Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-19/2022 21.02.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və "xxxx" X20 nümayəndələri X5 və X18 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh təşkilat "xxxx" X20ə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-1008/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-1008/2021 nömrəli qətnaməsi ilə İddiaçı c avabdeh təşkilat "xxxx" publik hüquqi şəxsə qarşı 12.07.2021-ci il tarixli 149 saylı əmrin etibarsız hesab edilməsi və məcburi iş buraxılma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerində vəzifəsinə bərpa olunması tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-1008/2021 nömrəli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2013-cü ildən Şərur rayon Poçt şöbəsində əmək fəaliyyətinə başlamış, işlədiyi dövrdə heç bir əmək pozuntusuna yol verməmiş, işində hər zaman məsuliyyətli və diqqətli olaraq səhvə yol vermədən fəaliyyət göstərmişdir. Ş ərur rayon X19 kənd poçtunda əməliyyatçı işləyən X16 iddiaçıdan koronavirus tutduğundan işə çıxa bilmədiyi və bəzi hallarda məzuniyyətdə olduğu vaxtlarda xahiş etmişdir ki, onun parolu ilə əməliyyatlar aparsın ki, onun tərəfindən aparılmalı olan əməliyyatlar gecikdirilmədən sistemə işlənmiş olsun. Əvvəllər də müdirləri iddiaçının parolu ilə onlara (yəni Axundlu Elvinə və digər işçilərə) işləməyə icazə verdiyindən, hətta məzuniyyətdə və ya ev günləri vaxtı evdə olduğu vaxt zəng edib parolunu ondan istədiyindən və o da müdirləri Rasim Məmmədova parolunu verdiyindən düşünürdü ki, Elvinin parolu ilə əməliyyatları aparmaqda elə bir qüsur yoxdur. Etdiyi bu hərəkətdə hər hansı pozuntu olacağını ağlından belə keçirtməmişdi. Çünki, idarədə bir şəxsin parolu ilə başqa işçinin əməliyatlar aparmasına pozuntu kimi baxılmamışdı və heç kəs bununla bağlı nə ona, nə də digər işçiyə nöqsan tutub bunu qadağan etməmişdi. Bu səbəbdən də Elvin ondan onun parolu ilə əməliyyatları yerinə yetirməyini istəyəndə o da bunu tərəddüdsüz etmiş, Elvinin pul ödənişlərində öncədən borclu olmasından (kəsirindən) onun heç bir xəbəri olmamışdır. Elvin bu barədə ona heç nə deməmişdir. Elvinin borclu olmasını o, görə bilməzdi. Onu sistem üzərindən mühasibatlığın görüb, bilmək imkanı olardı. Elvinin borcları (kəsrləri) iddiaçının Elvinin parolu ilə apardığı əməliyyatlar üzrə yaranmamışdır. İddiaçının onun parolu ilə apardığı əməliyyatlar üzrə bütün ödənişlər vaxtında Elvin tərəfindən ödəniş olunmuşdur. Elvinin icra etmədiyinə görə yarandığı borcları onun özü tərəfindən aparılmış əməliyyatların zamanında olmuşdur ki, bu əməliyyatlarla da iddiaçının heç bir əlaqəsi yoxdur. Elvinin həyata keçirdiyi əməliyyatlar üzrə icra etmədiyi borclar üzrə iddiaçının heç bir öhdəliyi (vəzifəsi) yoxdur və buna görə iddiaçı heç bir məsuliyyət daşımır. Elvinin parolu ilə əməliyyatlar aparmağına münasibətdə təkrar olaraq bildirir ki, hələ 2019-cu ildə Elvin idarəyə gəldikdə müdirləri Rasim Məmmədovun tapşırığı ilə Elvin bir neçə müddət iddiaçıya məxsus parol vasitəsi ilə əməliyyatlar aparmışdır. Ümumiyyətlə bir işçinin parolu vasitəsi ilə başqa işçinin əməliyyatlar aparılmasının qadağan olması barədə işçilərə heç məhdudiyyət və ya qadağa qoyulmamışdır. Əksinə lazım olduqda vaxtı-vaxtında əməliyyatların aparılması, əməliyatların geçikməsinin qarşısını almaq məqsədi ilə müdirin də məlumatı və tələbi ilə işçilər bir-bi rinin parolundan istifadə edərək əməliyyatları vaxtında icra edirdi. Elə bu səbəblərdən də düşünür ki, Elvinin parolu ilə əməliyyat aparmaqla heç bir özbaşınalığa, qanun pozuntusuna yol verməmişdir. Bu səbəbdən də Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-1008/2021 nömrəli qətnaməsi ilə cavabdeh təşkilat "xxxx" publik hüquqi şəxsə qarşı “12.07.2021-ci il tarixli, 149 saylı əmrin etibarsız hesab edilməsi və məcburi işə buraxılma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerində vəzifəsinə bərpa olunmağına” dair iddiasının rədd edilməsinə dair qətnaməsini qanunsuz və ədalətsiz hesab edir. Məhkəmənin ödənişlər üzrə pul borcunun yaranma öhdəliyinin məhz X9 qanunsuz hərəkətləri nəticəsində yaranmış olduğunu və iddiaçının Elvinin parolundan gizlin və ya hər hansı qan unsuz məqsədlər üçün istifadə edərək əməliyyatlar aparmamasını nəzərə almadan iddiasının rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə baxışı iclasında şahid kimi X9 ifadəsini və iddiaçının ifadəsini obyektiv qiymətləndirməyərək qərar qəbul edilməsini, onun iş yoldaşının parolu vasitəsi ilə əməliyyat aparmağını pozuntu hesab edən rəhbərliyinin bütün bunlar barədə hələ öncələrdən məlumatı olduğu halda 12.07.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “c” və “e” bəndlərilə 149 nömrəli əmrlə xitam verməsi ona qarşı qərəzli m ünasibətin, hərəkətlərin bariz nümunəsi olmasını, qanunvericilikdə bu cür göstərilməsinə baxmayaraq özbaşına və qanundan kənar olaraq etmədiyi qanunsuz hərəkətə görə barəsində "xxxx" Publik hüquqi şəxs və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qərarların ədalətsiz olmasını qeyd edir. Məhkəmə ilk növbədə ödənişlər üzrə pul borcunun yaranma öhdəliyinin (vəzifəsinin) məhz X9 hərəkətləri nəticəsində yaranmış olduğunu və iddiaçının Elvinin parolundan idarə rəhbərliyindən gizlin olmayaraq istifadə etməsini və hər hansı qanunsuz məqsədlər üçün istifadə etmədiyini aydınlaşdırmamış, idarədə bir işçinin parolu ilə digər işçinin işləməsi ilə bağlı heç bir məhdudiyyət və ya qadağa olmamış, hətta müdiri belə o məzuniyyətdə olduqda və ya qrafik üzrə işə çıxmadığı vaxtlarda parolunu alaraq əmə liyyatların aparılmasını təmin etmişdir ki, işlərində gecikmələr olmasın, idarənin iş axarı normal vəziyyətdə qalsın. Bundan əlavə şahid qismində ifadə verən X16 da göstərmişdir ki, o, koronovirus xəstəsi olanda, məzuniyyətdə olarkən işə gələ bilmədikdə iddiaçı onun parolu ilə əməliyyatlar aparmışdır. Onun özünün apardığı əməliyyatlarda kəsiri olmuş, kəsirlərin (yaranmış borcun) iddiaçı ilə heç bir əlaqəsi yoxdur və iddiaçının günahı yoxdur. İddiaçının Elvinin parolu ilə əməliyyat apardığı vaxtlar dövrü üçün heç bir kəsirin (borcun) olmaması Elvin tərəfindən məhkəmədə deyilsə də, habelə iddiaçı tərəfindən aparılmış əməliyyatlar üzrə ödənişlərin aparılmasını təsdiq edən qəbzlər məhkəməyə təqdim olunsa da məhkəmə bütün bunlara düzgün hüquqi qiymət verməmişdir. Bildirir ki, Elvin Axundlunun ə məli nəticəsində yaranmış pul borcu üzrə iddiaçı heç bir öhdəlik daşımır və onun hərəkəti üzrə iddiaçı heç bir məsuliyyət daşıya bilməz. Ödənişlər üzrə pul borcunun yaranma öhdəliyinin (vəzifəsinin) məhz X9 hərəkətləri nəticəsində deyil, iddiaçının hərəkəti nəticəsində yaranmış olduğunu və həmin borclar üzrə iddiaçının heç bir öhdəlik daşımadığını sübut etmədən qətnamə qəbul etməsi, iddiaçının X9 parolundan idarə rəhbərliyindən gizlin olaraq istifadə etməyini və hər hansı qanunsuz məqsədlər üçün istifadə etməyini sübut etmədən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozması qənaətinə gələrək vəzifədən azad edilməyi barədə qərar qəbul edərək iddiasını rədd etməsi barədə qətnaməsi birinci instansiya məhkəməsi tərəfində n müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi kimi hesab edir. Əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərin iddiaçı tərəfindən deyil, X16 tərəfindən yerinə yetirilməməli olduğunu (onun öhdəliyinin yaranmasını) təsdiq edən məhkəmə baxışı zamanı onun tərəfindən etiraf olunmuş şahid ifadəsi, X11 aid parol vasitəsi ilə iddiaçının əməliyyatlar aparmağının nə dərəcədə pozuntu ilə nəticələnməsini təsdiq edən hər hansı bir sübutun olmaması birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dəlalət edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 362, 384.0.2, 385-ci maddələrini rəhbər tutaraq Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-1008/2021 nömrəli qətna məsinin ləğv edilərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışında İddiaçı аpеllyаsiyа şikаyətini müdаfiə еdərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında apellyasiya şikayətinin təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-1008/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Apellyasiya baxışında cavabdeh təşkilat "xxxx" X20 nümayəndəsi X12 izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-1008/2021 nömrəli qətnaməsinin qüvvədə s axlanılmasını xahiş etdi. Apellyasiya baxışında cavabdeh təşkilat "xxxx" X20 nümayəndəsi X13 izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətini qəbul etmədiyini bildirib Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-1008/2021 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayaraq işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq etməklə iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayıb aşağıdakı nəticəyə gəlir. Kollegiya İddiaçı apellyasiya şikayətinin 2013-cü il tarixindən Şərur rayon Poçt şöbəsində əmək fəaliyyətinə başlayaraq işlədiyi dövrdə heç bir əmək pozuntusuna və səhvə yol vermədən fəaliyyət göstərməsi, Şərur rayon X19 kənd poçtund a əməliyyatçı işləyən X16 iddiaçıdan koranavirus tutduğundan işə çıxa bilmədiyi və bəzi hallarda məzuniyyətdə olduğu vaxtlarda onun parolu ilə əməliyyatlar aparmasını xahiş etməsi, əvvəllər də müdirlərinin iddiaçının parolu ilə onlara (yəni Axundlu Elvinə və digər işçilərə) işləməyə icazə verdiyindən, hətta məzuniyyətdə və ya ev günləri vaxtı evdə olduğu vaxt zəng edib parolunu ondan istədiyindən və o da müdirləri Rasim Məmmədova parolunu verdiyindən Elvinin parolu ilə əməliyyatları aparmaqda elə bir qüsur olmadığını düşündüyünü, etdiyi bu hərəkətdə hər hansı pozuntu olacağını ağlından belə keçirtməməsi, idarədə bir şəxsin parolu ilə başqa işçinin əməliyatlar aparmasına pozuntu kimi baxılmaması, heç kəsin bununla bağlı nə ona, nə də digər işçiyə nöqsan tutub bunu qadağan etməməsi, bu səb əbdən də Elvin ondan onun parolu ilə əməliyyatları yerinə yetirməyini istəyəndə o da bunu tərəddüdsüz etməsi, Elvinin pul ödənişlərində öncədən borclu olmasından (kəsirindən) onun heç bir xəbəri olmaması, Elvinin bu barədə ona heç nə deməməsi, Elvinin borclu olmasını onun görə bilməməsi, bunu sistem üzərindən mühasibatlığın görüb, bilmək imkanı olması, Elvinin borcları (kəsrləri) iddiaçının Elvinin parolu ilə apardığı əməliyyatlar üzrə yaranmaması, onun parolu ilə apardığı əməliyyatlar üzrə bütün ödənişlərin vaxtında Elvin tərəfindən ödəniş olunması, Elvinin icra etmədiyinə görə yarandığı borcları onun özü tərəfindən aparılmış əməliyyatların zamanında olması, Elvinin həyata keçirdiyi əməliyyatlar üzrə icra etmədiyi borclar üzrə iddiaçının heç bir öhdəliyi (vəzifəsi) və buna görə heç bir mə suliyyətinin olmaması, 2019-cu ildə Elvin idarəyə gəldikdə müdirləri Rasim Məmmədovun tapşırığı ilə onun bir neçə müddət iddiaçıya məxsus parol vasitəsi ilə əməliyyatlar aparması, ümumiyyətlə bir işçinin parolu vasitəsi ilə başqa işçinin əməliyyatlar aparılmasının qadağan olması barədə işçilərə heç məhdudiyyət və ya qadağa qoyulmaması, lazım olduqda vaxtı-vaxtında əməliyyatların aparılması, əməliyatların geçikməsinin qarşısını almaq məqsədi ilə müdirin də məlumatı və tələbi ilə işçilərin bir-birinin parolundan istifadə edərək əməliyyatları vaxtında icra etməsi, Elvinin parolu ilə əməliyyat aparmağında heç bir özbaşınalığa, qanun pozuntusuna yol verməməsini düşünməsi, məhkəmənin ödənişlər üzrə pul borcunun yaranma öhdəliyinin məhz X9 qanunsuz hərəkətləri nəticəsində yaranmış olması və iddia çının Elvinin parolundan gizlin və ya hər hansı qanunsuz məqsədlər üçün istifadə edərək əməliyyatlar aparmamasını nəzərə almadan iddiasının rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etməsi, məhkəmənin ilk növbədə ödənişlər üzrə pul borcunun yaranma öhdəliyinin (vəzifəsinin) məhz X9 hərəkətləri nəticəsində yaranmış olub Elvinin parolundan idarə rəhbərliyindən gizlin olmayaraq istifadə etməsini və hər hansı qanunsuz məqsədlər üçün istifadə etmədiyini aydınlaşdırmaması, idarədə bir işçinin parolu ilə digər işçinin işləməsi ilə bağlı heç bir məhdudiyyət və ya qadağa olmaması, hətta müdirin belə o, məzuniyyətdə olduqda və ya qrafik üzrə işə çıxmadığı vaxtlarda parolunu alaraq əməliyyatların aparıl masını təmin etməsi, şahid qismində ifadə verən X9 o, koronovirus xəstəsi olanda, məzuniyyətdə olarkən işə gələ bilmədikdə iddiaçının onun parolu ilə əməliyyatlar aparması, onun özünün apardığı əməliyyatlarda olan kəsirlərin (yaranmış borcun) iddiaçı ilə heç bir əlaqəsi olmaması və iddiaçının günahı olmamasını göstərməsi məhkəmədə deyilib, iddiaçı tərəfindən aparılmış əməliyyatlar üzrə ödənişlərin aparılmasını təsdiq edən qəbzlər məhkəməyə təqdim olunsa da məhkəmənin bütün bunlara düzgün hüquqi qiymət verməməsi, Elvin Axundlunun əməli nəticəsində yaranmış pul borcu üzrə heç bir öhdəlik daşımaması, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərin iddiaçı tərəfindən deyil, X16 tərəfindən yerinə yetirilməməli olduğunu (onun öhdəliyinin yaranmasını) təsdiq edən məhkəmə baxışı zamanı onun t ərəfindən etiraf olunmuş şahid ifadəsi, X11 aid parol vasitəsi ilə iddiaçının əməliyyatlar aparmağının nə dərəcədə pozuntu ilə nəticələnməsini təsdiq edən hər hansı bir sübutun olmamasının birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dəlalət etməsi barədə dəlillərinə ümümilikdə qiymət verərək həmin dəlilləri əsassız hesab edir. İş materiallarına əlavə olunmuş "Naxçıvanpoçt” MMC-nin Şərur Rayon Filialının 02 dekabr 2013-cü il tarixli 12 nömrəli əmrinin surətindən aydın olur ki, İddiaçı həmin tarixdən "Naxçıvanpoçt” MMC-nin Şərur Rayon Filialının Kərimbəyli KRB-nin əməliyyatçısı vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı 2013-cü il tarixdə "Naxçıvanpoçt” MMC-nin X8 KR B-nin əməliyyatçısı vəzifəsinə təyin edilmiş, 03.02.2014-cü ildə vəzifəsindən azad edilərək Şərur şəhəri üzrə ŞAD əməliyyatçısı vəzifəsinə keçirilmiş, 07.06.2017-ci ildə Dərəkənd poçt Bölməsində əməliyyatçı vəzifəsinə təyin edilmiş, 02.12.2019-cu il tarixdə Yuxarı Aralıq kənd poçt bölməsinə əməliyyatçı vəzifəsinə keçirilmiş, 12.07.2021-ci il tarixdə tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” və 72-ci maddəsinin "c” və "e” bəndlərinə əsasən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "Naxçıvanpoçt” X20 149 nömrəli əmrindən aydın olur ki, "Naxçıvanpoçt” X20 Şərur Rayon Filialının Aparatının əməliyyatçısı İddiaçı 12 iyul 2021-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş “İşçinin məsuliyyət və etika iltizamnaməsi” ndən aydın olur ki, X2 iltizamnaməni 01 iyun 2018-ci ildə imzalamışdır. İş materiallarına əlavə edilmiş 06 iyul 2021-ci il tarixli aktdan aydın olur ki, Şərur Rayon Filialında aparılmış monitorinq zamanı mərkəzi poçt əməliyyatçısı Əliyeva X4 poçt bölməsi əməliyyatçısı X3 parolundan istifadə edərək ödənişlər qəbul etmiş, qəbul etdiyi vəsaiti qəbzlər və arayışlarla birlikdə əməliyyatçı Axundlu Elvinə təhvil vermişdir. İddiaçı törətdiyi əməli öz izahatında etiraf etmişdir. İş materiallarında olan "Naxçıvanpoçt” X20 X10 yazılmış Şərur Rayon Mərkəzi Poçt Bölməsinin əməliyyatçısı İddiaçı izahatından aydın olur ki, X9 öz xahişi əsasında kod parolunda işləyib qəbul etdiyi vəsaiti qəbzləri və arayışlarla birgə özünə təqdim etmişdir. Etdiyi səhvin məsuliyyətini başa düşür və bir daha işində nöqsan o lmayacağına söz verir. İş materiallarında olan 09 iyul 2021-ci il tarixli məktubdan aydın olur ki, "xxxx" X20 Şərur Rayon Şöbəsinin özündə və bir sıra kəndlərində olan əməliyyatçılar barəsində tərtib edilmiş 06 iyul 2021-ci il tarixli akt müzakirə edilməsi üçün "Naxçıvanpoçt” X20in Həmkarlar İttifaqı Komitəsinin sədrinə göndərilmişdir. İş materiallarında olan "Naxçıvanpoçt” X20in Həmkarlar Komitəsinin 2021-ci ilin 9 iyul tarixli Protokolundan Çıxarışdan aydın olur ki, əmək kollektivinin 20 nəfərdən ibarət iclası keçirilmiş və adları qeyd edilən şəxslərin o cümlədən Şərur rayon Mərkəzi poçt əməliyyatçısı İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və əmək vəzifələrini kobud şəkildə pozduğu üçün tutduqları vəzifədən azad edilməsi qanunauyğun hesab edilm işdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 68, 70, 72 76, 80-cı maddələrinə istinad etmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54.1-ci maddəsinin 9-cu abzasına, 62-ci maddəsinin 5-ci bəndinə, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə, “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 443.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etmişdir. İddiaçı birinci instansiya və apellyasiya baxışı zamanı ve rdiyi izahatlarda, eləcə də apellyasiya şikayətində X3 parolundan mütəmadi olaraq istifadə etməklə işləyib ödənişlər qəbul etməsini göstərmişdir. Bununla da İddiaçı özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, təqsirli hərəkətləri ilə mülkiyyətçiyə maddi ziyan vurmuş, əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntusu nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Bütün bunlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyil. Apellyasiya şikayətinə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)1008/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Həmin normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları məhkəmədə sübut etməyə borcludur. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nə ticə işin həqiqi hallarına uyğun оlduğundаn apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(078)-1008/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-404, 405.0.1 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2( 078)-1008/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-19/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-19/2022
21.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver