Məhkəmə qərarları › İş №2(108)-186/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-186/2025

22.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-186/2025 22.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar söz: reqres qaydada pul tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(110)-491/2025 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsin in inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Tibbi xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, həmin müqavilə xx.xx.2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 (sifarişçi) ilə həkim cərrah Cavabdeh (icraçı) arasında bağlanılmışdır. 2. xx.xx.2022-ci il tarixli “Tibbi xidmətlərin göstərilməsi haqqında” müqavilənin: - 1.1-ci bəndində qeyd olunmuşdur ki, “sifarişçi” cərahi tibbi xidmətlərin göstərilməsini sifariş verib “icraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “icraçı” isə “sifarişçi”nin müəyyən etdiyi qaydada tibbi xidmətləri göstərməyi öhdəsinə götürür. - 6.1-ci bəndində qeyd olunmuşdur ki, “İçracı” müqavilədə nəzərdə tutulan xidməti vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. - 6.2-ci bəndində qeyd olunmuşdur ki, “İçracı” göstərdiyi cərrahi tibbi xidmətlərin tam normativ qaydalara uyğun və keyfiyyətli icra edilməməsi üçün məsuliyyət daşıyır.

3. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X3 “MedAura” Klinikasında sünnət edilməsi ilə əlaqədar həkim cərrah Cavabdeh əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

4. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsinə əsasən, həmin qətnamə ilə iddiaçı X6 cavabdehlər "xxxx" Məhdud Məsuliyyə tli Cəmiyyəti və Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı X7 xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat məbləğində pulun tutulması qət olunmuşdur. Həmin qətnamənin məzmunundan görünür ki, X3 “MedAura” Klinikasında “sünnət” əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyat qüsurlu icra olunmuş, bununla əlaqədar olaraq həkim Cavabdeh təqsirli bilinsə də, iddiaçının maddi tələbə (mənəvi ziyan ilə bağlı) daha tez əlçatanlığını təmin etmək, "xxxx" MMC-nin hüquqi şəxs olaraq maddi imkanlarının olması ehtimalının yüksək olması məhkəmə tərəfindən nəzərə alınaraq 10.000 manat məbləğində mənəvi zərərin cavabdeh "xxxx" MMC -dən tutulması qərara alınmış, bu halın gələcəkdə "xxxx" MMC-nin digər təqslirli cavabdehdən həmin pulun reqres qaydada tələb edilməsini də istisna etmədiyi qeyd olunmuşdur.

5. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4007/2024 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsindən iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsinin qismən-iddianın maddi zərərin tutulması barədə hissəsinin rədd olunması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabde h qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 26600 manat məbləğində pul vəsaitinin tutularaq X11 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin məzmunundan da görünür ki, bu qətnamə ilə də X3 “MedAura” Klinikasında “sünnət” əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyatın qüsurlu icra olunması inkar edilməmiş, birinci instansiya məhkəmənin zərərçəkmiş şəxsə dəymiş mənəvi ziyanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasına hər hansı bir irad bildirilməmiş, bununla yanaşı zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın d a "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasına qərar verilmişdir.

6. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Nəsimi rayon İcra Şöbəsinin hesabına ümumilikdə 38.243.32 manat məbləğində pul ödənilmişdir.

7. İddiaçının vəkili və nümayəndəsi X4 xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirdiyi icraata xitam verilməsi haqqında qərarın surətindən aydın olur ki, "Medaura Klinikası MMC” tərəfindən mənəvi zərərin əvəzi kimi tələbkar X7 xeyrinə ödənilməli olan 10.000 manat və 26600 manat məbləğ borclu tərəfindən tam şəkildə təmin olunmuşdur.

8. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, tərəflər arasında bağlanmış tibbi xidmətlərin göstərilməsi haqqında 12 s entyabr 2022-ci il tarixli müqaviləsindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin qarşılıqlı razılaşma əldə olunmamışdır. İİ. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə arasında bağlanmış “Tibbi xidmətlərin göstərilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli müqavilənin cavabdeh tərəfindən lazımi qaydada icra olunmadığı üçün tərəfindən ödənilmiş 36600 manat pulun, işgüzar nüfuzuna dəymiş maddi zərərə görə 5000 manat pulun, hüquqi yardıma görə ödədiyi 500 manat pulun, cəmi 42100 manat pulun və ödənilmiş 217 manat dövlət rüsümunun cavabdehdən tutularaq Cəmiyy ətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X12 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vurulmuş maddi zərərin əvəzi olaraq 49150 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat olmaqla, ümumilikdə 99150 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən iddiaçı X7 xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 manat məbləğində pulun tutulması, iddia tələbinin maddi zərərin ödənilməsi və Cavabdeh qarşı münasibətdə təmin edilməməsi qərara alınmışdır. İddiaçı X2 Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4007/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e2(006)-1082/2024 nömrəli qətnaməsindən iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsi qismən-iddianın maddi zərərin tutulması barədə hissəsinin rədd olunması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 26600 manat məblə ğində pul vəsaitinin tutularaq X11 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e2(006)- 1082/2024 nömrəli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Üzrlü səbəblərə görə qətnamə tərəflərindən mübahisələndirilə bilməmişdir. Tibbi xidmətlərin göstərilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli müqavilənin 6.1-ci bəndinə görə “İcraçı” müqavilədə nəzərdə tutulan xidməti vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən “İcraçı” göstərdiyi cərrahi tibbi xidmətlərin tam normativ qaydalara uyğun və keyfiyyətli icra edilməməsi üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 3.2.3-cü v ə 3.2.4-cü bəndlərinə əsasən xidmətin göstərilməsi ilə əlaqədar “Sifarişçi”yə məlumat vermək və xidməti vicdanla yerinə yetirib “Sifarişçiyə” təhvil vermək kimi vəzifələri göstərilmişdir. Cavabdehə yazılı qaydada pretenziya poçt vasitəsilə, eləcə də istifadəsində olan ***-***-**-** mobil nömrənin vatsapına pretenziya məktubu əlavə edilmiş, məhkəmədən öncə həll olunması cavabdehə bildirilsə də, qarşılıqlı razılaşma əldə olunmamışdır. Qeyd olunmuşdur ki, cavabdehin hərəkətinə (hərəkətsizliyinə) görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işgüzar nüfuzuna xələl dəymiş, cavabdeh klinika ilə imzaladığı xidməti müqavilənin şərtlərini kobud qaydada pozaraq əməliyyatı yetərincə yerinə yetirməmişdir. İddiaçı X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin adını müxtəlif dövlət orqanlarına ünvanlandığı şi kayət ərizələri əsasında araşdırma aparılmış və Cəmiyyət hər yerdə bununla bağlı açıqlama vermiş, hətta Nəsimi Rayon Prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar da qəbul edilmişdir.

11. Şərur Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(110)-491/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şərur rayon Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 36600 (otuz altı min altı yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə əsaslı sayılmadığından rədd edilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumunun 188.65 manat (bir yüz səksən səkkiz manat altmış beş qəpik) hissəsinin Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X3 “MedAura” Klinikasında sünnət əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyat qüsurlu icra olunmuş, nəticədə zərərçəkmiş şəxsə maddi və mənəvi zərər dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə ümumilikdə 36.600 manat (26.600 manat maddi və 10.000 manat mənəvi zərər) həkim Cavabdeh işlədiyi "xxxx" MMC-dən zərərçəkmişin xeyrinə tutulmuşdur. Həmin qətnamələrdə Cavabdeh təqsirli bilinsə də, iddiaçının maddi tələbə daha tez əlçatanlığını təmin etmək məqəsədilə məhkəmələr tərəfindən zərərçəkmiş şəxsə ödəniləcək məbləğlərin "xxxx" MMC-dən tutulması qərara alınmış, bu halın gələcəkdə "xxxx" MMCnin digər təqsirli cavabdehdən, yəni həkim Cavabdeh həmin pulun reqres qaydada tələb edilməsini də istisna etmədiyi qeyd olunmuşdur. Hazırki iş üzrə cavabdeh həkim Cavabdeh həmin qətnamələri mübahisələndirməmiş, qətnamələr üzrə maddi və mənəvi ziyana görə müəyyən edilmiş məbləğlər onun işlədiyi "xxxx" MMC tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək (xidmət) müqaviləsi əsasında həkim-cərrah vəzifəsində çalışmış və X5 qarşı cərrahi əməliyyatı həmin əmək funksiyalarını icra edərkən həyata keçirmişdir. Bu baxımdan, vurulmuş zərər Mülki Məcəllənin 1114.1-ci maddəsinə uyğun olaraq işçinin qulluq vəzifələrinin icrası zamanı baş vermiş hesab olunur. Odur ki, işəgötürən o lan "xxxx" MMC zərərin əvəzini ödədikdən sonra cavabdeh həkimə qarşı ödənilmiş məbləğ miqdarında reqres tələbi irəli sürmək hüququna malikdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)4007/2024 nömrəli qətnamələri əsasında X8 xeyrinə ödənilmiş ümumilikdə 36600 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ərizəsində işgüzar nüfuzuna dəymiş maddi zərərə görə 5000 manat pulun, o cümlədən hüquqi yardıma görə ödədiyi 500 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edərkən bu tələblərini heç bir konkret sübutla (məsələn: müştərilərin kəskin azalması, gəlirlərdə konkret düşüş, reklam/reputasiya bərpası üçün çəkilmiş sənədləşdirilmiş xərclər, həmçinin iddiaçı tərəfindən vəkilə həqiqətən 500 manat ödənildiyini təsdiqləyən ödəniş qəbzi və ya vəkillə bağlanmış müqavilə və.s) əsaslandırmamışdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1112, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarına istinad etmişdir. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) A pellyasiya şikayətinin dəlilləri

14. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 vasitəsilə apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin 2(110)-491/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə qətnaməsini aldıqdan sonra, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında xidmət müqaviləsinin mövcudluğundan xəbərdar olmuşdur. Belə ki, ona sms xəbərdarlıqla məhkəmə iclası barədə məlumat daxil olmasına baxmayaraq, iddia ərizəsi və əlavə edilmiş sənədlər bu günədək ona təqdim edilməmişdir. Artıq uzun illərdir ki, o, Şərur rayonunda qeydiyyatda olmasına baxmayaraq, faktik i olaraq orada yaşamır. Onun faktiki yaşayış yeri Bakı şəhəridir. Bununla əlaqədar olaraq, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən xəbəri olmayıb. Eyni zamanda bildirir ki, onkoloji xəstədir və xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərində müayinə və müalicələri olur. Bununla bağlı olaraq da məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Qətnamə ilə tanış olarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə xidməti müqavilə olduğunun fərqinə varmışdır. Lakin, qeyd etmək istəyir ki, ümumiyyətlə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında heç bir zaman müqavilə (əmək və yaxud xidməti müqavilə) bağlanmamışdır. İddiaçı tərəfin təqdim etdiyi 12 sentyabr 2022-ci il tarixli müqavilədə olan imza ona aid deyil. Belə ki, şəxsiyyət vəsiqəs ində olan imzanı o, vəsiqənin verildiyi tarixdə, yəni, 2008-ci ildə çəkmişdir. Artıq 10 ildən çoxdur ki, onun imzası şəxsiyyət vəsiqəsindəki imza kimi deyil, tamam fərqli bir imza çəkir. Müqavilədəki imza isə şəxsiyyət vəsiqəsindəki imzasına oxşadılsa belə, professional bir şəkildə çəkilməyib və şəxsiyyət vəsiqəsində göstərilən imza ilə müqavilədə başqa bir şəxs tərəfindən, sanki ona məxsusmuş kimi çəkilən imza arasında kifayət qədər fərqlər var, həmin fərqlər vizual olaraq nəzərə çarpır. Eyni zamanda bildirir ki, istər Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun böyük müstəntiqi, ədliyyə müşaviri X19, icraatında olan 321-c-23 nömrəli material üzrə araşdırma zamanı, istərsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olmuş 2(006)- 1082/2024 nömrəli mülki iş üzr ə məhkəmə iclasları zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən guya ki, onunla onlar arasında bağlanmış olan 12 sentyabr 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilə təqdim edilməmişdir. Əgər həmin müqavilə mövcud olmuşdursa, nə üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olmuş 2(006)-1082/2024 nömrəli mülki işlə bağlı məhkəmə qətnaməsində təqdim edilmiş sübutlar sırasında göstərilməmişdir? Çünki, aralarında heç bir zaman xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmayıb, zərər məbləğinin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tutulması qət edildikdən sonra, özləri xidmətlərin göstərilməsinə dair müqavilə h azırlamış və əvəzindən imzalamaqla, müqaviləni saxtalaşdırmışdırlar. Bununla belə, həmin saxta və etibarsız müqaviləni məhkəməyə təqdim edərək, reqres iddia ilə məhkəməyə müraciət etmişdirlər. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən tərəflər arasında bağlanmış kimi göstərilən əqdin, yəni, xidmətlərin göstərilməsinə dair müqavilənin etibarlılıq şərtinin ödənilib-ödənilməməsini müəyyən etməli idi. Belə ki, iddia ərizəsinə əlavədə istər onun şəxsiyyət vəsiqəsinin surəti, istərsə də xidmətlərin göstərilməsinə dair müqavilə və onun tərəfindən təqdim edilmiş etirazda (etirazı iddia tələbi ilə tanış olmadan sadəcə ümumi şəkildə yazıb məhkəməyə göndərmişdir) çəkdiyi imzalar arasında əhəmiyyətli fərqlərin mövcud olduğu açıq-aşkar gözlə görünür. Həmçinin, məhkəmə istər cinayət işinin başlanm asının rədd edilməsi haqqında qərarda, istərsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin icraatlarında olmuş mülki iş materiallarında həmin müqavilənin sübut kimi təqdim edilməməsini, daha sonradan, müqavilənin mövcud olmasından şübhələnməyib? Belə olan halda məhkəmə nə üçün təşəbbüsü ilə xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı qərardad çıxarmayıb? Göründüyü kimi, birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar məhkəmə tərəfindən ətraflı və lazımi diqqətlilik göstərilməli olduğu halda, tam diqqətlə sübutları tədqiq etmədən məhkəmə qətnaməsi çıxarmış və bununla da yanlış nəticəyə gəlmişdir. Məhkəmənin tam səhih nəticəyə gəlməsi üçün təqdim olunmuş sübutlara baxış keçirməli, yuxarıda qeyd etdiyi şübhəli məqamları gözardı etməməli və bununla da xətünaslıq ekspertizasının keçirilməsi barədə qərardad çıxarmalı, əqdin etibarlılıq şərtinin ödəyibödəməməsini müəyyənləşdirməli idi. Məhkəmə onu lazımi qaydada iddia ərizəsini göndərməklə məlumatlandırmalı və onun tərəfindən də sübutların məhkəməyə təqdim edilməsi üçün şərait yaratmalı idi. Mülki iş üzrə tələbə münasibətdə daha obyektiv nəticə əldə edilməsi üçün zəruri olan məsələlər aşkara çıxmış olacaqdı. Bununla əlaqədar olaraq məhkəmə mülki iş materiallarını obyektiv tədiqiqi üçün lazımi şəraiti yaratmamışdır. Bununla da məhkəmə qətnaməsi qanuni və əsaslı deyil və təqdim edəcəyi sübutlardan sonra, onun imzasının müqavilədə olan imza olmadığı sübuta yetəcəkdir.

16. İddaçı Cavabdeh xx.xx.2025-ci tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə kollegiyanın ünvanına apellya siya şikayəti ilə oxşar məzmunda şikayət ərizəsi ünvanlamış, iddiaçı ərizəyə Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin rəyini əlavə etmiş, rəydə 12 sentyabr 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilədəki imzanın Cavabdeh məxsus olmadığı göstərilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, Şərur Rayon Məhkəməsinin 2(110)-491/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qa ydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil1 məhkəmə baxışı iclasında iştirak etməmiş, Cavabdeh iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmiş, lakin cavabdehin vəkil-nümayəndəsi Vəkil1 kollegiyanın ünvanına ərizə ilə müraciət edərək keçiriləcək olan məhkəmə iclasında o və hüquqlarının müdafiəsini həyata keçirdiyi şəxsin iştiraklarının mümkün olmayacağını, belə ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsində hüquqlarının müdafiəsini həyata keçirdiyi X9 şikayət ərizəsi əsasında başlanmış araşdırma materialı üzrə, sonuncu saat 14:00-da izahat verməsi üçün Bölməyə dəvət edildiyini, 14:00-da 37-ci Polis Bölməsində izahat verməyə gedəcəklərini və məhkəmə iclası ilə eyni günə təsadüf etdiyi üçün məhkəmə iclasında iştiraklarının m ümkün olmayacağını qeyd edərək, məhkəmə iclasını növbəti vaxta təxirə salınmasını kollegiyadan xahiş etmişdir.

20. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh və onun vəkil-nümayəndəsi Vəkil1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İV. Tətbiq edilən hüquq normaları a) “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 20 ok tyabr 2023-cü il tarixli qərarı 21. “Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir.” b) Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüq uqu pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzu na vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

28. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

29. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. c) Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

30. Maddə 191.1 Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklər ini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

31. Maddə 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

32. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. d) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı.

33. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.

34. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanun la müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyriəmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

36. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyekti v anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

37. Qeyd olunan Qərara əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. e) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 384.0-384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. V. Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Bu Məcəll ənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının h əmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Vİ. Məhkəmə kollegiyasının mövqeyi

50. Məhkəmə kollegiyası şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə qarşılıqlı tədqiq edib aşağıdakı nəticəyə gəlmişdir.

51. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X3 "xxxx"nda sünnət edilməsi ilə əlaqədar həkim cərrah Cavabdeh əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, şikayət edən şəxsə mülki qaydada iddia qaldırma hüq uqu izah olunmuşdur. (bax bənd 3).

52. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X6 cavabdehlər "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı X7 xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat məbləğində pulun tutulması qət olunmuşdur. Həmin qətnamənin məzmunundan görünür ki, X3 "xxxx"da “sünnət” əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyat qüsurlu icra olunmuş, bununla əlaqədar olaraq həkim Cavabdeh təqsirli bilinsə də, iddiaçının maddi tələbə (mənəvi ziyan ilə bağlı) daha tez əlçatanlığını təmin etmək, "xxxx" MMC-nin hüquqi şəxs olaraq maddi imkanlarının olması ehtimalının yüksək olması məhkəmə tərəfindən nəzərə alınaraq 10.000 manat məbləğində mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutulması qərara alınmış, bu halın gələcəkdə "xxxx" MMC-nin digər təqslirli cavabdehdən həmin pulun reqres qaydada tələb edilməsini də istisna etmədiyi qeyd olunmuşdur. (bax bənd 4).

53. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4007/2024 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsindən iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü i l tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsinin qismən-iddianın maddi zərərin tutulması barədə hissəsinin rədd olunması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 26600 manat məbləğində pul vəsaitinin tutularaq X11 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin məzmunundan da görünür ki, bu qətnamə ilə də X3 "xxxx"da “sünnət” əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyatın qüsurlu icra olu nması inkar edilməmiş, birinci instansiya məhkəmənin zərərçəkmiş şəxsə dəymiş mənəvi ziyanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasına hər hansı bir irad bildirilməmiş, bununla yanaşı zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasına qərar verilmişdir. (bax bənd 5).

54. Tədqiq olunmuş iş materiallarından məlum olmuşdur ki, (iş İ cild, səh 57-72) iddiaçı Cəmiyyət tərəfindən Nəsimi rayon İcra Şöbəsinin hesabına ümumilikdə 38.243.32 manat məbləğində pul ödənilmişdir. O cümlədən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirdiyi icraata xitam verilməsi haqqında qərarın surətindən aydın olmuşdur ki, "MedAura Klinikası” MMC tərəfindən mənəvi zərərin əvəzi kimi tələbkar X 7 xeyrinə ödənilməli olan 10000 manat və 26600 manat məbləğ borclu tərəfindən tam şəkildə təmin olunmuşdur.

55. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq poz untusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

56. Delikt öhdəliyin qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməli; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz t örədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

57. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Lakin mülki hüquq qanunvericiliyində bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərə rli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.

58. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

59. Yuxarıda istinad olunan iş materiallarından da göründüyü kimi, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 (sifarişçi) ilə həkim cərrah Cavabdeh (icraçı) arasında “Tibbi xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmış, müqavilə şərtlərinə əsasən “sifarişçi” cərahi tibbi xidmətlərin göstərilməsini sifariş verib “icraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “icraçı” isə “sifarişçi”nin müəyyən etdiyi qaydada tibbi xidmətləri göstərməyi öhdəsinə götürmüş, həmçinin “İçracı”nın müqavilədə nəzərdə tutulan xidməti vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyəti müəyyən olunmuşdur. Müqavilənin 6.2-ci bəndində qeyd olunmuşdur ki, “İcraçı” göstərdiyi cərrahi tibbi xidmətlərin tam norma tiv qaydalara uyğun və keyfiyyətli icra edilməməsi üçün məsuliyyət daşıyır.

60. İşin mübahisəsiz hallarına əsasən X3 “MedAura Klinikasında” sünnət əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyat qüsurlu icra olunmuş, nəticədə zərərçəkmiş şəxsə maddi və mənəvi zərər dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin yuxarıda adıçəkilən qətnamələri ilə ümumilikdə 36600 manat pulun (26600 manat maddi və 10000 manat mənəvi zərər) həkim Cavabdeh işlədiyi "xxxx" MMC-dən zərərçəkmişin xeyrinə tutulması qət olumuşdur. Həmin qətnamələrdə Cavabdeh təqsirli bilinsə də, iddiaçının maddi tələbə daha tez əlçatanlığını təmin etmək məqəsədilə məhkəmələr tərəfindən zərərçəkmiş şəxsə ödəniləcək məbləğlərin "xxxx" MMC-dən tutulması qərara alınmış, bu halın gələcəkdə "xxxx " MMC-nin digər təqsirli cavabdehdən, yəni həkim Cavabdeh həmin pulun reqres qaydada tələb edilməsini də istisna etmədiyi qeyd olunmuşdur.

61. Həmçinin tədqiq olunmuş iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində işə baxılarkən Cavabdeh nümayəndəsi və vəkili qismində prosesdə iştirak etmiş X15 iddia tələbini təmsil etdiyi şəxsin təqsirli hərəkətlərinə münasibətdə etiraf etmiş (bax iş İ cild, səh 23), həmin məhkəmənin qətnaməsi ilə Cavabdeh edilmiş əməliyyatı düzgün qaydada və formada icra etməməsi səbəbindən təqsiri təsdiq olunmuş (bax iş səh.30), hazırki iş üzrə Cavabdeh birinci instansiya və apellyasiya instansiya məhkəməsinin qətnamələrini mübahisələndirməmiş (halbuki həmin pulun reqres qaydada ondan tələb edilməsinin istisna edilmədiyi qətnamədə öz əksini tapmış dır), qətnamələr üzrə maddi və mənəvi ziyana görə müəyyən edilmiş məbləğlər onun işlədiyi "xxxx" MMC tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Belə ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirdiyi icraata xitam verilməsi haqqında qərarın surətindən aydın olur ki, "Medaura Klinikası” MMC tərəfindən mənəvi zərərin əvəzi kimi tələbkar X7 xeyrinə ödənilməli olan 10000 manat və 26600 manat məbləğ borclu tərəfindən tam şəkildə təmin olunmuşdur.

62. Bu səbəbdən də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4007/2024 nömrəli q ətnamələri əsasında X8 xeyrinə ödənilmiş ümumilikdə 36600 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir.

63. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

64. Həmçinin Əmək Məcəlləsinin yuxarıda istinad olunan maddələrinin mənasından da göründüyü kimi, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.Hazırki vəziyyətdə cavabdehin əmək münasibətləri prosesində işlədiyi klinikada edilmiş əməliyyatı düzgün qaydada və formada icra etməməsi səbəbindən təqsirli hərəkətləri nəticəsində zərərçəkmişə dəymiş 36600 manat məbləğində ziyanın işəgötürən tərəfindən tam həcmdə zərərçəkmiş şəxsə ödənilməsi öz təsdiqini tapmış, eyni zamanda cavabdeh bu zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilməmişdir. Belə olan halda isə zərərin əvəzini ödəmiş şəxsin-yəni iddiaçının cavabdhə ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ yaranmışdır.

65. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh tərəf “...iddiaçı tərəfin təqdim etdiyi 12 sentyabr 2022-ci il tarixli müqavilədə olan imzanın ona aid olmadığını, şəxsiyyət vəsiqəsində olan imzanı onun vəsiqənin verildiyi tarixdə, yəni, 2008ci ildə çəkdiyini, artı q 10 ildən çoxdur ki, onun imzasının şəxsiyyət vəsiqəsindəki imza kimi deyil, tamam fərqli bir imza olduğunu, müqavilədəki imzanın isə şəxsiyyət vəsiqəsindəki imzasına oxşadılsa belə, professional bir şəkildə çəkilmədiyini, şəxsiyyət vəsiqəsində göstərilən imza ilə müqavilədə başqa bir şəxs tərəfindən, sanki ona məxsusmuş kimi çəkilən imza arasında kifayət qədər fərqlər olduğunu, həmin fərqlərin vizual olaraq nəzərə çarpdığını” bildirərək iddiaçının həmin saxta və etibarsız müqaviləni məhkəməyə təqdim edərək, reqres iddia ilə məhkəməyə müraciət etdiyini bildirmiş və məhkəmə qətnaməsini aldıqdan sonra, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında xidmət müqaviləsinin mövcudluğundan xəbərdar olduğunu, ona sms xəbərdarlıqla məhkəmə iclası barədə məlumat daxil olmasına baxmayaraq, iddia ərizəsi və əlavə edilmiş sənədlərin bu günədək ona təqdim edilmədiyini, məhkəmənin onu lazımi qaydada iddia ərizəsini göndərməklə məlumatlandırmalı olduğunu və onun tərəfindən də sübutların məhkəməyə təqdim edilməsi üçün şərait yaratmalı olduğunu qeyd etmişdir. (bax bənd 14)

66. Həmçinin iddaçı Cavabdeh xx.xx.2025-ci tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə kollegiyanın ünvanına apellyasiya şikayəti ilə oxşar məzmunda şikayət ərizəsi ünvanlayaraq, ərizəyə Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin rəyini əlavə etmiş, rəydə 12 sentyabr 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilədəki imzanın Cavabdeh məxsus olmadığı göstərilmişdir. (bax bənd 15)

67. Beləliklə apellyasiya şikayəti ilə müəyyən edilir ki, cavabdeh apellyasiya şikayətini əsasən bu ar qumentlərlə əsaslandırır: - ona iddia ərizəsi və əlavə edilmiş sənədlər təqdim edilməmişdir, yalnız SMS xəbərdarlıq göndərilmişdir; - faktiki yaşayış yerinin fərqli olması səbəbi ilə sənədlərlə tanış ola bilməmişdir; - tibbi müayinələrə görə məhkəməyə gələ bilməmişdir; - iddiaçı ilə heç bir müqavilə bağlamamış, təqdim olunan müqavilədəki imza ona məxsus deyil; - birinci instansiya məhkəməsi müqavilənin həqiqiliyini araşdırmamış, xətşünaslıq ekspertizası təyin etməmişdir; - iddiaçı tərəfindən apellyasiya mərhələsində təqdim olunan ekspertiza rəyi nəzərə alınmalıdır.

68. Yuxarıda sadalanan dəlilləri qanunvericiliyin tələblərinə və işin tədqiq olunmuş hallarına əsaslanaraq araşdıran kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi bu arqumentlər əsassızdır.

69. Belə ki, Azərtbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 70. 10-1.3-cü maddəsində göstərilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 71. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

72. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 73. “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarından aydın olur ki, cavabd ehin xx.xx.2024-cü il tarixdən “Elektron Məhkəmə” informasiya sistemində aktiv elektron kabineti mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən ona ünvanlanan bütün sənədlər – o cümlədən iddia ərizəsi, əlavələr, məhkəmə bildirişləri və məktublar – sistemdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.

74. İş materiallarında olan CMC qeydlərindən və SMS bildirişlərdən aydın olur ki, sistemə sənədlərin yerləşdirilməsi barədə cavabdehin elektron kabinetinə müvafiq sənədlər əlavə olunmuş, həmçinin məhkəmə iclaslarının vaxtı və yeri barədə onun mobil nömrəsinə SMS xəbərdarlıqlar göndərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh işin icraata qəbul edilməsi və məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırılmış, həmçinin cavabdehin elektron kabinetinin olması iddia ərizəs i və digər sənədlərin də “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilməsi iddia edilən sənədlərdən onun xəbərsiz olmasını inandırıcı etmir. Xüsusən qeyd olunmalıdır ki, cavabdehin özü tərəfindən birinci instansiya məhkəməsinə iddia tələbinə qarşı etiraz ərizəsi (iş İ cild, səh.86) ünvanlaması onun mübahisə və iddia tələbi barədə məlumatlı olduğunu birmənalı təsdiq edir. Çünki həmin ərizənin məzmunundan da bu aydın olur. Belə ki, əgər o, iddia ərizəsi ilə tanış olmasaydı, iddia tələbinin mahiyyəti barədə məlumatlı olmaz və etiraz ərizəsi təqdim etməsi mümkün olmazdı. Bu hal onun apellyasiya şikayətindəki ziddiyyətli izahlarını əsassız edir. Beləliklə, cavabdehin “iddia ərizəsi və sənədlər mənə təqdim edilməyib” iddiası iş materialları ilə təkzib olunur və inandırıcı hesab edilm ir.

75. Cavabdehin apellyasiya şikayətinə Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin rəyini əlavə etməsinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddənin məzmunundan da göründüyü kimi, apellyasiya instansiyası yalnız birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkü n olmayan sübutları qəbul edir. Tədqiq olunmuş iş materiallarından aydın olur ki, cavabdeh bu rəyi birinci instansiya mərhələsində təqdim etməmiş və təqdim edə bilməməsinin ondan asılı olmayan üzrlü səbəbdən olmasına dair hər hansı sübut və ya əsas göstərməmişdir. Məhkəmə icraatı dövründə onun elektron kabineti aktiv olmuş, SMS xəbərdarlıqlar almış, etiraz ərizəsi göndərmək üçün işlə tanışlıq imkanı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-1-ci maddəsində də qeyd olunur ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet va sitəsilə təqdim edirlər. Yəni bütün bu hallar onu deməyə əsas verir ki, onun məhkəmə iclaslarında iştirak etməməsi subutların təqdim edilməsi və ya araşdırılması ilə bağlı hər hansı vəsatətin məhkəməyə yazılı şəkildə göndərilməsini istisna etmirdi. (Necə ki, iddia tələbinə etiraz ərizəsini göndərmişdir). Belə olan halda isə ekspertiza rəyinin birinci instansiyada təqdim edilməməsi cavabdehin öz prosessual davranışı ilə bağlıdır və apellyasiya mərhələsində həmin rəyin qəbul edilməsi üçün hüquqi əsaslar mövcud deyil.

76. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “...məhkəmənin tam səhih nəticəyə gəlməsi üçün təqdim olunmuş sübutlara baxış keçirməli olduğuna, qeyd etdiyi şübhəli məqamları gözardı etməməli və bununla da xətşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad çıxarmalı old uğuna” dair dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı bu barədə heç bir vəsatət qaldırmamış, məhkəməyə ünvanladığı etiraz ərizəsində də bu barədə fikir irəli sürməmişdir. Məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etməsi yalnız “sübutların natamam olduğu və tərəflərin təqdim etməsinin mümkün olmadığı hallar” üçün nəzərdə tutulur. İddiaçı tərəfindən təqdim edilmiş müqavilə, ödəniş sənədləri və digər materiallar düzgün olaraq birinci instansiya tərəfindən qiymətləndirilmiş və hazırki nəticəyə gəlmək üçün yetərli hesab edilmişdir. Cavabdehin iddiası yalnız öz izahına və saxtalaşdırma ehtimalına əsaslanır ki, bunu sübuta yetirən heç bir obyektiv sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Həmçinin Bakı şəhəri Nəsimi R ayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnamələrindən görünür ki, Cavabdeh sünnət əməliyyatını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində etdiyini heç vaxt inkar etməmiş, əksinə baş vermiş hadisədə özünün təqsirini etiraf etmiş, bu klinika ilə arasında hər hansı müqavilənin olmadığını mübahisələndirməmişdir. Qüvvədə olan bu qətnamələrlə cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində həkim kimi bu əməliyyatı icra etməsi, əməliyyatla bağlı xəstəlik tarixçələrinin burada açılması və saxlanılması, beləliklə tərəflər arasında xidmət münasibətlərinin mövcudluğu təsdiqini tapmışdır. Həmin proseslərdən Cavabdeh kimi kifayət qədər məlumatı olmuş, eyni zamanda vəkillə təmsil olunaraq peşəkar hüquqi yardım almış, lakin heç bir halda onun iddiaçı ilə arasında əmək münasibətlərinin olmasını mübahisələndirməmişdir.

77. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “...istər Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun icraatında olan 321-c-23 nömrəli material üzrə araşdırma zamanı, istərsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-1082/2024 nömrəli mülki iş üzrə məhkəmə iclasları zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən guya ki, onlar arasında bağlanmış olan 12 sentyabr 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilənin təqdim edilmədiyinə, əgər həmin müqavilə mövcud olmuşdursa, nə üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-1082/2024 nömrəli mülki işlə bağlı məhkəmə qətnaməsində təqdim edilmiş sübutlar sırasında g östərilməmişdir?” kimi qeyd etdiyi dəlilinə münasibətdə kollegiya apellyatorun diqqətinə çatdırır ki, hər bir icraatın predmeti, sübutetmə həcmi və tərəflərin prosessual öhdəlikləri fərqlidir. Prokurorluq orqanında aparılan araşdırmanın predmeti həmin fakt üzrə cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsidir və bu araşdırmada tərəflərin mülki hüquqi münasibətlərinə dair bütün sənədlərin təqdim olunması mütləq tələb kimi müəyyən edilməmişdir. Bu səbəbdən Nəsimi Rayon Prokurorluğunun icraatında olan material üzrə araşdırma zamanı cavabdehin qeyd etdiyi müqavilənin təqdim edilməməsi həmin müqavilənin mövcud olmamasını deməyə əsas vermir və hazırki mülki iş üzrə sübut kimi təqdim olunmasına mane olmur.

78. Həmçinin hazırki iş üzrə iddiaçı tərəfindən bu müqavilə məhz birinci instansiya məhkəməsinə təqdim edilmiş, məhkəmə onu sübutlar sırasına daxil etmiş, tərəflərə iddia tələbinə və sübutlara dair etiraz hüquqlarını izah etmiş və bu sənədi qiymətləndirmə predmetinə çevirmişdir. Lakin cavabdeh tərəfindən həmin sübuta dair birinci instansiya məhkəməsinə hər hansı etiraz ünvanlanmamış və ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi, “...əgər müqavilə mövcud idisə, niyə digər işlərdə təqdim olunmamışdır” arqumenti hazırki iş üzrə müqavilənin sübut kimi təqdim edilməsinə və onun qiymətləndirilməsinə təsir edən hüquqi əngəl deyildir.

79. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılmış və təqdim edilmiş sübutlar ar aşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuşdur.

80. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən dövlət rüsumu ilə bağlı hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı qeyd edir ki, iş materiallarından və apellyasiya şikayətinə əlavə edilmiş sübutlardan müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək cavabdehdən 36600 (otuz altı min altı yüz) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, habelə iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş 217 (iki yüz on yeddi) ma nat məbləğində dövlət rüsumunun 188,65 manat (bir yüz səksən səkkiz manat altmış beş qəpik) hissəsinin cavabdehdən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

81. Lakin iş materiallarında olan cavabdehə məxsus veteran vəsiqəsindən (bax iş mat. İ cild, səh 153), habelə “Elektron məhkəmə” informasiya sistemində mövcud olan məlumatlardan aydın olur ki, cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş, bu əsasla ona müharibə veteranı statusu verilmiş və müharibə veteranları üçün nəzərdə tutulmuş müvafiq pensiya alır. Bu hal cavabdehin qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu təsdiq edir.

82. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respub likası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmələrə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də baş vermiş qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin norma imperativ xarakter daşıyır və məhkəmə tərəfindən tətbiqi məcburidir.

83. Bu baxımdan, cavabdehin müharibə veteranı statusuna malik olması nəzərə alınaraq, onun üzərinə dövlət rüsumunun hər hansı hissəsinin tutulması qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi tərəfindən dövlət rüsumunun 188,65 manat hissəsinin cavabdehdən tutulması barədə qənaətə gəlməsi hüquqi əsaslardan məhrumdur və səhv nəticə hesab edilməlidir.

84. Eyni zamanda, qeyd olunan hal iş üzrə qəbul edilmiş qətnamənin nəticə hissəsinin dəyişdirilməsini zəruri edir. Belə ki, cavabdeh dövlət rüsumu ödəməkdən azad edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun üzərində saxlanılmalı, cavabdehdən tutulmamalıdır.

85. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin olunmasa da, birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumuna dair hissədə dəyişdirilməli və həmin dövlət rüsum iddiaçıya aid edilməlidir.

86. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(110)-491/2025 nömrəli qətnaməsindən cavabdehi n vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(110)-491/2025 nömrəli qətnaməsi dövlət rüsumuna dair hissədə dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.3-cü maddələrinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

88. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.3, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(110)-491/2025 nömrəli qətnaməsi dövlət r üsumuna dair hissədə dəyişdirilsin və iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar