Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-179/2024 22.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, fərdi yaşayış evindən və torpaq sahəsindən məcburi çıxarılması, fərdi yaşayış evinin boşaldılması və fərdi yaşayış evinə məcburi köçürülmə tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(078)-1358/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İdd iaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvagir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 “yaşayış və istifadə” hüququna bazar qiymətinə uyğun müvafiq kompensasiya ödənilməklə xitam verilməsi, iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən öz hesablarına boşaldılması, iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məcburi qaydada çıxarılması və iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvagir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının məcburi qaydada köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(078)-1358/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, fərdi yaşayış evindən və torpaq sahəsindən məcburi çıxarılması, fərdi yaşayış evinin boşaldılması və fərdi yaşayış evinə məcburi köçürülmə tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçının vəkili və nümayə ndəsi Vəkil 25 sentyabr 2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(078)-1358/2024 nömrəli qərardadının (iddia ərizəsinin geri qaytarılması barədə) ləğv olunması, iddia ərizəsinin icraata qəbul edilməsi və iddia ərizəsinin məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e-2(078)-1358/2024 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək, şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil şikayətində qeyd etmişdir ki, məhkəmə hazırda mübahisə olunan qərardadında AR MPM-nin 149-cu maddəs inin tələblərinə uyğun olaraq ərizənin tərtib edilmədiyini qeyd etmiş və konkret olaraq tələbin (iddianın qiymətinin) qeyd olunmadığını əsas gətirərək ərizəni geri qaytarmışdır. Bununla bağlı qeyd etmək istəyir ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə tam əməl olunmaqla verilmiş, iddianın predmeti və cavabdehlərə (əgər cavabdehlər 1-dən çoxdursa) onlara qarşı yönələn tələb ayrı-ayrılıqda qeyd olunmuşdur. Burada mübahisə predmeti yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, fərdi yaşayış evindən məcburi çıxarılma və fərdi yaşayış evinə köçürülmə ilə bağlıdır ki, bu tələb də cavabdehlərin hər birinə ayrı-ayrılıqda yönəlmiş və konkret olaraq ifadə edilmişdir. Məhkəmə öz qərardadında kompensasiya məbləğinin konkret olaraq qeyd edilmədiyini əsas gət irərək ərizəni geri qaytarmış və buna istinad edərək də tələbin konkret olaraq dəqiq ifadə edilmədiyini (cavabdehlərin hər birinə münasibətdə) qeyd etmiş və ərizəni geri qaytarmışdır. Halbuki kompensasiya məbləği iddianın predmetinə daxil deyildir. Bu tipli iddialarda iddianın predmeti iddiaçının mülkiyyət hüququ təşkil edir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Qeyd olunmuşdur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üz ərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Bununla bağlı AR Konstitusiya Məhkəməsinin plenum qərarı da mövcuddur. Yəni iddiaçı yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini istədiyi zaman isə kompensasiya məbləğini qeyd edə də bilər, etməyə də bilər. Çünki kompensasiya məbləği iddianın predmeti deyildir. Məhkəmə bu hissədə düzgün qərar verməmiş və düzgün olmayan qərardad qəbul etməklə iddia ərizəsini geri qaytarmışdır. Kompensasiya məbləğini hər bir halda iddia ərizəsində göstərilibgöstərilməməsindən asılı olmayaraq məhkəmə ba zar qiymətinə uyğun müəyyən etməlidir və bu məhkəmənin vəzifəsidir. Məbləğin iddia ərizəsində göstərilməsinə dair imperativ norma yoxdur və yuxarıda qeyd etdiyimiz kimi kompensasiya məbləği iddianın predmeti deyildir. Tərəflərindən iddia ərizəsinin forma və məzmununa tam riayət edilmiş və AR MPM-nin 149 və 150-ci maddələrinin tələblərinə uyğun tərtib edilmişdir. Sonda iddiaçının vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd olunanlara əsasən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1358 saylı qərardadının (iddia ərizəsinin geri qaytarılması barədə) ləğv olunması, iddia ərizəsinin icraata qəbul edilməsi və iddia ərizəsinin məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab olunması barədə qərardad qəbul olunmasını kollegiyadan xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 149.1, 149.2, 149.2.1, 149.2.2, 149.2.3, 149.2.4, 149.2.4-1, 149.2.5, 149.3 və 149.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla iddiaçı tərəfə verilmiş şikayətlə bağlı izahatını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilmiş, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən kollegiyaya şikayətə dair izahat daxil olmuşdur. Şikayətlə eyni məzmunlu izahatda iddiaçı tərəf tərəflərindən iddia ərizəsinin forma və məzmununa tam riayət edildiyini və AR MPM-nin 149 və 150-ci maddələrinin tələblərinə uyğun tərtib edildiyini bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1358 saylı qərardadının (iddia ərizəsinin geri qaytarılması barədə) ləğv olunması, iddia ərizəsinin icraata qəbul edilməsi və iddia ərizəsinin məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab olunması barədə qərarda qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instans iyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə qarşılıqlı tədqiq edib, onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2024cü il tarixli, e-2(078)-1358/2024 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi icraata qəbul edilməklə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi şikayətin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğvinə əsas kimi “...məhkəmənin öz qərardadında kompensasiya məbləğinin konkret olaraq qeyd edilmədiyini əsas gətirərək ərizəni geri qaytardığını və buna istinad edərək də tələbin konkret olaraq dəqiq ifadə edilmədiyin i (cavabdehlərin hər birinə münasibətdə) qeyd etdiyini və ərizəni geri qaytardığını, halbuki kompensasiya məbləği iddianın predmetinə daxil olmadığını, bu tipli iddialarda iddianın predmetini iddiaçının mülkiyyət hüququnun təşkil etdiyini, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququn başa düşüldüyünü, iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olduğunu, iddiaçının başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istədiyini, bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab edilə bilməyəcəyini, həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilm əsi barədə iddia verərkən mülkiyyətçinin maddi nemət əldə etməyə çalışmadığını, bununla bağlı AR Konstitusiya Məhkəməsinin plenum qərarının da mövcud olduğunu, yəni iddiaçının yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini istədiyi zaman isə kompensasiya məbləğini qeyd edə də biləcəyini, etməyə də biləcəyini, məhkəmənin bu hissədə düzgün qərar vermədiyini və düzgün olmayan qərardad qəbul etməklə iddia ərizəsini geri qaytardığını, kompensasiya məbləğinin hər bir halda iddia ərizəsində göstərilib-göstərilməməsindən asılı olmayaraq məhkəmənin bazar qiymətinə uyğun müəyyən etməli olduğunu və bunun məhkəmənin vəzifəsi olduğunu, məbləğin iddia ərizəsində göstərilməsinə dair imperativ norma olmadığını tərəfilərindən iddia ərizəsinin forma və məzmununa tam riayət edildiyin i və AR MPM-nin 149 və 150-ci maddələrinin tələblərinə uyğun tərtib edildiyini” bildirmiş və göstərilən bu əsaslara görə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1358 saylı qərardadının (iddia ərizəsinin geri qaytarılması barədə) ləğv olunması, iddia ərizəsinin icraata qəbul edilməsi və iddia ərizəsinin məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab olunması barədə qərardad qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Kollegiya qeyd olunan bu dəlilləri mülki işin mövcud halları ilə qarşılıqlı tədqiq edərək dəlillərin əsaslı olduğu qənaətinə gəlir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq gəlinmiş nəticəni əsassız hesab edir. Belə ki, şikayətə baxılması ilə bağlı tədqiq olunmuş iş materialları ilə müəyyən olunur ki, İddiaçı iddia əriz əsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərkən iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvagir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 “yaşayış və istifadə” hüququna bazar qiymətinə uyğun müvafiq kompensasiya ödənilməklə xitam verilməsi, iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən öz hesablarına boşaldılması, iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məcburi qaydada çıxarılması və iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvagir qızına tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçı Qasımova (Məhərrəmova) Səkinə Duvangir qızının məcburi qaydada köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(078)-1358/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçının tələbi konkret göstərilməmiş, iddia ərizəsinin məzmunundan aydın olmuşdur ki, iddiaçının tələblərindən biri də İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh 3 “yaşayış və istifadə” hüququna bazar qiymətinə uyğun müvafiq kompensasiya ödənilməklə xitam verilməsidir. Ancaq iddiaçı cavabdehlərə vermək istədiyi kompensasiya məbləğinin konkret olaraq nə qədər olduğunu iddia ərizəsində göstərməmiş, belə olan halda iddiaçının tələbinin konkret nədən ibarət olmasını müəyyən etmək mümkün olmamış, iddiaçı iddia ərizəsi verərkən tələbini konkret göstərməməklə iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa əməl etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması ilə bağlı gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(078)-1358/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Be lə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı tarixli Plenum Qərarında göstərilmişdir ki, “...müraciətdə qaldırılan kompensasiya məbləğinin iddianın predmetinə daxil olub-olmaması və həmin məbləğin yuxarı instansiya məhkə mələri tərəfindən dəyişdirilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predm eti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: - birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; - ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; - üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sai r konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin id dianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətiril məsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini baz ar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Konstitusiya məhkəməsinin qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqedən də göründüyü kimi, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməyə borcludurlar. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Belə iddia tələblərində kompensasiyanın məbləği tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifad ə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Digər tərəfdən, Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan kollegiya hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, fərdi yaşayış evindən və torpaq sahəsindən məcburi çıxarılması, fərdi yaşayış evinin boşaldılması və fərdi yaşayış evinə məcburi köçürülmə tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(07 8)-1358/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(078)-1358/2024 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 397.2, 398.0.2, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, fərdi yaşayış evindən və torpaq sahəsindən məcburi çıxarılması, fərdi yaşayış evinin boşaldılması və fərdi yaşayış evinə məcburi köçürülmə tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(078)-1358/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2(078)-1358/2024 nömrəli qərardadı tam ləğv olunsun. Mülki işin materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-179/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-179/2024
22.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver