Məhkəmə qərarları › İş №2(108)-186/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-186/2021

11.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-186/2021 11.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(079)-459/2021 nömrəli qərardadından iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinə 14 sentyabr 2021-ci ildə İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərki b hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi daxil olmuşdur. Babək Rayon Məhkəməsinin (Z.X.Əliyev) 14 sentyabr 2021-ci il tarixli, 2(079)459/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 01 sentyabr 2021-ci il tarixli, 3357 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumunun ona geri qaytarılması, İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmənin qərardadından naraz ı qalan iddiaçının vəkili və nümayəndəsi 22 sentyabr 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə şikayət verərək həmin məhkəmənin 14 sentyabr 2021-ci il tarixli, 2(079)-459/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, Babək Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(110)459/2021 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək ilkin şikayət mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılmasını onunla əsalandımışdır ki, İddiaçı iddia ərizəsində cavabdehin Babək rayon Badaşqan kəndində qeydiyyatda olmasını qeyd etsə də bunu təsdiq edəcək sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Babək rayon İcra Hakimiyyətinin Yarımca kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02 sentyabr 2021-ci il tarixli 901 nömrəli arayışında Cavabdeh Babək rayon Badaşqan kəndində qeydiyyatda olmasının qeyd edilməsinə gəldikdə isə məhkəmə iddiaçının nəzərinə çatdırır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq edilə bilməz. Azərbaycan Respublikası vətəndaşının yaşayış yerini yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi təsdiq edir. Şikayətdə qeyd olunur ki, söhbət cavabdehin yaşayış yerindən deyil, Babək rayon Badaşqan kəndində qeydiyyatda olmasından gedir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rə smi qeydə alındığı yerin məhkəməsinə verilir ki, düzgün olaraq da Cavabdeh qarşı iddia ərizəsi aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə verilmişdir. Həmçinin cavabdehin şəxsiyyət vəsiqəsinin iddiaçı tərəfindən əldə edilib iddiaya əlavə olunması mümkün deyil. Məhkəmələr tərəfindən qəbul edilən bütün iddialar cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilərkən cavabdehin harada qeydiyyatda olmasını təsdiq edən şəxsiyyət vəsiqəsi ilə deyil, İcra Hakimiyyətinin İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış əsasında qəbul edilərək baxılmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesa b etmişdir. Şikayətə baxılması zamanı verdiyi izahatında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə baxışı iclasında şikayətdə göstərdiyi eyni dəlillərə istinad edərək Babək Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(079)-459/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Mülki işin materiallarından görünür ki, İddiaçı Babək Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh onun mülkiyyətində olan Babək rayon, Badaşqan kəndində yerləşən 0.146 ha torpaq sahəsi və ümumi sahəsi 21.84 kv.m olan daşınmaz əmlaka yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə d air qəbz və Cavabdeh Babək rayon, Badaşqan kəndində qeydiyyatda olması barədə arayışın ksero surətini əlavə etmişdir. Məhkəmə tərəfindən “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçının şəxsiyyət vəsiqəsi məlumatları əldə olunaraq işə əlavə edilmiş, lakin iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh qeydiyyatda olduğu ünvan barədə məlumat aşkar olunmamışdır. Babək Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(079)459/2020 nömrəli qərardadı ilə iddia ərizəsi verilərkən aidiyyət qaydalarına əməl olunmaması əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyi nin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Kollegiya qeyd edir ki,işin halları ilə Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsi ilə müəyyən olunmuş iddiaçının seçməsinə görə aidiyyət qaydalarının tətbiqinə əsas olan hallar mövcud olmamışdır. Kollegiya göstərilənləri nəzərə alaraq belə hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı verdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1 və 152.1.3-cü madd ələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətdə göstərilən söhbətin yaşayış yerindən deyil, cavabdehin Babək rayon Badaşqan kəndində qeydiyyatda olmasından getməsi, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi, düzgün olaraq Cavabdeh qarşı iddia ərizəsinin aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə verilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasına əsas ola bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdeh qismində cəlb olunması nı göstərdiyi şəxsin şəxsiyyət məlumatları təqdim olunmamış, “Elektron Məhkəmə” informasiya sistemində də məhz göstərilən şəxsin, yəni Cavabdeh rəsmi qeydiyyata alındığı yer barəsində hər hansı məlumat aşkar olunmamışdır. Şikayətdə göstərilən, cavabdehin şəxsiyyət vəsiqəsinin iddiaçı tərəfindən əldə edilib iddiaya əlavə olunmasının mümkün olmaması, məhkəmələr tərəfindən qəbul edilən bütün iddiaların cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilərkən cavabdehin harada qeydiyyatda olmasını təsdiq edən sənədin şəxsin şəxsiyyət vəsiqəsi ilə deyil, İcra Hakimiyyətinin İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış əsasında qəbul edilərək baxılması ilə bağlı digər dəlillərə münasibətdə də kollegiya birinci instansiya məhəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir k i, həmin dəlillər də əsassızdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən kоllegiya belə nəticəyə gəlir ki, şikayətdə göstərilmiş dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir və bu səbəbdən şikayət təmin edilməməli, Babək Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(079)-459/2021 nömrəli qərardadı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 263, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq kоllegiya qərar v e r d i: İddiaçının vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(079)-459/2 021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar