözügedən mənzilin cavabdehin, həmçinin mərhum X2 adına olmasına dair iddia ərizəsinə sənəd əlavə edilmədiyi qeyd olunmuşdur. Bildi rirlər ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 11 avqust 2021-ci il tarixli 13/906 nömrəli arayışına əsasən həmin mənzil 5 nəfər ailə tərkibi ilə uzun müddət orada yaşayan X3 adına rəsmiləşdirilməsi qeyd olunmuşdur. Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 27 iyun 1971-ci il tarixli 160 nömrəli qərarında Naxçıvan şəhəri, Nizami küçəsi, 4 nömrəli binanın 4 nömrəli mənzilində (indiki H.Əliyev prospekti, bina 22, mənzil 4) yaşayan X2 şəxsi mənzil tikdirib ora köçməsinə görə X4 verilmişdir. Cavabdeh ev verilən şəxsin ailə üzvüdür və haliyyədə mənzilin pasport qeydiyyatındadır. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 04 fevral 2021-ci il tarixli 04/68 nömrəli məktubunda H.Əliyev prospekti, bina 22-də yerləşən mənzillərin 90-cı illərd ə özəlləşməsi, lakin mülkiyyət hüququ ilə X3 adına mülkiyyət hüququnun qeydə alınmaması göstərilmişdir. Lakin mülki işə təqdim etdiyi sənədlərdə X3 mənzilin icarədarı olması sübuta yetirilir. Apellyasiya baxışı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 29 sentyabr 2021-ci il tarixli ərizəni kollegiyaya təqdim edərək Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(078)-1023/2021 nömrəli qərardadından verdikləri şikayətdən imtina etdiklərini bildirərək şikayətdən imtinanın qəbul edilməsini və şikayət üzrə apellyasiya icraatına xitam verilməsini kollegiyadan xahiş etdilər. Kollegiya iş üzrə məruzəçinin məruzəsini dinləyib, iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayətdən imtina barədə 29 sentyabr 2021-ci il tarixli ərizəsini müzakirə edərək, belə hesab edir ki, iddiaçılar İddiaçı1 və İdd iaçı2 şikayətdən imtinasının rədd edilməsi üçün əsaslar olmadığından, yəni, şikayətdən imtina qanuna uyğun olduğundan və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli və iddiaçılara münasibətdə şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci fəsli olan “Birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi” fəslində qərardadlardan verilmiş şikayətlərdən imtina olunması və bununla bağlı tənzimlənmə qaydaları nəzərdə tutulmasa da, həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edə bilər. Buna görə də kollegiya hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(078)-1023/2021 nömrəli qərardadından verdikləri şikayətdən imtina etməsinə münasibətdə analogiya üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina ilə əlaqədar normaları tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.3-cü maddəsinin tələ binə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2021ci il tarixli, 2(078)-1023/2021 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətdən iddiaçılar İddiaçı1 və İddiaçı2 imtinası qəbul edilsin və iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-175/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-175/2021
29.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver