Məhkəmə qərarları › İş №2(108)-193/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-193/2025

07.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-193/2025 07.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının və miras üzrə payların müəyyən olunması tələbi (Açar sözlər: qanun üzrə vərəsənin miras əmlakı faktiki qəbul edib-etməməsinin müəyyən edilməsi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi hakim), Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının və miras üzrə payların müəyyən olunması tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il ta rixli, 2(110)-775/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

1. İddiaçı "23" iyun 2025-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X2 miras qalmış əmlakının qəbul edilməsi və həmin miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-02).

2. Mülki işə birinci instansiya məhkəməsində baxılan zaman İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsini işə baxan birinci instansiya məhkəməsinə təqdim edərək anası X5 ünvan 1ində yerləşən JN-436A, JN-436B nömrəli şəhadətnamə si əsasında verilmiş 2717.77 kvadrat metr həyətyanı torpaq sahəsi və JN-31 nömrəli dövlət aktı əsasında verilmiş 899.99 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi tərəflərindən qəbul edilməsi və həmin miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 32).

3. Şərur Rayon Məhkəməsi tərəfindən iddiaçının vəsatəti təmin olunmuş, məhkəmə işə artırılmış iddia tələbi həcmində baxılmasını qərara almışdır (iş vərəqə 37-38).

4. Yekunda iddia tələbi Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(110)-775/2025 nömrəli qətnaməsi (sədrlik edən hakim İlkin Zeynalov) ilə rədd edilmişdi (iş vərəqə 84-92). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti

5. İddiaçı 18 noyabr 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(110)-775/2025 nömrəli qətnaməsinin ləğv edilib, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 97-102). c) Apellyasiya şikayətinin əsaslandırılması

6. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iclasında izahat verərkən mərhum anası X3 02 iyul 2020-ci il tarixdə vəfat etdiyini, Cavabdeh 1993cü il tarixdən, yəni 32 il öncə ailə quraraq valideynlərindən ayrılaraq kənddə xeyli uzaqda yaşadığını, özünün isə mərhum anası ilə divar qonşusu olduğunu, özünün və gəlininin mərhumə anasına qulluq etdiklərini, anasının sağlığında və ölümündən sonra anasının həyətində olan m eyvə ağaclarına onun tərəfindən qulluq edildiyini, su pulunun tərəfindən ödənildiyini bildirmişdir.

7. Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(110)-775/2025 nömrəli qətnaməsində belə 23 may 2023-cü il tarixli bələdiyyə ödənişi qəbzindən onun 6 manat torpaq vergisi, 16 manat əmlak vergisi olmaqla, cəmi 22 manat ödəniş etməyi, cavabdehin isə digər kommunal xərclərini ödədiyi qeyd olunmuşdur.

8. Şərur Rayon Qaz İstismarı İdarəsinin 14 noyabr 2025-ci il tarixli arayışından görünür ki, 12 mart 2017-ci il tarixdə mərhum anası X3 adına bağlanılmış qaz alqı-satqı müqaviləsi 29 iyul 2025-ci il tarixdə onun adından çıxarılaraq Cavabdeh adına dəyişdirilmişdir.

9. Sözügedən arayışı birinci instansiya məhkəməsinə təqdim edə bilməməyinin səbəbi, cavabdeh tərəfin qazla bağlı kommunal öd ənişi onun tərəfindən ödənilməsi ilə bağlı 19 oktyabr 2025-ci il tarixli arayışı məhkəməyə təqdim etdikdən sonra onun məlumatı olmasıdır. Məhkəmədən sonra Şərur Rayon Qaz İstismarı İdarəsinə müraciət edib 14 noyabr 2025-ci il tarixli arayışı əldə edib.

10. Kommunal xərclərin bir vərəsənin adına ödənilməsi digər vərəsələrin həmin miras əmlaka bağlılığı olduğu halda miras əmlakı qəbul etməməsi mənasına gəlmir. Belə olduğu halda cavabdeh məhkəməyə miras əmlakla bağlı heç bir əsasa söykənməyən tarixi və onun adına sonradan dəyişdirilmiş kommunal xərclərlə bağlı sübutları təqdim etmiş məhkəmə tərəfindən isə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadan cavabdehin haqsız tələbinə istinad etmişdir. Özü işin halları barədə birinci instansiya məhkəməsində izahat versə də məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmiş, onun iddia tələbi əsassız olaraq rədd edilmiş və miras əmlakın yalnız fakt olaraq cavabdeh qardaşı Cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir.

11. Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(110)-775/2025 nömrəli qətnaməsi üzrə iddiaçı qismində mərhum anası X3 qanun üzrə vərəsəsi olaraq ondan qalan miras əmlakın özü tərəfindən də qəbul olunub və payların müəyyən olunmasına zərurət olduğuna baxmayaraq, məhkəmə tərəfindən yalnız cavabdeh tərəfin miras əmlakı qəbul etməsini əsas götürərək, nəticədə onu qanun üzrə vərəsə olaraq miras əmlakdan pay hüququndan məhrum etməklə miras əmlakın bütünlüklə yanlış olaraq cavabdeh tərəfin qəbul etdiyi qənaətinə gəlmişdir.

12. Mərhum anası X1 və vəfatından sonra o, mütəmadi olaraq ana sının mülkiyyətində olan ünvan 1ində 0.11 hektar həyətyanı torpaq sahəsi və üzərində 2 otaq, 1 balkondan ibarət fərdi yaşayış evinə gəlib-gedib və anasının vəfatından sonra da həmin miras qalmış fərdi yaşayış evinə bağlılığını itirməyib. Eyni zamanda mərhum anası ilə divar qonşusu olub. O və onun gəlini mərhum anasına qulluq etmələrini, anasının sağlığında və ölümündən sonra anasının həyətində olan meyvə ağaclarına özü tərəfindən qulluq etdiyini, su pulunu ödədiyini və ünvan 1ində yerləşən JN-436A, JN-436B nömrəli şəhadətnaməsi əsasında verilmiş 2717.77 kvadrat metr həyətyanı torpaq sahəsi və JN-31 nömrəli dövlət aktı əsasında verilmiş 899.99 kvadrat metr kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin digər torpaq və əmlak vergisinin onun tərəfindən də ödənildiyini bildirsə də, bu hallar məh kəmə tərəfindən qətnamə qəbul edərkən nəzərə alınmamışdır.

13. Mərhum anası X3 1-ci növbəli vərəsəsi olub və qanun üzrə bərabər hüquqlu vərəsəsi sayılsa da Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(110)775/2025 nömrəli qətnaməsi üzrə o, qanun üzrə vərəsə olaraq miras əmlakdan olan bərabər pay hüququndan məhrum olub.

14. Mirasın qəbulu üçün yalnız müddətin ötürülməsi səbəbindən 26 may 2023-cü il tarixdə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdi. Mirasın qəbul etməyin qeyri-formal üsullarından biri olaraq o da mərhum anasından miras qalmış əmlaka sahiblik edib, evə və həyətə baxıb, torpaq və əmlak gəlir vergisini ödəyib, miras əmlakı idarə edib və miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirib. Sübut qismində onun da ödədiyi su pulu, əmlak və torpaq vergis i ödənişi buna sübutdur. Lakin məhkəmə iclasında qonşusu və qohumlarının şahid olaraq sübut qismində məhkəməyə gəlib ifadə vermələri barədə xahişi məhkəmə tərəfindən təmin edilməmişdir ki, bu da tərəflərin çəkişmə prinsipini pozmuş və tərəf olaraq sübut təqdim etmək imkanı məhdudlaşdırılmışdır.

15. Şikayət edən tərəf apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134-cü və 1159-cu maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10cu bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, prosessual əsası kimi isə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2, 77.1-ci və 88-ci maddələrinə istinad etmişdi. İİ. Apellyas iya şikayətinə qarşı etirazın dəlilləri.

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxslərin verdiyi izahatlar.

17. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında bildirmişdi ki, mərhum anaya son günlərində iddiaçı və onun həyat yoldaşı qulluq etmişlər, lakin iddiaçı koronavirusa yoluxduğu üçün cavabdeh ananı öz evinə aparmış və evin açarlarını götürmüşdür. Qanunvericiliyə əsasən miras açıldığı vaxtdan 3 ay ərzində notariusa müraciət edilmədikdə faktiki qəbul nümayiş etdirilməlidir və kommunal xərclərin bir nəfər tərəfindən ödənilməsi digər vərəsələrin mirası qəbu l etməməsi demək deyil. Miras qoyan vəfat etdikdən sonra mübahisəli evdə yaşayış olmasa da, qonşuluqda yaşayan iddiaçı mütəmadi olaraq su pulunu ödəmiş, ağaclara qulluq etmiş və evlə əlaqəsini kəsməmişdir. Cavabdeh mirası qəbul etdiyini göstərmək məqsədilə evin işıqlarını qəsdən yanılı saxlamışdır və bununla bağlı videoçəkilişlər mövcuddur. O, birinci instansiya məhkəməsinin yalnız cavabdehin təqdim etdiyi kommunal ödəniş qəbzlərinə istinad edərək iddianı rədd etməsini əsassız hesab edir. İddiaçı həmin ərazidəki pay torpağına görə 2023-cü ildə əmlak vergisini ödəmişdir. Cavabdehin təqdim etdiyi qəbzlər miras açılan dövrə deyil, sonrakı dövrə aiddir və qaz abonentliyi yalnız bu ilin iyul ayında dəyişdirilmişdir. İddiaçı bələdiyyəyə su pulunu əldən ödəmiş və 22 manat məbləğində vergi ödənişi etmişdir. Əvvəllər cavabdehin xüsusi icraat qaydasında qaldırdığı iddia baxılmamış saxlanılmış, iddiaçının pay bölgüsü tələbi isə qəbzlərə görə rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının faktiki qəbul hərəkətlərini təsdiq edəcək şahidlərin dindirilməsi barədə vəsatəti təmin etməmişdir.

18. Sonda nümayəndə, yalnız kommunal qəbzlərin mirasın qəbulunu sübut etmədiyini və vəsiyyətnamənin olmadığını əsas gətirərək, miras əmlakda tərəflərin paylarının bərabər şəkildə müəyyən edilməsini xahiş etmişdi.

19. Vəkil-Nümayəndə ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, iddiaçı birinci instansiya məhkəməsində şahidlərin dəvət edilməsi barədə şifahi şəkildə vəsatət vermişdir. İddiaçının anası sağlığında hər hansı vəsiyyətnamə tərtib etməmişdir. İddiaçı anasının sağlığında həyətdə a ğac əkmiş və sonradan həmin meyvə ağaclarını suvarmışdır. İddiaçının ödədiyi 22 manat məbləğində vəsait çöl torpağına aid olmuşdur. İddiaçının mirasla əlaqəsinin kəsilməsi yalnız o halda mümkün olardı ki, o, ümumiyyətlə dəfndə iştirak etməsin. Onun anası son vaxtlar cavabdehin yanında qaldığı və iddiaçı həmin dövrdə koronavirus xəstəsi olduğu üçün dəfn xərclərini məcburən cavabdeh çəkmişdir. Mirasın faktiki qəbulu özünü əmlakda yaşamaqda, ona sahiblik etməkdə və təmir işləri aparmaqda göstərir. İddiaçının həyətə qulluq etməsini təsdiqləyən rəsmi sübutları mövcud deyil. Miras qoyanın dəfn üçün nəzərdə tutulan müavinətini-ölüm pulunu cavabdeh almışdır. İddiaçı birinci instansiya məhkəməsində vəkillə təmsil olunmadığı səbəbindən şahidlərin dindirilməsi barədə rəsmi vəsatət verməmişdir. Evin a çarları miras qoyanın sağlığında cavabdehə təhvil verilmişdir.

20. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh verdiyi izahatında bildirmişdi ki, iddiaçı birinci instansiya məhkəməsindəki izahatında da ailənin onun anasının evinin yanındakı ərazidə məskunlaşmasına razı olmadıqlarını etiraf etmişdir. Aralarında münasibət olmadığı üçün iddiaçının orada ev tikməsinə etiraz etsələr də, iddiaçı həmin ərazidə zorla ev tikmişdir. Evin kiçik oğlu olmasına baxmayaraq, iddiaçı ilə yola gedə bilmədikləri üçün məcburiyyətdən həmin həyətdən çıxaraq başqa yerə köçmüşdür. Anasının savadı olmadığı üçün sağlığında onun bütün işlərini, o cümlədən pensiyasının alınmasını və alışverişini şəxsən özü həyata keçirmişdir. Evin bütün xərcləri, həmçinin kommu nal ödənişlər həm ananın sağlığında, həm də vəfatından sonra cavabdeh tərəfindən ödənilib və bunu təsdiq edən qəbzlər mövcuddur. Dəmir yolunun arxasında yerləşən torpaq sahəsinin anası sağlığında satıb, iddiaçı isə bu barədə ilkin və sonrakı izahatlarında ziddiyyətli fikirlər söyləyib. Anasının ona olan inamı səbəbindən torpağın satılmasında və pulun verilməsində şəxsən iştirak edib. İddiaçı anasının xəstə vaxtında 1300 kvadrat metr sahədən 300 kvadrat metr hissəni istəmiş, cavabdeh isə su yolu verilməsi şərti ilə buna razılıq vermişdir. Hazırda su boruları iddiaçının ərazisindən keçsə də, o, suvarma suyunu kəsərək yalnız içməli suyun verilməsinə icazə vermiş və bununla həyəti qurudub cavabdehi oradan uzaqlaşdırmağa çalışmışdır. Gündüz işlədiyi üçün həyəti gecələr işıq yandıraraq içməli su ilə suvarmalı olub, işığın yanılı qalması qəsdən deyil, təsadüfi hallar nəticəsində baş verib. İddiaçının torpaq tələbi əslində özünün ondan su yolunu bərpa etməsini istəməsindən sonra cavab tədbiri kimi ortaya çıxıb. Kommunal xərcləri ödəyəcəyini bildirdiyi üçün müvafiq qurumların evdə yaşayış olmamasına baxmayaraq qaz və işığı kəsməmişlər.

21. Cavabdeh ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, mübahisəli su yolu qədim "dədə-baba" su yoludur və iddiaçının istifadəsində olan 300 kvadratmetr ərazinin altından keçir. İddiaçı həmin hissəni betonlasa da, asbest borular betonun altında qalmışdır. Həmin 300 kvadratmetr torpaq sahəsi anasının sağlığında qanuni şəkildə iddiaçının adına rəsmiləşdirilmişdir. Anasının adına olan çöl torpağı cavabdehin öz torpağına bitişikdir, o, anasının sağlığından bəri həmin torpaqdan istifadə edir və hazırda orada yonca əkmişdir. Həyətin bir girişi olmasına baxmayaraq, iddiaçı həyətə daxil olmaq üçün öz tərəfindəki toru ("setkanı") aşmışdır. İddiaçı suvarma suyunu 2024-2025-ci illərdə, içməli suyu isə 2025-ci ildə kəsmişdir. Ananın sağlığında su kəsilməmişdir. Arx suyunun girişi iddiaçının həyətində yerləşir və o, 300 kvadratmetrlik ərazini rəsmiləşdirdikdən sonra suya çıxışı bağlamışdır. Anası sağlığında vəsiyyətnamə tərtib etməmişdir. Analarının ataları ilə ikinci evliliyi olub, digər uşaqlarla ataları bir olsa da, anaları fərqlidir. Ataları Əliqulu 1981-ci ildə vəfat edib və valideynləri arasında rəsmi nikah olmayıb. Mübahisəli həyətdə qoz, alma, göycə, gilas, ərik, şaftalı və heyva ağacları var, iddiaçının orada heç bir ağac əkməyi b. İddiaçı ilə ananın həyəti arasındakı 25 metrlik məsafənin 15 metrində iddiaçı tikinti aparmış və 1 metr enində naməlum məqsədli məsafə saxlamışdır. Qonşuluqda xalaoğlunun evi yerləşir və iddiaçının ona qarşı da tələbi vardır. Anası vəfat etdikdən sonra yay aylarını, həftə sonlarını və həftəiçi axşam saatlarını həmin evdə keçirir, orada həm özünün, həm də anasının əşyaları var.

22. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.

23. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsasl anmaqla apellyasiya şikayətinə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İV. İşin halları:

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: 25. - Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli, AZ-İİ seriyalı, 084056 nömrəli akt qeydindən çıxarışdan X3 02 iyul 2020-ci il tarixdə ünvan 1ində beyinə qansızma səbəbindən ölməsi (iş vərəqə 12); 26. - ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəlyi tərəfindən verilmiş 31 may 2023cü il tarixli, 184 nömrəli və 17 iyun 2025-ci il tarixli, 17/06 nömrəli arayışlarda mərhum X3 vərəsələrinin Cavabdeh və İddiaçı olmasının qeyd edilməsi (iş vərəqə 04 və 06); 27. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli, 04/14 nömrəli məktubdan mərhum X3 adına ünvan 1ində torpağın mülkiyyətə verilməsinə dair JN-436A, JN-436B nömrəli şəhadətnamə əsasında verilmiş 2717.77 kvadrat metr həyətyanı torpaq sahəsi və JN-31 nömrəli dövlət aktı əsasında verilmiş 899.99 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydə alınması (iş vərəqə 03); 28. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Şərur Rayon Şöbəsi tərəfindən verilmiş 08 avqust 2025-ci il tarixli, 04/13 nömrəli məktubdan, X3 adına ünvan 1ində torpağın mülkiyyətə veri lməsinə dair JN-436A, JN-436B nömrəli şəhadətnamə əsasında verilmiş 2717.77 kvadrat metr həyətyanı torpaq sahəsi və JN-31 nömrəli dövlət aktı əsasında verilmiş 899.99 kvadrat metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydə alınması (iş vərəqə 31); 29. - Şərur rayon 2 saylı Notariat Ofisinin 26 may 2023-cü il tarixli, 29 saylı qərarından, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti buraxması səbəbinə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi (iş vərəqə 05); 30. - Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 05 oktybr 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan Naxçıvan Muxtar Respublikası ünvan 1i ü nvanında yerləşən 0.2287 hektar torpaq sahəsinin və üzərində olan 142.70 kvadrat metr daşınmaz əmlakın tam pay əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olması (iş vərəqə 69); 31. - iddia ərizəsinə əlavə edilmiş 093325 nömrəli tədiyə bildirişindən İddiaçı 2023-cü il üçün Çərçiboğan bələdiyyəsinin hesabına 22 (iyirmi iki) manat miqdarında əmlak vergisi ödəməli olması (iş vərəqə 10); 32. - 23 may 2023-cü il tarixli, 92964 qəbz nömrəli "Bələdiyyə ödənişi" qəbzindən, İddiaçı 6 (altı) manat torpaq vergisi, 16 (on altı) manat əmlak vergisi olmaqla, cəmi 22 (iyirmi iki) manat ödəniş etməsi (iş vərəqə 11); 33. - ******* nömrəli, 23 dekabr 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Energetika Xidmətinin bildirişindən Cavabdeh Əli oğlunun enerji sərfiyyatı üçün 42.55 (qırx iki manat, əlli beş qəpik) manat məbləğində ödəniş etməsi (iş vərəqə 47); 34. - Şərur rayonu, Çərçiboğan bələdiyyəsi tərəfindən verilmiş 093463 nömrəli tədiyə bildirişindən Cavabdeh 2021-ci il üçün 30 (otuz) manat məbləğində torpaq və əmlak vergisi ödəməli olması (iş vərəqə 48); 35. - Şərur rayonu, Çərçiboğan bələdiyyəsi tərəfindən verilmiş 093507 nömrəli tədiyə bildirişindən Cavabdeh 2023-cü il üçün 100 manat məbləğində torpaq və əmlak vergisi ödəməli olması (iş vərəqə səhifənməyib (iş vərəqə 48 və 49-cu vərəqlər arası)); 36. - 06 iyul 2023-cü il tarixli, 99613 qəbz nömrəli Bələdiyyə ödənişi qəbzindən Cavabdeh 85 (səksən beş) manat torpaq vergisi, 15 (on beş) manat əmlak vergisi olmaqla cəmi 100 (bir yüz) manat ödəniş etməsi (iş vərəqə səhifənməyib (iş vərəqə 48 və 49-cu vərəqlər arası)); 37. - Naxç ıvan Regional “ASAN xidmət” Mərkəzi Kommunal (Qaz) Xidməti tərəfindən verilmiş 19 oktyabr 2025-ci il tarixli arayışda 12 oktyabr 2017-ci il tarixdə X3 müraciəti əsasında bağlanmış qaz alqı-satqı müqaviləsinin 01 iyul 2020-ci il tarixdən abunəçinin vəfatından sonra Cavabdeh adına ödənilməsi və hal-hazırda təbii qazın həcminə görə 8801 kub metrədək borcunun olmamasının qeyd edilməsi (iş vərəqə 68 ); 38. - Şərur rayonu, Çərçiboğan bələdiyyəsi tərəfindən verilmiş 12 avqust 2025-ci il tarixli, 14 nömrəli arayışda Cavabdeh 2020-ci ildən mərhum anası X3 əmlak və torpaq vergisini ödəməsinin qeyd edilməsi aydın olur (iş vərəqə 53). V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahi sənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndiril ən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(110)-775/20 25 nömrəli qətnaməsini yalnız İddiaçı mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. İddiaçı verdiyi apellyasiya şikayətindən isə aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir.

42. İddiaçının verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. Vİ. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Konstitusyasının: 43. - 29-cu maddəsinin Vİİ hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. b) Azərbaycan Resublikasının M ülki Məcəlləsinin: 44. - 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 45. - 1134.1-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 46. - 1145-ci maddəsi ilə müəyyən edilir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 47. - 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan ed ilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 48. - 1147.1. və 1147.2-ci maddələrinin tələbindən görünür ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır; 49. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 50. - 1159.1 və 1159.1.1-ci maddələrinin mahiyyətinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlə r) qanun üzrə vərəsəlik zamanı birinci növbə vərəsə sayılmaqla, bərabər pay hüququna malikdirlər; 51. - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 52. - 1243.2-ci maddəsinin tələbinə görə (mirasın açıldığı zaman qüvvədə olan redaksiya) vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 53. - 1243.3-cü maddəsinə əsasən (mirasın açıldığı zaman qüvvədə olan redaksiya) vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır; 54. - 1246-cı maddəsi ilə müəyyən edilirdi ki, (mirasın açıqdığı zaman qüvvədə olan norma) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. c) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 55. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edi lməsinə rəvac verir; 56. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 57. - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 58. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir; 59. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 60. - 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Vİİ. Apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və onun həllinə dair mövqeyi apellyasiya şikayətini

61. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təmi nat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

62. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

63. Həmçinin həmin Məcəllənin 1147-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.

64. İş materiallarından X3 02 iyul 2020-ci ildə ünvan 1ində ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə qeyd edilən yerdə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı.

65. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi).

66. Hazırkı mübahisə üzrə miras qoyan tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, mübahisə üzrə vərəsəliyin qanunla müəyyən edilmiş əsası mövcuddur.

67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

68. Qanun üzrə vərəsələrin dairəsi Mülki Məcəllənin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir.

69. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır.

70. Kollegiya həmçinin onu da qeyd edir ki, Mülki Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

71. Qanunvericiliyin sadalanan tələblərini iş materialları əsasında öyrəndikdə aydın olur ki, X6 02 iyul 2020-ci ildə öldüyü zaman onun sağ olan uşaqları İddiaçı və Cavabdeh onun qanun üzrə birinci növbə vərəsəsi sayılırlar.

72. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

73. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qay daları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyriəmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir.

74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışd ır ki, bu da özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir.

75. Yuxarıda da qeyd edildiyi kimi Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

76. Mülki iş materiallarından məlum olur ki, miras qoyan X3 ölümündən sonra ünvan 1ində yerləşən daşınmaz əmlaklar miras qalmışdır.

77. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı kollegiya qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə edə n şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür.

78. X3 02 iyul 2020-ci ildə ölməsi ilə onun yuxarıda qeyd edilən vərəsələri qanun üzrə vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdi. 79. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının qəbul edilməsinədək mövcud olan qanunvericiliyin tələbinə görə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə et məsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir.

80. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi bar ədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (mirasın açıqdığı zaman qüvvədə olan redaksiya).

81. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. 82. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının qəbul edilməsindən sonra isə vərəsəlik münasibətlərində köklü dəyişiklik baş verdiyindən, artıq həmin qərarın qəbul edilməsindən sonra ölən şəxslər in vərəsələrinə münasibətdə mirasın açıldığı vaxtdan vərəsənin üç ay ərzində mirasdan imtina etməsi barədə ərizə vermədiyi halda o, avtomatik həqiqi vərəsə sayılır.

83. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1 və 217.2-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

84. Sonuncu qeyd edilən prosessual normanın tələbindən yola çıxaraq kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1246-cı maddəsində mirasın qəbul edilməsinin müddəti əks edilmişdir ki, həmin normaya əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mir ası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

85. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir.

86. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

87. Mirasa faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olu r.

88. Mirasın faktiki idarə edilməsi üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. 89. “G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

90. Azərbaycan Respublikası Nazirlər Kabi netinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: 91. - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; 92. - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; 93. - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kir ayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; 94. - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

95. Miras əmlakın bölünməzliyi prinsipinə əsaslanan kollegiya qeyd edir ki, iş materiallarından, daha dəqiq ifadə edilərsə iddiaçının birinci instansiya məhkəməsində keçirilmiş hazırlıq və məhkəmə baxışı iclaslarında veridiyi izahatından onun mərhum anası X2 miras qalmış əmlakı qəbul etməməsi aydın olur.

96. Belə ki, "Elektron məhkəmə" informasiya sistemində olan və birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audio-video görüntülərini nəzərdən keçirdikdə İddiaçı izahatında anasının üç torpaq sahəsinin olduğunu, onlardan birinin hazırda sahibsiz qaldığını, digər ikisinin isə cavabdehin istifadə və sahibliyində olduğun u bildirməsi müəyyən edilir.

97. İddiaçı həmçinin anasının ölümündən sonra ondan qalan qızıl-zinət əşyalarını, eləcə də bütün əmlakı Cavabdeh daşıdığını, anasının evinin öz evinin arxasında yerləşdiyini, həmin evi cavanlığında özünün tikdiyini, 1983-84-cü ildə, yəni 22-23 yaşında anası ilə birgə yaşadığı evdən çıxaraq ayrı yaşadığını və özünə məxsus torpaq sahəsinin anasının torpaq sahəsinə bitişik olduğunu qeyd etmişdir.

98. Bunlardan əlavə, o, bir müddət anasından qalan torpaq sahələrindən xəbərinin olmadığını, cavabdehin həmin torpaq sahələrindən birini satdığını, qardaşı Firuzun əslində bu torpaq sahəsinə ehtiyacı olmadığını, anasının ölümündən sonra evin açarlarının cavabdehdə olduğunu və açarları özünün götürmədiyini, öz torpaq sahəsi ansının torpaq sahəsinə bitişik olduğundan arabir həmin torpaq sahəsinə keçdiyini diqqətə çatdırmışdır.

99. Audio-video yazılardan iddiaçının verdiyi izahatlar kollegiya tərəfindən MülkiProsessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq daxili inam əsasında hərtərəfli, tam və obyektiv araşdırılmışdır. Kollegiya hesab edir ki, iddiaçının öz dili ilə ifadə etdiyi xüsusatlar onun mirası faktiki qəbul etməməsini sübut edən ən mötəbər dəlillərdir.

100. Belə ki, İddiaçı məhkəmə iclasında səmimi etiraf edərək bildirmişdir ki, o, hələ 1983-84-cü ildə, yəni 22-23 yaşında ikən anası ilə birgə yaşadığı evdən çıxaraq ayrı yaşamağa başlamışdır. Bu fakt onu göstərir ki, miras açılan zaman-02 iyul 2020-ci ildə iddiaçı ilə miras qoyan arasında birgə yaşayış və ümumi təsərrüfatın idarə edilməsi mövcud olmamışdır. Mirasın faktiki qəbulunun ən başlıca əlaməti olan "əmlaka sahiblik etmək" faktı bu etirafla təkzib olunur, çünki ayrı yaşayan vərəsənin miras əmlak üzərində faktiki hakimiyyəti sübuta yetirilməlidir, lakin iddiaçının izahatı bunun əksini göstərir.

101. Daha mühüm bir məqam iddiaçının miras əmlaka münasibəti ilə bağlıdır. O, izahatında anasının ölümündən sonra evin açarlarının cavabdehdə olduğunu və açarları özünün götürmədiyini bəyan etmişdir. Mülki qanunvericiliyə görə, daşınmaz əmlaka sahiblik – həmin əmlaka sərbəst daxil olmaq, onu qorumaq və nəzarət etmək imkanını ehtiva edir. Evin açarlarının vərəsədə olmaması və onun açarları əldə etmək üçün cəhd göstərməməsi, vərəsənin miras əmlaka sahiblik etmək niyyətinin olmadığını və əmlak üzərində faktiki hakimiyyəti digər vərəsəyə (cavabdehə) güzəştə getdiyini təsdiqlə yir.

102. Mirasın idarə edilməsi məsələsində də iddiaçının izahatı onun əleyhinə olan faktları ortaya qoyur. İddiaçının bir müddət anasından qalan torpaq sahələrindən xəbərinin olmadığını, cavabdehin həmin torpaq sahələrindən birini satdığını bildirməsi sübut edir ki, o, miras əmlakın taleyi ilə maraqlanmamış, onun qorunması, saxlanması və ya idarə edilməsində iştirak etməmişdir. Əgər vərəsə miras əmlakın satılmasından xəbərsizdirsə və ya buna vaxtında etiraz etməyibsə, bu, onun həmin əmlakı öz mülkiyyəti kimi qəbul etməməsinin göstəricisidir.

103. İddiaçının apellyasiya şikayətində istinad etdiyi "bağ sahəsinə gəlib-getmək" və ya "qonşu olmaq" arqumentləri mirasın faktiki qəbulu üçün yetərli deyildir. Mülki Məcəllənin 1243-cü maddəsinin tələbinə görə, faktiki qəbul – vərəsənin mirası öz ə mlakı kimi qəbul etdiyini şəksiz nümayiş etdirən hərəkətlərdir. İddiaçının yuxarıda sadalanan etirafları (ayrı yaşamaq, açarın olmaması, xəbərsiz olmaq) onun mirası qəbul etmək iradəsini deyil, əksinə, mirasdan kənarlaşdığını nümayiş etdirir.

104. İddiaçı apellyasiya şikayətində özünün və gəlininin sağlığında anasına qulluq etməsinə dair dəlilinə hüquqi münasibət bildirərək kollegiya qeyd edir ki, mirasın qəbul edilməsinə yönəlmiş hərəkətlər miras qoyanın sağlığında deyil, onun ölümündən sonra baş verməlidir. Sağlığında onun anasına qulluq etməsi övladın valideyni qarşısında öz mənəvi borcunun yerinə yetirilməsinə yönəlmiş hərəkətlərdir.

105. İddiaçı apellyasiya şikayətində anasından miras qalmış torpaq sahəsi ilə bağlı kommunal xərcləri özünün çəkdiyini bildirərək, bununla bağlı iddia əri zəsinə 23 may 2023cü il tarixli bələdiyyə ödənişi qəbzini və 2023-cü il üçün tədiyə bildirişini təqdim etdiyindən, kollegiya bu sübutların qiymətləndirilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

106. Birincisi yuxarıda da göstərildiyi kimi, mirasın qəbul edilməsinə yönəlmiş hərəkətlər mirasın açıldığı, yəni X3 02 iyul 2020-ci ildə ölməsindən sonra 3 ay ərzində həyata keçirilməli idi. Təqdim edilən sənədlər isə miras qoyanın ölünmündən üç il sonraya aiddir. Həmçinin iş materiallarından İddiaçı özünün də ünvan 1ində yaşaması, orada özünə məxsus torpaq sahəsinin olması aydın olur. İddiaçının təqdim etdiyi qəbz və tədiyə bildirişinin özünün və ya mərhum X5 məxsus daşınmaz əmlaka aid olmasını müəyən etmək mümkün deyil.

107. Bu səbəbdən də iddiaçının 2023-cü ildə (miras açılandan 3 il sonra) vergi və kommunal ödənişlər etməsi ilə bağlı təqdim etdiyi sübutları, kollegiya mirasın qəbulu kimi qiymətləndirmir. Qanunvericilik mirasın qəbulu üçün 3 aylıq (və ya 6 aylıq) müddət müəyyən etmişdir. Həmin müddət ərzində passivlik nümayiş etdirən, lakin illər sonra, mübahisə yarandıqda formal xarakterli ödənişlər edən vərəsənin hərəkətləri hüquqi nəticə yaratmır. Bu görö də kolegiya bu ödənişləri mirasın qəbulu faktını təsdiq etmə kimi deyil, sadəcə olaraq iddiaçının məhkəmə çəkişməsi üçün süni sübut yaratmaq cəhdi kimi qiymətləndirir.

108. İddiaçının anasından qalan torpaq sahəsində olan meyvə ağaclarına onun qulluq etməsi məsələsinə gəldikdə isə kollegiya bildirir ki, bu fakt iş materiallarında öz təsdiqini tapmır.

109. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

110. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübut etmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

111. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qa nunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

112. İddiaçı verdiyi apellyasiya şikayətində göstərilən faktın təsdiqi üçün məhkəməyə qohumları və qonşularının şahid kimi çağırılıb dindirilməsini təklif etməsini, lakin müraciətinin təmin ediməməsini qeyd etdiyindən kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 113. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə i şin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 114. -104.6-cı maddəsi ilə müəyyən edilir ki, şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. 115. "Elektron məhkəmə" informasiya sistemində olan və birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audio-video görüntülərini nəzərdən keçirdikdə aydın olur ki, birinci instansiya məhkəməsində ikisi məhkəmə haz ırlıq iclası, üçü isə məhkəmə baxışı iclası olmaqla ümumilikdə beş məhkəmə iclası keçirilib. Həmçinin həmin görüntülərdən aydın olur ki, iddiaçı qeyd edilən məsələ ilə bağlı işə baxan birinci instansiya məhkəməsinə nə yazılı, nə də şifahi qaydada vəsatət verməyib. Onun 20 oktyabr 2025-ci il tarixdə keçirilən (iş üzrə son iclas) məhkəmə baxışı iclasında (17:45 və 44:00 dəqiqələrdə) ümumi şəkildə anasının sağlığında onunla və qardaşı ilə arasında olan münasibətlərin müəyən edilməsi baxımından dediyi "bütün Çərçiboğan camaatı bunu bilir" ifadəsi vəsatət kimi qəbul edilə bilməz.

116. Həmçinin kollegiya bildirir ki, iddiaçının özünün məhkəmə iclasındakı izahatı (etirafı) işin halları barədə ən dolğun məlumatı verdiyindən və bu məlumatlar onun mirasla əlaqəsini kəsdiyini təsdiqlədiyindən, əlavə şahidlərin dindirilməsinə lüzum qalmamışdır. İddiaçının öz sözləri ilə təsdiq olunan faktların (məsələn, açarın onda olmaması) şahidlər tərəfindən təkzib edilməsi mümkün deyildir.

117. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının izahatlarını və işdəki digər sübutları düzgün qiymətləndirərək, İddiaçı mirası faktiki qəbul etməməsi barədə əsaslı nəticəyə gəlmişdir. Cavabdeh isə miras əmlaka sahiblik etməsi, orada yaşaması və kommunal xərcləri (qaz abunəçiliyini) öz adına keçirməsi onun mirası faktiki qəbul edən yeganə vərəsə olduğunu təsdiqləyir. Yəni kollegiya iddiaçının izahatında qeyd edilənlərdən yola çıxaraq onun nəzərinə çatdırır ki, onun bildiyi xüsusatlar, özünün deyil, qardaşı olan cavabdehin anasından miras qalmış əml akı faktiki olaraq qəbul etməsinin sübutudur.

118. Sadalananlara əsasən kollegiya belə hesab edir ki, Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır.

119. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya İddiaçı Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(110)-775/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini əsassız hesab edir.

120. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyə n edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

121. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

122. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işd ə iştirak edən şəxslərə aid edilir.

123. Qeyd edilən prosessual normaların tələbindən çıxış edərək kollegiya belə hesab edir ki, İddiaçı apellyasiya şikayəti verərkən ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.

124. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 125. - İddiaçı Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(110)-775/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli; 126. - Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(110)-775/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı; 127. - İddiaçı apellyasiya şikayəti verərkən ödədiyi 50 (əlli) manat onun özünə aid edilməlidir.

128. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə g örə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

129. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Vİİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə qətetdi: İddiaçı Şərur Rayon Məh kəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(110)-775/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(110)-775/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti verərkən ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra q anuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar