Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-185/2021 01.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Məmmədov Fəxrəddin Rüstəm oğlundan ibarət tərkibdə, Hüseynbəyli Məftunə Firəddin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(078)-855/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Q.N.Məmmədov) 20 avqust 2021-ci il tarixli, 2(078)-855/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladları 16 iyun 2012-ci il təvəllüdlü X2 və 14 avqust 2016-cı il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 62.37 m2, yaşayış sahəsi 39,02 m2 olan mənzilə 1/2 mülkiyyət hüququ olduğundan iki uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı 12 iyul 2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 62.37 m2, yaşayış sahəsi 39,02 m2 olan mənzilə 1/2 mülkiyyət hüququ olduğundan iki uşağı ilə birlikdə həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(078)- 855/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh 20 sentyabr 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin tamamilə ləğv olunub iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o cavabdehlə evlilik dövründə "xxxx" ASC-nin Naxçıvan MR Baş İdarəsi ilə 05-03 102/İK nömrəli alqı-satqı və İpoteka müqaviləsi əsasında illik 4 faiz olmaqla 300 ay müddətində 45000 manat pul kredit götür ərək həmin müqavilə əsasında Naxçıvan MR DƏDRX tərəfindən verilmiş 27 fevral 2015-ci il tarixli, 597 nömrəli arayışa əsasən 2 otaqlı, ümumi sahəsi 62.37 kv.metr, o cümlədən yaşayış sahəsi 39.02 kv.metr olan ünvan 2 ünvanında 11 mərtəbəli, 1 bloklu, binanın 1-ci blokunda 10-cu mərtəbəsində yerləşən yaşayış sahəsini almışdır. Lakin cavabdehlə aralarında olan şiddətli keçimsizliyə görə birgə yaşamaq mümkün olmadığından Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı iddiası əsasında Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(078)-660/2020 saylı qətnaməsi ilə həmin birgə nikah dövründə əldə etdikləri əmlakda 1/2 pay hüquqlarının müəyyən olunmasına baxmayaraq cavabdeh 1/2 pay hüququna görə na turada bölgü iddiasında olub, öz payını almaq əvəzində yerli-yersiz iddialarla həm onun vaxtını alır, həm də ki, məhkəmənin iş yükünü çoxaldır. Həmin mübahisə olunan əmlak ipoteka ilə əldə olunduğundan mülkiyyətin yüklülüyü baxımından daşınmaz əmlak dolayısı ilə ona məxsus olmadığı üçün məhkəmənin gəldiyi qənaət - mənzilə köçürülmə ilə bağlı qətnamə əsassızdır. Belə ki, həmin mənzilin mülkiyyətçisi olmadığına görə ona qarşı tələb də yersizdir. Şikayətini onunla əsaslandırır ki, o mübahisə predmeti olan mənzilin tam hüquqlu mülkiyyətçisi deyil və onun ipoteka şərtlərini maddi vəziyyətinə görə artıq yerinə yetirə bilmədiyini, mübahisə predmetinin satılaraq əvvəlki vəziyyətinə qaytarmaq istədiyini və iddiaçıya 3000 kv.metr torpaq sahəsini verdiyini nəzərə alıb, Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(090)-855/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında, evin birgə nikahda olan dövrdə əldə edildiyini, iddiaçı ilə razılığa gəlmək üçün dəfələrlə təkliflər etdiyini, iddiaçının bu təkliflərin heç biri ilə razılaşmadığını, işləmədiyi üçün maddi sıxıntısının olduğunu, iddiaçının həmin mənzildə qalmadığını, valideynlərinə məxsus mənzildə yaşadığını, aralarında olan nikahları ləğv olunduğuna görə birlikdə eyni mənzildə yaşamalarının mümkün olmadığını, iddiaçının həmin mənzilə köçməsini istəmədiyini, evin satılmasını istədiyini, müştərilərin evi 80000-85000 manata almaq istədiklərini, evi 80000 manata satıb 40000 ma nat pulu evin borcuna verib, 40000 manat pulu isə hər birinə 20000 manat olmaqla aralarında bölməyi təklif etdiyini, iddiaçının bununla razılaşmadığını, banka da borclarının olduğunu, mənzil satılarsa bankın pulunun ödənilməli olduğunu, iddiaçı ilə mübahisələrinin düzgün həlli ilə əlaqədar razılığa gələ bilmədiklərini, iddiaçının ona düşən payın əvəzinə Uzunobada olan torpaq sahəsini ona verəcəyi və qalmış müddətlər üçün ödəməli olacağı aliment pulunun məbləğindən imtina edəcəyi təqdirdə evi bütünlüklə onun adına keçirəcəyinə razılaşacağını, övladlarının mənzildə yaşamalarına etirazının olmadığını, apellyasiya şikayətini tələsik yazdığı üçün apellyasiya şikayətində bir sıra səhvliklər olduğunu, lakin bununla bərabər mübahisə olunan əmlak ipoteka ilə əldə olunduğundan mülkiyyətin yüklülüyü baxımından həmin evin dolayısı ilə ona məxsus olmadığı üçün məhkəmənin mənzilə köçürülmə ilə bağlı qətnaməsinin əsassız olduğunu, onun həmin mənzilin mülkiyyətçisi olmadığına görə ona qarşı tələbin də yersiz olduğunu bildirərək Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(090)-855/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında 24 iyun 2021-ci il tarixədək özünün və iki azyaşlı övladının həmin mənzildə yaşadıqlarını, lakin qeyd olunan tarixdə cavabdehin ondan xəbərsiz evin qapısının açarlarını dəyişərək onun və iki azyaşlı övladının mənzilə daxil olmalarına imkan verməyərək mənzildən istifadə hüquqlarına maneçilik yaratdığını, bu nunla bağlı cavabdehə dəfələrlə ona və övladlarına mənzildən istifadəyə şərait yaratmasını bildirdiyini, lakin bu müraciətlərinin heç bir nəticə vermədiyini, evə görə banka 20000 manat kredit pulunun ödənildiyini, həmin kreditin bir hissəsini də banka özünün ödədiyini və ödəməsinə dair qəbzlərinin olduğunu, cavabdehin mənzilə bütünlüklə yiyələndiyini, nəticə etibarilə də öz mülkiyyətində olan mənzildən istifadə edə bilmədiyini, cavabdehin mənzildən imtina etməsi üçün ona 20000 manat pul təklif etdiyini, lakin onun bu məbləğlə başqa yerdə uşaqları ilə birlikdə yaşaması üçün ev alması mümkün olmadığından bu təkliflə razılaşmadığını, hazırda atasının evində iki uşağı ilə yaşadığını, bunları nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunmamaqla birinci instansiya məhkəməsinin qətnaməsinin d əyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya ins tansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanı n düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmal ıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 62.37 m2, yaşayış sahəsi 39.02 m2 olan mənzilə 1/2 mülkiyyət hüququ olduğundan iki uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(078)-94/2020 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 04 iyul 2011 -ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış 195 nömrəli nikah pozulmuş və boşanmadan sonra 16 iyun 2012-ci ildə doğulmuş X2 və 14 avqust 2016-cı ildə doğulmuş X3 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(078)-660/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 62.37 m2, yaşayış sahəsi 39.02 m2 olan mənzilə ipoteka yüklülüyü saxlanmaqla İddiaçı 1/2 pay hüququ müəyyən olunmuşdur. Kollegiya Cavabdeh apellyasiya şikayətində göstərdiyi mübahisə olunan əmlak ipoteka ilə əldə olunduğundan mülkiyyətin yüklülüyü baxımından daşınmaz əmlakın dolayısı ilə ona məxsus olmadığı üçün məhkəmənin gəldiyi qənaət - mənzilə köçürülmə ilə bağlı qətnamənin əsassız olması, mübahisə predmeti olan mənzilin tam hüquqlu mülkiyyətçisi deyil və onun ipoteka şərtlərini maddi vəziyyətinə görə artıq yerinə yetirə bilmədiyini, mübahisə predmetinin satılaraq əvvəlki vəziyyətinə qaytarmaq istədiyini və iddiaçıya 3000 kv.metr torpaq sahəsini verdiyinin nəzərə alınmaqla qətnamənin ləğv olunmasına dair apellyasiya şikayətinin dəlillərini işin materialları və kollegiyada toplanmış sübutlarla əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarınd an ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan v ə qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası MM-in 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 13 noyabr 2020-ci il tarixdə İ ddiaçı adına verilmiş iş materiallarına əlavə edilmiş MH seriyalı, ******* nömrəli notariat qaydasında təsdiq edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62.37 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissə İddiaçı, 1/2 hissə Cavabdeh adına **********41-05304-093008 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 12/16 nömrəli reyestr kitabının 2979 nömrəli vərəqində qeydiyyata alınmışdır. R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya işin araşdırılmış hallarına hüquqi qiymət verərək belə hesab edir ki, məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmaqla tərəflə rin təqdim etdiyi sübutlara obyektiv qiymət verilməsi təmin olunmuşdur. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində maddi vəziyyətinə görə ipoteka şərtlərini artıq yerinə yetirə bilməməsini və mübahisə predmetinin satılaraq əvvəlki vəziyyətinə qaytarmaq istədiyini göstərməsi İddiaçı iddiasının rədd edilib xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissədə ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62.37 kv.m olan mənzilə köçürülməməsinə, məhkəmənin qanuni və əsaslı olan qətnaməsinin ləğv olunub apellyasiya şikayətinin təmin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələ blərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(078)-855/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali M əhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-185/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-185/2021
01.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver