Məhkəmə qərarları › İş №2(108)-187/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-187/2021

12.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-187/2021 12.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh1, onun vəkili Həsənov Vüsal Heydər oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Məmmədova Gülü Hüseyn qızının iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(079)-352/2021 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Həsənov Vüsal Heydər oğlunun verdikləri apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Naxçıvan MR, Babək rayonu, Qahab kəndində yerləşən Məmmədov Heydər Şirin oğlundan miras qalmış torpaq sahəsindən-miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmənin qərardadı ilə Məmmədova Gülü Hüseyn qızı, Mustafayeva (Məmmədova) Lalə Heydər qızı və Əliyeva (Məmmədova) Nahidə Heydər qızı cavabdeh tərəfdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdirlər. Babək Rayon Məhkəməsinin (sədrlik edən: G.M.İsmayıl) 09 avqust 2021-ci il tarixli, 2(079)-352/2021 nömrəli qətnaməsi ilə iddia təmin o lunaraq Babək rayonu Qahab kəndində yerləşən Məmmədov Heydər Şirin oğlundan miras qalmış torpaq sahəsinin İddiaçı tərəfindən faktiki qəbul olunması faktının müəyyən olunması, İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək (vəkili Həsənov Vüsal Heydər oğlu ilə birlikdə imzalanmışdır) Babək Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(079)-352/2021 nömrəli qətnaməsinin ləğv olunaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İşə apelyasiya qaydasında baxılması zamanı Cavabdeh1 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına ərizə ilə müraciət edərək hal-hazırda Babək Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(079)-401/2021 nömrəli qətnaməsi ilə mübahisələndirdiyi məsələ öz həllini tapdığından Babək Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(079)-352/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini göstərib apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kollegiya iş üzrə Cavabdeh1 apellyasiya şikayətindən imtinasına dair ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin tələbinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina qəbul edildikdə apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir və bu birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinin tələbinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Kollegiya belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə apellyasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 191-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından apellyasi ya şikayətindən imtina qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.6-cı maddəsinin tələbinə əsasən apellyasiya icraatına xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 369, 402-ci maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(079)-352/2021 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Cavabdeh1 Kapital Bank ASC-nin Naxçıva n filialına 18.08.2021-ci il tarixdə 25942 nömrəli qəbzlə ödədiyi 5 (beş) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar