Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-19/2023 29.03.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, Allahverdiyev Mehman Dünyamalı oğlu və X1 ibarət tərkibdə, X9 məhkəmə iclas katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(078)-1010/2022 saylı qətnaməsindən cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizə si ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının ünvan 1 ünvanında yerləşən yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən: G.X.Səfərəliyeva) 15 noyabr 2022-ci il tarixli, 2(078)-1010/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)31/2010 nömrəli 01 fevral 2010-cu il tarixli qətnaməsi əsasında Cavabdeh verilmiş yaşayış və istifadə hüququna xitam verilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 23 dekabr 2022-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Cavabdeh İsaye va (Məmmədova) Ayna Əli qızının apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 76.01 kv. metr olan fərdi yaşayış evi və 0.0429 ha torpaq sahəsi 13 yanvar 2022-ci il tarixdə tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır. Yəni yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə mübahisələndirilən yaşayış evi eyni ünvandır. Naxçıvan Şəhər Məhkəməsinin 10 mart 2010-cu il tarixli 2(078)-31/2010 nömrəli icra vərəqəsinə əsasən Naxçıvan şəhəri, Y.Məmmədəliyev küçəsi, döngə 2-də yer ləşən 14 nömrəli evə köçürülmüş, indiyədək həmin ünvanda yaşamışdır. Ailə həyatı qurduqdan da sonra həmin ünvanda yaşamış və gedibgəlmişdir. Məhkəmə iddia tələbinin qanuni əsasının tapılmasına münasibətdə belə hesab etmişdir ki, cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində məhkəmə qətnaməsi ilə verilən yaşayış və istifadə hüququ mahiyyət etibarilə məhdud əşya hüququ-şəxsi servitutdur. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəllənin 255.1, 255.6, 255.8 və 228.5-ci maddələrini əsas gətirərək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanunazidd hallar müəyyən olunduq da, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməməsini qeyd edərək məhkəmə tərəfindən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna zərurət olmamasının səbəb kimi araşdırılmadığını bildirmişdir. Məhkəmənin qətnaməsində göstərilən nəticələrin işin həqiqi halları ilə uzlaşmadığını, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyətinin şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəyini hesab etdiyini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 362, 384.0 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmədən Naxçıvan şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(078)1010/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan x ahiş etmişdir. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. İddiaçı məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə ona qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramda İddiaçı apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(078)-1010/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxmışdır. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına man e olmur. Məhkəmə iclası zamanı cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızı izahatında apellyasiya şikayətini müdafiə etdiyini, iddiaçının qardaşı Hümbətov Qafarla 1984-cü ildə evləndiklərini, Qafarın psixi xəstəlikdən əziyyət çəkdiyini, dəfələrlə onu döyüb, xəsarət yetirdiyini, bir neçə dəfə dispanserdə müalicə alsa da ancaq səhhətində heç bir dəyişiklik olmadığını, düzələcəyinə ümüd edərək onunla yaşamağa davam etdiyini, artıq onunla yaşamaq mümkün olmadığından rəsmi qaydada 2009-cu ildə ayrıldığını, mübahisəli evdə 25 il ömür qurtardığını, evdən məcburi çıxarıldığını, məhkəməyə müraciət edəndən sonra məhkəmənin qətnaməsi ilə ona evin bir otağından istifadə hüququ verildiyini, qaynanası sağ olana qədər həmin evdə yaşadığını, evin təmirsiz və yararsız olduğunu, o evdə qaldığı müddətdə kommu nal xərcləri qarşı tərəfin ödədiyini, özünün ödəmədiyini, ona görə də onda hər hansı bir qəbzin olmadığını, qaynanası öləndən sonra o evdə yaşaya bilmədiyini, Qafarın ondan sonra iki qadınla qeyri-rəsmi yaşadığını sonra Qafarın həmin evdə tək yaşadığını, öləndə yanında heç kimin olmadığını, özünün 4-5 ildir ikinci dəfə ailə qurduğunu, ailə həyatı qurduqdan sonra ərinin evinə getdiyini, ərinin birinci nikahdan olan oğlunun onu yola vermədiyinə görə bir müddət sonra kirayədə yaşadıqlarını, mübahisəli evdə də yaşadıqlarını, Qafar öldükdən sonra da kommunal xərcləri ödədiyini, o evin qazın, işığın olmamasının yalan olduğunu, özünün hal-hazırda o evdə yaşadığını, mübahisəli evdə cəmi 1 il yaşamadığını, ayağı ilə bağlı səhhətində narahatçılıq olduğundan Bakıda əməliyyat olunub 3 ay orada qaldığı nı, 1 il yataqdan qalxa bilmədiyini, ondan sonra da ödündən əməliyyat olunduğunu, əməlliyyatların təqribən 2-3 il qabaq olduğunu, əvvəl o evdə yaşamağa ehtiyacının olmadığını, ikinci dəfə ailə həyatı qurduğu adamdan rəsmi qaydada boşanmadıqlarını amma ayrı yaşadıqlarını, müvafiq iddia tələbi məhkəməyə verildikdən sonra qaz və işıq pulunu ödəməyə başladığını, 2022-ci ilin noyabr ayında qaz və işıq pulunu ödəməyinə dair qəbzlərin olduğunu, əvvəlki illərə dair hər hansı bir qəbzin olmadığını, işə birinci instansiya məhkəməsi tərəfindən düzgün baxılmadığını, hal-hazırda o evdə yaşadığını, Xalidənin ona bir otaqlı ev aldığı ya da onun pulunu verdiyi halda evdən çıxacağını göstərərək, qeyd edilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xah iş etdi. Cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının vəkili Vəkil2 izahatında apellyasiya şikayətini müdafiə etdiyini, cavabdehin hal-hazırda yaşayış sahəsinin olmadığını, onun təqribən 25 il müddət həmin evdə yaşadığını, Məhkəmə qətnaməsi ilə ona yaşayış-istifadə hüququnun verildiyini, Konstitusiya Məhkəməsinin də hüquqi mövqeyinin məhkəmə tərəfindən şəxsin yaşayış və istifadə hüququnu həyata keçirməsinin mümkünsüz sayan halların nədən ibarət olmasının aydınlaşdırılmasından ibarət olduğunu, cavabdehin o evdə yaşamasına maneələr törədildiyi, yaşayış və istifadə hüququna maneənin aradan qaldırılmasına dair cavabdeh tərəfindən hər hansı bir iddia tələbi ilə məhkəməyə müraciət edilmədiyini göstərərək qeyd edilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar q əbul edilməsini xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, hüquqlarını müdafiə etdiyi və təmsil etdiyi İddiaçı vərəsəlik qaydasında ünvan 6 ünvanında yerləşən daşınmaz əmlaka tam mülkiyyət hüququ əldə etdiyini və çıxarış aldığını, İddiaçı ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın qeydiyyatında olan Məmmədova (İsayeva) Ayna Əli qızının, X12, X2, X3, X4 və X5 qeydiyyatdan çıxarılması barədə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etdiyi zaman məhkəmənin iclasında Məmmədova (İsayeva) Ayna Əli qızının Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-31/2010 nömrəli, 01 fevral 2010-cu il tarixli qətnaməsini məhkəməyə təqdim edərək Naxçıvan şəhəri Y.Məmmədəliyev küçəsi döngə 2, ev 14 də yaşayış və istifadə hüququnun olmasını bildirdiyini, bundan sonra Cavabdeh münasibətdə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmaq məcburiyyətində qaldıqlarını, cavabdehin dediklərinin heç birinin düzgün olmadığını, 3 ildir ki, həmin evin açarının onda olduğunu, həmin evin uçuq vəziyyətdə olduğunu, cavabdehin keçmiş əri Qafar o evdə öldüyünü, heç kəsin bilmədiyini, bir neçə gün evdə ölüsü qalıb qoxduğunu, cavabdeh həqiqətən də o evdə yaşayırdısa necə olub ki, o Qafarın öldüyünü, daha doğrusu evdən qoxu gəldiyini belə bilmədiyini, cavabdeh Məmmədova (İsayeva) Ayna Əli qızının xx.xx.2013-cü il tarixdə X13 ilə ailə həyatı qurduğunu və ailə həyatı qurmazdan əvvəl də həmin evdə yaşamadığını, cavabdehin dediyinə görə yeni ailəsi ilə keçmiş ərinin yaşadığı evdə yaşamasının inandırıcı olmadığını, hal haz ırda cavabdehin həyat yoldaşı X13 ilə birlikdə 10 ilə yaxındır ki, ailəli olduğu şəxsin evində yaşadığını, indi iddiaçıdan bir otaqlı ev tələb etdiyini, İddiaçı ilə cavabdeh Məmmədova (İsayeva) Ayna Əli qızı arasında qohumluq münasibətinin artıq olmadığını, məhkəmənin yaşayış hüququ ilə bağlı qətnaməsinin ömürlük olmadığını, mülkiyyətçinin istədiyi vaxt ona xitam verilməsini tələb edə biləcəyini, cavabdehin o evdə yaşadığı ya da o evdən istifadə etdiyi halda mülkiyyətçidən kompensasiya ödənilməsini tələb edə biləcəyini, ancaq işin hallarından cavabdehin başqa biri ilə evli olması və onunla birlikdə yaşamasının məlum olduğunu, buna görə də ona hər hansı bir kompensasiya verilməsindən söhbət gedə bilmədiyini, mübahisəli evdə 2010-cu ildə cavabdehin keçmiş qayınanasına münasibətdə yaşayış və istifadə hüququ aldığını, həmin evdə cavabdehin keçmiş əri Qafar və keçmiş qayınanası Sara xanım yaşadıqlarını, 2011-ci ildə Sara xanımın vəfat etdiyini, Qafarın 2019-cu ildə vəfat etdiyini, onun vəfatından sonra həmin evdə yaşayış olmadığını və qapının bağlı olduğunu, iş materiallarına əlavə edilmiş inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilən müvafiq arayışdan həmçinin qaz sərfiyyatının dayandırılması barədə müvafiq orqanın məktubundan da o evdə Qafar öldükdən sonra yaşayış olmadığının təsdiq olunduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(078)-1010/2022 saylı qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsini n tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçi hakimin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(078)-1094/2010 nömrəli qətnaməsindən aydın olur ki, X15 xx.xx.2011-ci ildə beyinə qansızma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2011-ci ildə 154 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər 1 saylı Nikah Evi tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli AZ-İ-690910 nömrəli Çıxarışdan aydın olur ki, X13 ilə Cavabdeh 05 sentyabr 2013-cü il tarixdə nikah bağlamış, bu barədə 385 nömrəli nikah akt qeydi icr a edilmişdir. Nikah bağlandıqdan sonra kişinin soyadı Məmmədov, qadının soyadı Məmmədova olmuşdur. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 76.01 kv.metr olan fərdi yaşayış evi və 0.0429 ha torpaq sahəsi 13 yanvar 2022-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Apellyasiya şikayətində qeyd olunan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 76.01 kv.metr olan fərdi yaşayış evi və 0.0429 ha torpaq sahəsi 13 yanvar 202 2-ci il tarixdə tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınması, yəni yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə mübahisələndirilən yaşayış evinin eyni ünvan olması, Naxçıvan şəhər Məhkəməsinin 10 mart 2010-cu il tarixli 2(078)-31/2010 nömrəli icra vərəqəsinə əsasən Naxçıvan şəhəri, Y.Məmmədəliyev küçəsi, döngə 2-də yerləşən 14 nömrəli evə köçürülməsi işin şərh olunan halına aid olduğundan kollegiya müvafiq hissəni dəlil qismində qiymətləndirmir. Kollegiya Cavabdeh indiyədək həmin ünvanda yaşaması, ailə həyatı qurduqdan da sonra həmin ünvanda yaşaması və gedib-gəlməsi dəlilini əsassız hesab edir. Cavabdeh istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsi ndə verdiyi izahatlarda qaynanası sağ olana qədər həmin evdə yaşadığını, evin təmirsiz və yararsız olduğunu, o evdə qaldığı müddətdə kommunal xərcləri qarşı tərəfin ödədiyini, özünün ödəmədiyini, ona görə də onda hər hansı bir qəbzin olmadığını, müvafiq iddia tələbi məhkəməyə verildikdən sonra qaz və işıq pulunu ödəməyə başladığını, 2022-ci ilin noyabr ayında qaz və işıq pulunu ödəməyinə dair qəbzlərin olduğunu, qaynanası öləndən sonra o evdə yaşaya bilmədiyini, Qafarın ondan sonra iki qadınla qeyri-rəsmi yaşadığını, sonra Qafarın həmin evdə tək yaşadığını, öləndə yanında heç kimin olmadığını, özünün 4-5 ildir ikinci dəfə ailə qurduğunu, ailə həyatı qurduqdan sonra ərinin evinə getdiyini, ərinin birinci nikahdan olan oğlunun onu yola vermədiyinə görə bir müddət sonra kirayədə yaşadıqları nı göstərmişdir. Cavabdeh ikinci dəfə ailə həyatı qurduqdan sonra mübahisəli evdə yaşadıqlarını, Qafar öldükdən sonra da kommunal xərcləri ödədiyini, o evin qazın, işığın olmamasının yalan olduğunu, özünün hal-hazırda o evdə yaşadığını, mübahisəli evdə cəmi 1 il yaşamadığını, ayağı ilə bağlı səhhətində narahatçılıq olduğundan Bakıda əməliyyat olunub 3 ay orada qaldığını, 1 il yataqdan qalxa bilmədiyini, ondan sonra da ödündən əməliyyat olunduğunu, əməlliyyatların təqribən 2-3 il qabaq olduğunu, hal-hazırda o evdə yaşadığını göstərsə belə indiyədək həmin ünvanda yaşaması, ailə həyatı qurduqdan da sonra həmin ünvanda yaşamasına və gəlib-getməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Əksinə onun göstərdiyi hallar iş materiallarına əlavə edilən hüquq əhəmiyyətli sənədlərl ə təkzib olunur. Belə ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli 1756 nömrəli məktubdan aydın olur ki, ünvan 4 ünvanında mərhum X16 xx.xx.2019-cu il tarixdə vəfat etdikdən sonra həmin ünvan bağlı olmuş, yaşayış olmamışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin 27 oktyabr 2022-ci il tarixli 202/05 nömrəli məktubundan aydın olur ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evində qaz sərfinə görə ödənişlər 2019-cu ilə qədər Bayramova Sara tərəfindən aparılmış, 2019-cu ildən qaz sərfiyyatına görə ödənişlər dayandırılmışdır. Fərdi həyət evinin qapısı bağlı olduğundan Xidmətin əməkdaşları sayğaca baxış keçirə bilməmişlər. Cavabdeh İsayeva (Məmmədova) Ayna Ə li qızının vəkili Vəkil2 izahatında cavabdehin o evdə yaşamasına maneələr törədildiyini, yaşayış və istifadə hüququna maneənin aradan qaldırılmasına dair cavabdeh tərəfindən hər hansı bir iddia tələbi ilə məhkəməyə müraciət edilmədiyini göstərmişdir. Kollegiya apellyasiya şikayətində cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228 və 255-ci maddələrini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarını əsas gətirərək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməməsi və biri nci instansiya məhkəməsi tərəfindən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna zərurət olmamasının səbəb kimi araşdırılmaması dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhində dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, Plenum qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını al malıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələ n real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəz ərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228. 1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Məhkəmə iddia tələbinə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə yanaşaraq istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alaraq qeyd edir ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzr ə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin m ənasına görə, istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh mərhum X16 ilə 1986cı il tarixdə ailə qurmuş, 2009-cu ildə nikahları pozulmuş, 2010-cu il tarixdə cavabdeh keçmiş qaynanası X10 qarşı yaşayış və istifadə hüququ tələbi ilə məhkəmədə iddia qaldırmış və iddiası təmin edilmiş, 2013-cü ildə cavabdeh yenidən rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş, X16 20 noyabr 2019-cu ildə miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, onun vəfat etməsi bir neçə gün sonra q onşular tərəfindən aşkar edilmiş, X16 tək vəfat etmiş və onun vəfatından Mirasın qəbulu faktının tanınması ilə bağlı məhkəmə qətnaməsində X6 vəfatından sonra X7 tək olaraq həmin evdə yaşaması, Qafar Sadiqovun vəfatından sonra isə ondan miras qalan evin idarəçiliyinin və mühafizəsinin bacısı İddiaçı tərəfindən həyata keçirilməsi təsdiqini tapmış Cavabdeh adlı şəxsin həmin fərdi yaşayış evində yaşaması və ya oradan istifadə etməsinə dair hər hansı hal sözügedən qətnamədə öz əksini tapmamış, X7 vəfatından sonra isə qapının bağlı olması, qaz sayğacının dayandırılması rəsmi sənədlərlə öz təsdiqini tapmış, cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızı məhkəmə qətnaməsi ilə ona verilən yaşayış və istifadə hüququnu həyata keçirməmiş, buna səbəb cavabdehin ikinci dəfə ailə qurması olmuş, o, yenidən ai lə qurub ər evinə getməklə yaşayış sahəsinə olan ehtiyacını aradan qaldırmışdır. İstər cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının mübahisəli mənzildə yaşayış və istifadə hüququnun yarandığı dövrdə mövcud olan hazırda qüvvədə olmayan mənzil qanunvericiliyində, istərsə də hazırda qüvvədə olan mülki və mənzil qanunvericiliklərində mübahisə predmetini tənzimləyən hüquq normalarının təhlilindən belə nəticə çıxarmaq olur ki, yaşayış və istifadə hüququ şəxsin mənzilə ehtiyacı olduğu halda verilir və həmin ehtiyac aradan qaldırıldığı halda isə itirilmiş hesab edilir və ya xitam verilir. Yaşayış və istifadə hüququ verilmiş şəxsə kompensasiyanın verilməsi yalnız mənzildə yaşadığı və istifadə edildiyi təqdirdə mümkün hesab edilir. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehin ailə qurmaqla mənzilə olan ehtiyacını aradan qaldırması, hazırda nikahda olduğu şəxslə birlikdə yaşaması, onun yenidən ailə qurduqdan sonra əvvəlki ailəsindən yaşayış və istifadə hüququ aldığı mənzildən, əvvəlki ailə qurduğu şəxsin sağ olduğu müddətdə, yeni ailəsi ilə gəlib yaşamasının hüquqi məntiqə uyğun olmaması və bu arqumentin ağlabatan hesab olunmaması, cavabdehin birinci ərinin vəfatından sonra isə həmin mənzildə yaşaması və istifadəsi ilə bağlı bildirdiyi arqumentlər şahid ifadələri, müvafiq ərazi dairəsi üzrə nümayəndəliyin arayışı ilə təkzib edilməsi, bütün bunların nəticəsində mülkiyyətçinin mənafeyinin nəzərə alınmalı olması və əsassız olaraq mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Göründüyü kimi, şəxsin yaşama ehtiyacını təmin edən mənzildən istifadə hüququ, ailə münasibətlərinə görə yaranmış olsa belə, bu ehtiyacın aradan qalxması, başqa sözlə şəxsin özünün mənzil tələbatını könüllü və daimi olaraq başqa yerdə təmin etməsi həmin hüququn itirilməsinə səbəb olur. Bu baxımdan hazırkı iddianın cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına aid hissəsinin düzgün həlli üçün onun istifadə hüququ qazandıqdan sonra mübahisəli mənzildən daimi olaraq başqa yerə getməsi və bu səbəbdən həmin hüququn aradan qalxmasına qanunverciliyə uyğun qaydada qiymət verilməlidir. Cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızı tərəfindən sözügedən mənzildə daimi olaraq yaşaması və özünün mənzil ehtiyacını məhz oradan qarşılamasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Diqqətdən qaçırılmamalıdır ki, doqquz il ərzində davamlı olara q başqa yerdə yaşama, mübahisəli mənzilə münasibətdə müvəqqəti imkansızlıq halı kimi qəbul edilə bilməz. Eyni zamanda cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızı 2013-cü ildən (yenidən ailə qurduğu tarixdən) keçən doqquz ilə yaxın müddət ərzində sözügedən mənzildən iradəsi əlehinə çıxarılmasına, onun mənzildə yaşamaq hüququnun cavabdehlər tərəfindən mümkünsüz edilməsinə, mənzilə köçməyə cəhd göstərməsinə (aidiyyəti dövlət orqanlarına müraciətlər etmək, iddia qaldırmaq və s.) dair məlumatlar işdə aşkar edilmir. Əksi sübut edilmədikcə, bu hallar Cavabdeh iradəsi əleyhinə deyil, könüllü və daimi olaraq başqa yerdə yaşamasına dəlalət edir. Kollegiya vurğulayır ki, qanuni əsas və məqsəd olmadan, formal mülahizələrlə, özü də qeyri-mütənasib şəkildə mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması y olverilməzdir. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarı mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Beləliklə, cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızının ən azı 2013-cü ildən etibarən bu qaydada başqa yerdə yaşaması, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyi (§30) baxımından, istifadə hüququnun aradan qalxmış sayılması üçün əsasdır. Apellyasiya şikayətində qeyd olunan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmənin sübutlara tam və obyektiv qiymət verməməsi dəlilinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən bi ri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X18rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdi r. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmir, həmçinin işə kollegiyada baxılması zamanı qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(078)-1010/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsini n tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392 və 393-cü maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızına qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(078)-1010/2022 saylı qətnaməsindən cavabdeh İsayeva (Məmmədova) Ayna Əli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(078)-1010/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-19/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-19/2023
29.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver