Məhkəmə qərarları › İş №2(108)-178/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-178/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-178/2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) 28.11.2025 Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli, e-2(089)-165/2025 nömrəli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət

1. İddiaçı vəkili və nümayəndə si Vəkil vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat borcun, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 92 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Culfa Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, e-2(089)-165/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 7000 manat pul və ödənilmiş 92 manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilmişdir.

3. Həmin qətnamədən cavabdehin vəkili və nümayəndəsi 24 oktyabr 2025-ci il tarixdə apellyasiya şikayəti verərək Culfa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(089)-165/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmənin 24 oktyabr 2025-ci il tarixli, e-2(089) -165/2025 nömrəli qərardadı ilə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayəti apellyasiya şikayətinin müəyyən olunmuş müddət keçdikdən sonra verilməsi əsası ilə geri qaytarılmışdır.

5. Həmin qərardaddan cavabdehin vəkili və nümayəndəsi məhkəməyə şikayətlə müraciət edərək Culfa Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli, e-2(089)165/2025 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Şikayətin əsası kimi göstərilmişdir ki, məhkəmə öz qərardadında qeyd etmişdir ki, qətnamə poçt vasitəsilə 08 sentyabr 2025-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu, yaşadığı Culfa rayon Bənəniyar kəndinə göndərilmiş, qətnamə “bu ünvanda ya şamır” qeydi ilə poçt vasitəsilə məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi cavabdeh həqiqətən də Naxçıvan MR-də yaşamır, səhhəti ilə bağlı problemləri olduğundan bir müddətdir ki, müalicə alır, bu səbəbdən cavabdeh nəinki qətnamədən, ümumiyyətlə məhkəmə iclaslarından məlumatlı olmamış, qətnamənin fotoşəkli çəkilərək mobil telefon nömrəsinə göndərildiyi qeyd edilsə də həmin mobil nömrə cavabdehin istifadəsində olmamış, fotoşəkilin çəkilərək hər hansı bir telefon nömrəsinə qətnamənin göndərilməsi məhkəmə sənədinin rəsmi qaydada çatdırılması və tərəfə verilməsi hesab edilə bilməz. Çünki qanunvericilikdə məhkəmə sənədlərinin fotoşəklinin çəkilərək tərəfə çatdırılması nəzərdə tutulmamış, qətnamədən iş icraya yönəldikdən sonra məlumatlı olmuş və dərhal apellyasiya şikayətini də təqdim etmişd ir.

7. Culfa Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2(089)-165/2025 nömrəli qərardadı ilə şikayət əsassız hesab edilərək işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. İİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

12. Maddə 135.3. Məhkəmə sənədlərinin çat dırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

13. Maddə 135.5. Bu Məcəllənin 135.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

14. Maddə

360. Apellyasiya ş ikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İİİ. Məhkəmə kollegiyasının mövqeyi

15. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Culfa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(089)-165/2025 nömrəli qətnaməsi poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə cavabdehin qeydiyyat ünvanına göndərilmiş, göndəriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, qətnamə cavabdehə təqdim edilməsi üçün xx.xx.2025-ci il tarixdə Culfa Rayon İcra Hakimiyyətinin Bənəniyar kənd İƏD üzrə nümayəndəliyinə göndərilmiş, nümayəndəliyin məktubuna əsasən qətnamə xx.xx.2025-ci il tarixdə cavabdehə məxsus ********** mobil nömrə ilə əlaqə saxlanılaraq çatdırılmış, qətnamənin surəti cavabdehin mobil telefonuna göndərilmişdir.

16. İş m aterialına əlavə olunmuş elektron məhkəmə sistemindən çıxarılmış əlaqə məlumatlarından görünür ki, ********** mobil nömrə həqiqətən də cavabdehə məxsusdur. İşdə təsdiqini tapmışdır ki, qətnamə MPM-in 135.3-cü maddəsində nəzərdə tutulmuş qaydada Culfa Rayon İcra Hakimiyyətinin Bənəniyar kənd İƏD üzrə nümayəndəliyinə təqdim edilmişdir. MPM-nin 135.5-ci maddəsinə əsasən bu halda qətnamə rəsmi qaydada verilmiş hesab olunur.

17. Cavabdeh şikayətində göstərdiyi qətnamədən iş icraya yönəldikdən sonra məlumatlı olması ilə bağlı dəlilinə münasibətdə kollegiya hesab edir ki, qətnamə MPM 135.3-135.5-ci maddələrinin tələbinə əsasən cavabdehə 19 sentyabr 2025-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş hesab olunur, apellyasiya şikayəti isə 24 oktyabr 2025-ci il tarixdə verilmişdir. Yəni, apellyasiya şi kayətinin verilməsi üçün qanuni olaraq nəzərdə tutulmuş 1 aylıq müddət açıq-aşkar keçmişdir.

18. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri iş materialları ilə təsdiq olunmadığından birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Buna görə də verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli, e-2(089)-165/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlan ılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Mehman Allahverdiyev, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar