Məhkəmə qərarları › İş №2(108)-183/2024

Ali Məhkəmə Qətnamə — İş №2(108)-183/2024

27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-183/2024 27.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ona satılmış texniki cəhətdən nasaz avtomobilin natamam təmiri nəticəsində dəyən zərərin ödənilməsi və pul” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(078)-113/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 02 iyul 2024cü il tarixli, 2(078)-113/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməklə, Cavabdeh 4748 (dörd min yeddi yüz qırx səkkiz) manat pulun alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 27301 nömrəli qəbzlə ödənilmiş 105 (bir yüz beş) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 67 (altmış yeddi) manatının Cavabdeh alınıb iddiaçıya qaytarılması, həmin qəbzlə ödənilmiş dövlət rüsumunun qalan hissəsinin və xx.xx.2024-cü il tarixdə 172 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2(078)-113/2024 nömrəli əlavə qətnaməsi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manatın 25 manatının İddiaçı, 25 manatının isə Cavabdeh tu tularaq X9 MR İdarəsinə ödənilməsi (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SFİFT BİK NABZAZ2C) qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona satılmış texniki cəhətdən nasaz Mercedes-Benz markalı ** UU *** nömrəli (haliyədə ** BG *** nömrəli) avtomobilin natamam təmiri nəticəsində ona dəyən 8432 (səkkiz min dörd yüz otuz iki) manat dəyərində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı 09 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizə təqdim edərək ona məxsus “Kia Cadenza” markalı minik avtomobilinin satışından əldə olunan 5.000 manatın Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(078)-113/2024 nömrəli qərardadı ilə İddiaçı ərizəsi təmin olunaraq iddia tələbinə “Cavabdeh tərəfindən ona satılmış texniki cəhətdən nasaz Mercedes-Benz markalı ** UU *** nömrəli (haliyədə ** BG *** nömrəli) avtomobilin natamam təmiri nəticəsində iddiaçıya dəyən 8432 (səkkiz min dörd yüz otuz iki) manat dəyərində zərərin ödənilməsi və iddiaçıya məxsus Kia Cadenza markalı minik avtomobilinin satışından əldə olunan pulun 5000 (beş min) manatını Cavabdeh alınıb İddiaçı qaytarılması tələbi” çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(078)-113/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh ape llyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-113/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmış ki, iş materiallarından və cavabdehin, şahidin, iddiaçının izahatlarından görünür ki, İddiaçı Cavabdeh Mercedes Benz markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili 39.000 manata almış, 14.000 manatını nağd ödəmiş, yerdə qalan 25.000 manatını isə yerinə KİA Cadenza markalı avtomobil verərək əvəzləşdi rmişdir. Aralarında olan razılaşmaya əsasən iddiaçı Cavabdeh Kia markalı avtomobili satması üçün etibarnamədə vermişdir. Cavabdeh da Kia Cadenza markalı maşını sataraq iddiaçının ona yerdə qalan borcunu, 25.000 manatını isə həmin pulla əvəzləşdirmişdir. Göründüyü kimi tərəflər arasında tapşırıq müqaviləsinin yox, dəyişdirmə müqaviləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə maddi hüquq normasının tətbiqində səhv buraxmış, nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. Mülki iş materiallarından və qəbul edilmiş qətnamədən görünür ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçının izahatına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 287 nömrəli ekspertiza rəyinə istinad edərək Cavabdeh tərəfindən İddiaçı 4748 manat maddi ziyan vurulması qənaətinə gəlmişdir. “Mercedes Benz” markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə iddiaçıya satılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi alqı-satqıdan təxminən 1 il sonra verilmiş, həmin müddət ərzində isə nəqliyyat vasitəsi daimi istifadə olunduğu üçün onun müxtəlif xərclərinin olması labüd olmuşdur. Ekspert rəyində qeyd olunmuşdur ki, avtomobil ehtiyyat hissələri satışı ilə məşğul olan Sənan Şıxəliyev tərəfindən tərtib edilmiş məlumatda və 11 noyabr 2023-cü il tarixli usta X8 tərəfindən tərtib edilmiş, 11 oktyabr 2023-cü il tarixli Şahid2 tərəfindən tərtib edilmiş, 09 noyabr 2023-cü il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş arayışlarda qeyd edilənlərə əsasən 2012-ci il buraxılışlı "Mercedes Benz S350" minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin 08 adda ehtiyyat hissələrinin istifadədə olması (02 ədəd sep, 02 ədəd böyük ölçülü başmaq, 02 ədəd balaca ölçülü başmaq, 03 ədəd tapanca (firma) və 06 ədəd alışdırma şamı (Bosch) istisna olmaqla) nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4248,00 (dörd min iki yüz qırx səkkiz) manat müəyyən edilir. Həmin avto ehtiyyat hissələrinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 2012-ci il buraxılışlı "Mercedes Benz S350" minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin (02 ədəd sep, 02 ədəd böyük, 02 ədəd balaca ölçülü başmaq, 03 ədəd tapança (firma) və 06 ədəd alışdırma şamı (Bosch) istisna olmaqla) dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəy ə yararlı hissələrin qiymətlərinə müvafiq hesablanmışdır. Ekspert rəyindən görünür ki, “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin təmirinə çəkilmiş xərclər göstərilsə də həmin ziyanın Cavabdeh tərəfindən vurulması barədə qətnamədə və rəydə hər hansı bir sübut qeyd edilməmiş, vurulmuş ziyanla Cavabdeh əlaqələndirən hər hansı səbəbli əlaqə qeyd edilməmişdir. Bundan başqa məhkəmə qətnaməsində qeyd edilmişdir ki, alqı-satqı prosesindən 1 ay sonra nəqliyyat vasitəsində qüsurlar yaranmışdır. Həmin qüsurlar nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunması səbəbindən, o cümlədən yanacağın və mühərrikin yağının dəyişdirilməməsi səbəbindən baş verə bilərdi. Onların fikrincə nəqliyyat vasitəsinin dövri xərclərinin cavabdehin üzərinə nəqliyyat vasitəsinin təmirinə görə dəymiş ziyanın əvəzi kimi qoyulması maddi hüquq normalarının pozulmasıdır. Cavabdeh əməlində nə hüquqazidd əməli, nə başqa şəxsə bununla ziyan və ya zərər vurması halı, nə də onlar arasında səbəbli əlaqə mövcud deyildir. Məhkəmə hüququn tətbiqində yanlışlığa yol vermiş və maddi hüquq normasını düzgün şərh etməmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya nəqliyyat vasitəsi satılarkən heç bir zəmanət verilməmiş, nəqliyyat yoxlanılaraq iddiaçıya təhvil verilmiş, nəqliyyat vasitəsi alındıqdan 1 ay sonra iddiaçı cavabdehə zəng edərək maşında nasazlıq yarandığını bildirsə də, ona maşını qaytarmaq təklif edilmiş, lakin iddiaçı maşını qaytarmaqdan imtina etmişdir. İddiaçı tərəfındən ona dəymiş maddi ziyanın Cavabdeh tərəfindən vurulmasını təsdiq edən hər hansı sübut mülki iş materiallarına əlavə edilməmiş, məhkəməd ə də belə bir hal öz təsdiqini tapmamışdır. Məhkəməyə onlar tərəfindən iddia ərizəsi və sonrakı dövrdə isə iddia ərizəsinə dəqiqləşmə təqdim edilərək iddianın hüquqi əsası barədə məlumat verilsə də qətnamədə iddianın hüquqi əsasının qeyd olunmadığı, tərəflər arasında olan mübahisənin motivi, səbəbləri, əmlakın həqiqi dəyəri, əmlakda həqiqətən də mövcud olan əmlaklar və sair ilə bağlı əmlaka baxış keçirilməmiş, müqavilənin formal hallara uyğunluğu qənaətinə gəlinərək qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmənin həqiqi vəzifəsidir ki, mübahisə predmeti olan əmlaka yerli baxış keçirərək əmlakın real vəziyyəti, yerləşmə mövqeyi və qiyməti ilə bağlı özündə rəy formalaşdırsın. Bundan başqa əmlakın real dəyəri və içərisində olan əmlaklarla bağlı məhkəmə tikinti texniki və əmtəəşünaslıq ekspertiz asını təyin etmək məhkəmənin vəzifəsi olsada bunu etməmiş, onlar tərəfindən təqdim edilmiş sübut nəzərə alınmayaraq AR MPM 217.4-cü madddəsində təsbitini tapmış məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır müddəasını da pozmuşdur. Naxçıvan Şəhər Məhkəməsi qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, çəkişmə prinsipinin təmin edilməsinə dair vəzifələrini yerinə yetirməmiş, bununla da Mülki Prosessual Məcəllənin 9, 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnaməni qəbul etmişdir. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında Cavabdeh məxsus Mercedes S Class markalı avtomobili 2023-cü ilin iyun ayında 39000 manata razılaşıb aldığını, avtomobilin alqı-satqısını öz istəklərinə görə Faiqlə şifahi formada razılaşdıqlarını, avtomobili alarkən Faiqlə istifadələrində olan maşınları dəyişmək yolu ilə bu əməliyyatı yerinə yetirəcəkləri barədə şərt kəsdiklərini, İsmixanın Faiqin bacısı oğlu olduğunu, həmin şəxsin Cavabdeh Naxçıvan şəhərində olan avtomobil satışı salonunu idarə etdiyini, avto salonda olarkən İsmixanın onun avtomobilinin texniki göstəriciləri barədə zəng vurub dayısına məlumat verdiyini, İsmixanın maşının şəkilini çəkib Faiqə atdığını, həmin vaxt avtomobilinin 250000 km yol getdiyini, bir neçə dəqiqə sonra Faiqin zəng edərək maşınları başa-baş dəyişməyin mümkün olmayacağını, maşının çox yol getdiyini, maşını özünün satmağını, Mercedes S Class markalı maşının pulunu düzəldib verməy ini ona bildirdiyini, beləliklə onların barter əməliyyatlarının baş tutmadığını, daha sonra onlar Mercedes S Class markalı maşının ümumi dəyəri olan 39000 manatın 14000 manatını ilkin ödəniş olaraq ödəməyi, geridə qalan 25000 manatı isə öz istifadəsində olan avtomobili Faiqin avto salonunda 30000 manata satmaqla verməyi, Faiqin isə onun avtomobilinin satışından əldə edilmiş pul vəsaitinin 5000 manatını ona qaytarması şərti ilə razılaşdıqlarını, Naxçıvanbankdan kredit götürüb mercedes markalı maşının alqı-satqısı üçün ilkin ödəniş kimi razılaşdıqları 14000 manatı Faiqə öz iş yerində ödədiyini, öz maşınını isə satılması üçün Faiqin salonuna qoyduğunu, iyun ayının 15-dək avtomobili Faiqin avto salonunda qalsa da maşının satışının mümkün olmadığını, Faiqin bacısı oğlu İsmixanın ona avtomobilin Naxçıvanda satışını həyata keçirməyin mümkün olmayacağını, bu səbəbdən maşının tez satılması üçün Bakı şəhərinə aparılmasını təklif etdiyini, o da İsmixanın təklifi ilə razılaşdığını, baş etibarnamə əsasında maşını Cavabdeh adına keçirdiyini, öz cibindən maşının Bakı şəhərinə tır vasitəsi ilə aparılması üçün daşıma xərci olaraq 500 manat pul ödədiyini, ancaq həm maşınının əlindən çıxdığını, həm də maşının satışından ona qaytarılması nəzərdə tutulmuş 5000 manat pulun belə ona ödənilmədiyini, Mercedes markalı avtomaşını alandan təxminən 2-3 gün sonra avtomobildə yaranmış problemlə əlaqədar iş yoldaşı Ələddin müəllimlə Faiqin avtomobil satışı salonuna gedib maşını qaytarmaq istədiyini, ödədiyi pulu və öz maşınını ona geri vermələrini bildirdiyini, Faiqin isə maşını ona qaytarmaqdan imtina etdiyini, həmin günü müvafiq notariatdan çıxarış etdikdən sonra Faiqin maşını qaytarmamaq üçün qəsdən başqa bir adamın adına maşını keçirdiyini gördüyünü, bir neçə gün sonra evdə olarkən oğlu İbrahimin ona zəng vurub maşının titrədiyini bildirdiyini, o isə oğluna maşının mühərrikinin hansısa detalının işləmədiyini deyərək oğluna maşını çox sürmədən evə gətirməsini bildirdiyini, İbrahimin maşını gətirdikdən sonra avtomobili işə saldığını və maşının düzgün işləmədiyini, pereboy işlədiyini gördüyünü, bunun isə səbəbinin müxtəlif ola bilməsini, yəni maşının siveçalarından, forsunkasından və ya pradlatkasından yarana biləcəyini, maşında yaranmış problemin həlli üçün Faiqin avto salonuna getdiyini, ona maşını birlikdə aparıb servisə göstərməyi təklif etdiyini, Faiqlə birlikdə maşını Naxçıvan şəh ərində fəaliyyət göstərən “Əlincə” servisə gətirdiklərini, ustaların orada maşını sökdüklərini, ustaların onlara sağ tərəfdən 3 ədəd sveçanın işləmədiyini bildirdiklərini, 1 dəst sveça alıb gətirdiyini, ustaların həmin sveçaları dəyişdiklərini, ancaq maşının probleminin yenə də həll olunmadığını, daha sonra ustanın maşının forsunkalarının dəyişməli olduğunu bildirdiklərini, maşının təmiri zamanı aldığı Mercedes S Class markalı avtomobilin forsunkaları ilə digər mercedes markalı avtomobillərin forsunkalarının bir-birindən fərqli olduğunu müəyyən etdiyini, onun istifadəsində olan avtomobilə qoyulmuş forsunkaların birdəfəlik olduğunu, təkrar istifadə olunmadığını, həmin forsunkaların qiymətinin isə baha olduğunu, forsunkaların 1 ədədinin təxminən 350-400 manata satıldığını, maşının sveça və f orsunkalarının dəyişməsinə, əlavə olaraq bir neçə usta tərəfindən maşına servis xidməti göstərilməsinə baxmayaraq maşında yaranmış problemin öz həllini tapmadığını, avtomobildə yaranmış problemin həlli üçün məcbur qalaraq bu ilin aprel ayının 27-də Bakı şəhərində işləyən bir maşın ustası ilə danışıb avtomobilin yoxlanışı və təmiri üçün maşını yenidən 1200 manat daşıma xərci ödəməklə Bakıya göndərdiyini, Bakı şəhərində maşının motorunu yenidən yığdıqlarını, bu işin görülməsi üçün 7500 manat pul ödədiyini, maşın Bakı şəhərindən təmirdən qayıtdıqdan sonra da eyni problemlərin maşında qalmaqda davam etdiyini, məcbur qalaraq sentyabr ayının 10-da maşının təmiri üçün Bakı şəhərində yaşayıb işləyən ikinci bir maşın ustası ilə danışdığını, ustanın Naxçıvana gəlib-getmək, yeyib-içmək, oteldə qalmaq və maşını təmir etmək xərcini özünün çəkdiyini, bütün bu işlərin görülməsi üçün əlavə olaraq 3000 manat pul ödədiyini, və nəhayət maşının normal işləməyə başladığını, ümumilikdə isə Faiqdən aldığı avtomobilin ona 20000 manatdan çox ziyan vurduğunu hesablayıb müəyyən etdiyini, hazırda maşının onun istifadəsində olduğunu, maşının yenə də tam təmir olunmadığını, maşının tam təmiri üçün mercedes mərkəzə getməli olduğunu, orada diaqnostika olunmasını, daha sonra sürülüb, motor yerə qoyulmaqla yığılmalı olmasını, bunu isə qarşı tərəfin etməyəcəyini, özünün maddi imkanının çatmadığını, avtomobilin forsunkalarının bazar qiymətini düzgün müəyyən etmədiyi üçün ekspertizanın verdiyi rəyə etiraz etdiyini, həmin vaxt ekspertin forsunkaların dəyərinin istifadə edilmiş forsunkaların bazar qiyməti ilə mü əyyən etdiyini bildirdiyini, o isə ekspertə Mercedes S Class markalı avtomobilin üzərinə 6 ədəd təzə forsunka qoyduğunu, həmin forsunkaların 1 ədədinin dəyərinin təxminən 350-400 manat civarında olduğunu ona bildirdiyini, Mercedes S Class markalı avtomobilin təmiri üçün maddi ziyana düşdüyünü hesabladığını və bu ziyanın Faiq tərəfindən ona ödənilməli olduğunu, həmin ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, məhkəmənin qətnaməsi ilə onun tələbi qismən təmin edilsə də bunu qəbul etdiyini, ancaq Faiqin məhkəmənin qətnaməsini mübahisələndirərək, qət edilmiş pul məbləği ona ödəməmək üçün həmin qərardan apellyasiya şikayəti verdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 582.1-ci maddəsinə əsasən verilən əşya bu cür əşyaların adətən istifadə ed ildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalı olduğunu, ona satılmış Mercedes S Class markalı avtomobil üçün ağlabatan müddətin 10, 30, 100 və ya 1000 km olmalı deyil, həmin avtomobil üçün ağlabatan müddətin ən azı 5000 və ya 10000 km olmalı idi ki, maşını sürəndən sonra həmin problemin maşında əmələ gəlməli olmasını, maşını aldıqdan təxminən 2-3 gün sonra maşında problemin baş verdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcının əşyanın qüsurları ilə bağlı tələblərinin həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə biləcəyini, iddia müddətinin həmin maddənin tələbinə görə bitməd iyini, maşında yaranmış problemə görə təxminən 2-3 gün ərzində Fuada müraciət etdiyini, onu satılan əşyanın qüsuru barədə məlumatlandırdığını, iddia müddəti bitmədiyindən Faiqə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları, yəni həmin məcəllənin 587.1.3-cü maddəsinə görə əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməli olmasını, maşının təmiri üçün çəkdiyi xərcləri iddia ərizəsində qeyd etdiyini, Faiqdən çəkdiyi xərclərin ona ödəm əsini tələb etdiyini, Faiqin apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətində göstərilmiş halların real həqiqəti əks etdirmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını və Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(078)-113/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məh kəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hü quqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstit usiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiy ası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini işin materialları və tərəflərin kollegiyadakı izahatları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakı nəticə gəlir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “ona satılmış texniki cəhətdən nasaz avtomobilin natamam təmiri nəticəsində dəyən zərərin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək 13 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə onu n arasında Cavabdeh mülkiyyətində olan “Mercedes-Benz” markalı, ** UU *** nömrəli avtomobili satın almaq barəsində şifahi müqavilə imzaladıqlarını, lakin həmin günün səhərisi avtomobilin mühərrikində ciddi nasazlıq (yəni mühərrikin qeyri-stabil, qeyri-ritmik işləməsi, mühərrikin gec işə düşməsi) aşkar edildiyini, bu nasazlıq barədə dərhal Cavabdeh Naxçıvan şəhərindəki avtomobil satışını həyata keçirən salonunda işləyən və sözügedən avtomobilin alqı-satqısının həyata keçirilməsində vasitəçi olan bacısının oğlu İsmixana məlumat verdiyini, İsmixanın mühərrikin qeyri-stabil işləməsinin ciddi nöqsan olduğunu, birlikdə ustaya göstərməyini ona təklif etdiyini, avtomobili “Əlincə” avtomobil təmiri servisinə gətirib ustaya göstərdiklərini, Xaliq adlı ustanın və bir nəfər adını bilmədiyi Türk ustanı n maşının şamlarını sökdüklərini və 1-ci, 2-ci və 3-cü şamların işləmədiyini, ustaların şamların hamısının dəyişilməli olmasını onlara dediklərini, həmin gündən bu günə qədər fasiləsiz təmir tədbirlərinə baxmayaraq avtomobilin qüsurunu aradan qaldırmağın mümkün olmadığını, qüsurun aradan qaldırılması üçün 8000 manatdan çox pul xərclədiyini, bu barədə dəfələrlə avtomobilin əvvəlki sahibi Cavabdehlə telefonla və Votsap rabitə vasitəsi ilə əlaqə saxlayaraq avtomobilin təmir olunmasında ona köməklik göstərilməsini xahiş etdiyini, lakin, Faiqin ona nəinki köməklik etmədiyini, hətta onu ələ salmağa cəhd göstərdiyini, həmin avtomobilin keyfiyyət tələblərinə əsla cavab vermədiyini, istifadə olunan qısa müddət ərzində avtomobilin mühərrikini işə salan cihazı (starter), pnevmatik kompressorun, cərəy an verən cihazın (dinamo), kondisionerin sıradan çıxdığını və yeniləri ilə əvəz olunduğunu, 9 ədəd şamın, 6 ədəd çiləyicinin, 4 ədəd qazların zəhərləyici təsirinə nəzarət edən ölçü cihazının, 4 ədəd vanusun, 2 ədəd zəncirin, 2 ədəd sakitləşdiricinin, 3 ədəd zəncir sıxıcısının, 2 ədəd aliminium qolun, 2 ədəd stablizatorun rezinlərinin dəyişdirilməli olduğunu, cəmi 169.000 km yol qət etmiş S klass Mercedes markalı avtomobil üçün ağlabatan istifadənin 10 kilometr yox, (mühərrikin qeyri-stabil işləməsi satın alandan 20-30 km yol qət edəndən sonra aşkar edilmişdir) heç olmasa 50.000-100.000 km yol qət edilməsinin nəzərdə tutulduğunu, həmin avtomobillə göstərilən məsafəni qət etsəydi və yuxarıda qeyd olunan qüsurlar aşkar edilsəydi onda məsuliyyətin onun üzərinə düşə biləcəyini, indiki halda müh ərrikin daxilində, sürətlər qutusunda və digər sistemlərdəki qüsurlara görə qanunun tələbinə əsasən satıcının cavab verməli olduğunu göstərərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş: - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, istehsal tarixi 2012-ci il, S350 Minik modeli, qara rəngli, 3500 mühərrik həcmi, **********9168 mühərrik nömrəsi, WDD2211571A496701 ban nömrəsi olan 67BG067 qeydiyyat nişanlı Mercedes Benz markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, həmin tarixdə Mercedes Benz markalı avtomobildə elektron müayinə aparılmış və müayinənin nəticəsinə görə giriş vanusunda-1-ci tərəf mühərrikin əsas valı ilə uyğunsuzdur. Giriş vanusunda-2-ci tərəf mühərrikin əsas valı ilə uyğunsuzdur. Katalizatorun üzərindəki 1-ci noks sensorunda problem var. Karterdəki yağ basınc selonoidində problem var. Termostata baxılmalıdır. Təkər sensorları işləmir. "xxxx" MMC tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, Mercedes Benz markalı avtomobilin aşağıda qeyd olunan dəyişdirilmiş ehtiyat hissələrinə baxış keçirilmiş və hissələrdəki nasazlıqlar aşkar edilmişdir: 1.pnevmanın moturu-yarasız; 2.dinama-yararsız; 3. farsunka (6 ədəd)-yararsız; 4. strater (1 ədəd)-yararsız; 5. katalizator daççiki (4 ədəd) yararsız; 6. şamlar (6 ədəd) yararsız. ** BG *** qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobilin mühərrikinin düzgün işləməsi üçün adları aşağıda qeyd olunan ehtiyat hissələri tə ləb olunur: 1.vanus 4 ədəd; 2.tapança 3 ədəd; 3.sep 2 ədəd; 4 sepin başmaqları (dəst). - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 287 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan 11 noyabr 2023-cü il tarixli, ikinci əl avtomobil ehtiyat hissələri satışı ilə məşğul olan Sənan Şıxəliyev tərəfindən tərtib edilmiş məlumatda və 11 noyabr 2023-cü il tarixli usta X8 tərəfindən tərtib edilmiş, 11 oktyabr 2023-cü il tarixli Şahid2 tərəfindən tərtib edilmiş, 09 noyabr 2023-cü il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş arayışlarda qeyd edilənlərə əsasən 2012-ci il buraxılışlı “Mercedes Benz S350” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin 08 adda ehtiyat h issələrinin istifadədə olması (02 ədəd sep, 02 ədəd böyük ölçülü başmaq, 02 ədəd balaca ölçülü başmaq, 03 ədəd tapança (firma) və 06 ədəd alışdırma şamı (Bosch) istisna olmaqla) nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4248,00 (dörd min iki yüz qırx səkkiz) manat müəyyən edilmiş, 2012-ci il buraxılışlı “Mercedes Benz S350” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin (02 ədəd sep, 02 ədəd böyük ölçülü başmaq, 02 ədəd balaca ölçülü başmaq, 03 ədəd tapança (firma) və 06 ədəd alışdırma şamı (Bosch) istisna olmaqla) dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablanmışdır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi tərəflər arasında tapşırıq müqaviləsinin yox, dəyişdirmə müqa viləsinin müddəalarının tətbiq edilməli olması ilə bağlı dəlilini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662.1-ci maddəsinə görə dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 662.2-ci maddəsinə görə dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 662.3-cü maddəsinə görə dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Yuxarıda qeyd olunan maddənin tələbindən də göründüyü kimi dəyişdirmə müqaviləsinin tətbiq edilməsi üçün iddiaçı öz mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehə verməli, cavabdehdə bunun qarşılığında öz mülkiyyətində olan nəqliyyat vasitəsini iddiaçıya verməlidir. Lakin iş üzrə toplanmış sübutlardan da göründüyü kimi bununla əlaqədar İddiaçı və Cavabdeh arasında tərəflərin iradə ifadəsini bildirən hər hansı müqavilə bağlanmamışdır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinin alqı-satqıdan təxminən 1 il sonra verilməsi, həmin müddət ərzində isə nəqliyyat vasitəsi daimi istifadə olunduğu üçün onun müxtəlif xərclərinin olmasının labüd olması, məhkəmə qətnaməsində alqı-satqı prosesindən 1 ay sonra nəqliyyat vasitəsində qüsurların yaranması, həmin qüsurların nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunması səbəbindən, o cümlədən yanacağın və mühə rrikin yağının dəyişdirilməməsi səbəbindən baş verə biləcəyi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyinə gəldikdə qeyd edilməlidir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü özlüyündə ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Yuxarıda qeyd olunan ekspert rəyindən də göründüyü kimi 2012-ci il buraxılışlı “Mercedes Benz S350” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, lak in təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablanmışdır. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmin rəylə razılaşmayan tərəf bunu əsaslandırmalı və rəydə göstərilənlərin düzgün olmamasını sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi 2012-ci il buraxılışlı “Mercedes Benz S350” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin 08 adda ehtiyyat hissələrinin istifadədə olması (02 ədəd sep, 02 ədəd böyük ölçülü başmaq, 02 ədəd balaca ölçülü başma q, 03 ədəd tapança (firma) və 06 ədəd alışdırma şamı (Bosch) istisna olmaqla) nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 4248,00 (dörd min iki yüz qırx səkkiz) manat müəyyən edilməsi, 2012-ci il buraxılışlı “Mercedes Benz S350” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin (02 ədəd sep, 02 ədəd böyük ölçülü başmaq, 02 ədəd balaca ölçülü başmaq, 03 ədəd tapança (firma) və 06 ədəd alışdırma şamı (Bosch) istisna olmaqla) dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablanması ilə əlaqədar məhkəmədə tədqiq оlunmuş ekspertin rəyini digər sübutlarla birgə qiymətləndirməklə gəldiyi nəticəni məhkəmənin qətnaməsində düzgün əsaslandırmışdır. Kоllegiya eyni zamanda qeyd edir ki, 2012-ci il buraxı lışlı “Mercedes Benz S350” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin və ümumi dəyərinin müəyyən оlunması ilə əlaqədar yuхarıda sadalanan ekspert rəyi ilə razılaşmamaq üçün əsaslar mövcud deyil. Hazırki iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Оna görə də iş in şərh оlunmuş hallarına əsasən kollegiya Cavabdeh qeyd olunan həmin dəlillərini əsassız hesab edir. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi cavabdeh tərəfindən iddiaçıya nəqliyyat vasitəsi satılarkən heç bir zəmanətin verilməməsi, nəqliyyat vasitəsinin yoxlanılaraq iddiaçıya təhvil verilməsi, nəqliyyat vasitəsi alındıqdan 1 ay sonra iddiaçının cavabdehə zəng edərək maşında nasazlıq yarandığını bildirsə də, ona maşını qaytarmasını təklif etməsi, lakin iddiaçının maşını qaytarmaqdan imtina etməsi, iddiaçı tərəfindən ona dəymiş maddi ziyanın Cavabdeh tərəfindən vurulmasını təsdiq edən hər hansı sübutun mülki iş materiallarına əlavə edilməməsi, məhkəmədə də belə bir halın öz təsdiqini tapmaması ilə əlaqədar dəlillərinə əsasən aşağıdakıları qeyd edir. Belə ki, işin araşdırılmı ş hallarından da göründüyü kimi, Cavabdeh apellyasiya şikayətində də göstərdiyi kimi, iddiaçının qeyd olunan avtonəqliyyat vasitəsini aldıqdan sonra nasazlıqla bağlı ona məlumat verdiyini, yəni tərəflər arasında şifahi qaydada bağladıqları alqı-satqı müqaviləsində göstərdikləri cavabdehdən aldığı 2012-ci il buraxılışlı “Mercedes Benz S350” minik markalı avtomaşının texniki qüsurlarının olmasını bildirmişdir. Bundan əlavə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, satıcı əşyanın qüsurları barəsində qabaqcadan alıcıya məlumat verməsinə və həmin nasazlıqların iddiaçı tərəfindən yaranmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərt lər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-587.1.3-cü maddələrinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək ixtiyar vardır. Həmin Məcəllənin 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək ya ranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisə lər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşin yuxarıda şərh olunmuş hallarına əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında göstərilir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təq dim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kif ayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual M əcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, iş üzrə İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi əşyanın qüsurlarının tərəflər arasında 2012-ci il buraxılışlı “Mercedes Benz S350” minik markalı avtomaşının şifahi alqı-satqı müqaviləsi bağlanmamışdan yəni, alıcıya verilməzdən əvvəl yaranan səbəblərdən əmələ gəldiyini sübut edə bilmiş, Cavabdeh isə öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə predmetinə daxil olan bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanmaqla sübutları qiymətlən dirərək iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(078)-113/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar