Məhkəmə qərarları › İş №2(108)-194/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-194/2025

06.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-194/2025 06.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar söz: əmrin ləğv olunması, işə bərpa) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(078)-674/2025 nömrəli qətnaməsindən İd diaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X26 tərəfindən verilmiş 09 mart 2007-ci il tarixli, 11 nömrəli əmrə əsasən İddiaçı ərizəsi nəzərə alınaraq, həmin tarixdən o, Naxçıvan MR Qızıl Aypara Komitəsində FHH üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir.

2. Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X16 28 dekabr 2024-cü il tarixli, 54 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin 28 dekabr 2025-ci il tarixli, 54 saylı qanunsuz əmrinin ləğv olunaraq tutduğu vəzifəyə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilərək icra olunan günədək cavabdeh Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsindən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanmaqla alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, o, xx xxxxxx 1983-cü il tarixdə ünvan 1 ünvanında oğlu və 70 yaşlı anası ilə birlikdə yaşayır. 2000-ci ildə Heyran xanım adına X34 Kollecinə daxil olmuş, 200 2-ci ildə həmin kolleci bitirməklə tibb bacısı ixtisasına yiyələnmişdir. 10 avqust 2002-ci il tarixdən 25 dekabr 2005-ci il tarixinə qədər “Nəsimi M” kiçik müəssisəsində çörək bişirən işləmişdir. 09 mart 2007-ci il tarixində Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Y.Vəliyevin 11 saylı əmri ilə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinə FHŞ üzrə təlimatçı vəzifəsinə işə qəbul olunmuşdur. Həmin Komitə sədrinin 03 noyabr 2008-ci il tarixli, 68 saylı əmri ilə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin təşkilati iş şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 2015-ci ildə Türkiyə Respublikasının Ərzurum şəhərində yerləşən “Atatürk Üniversiteti”nin “İqtisadiyyat” fakültəsinə “Biznesin idarə olunması” ixtisası üzrə qiyabi ali təhsil almaq məqsədi ilə qəb ul olunmuşdur. 2019-cu ilə qədər ailə vəziyyəti ilə bağlı ali təhsilini müvəqqəti dondurmuşdur. 2019-cu ildən etibarən universitetdə təhsilini qiyabi şəkildə davam etdirməyə başlamışdır. Hal-hazırda həmin universitetin sonuncu kursunda ali təhsilini qiyabi yolla davam etdirir. Sözü gedən qiyabi ali təhsil alması ilə əlaqədar mütəmadi olaraq Türkiyə Respublikasının Ərzurum şəhərində və bəzi hallarda həmin universitetin göstərişi ilə Bakı şəhərində yerləşən “X35”ndə sessiya və imtahanlarda olur. Bu barədə hər dəfə və ya dəfələrlə fəaliyyət göstərdiyi təşkilatın rəhbərliyinə, yəni Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Y.Vəliyevə rəsmi surətdə sənədlər təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsində işlədiyi bu ötən illər ərzində, dəfələrlə həmin ko mitənin sədri Yaşar Vəliyevə dərəcə və maaş artımı ilə bağlı müraciətlər etmiş və həmin müraciətləri cavabsız qalmışdır. Sonuncu dəfə bu əsasla ona 2023-cü ilin sentyabr ayında yenidən müraciət etmişdir. Müraciəti ilə ona bildirmişdir ki, “mən ərsiz qadınam, himayəmdə yaşlı və xəstə anam, həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında əyani yolla ali təhsil alan 19 yaşlı oğlan övladım vardır, özümün və onların maddi problemlərimizin həllinə yetişə bilmirəm”. Xahiş etmişdir ki, onun, uzun müddətli qüsursuz iş fəaliyyətini və ya xidmətlərini, peşəkarlığını nəzərə alaraq vəzifəsi ilə bağlı dərəcə artımına dair uzun müddət ərzində etdiyi müraciətlərinə nəhayət reaksiya versin ki, əmək haqqında dəyişiklik olunsun, bu da onun maddi vəziyyətini qismən də olsa yüngüll əşdirsin. Lakin, yenə də lazımi müsbət cavab ala bilməmişdir. Bundan sonra, məcbur qalaraq, probleminin həllinin çözülməsindən ötrü Azərbaycan Respublikasının Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinin qəbuluna düşmək üçün müraciət etmişdir. Sədr Y.Vəliyev bundan xəbər tutduqdan sonra bərk əsəbiləşmiş, bunu ona irad tutmuşdur. Amma sonra ona vəzifə maaşı ilə bağlı dərəcə artımını təmin edəcəyini bildirmişdir. Daha sonra isə, ona 15-ci dərəcə verildiyini demişdir. Lakin, bunun, çox cüzi bir fərq olduğunu ona deməklə, etirazını bildirmişdir. Bundan sonra, o, dərəcə artımı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasıdakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olmuşdur. F.Nəcəflinin göstərişi ilə araşdırmalar aparılmışdır. Verilən tapşırıqlar əsasında A zərbaycan Respublikası Naxçıvan MR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinə bununla bağlı sorğular göndərmişdir. Daha sonra, o, yuxarıda qeyd etdiyi kimi qiyabi ali təhsili ilə əlaqədar iş yerinə ərizə ilə müraciət edərək, icazə əsasında imtahanda iştirak etməklə bağlı Bakı şəhərində olarkən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 qəbul edilməyi ilə bağlı müraciət edərək sədr Vəli Quliyevin qəbulunda olmuşdur. Vəli müəllim, ona, 2007-ci ildə əmək müqaviləsini şəxsən özünün oxuyub və imzalamağı ilə bağlı sual vermişdir. O, hazırki anadək fəaliyyət göstərdiyi həmin təşkilatla, yəni, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi ilə onun arasında hər hansı bir əmək müqaviləsin in nə oxunmasını, nə də imzalanmadığını bildirmişdir. Vəli müəllim onun hüquq və vəzifələrini ona izah etməklə, şikayət etdiyi xüsusatla bağlı qanunla tədbir görüləcəyini bildirmişdir. Bundan sonra, səhhətində problemlər olduğu üçün Bakı şəhərində “Bona Dea” xəstəxanasında mədəsindən əməliyyat olunmuş, 06 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixədək həmin xəstəxanada yatmaqla ambulator müalicədə olmuşdur. İşə qayıtdıqdan sonra, yenidən sədr Yaşar Vəliyevdən əmək müqavilələrinin ona təqdim edilməsini istəmiş və bunun özünün hüququ olduğunu ona bildirmişdir. Hətta 24 dekabr 2024-cü il tarixdə bununla bağlı Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Y.Vəliyevin adına teleqram da ünvanlamışdır. Dörd gün (xx.xx.2024 tarixdən - xx.xx.2024-cü il tarixədək) dayanmadan hər gün əmək müqavilələrini tələb etdiyini görən sədr Y.Vəliyev hər dəfə bəhanə ilə gah müqavilələrin axtarılmasını, gah da guya hazırlandığını demişdir. Sonda ona açıq-aşkar “səninlə heç bir müqavilə rəsmiləşdirilməyib, sənin yerinə başqası imza çəkib” demiş, başqası imza çəkdiyi üçün də həmin müqavilələri ona verə bilməyəcəyini söyləmişdir. Daha sonra, o, 28 dekabr 2024-cü il tarixdə yuxarıda qeyd etdiyi rəhbər şəxslərin qəbulunda olduğuna görə, onların və özünün ünvanına nalayiq ifadələr işlədərək, onun əmək kitabçasını və əmək karyerasını ləkələməklə onu işdən qovacağı ilə hədələmişdir. 06 yanvar 2025-ci il tarixdə bayram və ya qeyri-iş günlərindən sonra ilk iş günündə işə çıxarkən, sədr Yaşar Vəliyev ona bildirmişdir ki, “sən artıq mənim işçim deyilsən, 28 dekabr 2025-ci il tarixli ə mrlə, sənin barəndə tərtib olunmuş 25 dekabr 2024cü il tarixli və 28 dekabr 2024-cü il tarixli aktlara əsasən, səninlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişəm, dur çıx get”. Ona heç bir nöqsana yol vermədiyini, bütün bu hərəkətlərini qərəzli şəkildə ona qarşı qanunsuzluqlara yol verməklə etdiyini bildirmiş və dərhal ondan həmin aktların məzmununun nədən ibarət olduğunu soruşmuşdur. Daha sonra, bu barədə olan sözü gedən əmri, həmin aktları, həmçinin, həmkarlar təşkilatının üzvü olduğu üçün, həmkarlar təşkilatının protokolunu və qərarını tələb etmişdir. O, “həmkarlar təşkilatı kimdir. Buranın yiyəsi mənəm, dur get buradan” demişdir. Bundan sonra yenə də rəsmi şəkildə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Kom itəsinin sədri Y.Vəliyevə dəfələrlə rəsmi surətdə müraciət edərək sözü gedən sənədləri, o cümlədən onunla bağlanan əmək müqavilə(lər)sini və digər sənədləri tələb etsə də, həmin şəxs ümumiyyətlə heç bir reaksiya verməmişdir. 06 yanvar 2025-ci il tarixdə sədr Y.Vəliyev tərəfindən qanunsuz əsaslarla, hörmətsizcəsinə işdən qovulduqdan sonra, o, dərhal Azərbaycan Respublikası Naxçıvan MR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə şəxsən getməklə, sədr Y.Vəliyevin artıq kuliminasiya həddinə çatan, dözülməz, özbaşınalıqlarla və tərbiyəsizliklə müşaiyət olunan qanunsuz hərəkətləri barəsində şikayət etmişdir. Etdiyi şikayət əsasında, Azərbaycan Respublikası Naxçıvan MR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən, nəticədə onun əmək mü qaviləsinə əmək qanunverciliyinin tələbləri pozularaq xitam verilməsinə görə Komitənin sədri Y.Vəliyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunverciliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar” qəbul edilərək hüquqpozmanın aradan qaldırılması üçün 25 gün müddət müəyyən edilmişdir. Y.Vəliyev göstərilən müddətdə hüquqpozmanı aradan qaldırmadığından qərar qüvvəyə minmişdir. Daha sonra, həmin X18 Xidməti tərəfindən ona, müraciətdə qaldırdığı məsələ ilə bağlı məhkəməyə müraciət hüququnun olması izah edilmişdir. Əvvəla, xüsusilə qeyd etmək istəyir ki, hazırki iddia tələbi üzrə ləğv olunmasını tələb etdiyi qanunsuz əmr, həmçinin, digər yuxar ıda qeyd etdiyi sənədlər, bütün tələblərinə (şəxsən özünün yazılı ərizə və teleqramlarına, vəkillərinin sorğularına) rəğmən, cavabdeh tərəfindən ona təqdim edilməmişdir. Sözügedən 28 dekabr 2024-cü il tarixli, 54 saylı qanunsuz və gülünc əmrin məzmunu ilə o, X18 Xidmətində 13 mart 2025-ci il tarixdə tanış olmuşdur. Hesab edir ki, işəgötürən, onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxararkən, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. İşəgötürənin bu hərəkəti ona qarşı qərəzli münasibətlərin olmasına dəlalət edir. Onun mənəviyyatı, heysiyyəti, hissləri kobudcasına əzilmiş, bütün növ hüquqları cavabdeh tərəfindən pozulmuş, cəmiyyətdə hörmətdən, ictimaiyyət və uzun illər ərzində çalışdığı kollektivin üzv ləri, onu tanıyanlar arasında nüfuzdan salınmışdır. Haqsız şəkildə, qəbul edilməz təhqir və təhdidlərlə, böhtanlarla işdən qovulmağı özünün və eyni zamanda xəstə, yaşlı anasının səhhətində çox ciddi problemlər yaratmış, bilavasitə ona və gənc oğluna, şəxsən özünə mənəvi sarsıntılar yaşatmışdır. O, Azərbaycan Respublikasının qanunlarının aliliyinə və dövlətin məhkəmələrinin obyektivliyinə inanır. İnanır ki, onun kimi tanınmış, ziyalı, eyni zamanda sadə bir vətəndaşın, təkzibi mümkün olmayan surətdə, gözgörəki şəkildə pozulmuş hüquqları ədalətlə müdafiə edilərək bərpa olunacaq, obyektiv araşdırmalar aparılacaq, əsl həqiqət ortaya çıxarılacaq, iddia tələbi təmin olunmaqla, cavabdehin heç bir əsas olmadığı halda, qanunları ciddi surətdə pozmaqla qəbul etdiyi, gələcək işgüzar və əmək fəaliyyəti ni ləkələyən sözü gedən qanunsuz və əsassız əmri ləğv ediləcək və o, tutduğu vəzifəyə bərpa olunmaqla, ona dəymiş zərər ödəniləcəkdir. Sözügedən qanunsuz əmrdən açıq-aşkar bəlli olur ki, əmri verən təşkilatın rəhbərinin, yəni cavabdehin əmək qanunvericiliyindən ya xəbəri yoxdur, ya bu sahədə kifayət qədər biliklərə malik deyil, ya da ki, həmin əmri yazıb gətirib qoyublar bu insanın stolunun üzərinə, o da oxumadan, tanış olmadan, qanunsuz olmasının fərqinə varmadan imza etməklə, onun hüquqlarını aşkar surətdə pozmuşdur. Belə ki, cavabdeh sözü gedən əmrində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsaslanmış və hesab etmişdir ki, guya, «öz əmək funksiyasını düzgün yerinə yetirmədiyinə görə» bu səbəblə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Cav abdehin, onun işdən azad olunması ilə gəldiyi bu hüquqi qənaəti tam qanunsuz, əsassız və savadsız hesab edir. Əvvəla, işəgötürən qanunsuz əmri ilə xitam verdiyi və onun dönə-dönə tələb etdiyi əmək müqavilə(lər)sini gətirib meydana çıxarmalıdır ki, orada onun əmək funksiyası dedikdə nə nəzərdə tutulmuşdur, hansı əmək funksiyaları nəzərdə tutulmuşdur və o, həmin əmək müqaviləsində qeyd olunmuş, yaxud da öhdəlik olaraq üzərinə götürdüyü hansı şərti pozması aydın olsun. Çünki, Azərbaycan Respublikasının Əmək qanunvericiliyi (Əmək Məcəlləsi) işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını aşağıdakı qaydada müəyyən etmişdir: maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları əmək müqaviləsi işə götürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bil ər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsi isə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların aşağıdakılar olduğunu müəyyən etmişdir. Həmin normada qeyd olunmuşdur ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yeri ndə həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksi yasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Göründüyü kimi, hüquq pozuntusu aşkar və netdir. İnkarı isə mümkün deyildir. Şərh olunan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin 8 bəndinin (a,b,c,ç,d,e,ə,f) heç birində nəzərdə tutulan hərəkətlərə onun tərəfindən yol verilməmişdir. Bundan başqa və ən əsası, xüsusilə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndi məxsusən tələb edir ki, «Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun». Cavabdeh-işəgötürən onun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini-hərçənd ki, öhdəliyin təsbit olunduğu əmək müqaviləsi hansısa səbəblərdən ortaya çıxarılmır, gizlədilir) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada hansı ziyanın yetirildiyini necə və han sı şəkildə sübut edir və ya edə biləcək? Axı, yuxarıda qeyd etdiyi qanun və ya norma (Azərbaycan Respublikası ƏM-nin 71.2-ci maddəsi) konkret olaraq, yalnız qeyd olunan şərtlə Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilir, digər şərtləri konkret olaraq istisna və qadağan edir. Məlum olduğu kimi, cavabdeh, onun işdən azad olunması ilə bağlı Əmək Qanunvericiliyinə istinad edərkən, səhv qərar qəbul etməklə, yanlış nəticəyə gəlmişdir ki, belə yerdə də məşhur atalar zərb məsəlinə istinad etməmək olmur: «aşığın sözü qurtaranda dalay-dalay çağırar» Bundan başqa, fərz edilsə ki, cavabdeh qeyd olunan normaya düzgün istinad etmişdir və həqiqətən də, qanunsuz əmrində qeyd etdiyi xüsusat həmin qanunun tələbidir. Belə olan halda aşağıdak ı suallar meydana çıxır: 1) O, hansı əmək funksiyasını yerinə yetirməmişdir? 2) Əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməmişdir? Cavabdeh bu sualların cavabını məhkəmədə verə biləcəkmi? Beləliklə, hesab edir ki, işəgötürən, qeyd olunan qanunsuz əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verərkən, həmin əmrin məzmununda onun işdən azad edilməyi ilə bağlı hər hansı bir fikir ifadə etməmiş və ya bu məqamla bağlı fikir ifadə etməməklə verdiyi əmrin zəruriliyini əsaslandırmamışdır. İşəgötürənin bu hərəkəti, onun hüquqi savadsızlığına və ona qarşı qərəzli münasibətlərinin olmasına dəlalət edir. Bundan başqa o, Həmkarlar İttifaqı təşkilatının üzvüdür və işlədiyi bu ötən uzun illər ərzində, əmək haq qından tutulmaqla, həmin təşkilata üzvlüklə bağlı üzvlük haqları ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci madəsində (Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) təsbit edilmişdir:

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edil ir. Həmkarlar İttifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən Həmkarlar İttifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Göründüyü kimi, cavabdeh tərəfindən əmək qanunvericiliyinin həmin norması da kobud şəkildə pozulmaqla, Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən Həmkarlar İttifaqının üzvü olan işçinin, yəni, onun əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edilmişdir. Həmkarlar İttifaqının üzvü olan işçinin, yəni, onun əmək müqaviləsi qeyd olunan maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən-cavabdeh həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş, təqdimatla müraciət etmədiyi üçün, aydın məsələdir ki, müvafiq əsaslandırma sənədləri də təqdim edilməmiş, təqdimat daxil olmadığından, həmkarlar ittifaqı təşkilatı da qanunla nəzərdə tutulan, sözü gedən təqdimatın daxil olmalı olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməmişdir. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndi, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ay müddət müəyyən etmişdir. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göst ərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət ed ir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

5. Cavabdeh Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin vəkili və nümayəndəsi X27 28 aprel 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək ərizədə qeyd etmişdir ki, İddiaçı (bundan sonra-iddiaçı) 09 mart 2007-ci il tarixində cavabdeh Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin (bundan sonra-cavabdeh) 11 saylı əmri ilə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinə FHŞ üzrə təlimatçı vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehin 03 noyabr 2008-ci il tarixl i, 68 saylı əmri ilə Komitənin təşkilat iş şöbəsinin rəhbəri vəzifəsinə, 03 iyun 2024-cü il tarixli, 8 saylı əmrlə isə Gəclərlə və Könüllülərlə iş üzrə baş təlimatçı vəzifəsinə təyin edilmişdir. 27 dekabr 2013-cü il tarixli, 875-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 3-ci maddəsinə 5-1ci hissə əlavə edilmişdir. 28 iyun 2024-cü il tarixli, 1195- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin hissə ləğv edilmişdir. 5-1-ci hissə qüvvədə olan zaman qeyd edilirdi ki, əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanını n mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilər elektron sənəd. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 27 dekabr 2013-cü il tarixli, 875-İVQD nömrəli Azərbaycan Respublika sının Qanunu ilə Əmək Məcəlləsinin 7-ci maddənin 2-ci hissəsi yeni redaksiyada verilmişdir və həmin maddəyə 2-1-ci hissə əlavə edilmişdir. 28 iyun 2024-cü il tarixli, 1195- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Əmək Məcəlləsinin 7-ci maddənin 2-ci hissəsində “hissəsi" sözü “və 2-2-ci hissələri” sözləri ilə, “elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra" sözləri "əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda" sözləri ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsində onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsini oxumadığını və imzalamadığını bildirir. İddiaçının qeyd etdi kləri tamamilə əsassızdır. Bunun əsassız olduğunu iddiaçı özü iddia ərizəsinin birinci abzasında qeyd etməklə özü bildirir. İddiaçı özü qeyd edir ki hansı tarixli, hansı nömrəli əmrlərlə hansı vəzifələrə təyin olunmuşdur. Bu onu göstərir ki, iddiaçı əmək müqavilələrini imzalamış və müqavilələrin bir nüsxəsi iddiaçıya verilmişdir. İddiaçı əmək müqavilələrini imzalamasaydı qeyd edilən vəzifələrdə işləyə bilməzdi. İşlədiyi vəzifələrlə bağlı qeydlərdə əmək kitabçasına qeyd edilmişdir. Əmək kitabçası iddiaçının özündə olmuşdur. Bundan başqa 1 iyul 2014-cü il tarixdən 28 iyun 2024-cü il tarixə qədər tərəflər arasında əmək münasibətləri əmək müqaviləsi bildirişinə əsasən tənzimlənmiş, 28 iyun 2024-cü il tarixdən isə elektron əmək müqaviləsi ilə tənzimlənir. İddiaçı ilə cavabdeh arasında olan əmək münasibətləri 1 iyul 2014-cü il tarixdən 28 iyun 2024-cü il tarixə qədər əmək müqaviləsi bildirişi əsasında 28 iyun 2024-cü il tarixdən isə elektron əmək müqaviləsi ilə tənzimlənmişdir. Elektron əmək müqaviləsini iddiaçı özü SİMA rəqəmsal həllər platforması ilə imzalamışdır. Əlavə olaraq iddiaçı işə qəbul müqaviləsini özü imzalamışdır. İddiaçı əmək müqaviləsini imzalamamış olsa da belə cavabdehin işçisi olmuş, əmək funksiyalarını yerinə yetirmiş, əmək haqqı almış və bu hərəkətləri ilə həmin əqdi özü bəyənmişdir. İddiaçının cavabdehlə əmək münasibətlərində olmasını özü də iddia ərizəsində qeyd edir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğu nluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 mart 2023-cü il tarixli Qərarı” - səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasın a riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. İddiaçı iddia ərizəsində bildirir ki, 2015-ci ildə Türkiyə Respublikasının Ərzurum şəhərində yerləşən “Atatürk Üniversiteti”nin “İqtisadiyyat” fakültəsinə “Biznesin idarə olunması” ixtisası üzrə qiyabi ali təhsil almaq məqsədi ilə qəbul olunmuş, 2019-cu ilə qədər ailə vəziyyəti ilə bağlı ali təhsilini müvəqqəti dondurmuş, 2019-cu ildən etibarən universitetdə təhsilini qiyabi şəkildə davam etdirməyə başlamış, hal-hazırda həmin universitetin sonuncu kursunda ali təhsilini qiyabi yolla davam etdirmiş, sözü gedən qiyabi ali təhsil almağı ilə ələqadər olaraq mütəmadi olaraq Türkiyə Respublikasının Ərzurum şəhərində və bəzi hallarda həmin universitetin göstərişi ilə Bakı şəhərində yerləşən “X35"ndə sessiya və imtahanlarda olmuş, bu barədə hər dəfə və ya dəfələrlə fəaliyyət göstərdiyi təşkilatın rəhbərliyinə, yəni, Komitənin sədrinə rəsmi surətdə sənədlər təqdim etmişdir. Bununla bağlı qeyd edir ki, iddiaçı təhsil alması ilə bağlı heç vaxt cavabdehə sənəd təqdim etməmiş, təhsil məzuniyyətinə çıxması ilə bağlı müraciət etməmişdir. İddiaçı əgər işlədiyi müddət ərzində nə vaxtsa təhsil məzuniyyətində olmuşdursa bununla bağlı sübutların (təhsil məzuniyyəti haqqında əmr, təhsil məzuniyyətinə görə ödəniş və s.) təqdim edilməsini xahiş edir. İddiaçı iddia ərizəsində bildirir ki, səhhətində problemlər olduğu üçün Bakı şəhərində “X40 Hospital Bakı”da mədəsindən əməliyyat olunmuş, 06 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixədək həmin xəstəxanada yatmaqla ambulator müalicədə olunmuşdur. “X40 Hospital Bakı”nın 25 yanvar 2025-ci il tarixli, 162 saylı tibbi arayışını iddia ərizəsinə əlavə etmişdir. Ancaq həmin arayış oxunaqlı vəziyyətdə deyildir. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Qeyd edilənlə ri nəzərə alaraq arayışın oxunaqlı vəziyyətinin elektron məhkəmə sisteminə əlavə edilməsi üçün xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edilməsinə baxmayaraq hələ də arayış əlavə edilməmişdir. Bundan başqa iddiaçının qeyd edilən tarixlərdə həqiqətən Bakı şəhərində olmasını təsdiq edən sənədləri (təyyarə bileti və ya ümumvətəndaş pasportunun surəti və s.) məhkəməyə təqdim edilməsini xahiş edirlər. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmkarlar təşkilatının üzvü olduğu üçün, həmkarlar təşkilatının protokolu və qərarını cavabdehdən tələb etmişdir. Qeyd edir ki, X12 Təşkilatı yoxdur. Bununla bağlı 28 yanvar 2025-ci il tarixli məktub etiraza əlavə edilir. İddiaçı 25 dekabr 2024-cü il tarixdə Komitənin sədrinə qarşı kobud rəftar edərək və nalayiq sözlər işlədərək onun şərəf və ləyaqətin i alçaldan ifadələr işlətmiş, eyni zamanda Naxçıvan MR X32 rəhbəri Ülvi Hüseynliyə qarşı nalayiq söyüşlər işlətmişdir. Qeyd edilən hal Komitənin sədri Yaşar Vəliyev, Komitənin sədr müavini Yulət Vəliyev, Komitənin əməkdaşı Hüseyn Rəsulov və Naxçıvan MR Müharibə, Əmək, Silahlı Qüvvələr və X24 Veternaları Şurasının sürücüsü Orxan Bəbirovun iştirakı ilə 25 dekabr 2024-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Qeyd edilənlərə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya humanistlik göstərilmiş və ona 25 dekabr 2024-cü il tarixli, 49 nömrəli əmrlə şiddətli töhmət verilmişdir. Lakin iddiaçı 26 dekabr və 27 dekabr 2024-cü il tarixlərdə işə gəlməmişdir. İddiaçının işə gəlməməsi halları 26 dekabr və 27 dekabr 2024-cü il tarixli aktlarla rəsmiləşdirilmişdir. 28 dekabr 2024-cü il tarixdə iddiaçı işə gələr ək yenidən Komitənin sədrinə qarşı kobud rəftar edərək və nalayiq sözlər işlədərək onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Həmin hal da aktlaşdırılmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 28 dekabr 2024-cü il tarixli, 54 əmrlə xitam verilmişdir. Həmin əmr iddiaçıya 07 yanvar 2025-ci il tarixdə təhvil verilmiş və aktlaşdırılmışdır. İddiaçı əmri alan kimi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında X18 Xidmətinə müraciət etmişdir. Əmək Məcəlləsinin 96-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə mürac iət edə bilər. İddiaçı işdən azad olunmasını 07 yanvar 2025-ci il tarixdə bilmişdir. Həmin gün işdən azad olunma əmri şahidlərin iştirakı ilə aktlaşdırılaraq ona təqdim edilmişdir. O həmin əmri götürərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında X18 Xidmətinə müraciət etmişdir. Əlavə olaraq əmr elektron sistemə də yüklənmişdir. İddiaçı 1 ay 4 gün sonra yəni xx.xx.2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif ilə cavabdehə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə isə iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayış verilmişdir. Bundan 1 ay sonra isə yəni xx.xx.2025-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ümumilikdə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş müddət 2 ay 4 gün ötürülmüşdür. Yuxarıda qeyd edilənlərə və Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Naxçıvan Şəhər Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(078)-674/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İİİ. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

7. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 13 mart 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Qızıl Aypara Komitəsində (bundan sonra - Komitə) əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Məcəllə ) 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin pozulmasına və işə bərpa olunmasına dair 7 yanvar 2025-ci il tarixli müraciətinə Naxçıvan Muxtar və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətində (bundan sonraXidmət) baxılmışdır. Müraciətdə qaldırılan məsələyə münasibət bildirilməsi və ona aid sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən təqdim edilməsi məqsədilə Komitəyə sorğu göndərilmişdir. Komitədən daxil olmuş sənədlərdən, həmçinin tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin, Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsisteminə baxış zamanı onun əmək müqaviləsinə Komitədə Məcəllənin 70-ci maddəsinin "ç" bəndi i lə (işçi özünün əmək funksiyasını və ya əmək öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi məlum olmuşdur. Bununla yanaşı Komitə tərəfindən əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı əmrdə inzibati xəta əlaməti olunduğu aşkarlanmışdır. Aşkar olunmuş pozuntu ilə əlaqədar Komitənin sədri X26 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 7 fevral 2025-ci il tarixli ******* nömrəli "İnzibati xəta haqqında Protokol" tərtib edilərək inzibati icraata başlanılmışdır. Nəticədə İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilməsinə görə Komitənin sədri Y.Vəliyev barəsində Azərbaycan R espublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar" (bundan sonra - Qərar) qəbul edilərək hüquqpozmanın aradan qaldırılması üçün 25 gün müddət müəyyən edilmişdir. Y.Vəliyev göstərilən müddətdə hüquqpozmanı aradan qaldırmadığından qərar qüvvəyə minmişdir.

8. İş materiallarına əlavə edilmiş Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X26 tərəfindən verilmiş 09 mart 2007-ci il tarixli, 11 nömrəli əmrdən görünür ki, İddiaçı ərizəsi nəzərə alınaraq, həmin tarixdən Naxçıvan MR Qızıl Aypara Komitəsində FHH üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir.

9. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri X26 ilə İddiaçı arasında 09 mart 2007-ci il tarixində bağlanmış əmək müqaviləsindən görünür ki, həmin tarixdə İddiaçı Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsində təlimatçı vəzifəsinə işə qəbul edilmişdir.

10. İş materiallarına əlavə edilmiş Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X26 tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli, 18 nömrəli əmrdən görünür ki, Naxçıvan MR Qızıl Aypara Komitəsinin Təşkilatı iş üzrə baş təlimatçısı İddiaçı həmin tarixdən başqa vəzifəyə keçirilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi və həmin tarixdən Naxçıvan MR Qızıl Aypara Komitəsinin Gənclərlə və Könüllülərlə iş üzrə baş təlimatçısı vəzifəsinə təyin edilməsi əmr edilmişdir.

11. İş materiallarına əlavə edilmiş X26 (Naxçıvan MR Qızıl Aypa ra Komitəsinin sədri), X31 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədr müavini), X13 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin əməkdaşı) və X22 (Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və X19 Veteranları Şurasının sürücüsü) tərəfindən tərtib edilmiş 25 dekabr 2024-cü il tarixli akta qeyd olunur ki, Naxçıvan MR Qızıl Aypara Komitəsinin Gənclər və Könüllülərlə iş üzrə baş təlimatçısı İddiaçı 25 dekabr 2024-cü il tarixində komitənin sədrinə qarşı kobud rəftar və nalayiq sözlər işlədərək onu yuxarıda adları gösrərilənlərin yanında şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş, bundan əlavə Naxçıvan MR X32 rəhbəri Ülvü Hüseyinliyə qarşı nalayiq söyüşlər işlətmişdir.

12. İş materiallarına əlavə edilmiş Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X26 tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli, 49 nömrəli əmrdə qeyd olunur ki, Naxçıvan MR Qızıl Aypara Komitəsinin Gənclərlə və Könüllülərlə iş üzrə baş təlimatçısı İddiaçı həmin tarixdən şəxsi işinə qeyd olunmaqla şiddətli töhmət verilməsi əmr edilmiş və əsas olaraq İddiaçı 25 dekabr 2024-cü il tarixində Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədrinə kobud rəftar və nalayiq ifadələri olduğu göstərilmişdir.

13. İş materiallarına əlavə edilmiş X26 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədri), X31 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədr müavini), X13 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin əməkdaşı) və X17 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin əməkdaşı) tərəfindən tərtib edilmiş 26 dekabr 2024-cü il tarixli aktda qeyd olunur ki,Naxçıvan MR Qızıl Aypara Komitəsinin Gənclər və Könüllülərlə iş üzrə baş təlima tçısı İddiaçı 26 dekabr 2024-cü il tarixində səbəbsiz olaraq işə gəlmədiyi üçün əmək funksiyalarını bilərəkdən yerinə yetirməmişdir.

14. İş materiallarına əlavə edilmiş X26 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədri), X31 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədr müavini), X13 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin əməkdaşı) və X17 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin əməkdaşı) tərəfindən 27 dekabr 2024-cü il tarixdə akt tərtib edilmiş, aktda göstərilmişdir ki, Naxçıvan MR Qızıl Aypara Komitəsinin Gənclər və Könüllülərlə iş üzrə baş təlimatçısı İddiaçı 27 dekabr 2024-cü il tarixində səbəbsiz olaraq işə gəlmədiyi üçün əmək funksiyalarını bilərəkdən yerinə yetirməmişdir.

15. İş materiallarına əlavə edilmiş X26 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədri), X31 (Naxçıvan MR Qızıl Aypara Komi təsinin sədr müavini), X13 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin əməkdaşı) və X17 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin əməkdaşı) tərəfindən tərtib edilmiş 28 dekabr 2024-cü il tarixli aktda qeyd olunur ki,Naxçıvan MR Qızıl Aypara Komitəsinin Gənclər və Könüllülərlə iş üzrə baş təlimatçısı İddiaçı 28 dekabr 2024-cü il tarixində komitənin sədrinə qarşı kobud rəftar və təhqir edici sözlər işlədərək onu yuxarıda adları göstərilənlərin yanında şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyinə görə ondan izahat tələb olunmuşdur. Ancaq buna məhəl qoymayaraq izahat verməkdən imtina etmişdir.

16. İş materiallarına əlavə edilmiş Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X26 tərəfindən verilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” 28 dekabr 2024-cü il tarixli, 54 nömrəli əmrdə qey d edilmişdir ki, "Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsi" bölməsində "Gənclər və könüllülərlə iş üzrə baş təlimatçı" vəzifəsində işləyən "X10" haqqında aşağıdakı səbəb(-ləri) nəzərə alınaraq 25 dekabr 2024-cü il tarixində komitənin sədrinə qarşı kobud rəftar və nalayiq sözlər işlədərək şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Bundan əlavə Naxçıvan MR X32 rəhbəri haqqına nalayiq sözlər işlətmişdir. Komitə sədri tərəfindən hal şahidlərinin imzası ilə aktlaşdırılıb və şiddətli töhmət verilmişdir. 28 dekabr 2024-cü tarixində yenidən komitənin sədrinə qarşı kobud rəftar və nalayiq sözlər işlədərək şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Komitə sədri tərəfindən hal şahidlərinin imzası ilə aktlaşdırılıb. (Qeyd: Xitamın xx.xx.2024-cü il tarixdə verilməməyinin səbəbi texni ki səbəblərdən baş vermişdir. (Asan imzada nasazlıq olduğu üçün)) "Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsi" bölməsində "Gənclər və könüllülərlə iş üzrə baş təlimatçı" vəzifəsində işləyən "X10" ilə baglanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixindən xitam verilməsi və işçinin xx.xx.2007 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilməsi əmr edilmişdir.

17. İş materiallarına əlavə edilmiş X 26 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədri), X31 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədr müavini), X13 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin əməkdaşı) və X17 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin əməkdaşı) tərəfindən tərtib edilmiş 07 yanvar 2025-ci il tarixli aktdan görünür ki, Naxçıvan MR Qızıl Aypara Komitəsinin Gənclər və Könüllülərlə iş üzrə baş təlimatçısı İddiaçı işdən azad olunduğuna dair əmr 07 yanvar 2025-ci il tarixində komitənin sədri X26 tərəfindən təqdim olunmuşdur.

18. İş materiallarına əlavə edilmiş X26 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədri), X31 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədr müavini), X13 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin əməkdaşı) və X17 (Naxçıvan MR Qızıl Aypara Komitəsinin əməkdaşı) tərəfindən tərtib edilmiş 22 yanvar 2025-ci il tarixli bax ış aktında qeyd olunur ki, İddiaçı Naxçıvan MR Qızıl Aypara Komitəsinin sədrinin əmri ilə 28 dekabr 2024-cü il tarixində tutduğu vəzifədən azad edilmişdir. Lakin buna baxmayaraq iş otağının açarını təhvil verməkdən imtina edərək özü ilə aparmışdır. Həmin iş otağını təhvil götürmək üçün çilingər dəvət olunaraq imza edənlərlə birlikdə iş otağına baxış keçirilmişdir. İş otağında İddiaçı aid olan 1 ədəd elektrik qızdırıcısı, 3 ədəd kiçik salafan torbada içləri məlum olmayan qırda-xruş möhürlənərək komitə sədrinin iş otağına qoyulmuşdur.

19. İş materiallarına əlavə edilmiş X8 X21 Respublika Komitəsinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinə ünvanlanmış 28 yanvar 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsində i şləyən işçilərin, yəni ittifaq üzvlərinin say tərkibi 7 (yeddi) nəfərdən az olduğundan, Naxçıvan Muxtar Respublikası X2 Nizamnaməsinin tələblərinə uyğun gəlmədiyindən (ilk təşkilatın yaranması üçün işçilərin sayı 7 (yeddi) nəfərdən çox olmalıdır) Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsində ilk Həmkarlar Təşkilatının yaradılması nəzərdə tutulmayıb. Gələcəkdə işçilərin, yaxud ittifaq üzvlərinin say tərkibi 7 (yeddi) nəfərdən çox olarsa komitədə ilk təşkilatın yaranması nəzərdə tutula bilər.

20. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən tərtib edilmiş 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqı nda qərarda qeyd olunur ki, vətəndaş İddiaçı Qızıl Aypara Komitəsində əmək hüquqlarının pozulması ilə bağlı 07 yanvar 2025-ci il tarixdə X18 Xidmətinə etdiyi müraciəti xidmətdə araşdırılmış, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi məlum olmuşdur. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 25 gün müddət müəyyən olunmuşdur.

21. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası X11 tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli, 67 nömrəli məktubda qeyd olunur ki, İddiaçı Naxçıvan Muxtar Respublikası X2 üzvü deyil və ondan (eləcə də Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin digər üzvlərindən) Şuraya heç bir üzvlük haqqı daxil olmamışdır. X9 Respublikası Qızıl Aypara Komitəsinin sədri Yaşar Vəliyevin 30 iyul 2025-ci il tarixli, 00/15 nömrəli arayışında da öz əksini tapmışdır.

22. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri X26 tərəfindən verilmiş 30 iyul 2025-ci il tarixli, 00/15 nömrəli arayışda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi ictimai təşkilat olduğundan Naxçıvan Muxtar Respublikası X3 təmsil olunmur və sabiq işçi İddiaçı əmək haqqından Naxçıvan Muxtar Respublikası X5 heç bir üzvlük haqqı tutulmamışdır. İV. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

23. Məh kəmə ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X16 28 dekabr 2024-cü il tarixli, 54 nömrəli əmrinin qanuniliyi yoxlanılması məsələsinə aydınlıq gətirmişdir.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının işdən çıxarılma məsələsi onun iştirakı ilə araşdırılmamış, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı dinlənilmədən, ondan izahat alınmadan onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilmişdir. İntizam tənbehi verilməmişdən əvvəl işçidən izahat verilməsinin tələb edilməli olmasına baxmayaraq iddiaçıdan izahat alınmamışdır. İddiaçının işdən çıxarılması ilə bağlı əmrdə Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Kom itəsinin Gənclər və könüllülərlə iş üzrə baş təlimatçı vəzifəsində işləyən İddiaçı komitənin sədrinə qarşı kobud rəftar və nalayiq sözlər işlədərək şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 07 yanvar 2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuşdur. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, iddiaçının hansı əmək funksiyasının yerinə yetirməməsi, hansı vəzifəsini icra etməməsi, iddiaçının fəaliyyətində hansı nöqsanların aşkarlandığı əmrdə qeyd olunmamışdır.

25. Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X16 28 dekabr 2024cü il tarixli, 54 nömrəli əmrində İddiaçı əmək müqavilə sinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi səbəbi kimi İddiaçı 25 dekabr 2024-cü il tarixində komitənin sədrinə qarşı kobud rəftar və nalayiq sözlər işlədərək şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsi, bundan əlavə Naxçıvan MR X32 rəhbəri haqqına nalayiq sözlər işlətməsinin Komitə sədri tərəfindən hal şahidlərinin imzası ilə aktlaşdırılıb və şiddətli töhmət verilməsi və 28 dekabr 2024-cü tarixində yenidən komitənin sədrinə qarşı kobud rəftar və nalayiq sözlər işlədərək şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsi göstərilmişdir. Məhkəmə belə qeyd etmişdir ki, əmrdə qeyd edilən həmin hal işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün qanunvericilik də nəzərdə tutulmuş əsasların heç birinə aid deyil.

26. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi və bu vəzifə funksiyalarının yerinə yetirilməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya b aşqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə istinad edərkən bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli olduğu halda, cavabdeh Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ə mək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd etmişdir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil.

27. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab etmişdir ki, Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X16 28 dekabr 2024-cü il tarixli, 54 nömrəli əmri qanuni hesab edilə bilməz. İddiaçının iddia tələbi əsaslıdır.

28. Cavabdeh Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin vəkili və nümayəndəsi X27 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd ed ilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Buna münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının məhkəmədə verdiyi izahatlarından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X16 28 dekabr 2024-cü il tarixli, 54 nömrəli əmrindən 07 yanvar 2025-ci il tarixdə məlumatı olmuş, həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 1 aylıq iddia müddəti 08 fevral 2025-ci il tarixində başa çatmışdır. İş üzrə iddiaçı 11 fevral 2025-ci il mediasiya təşkilatına müraciət etmiş, 11 mart 2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bundan sonra iddiaçı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi 11 aprel 2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən 1 aylıq iddia müddəti keçdikdən sonra müəyyən hərəkətlər edilmiş və bununla da onun tərəfindən iddia müddəti buraxılmışdır. Yəni, iş üzrə iddiaçı iddia müddətinin başa çatmasından sonra mediasiya təşkilatına və sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

30. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə iclasında iddiaçının vəkil və nümayəndəsi iddia müddətinin ötürülmədiyini düşündüklərini, ancaq məhkəmə tərəfindən elə hesab edilərsə, üzrlü hesab edilməsini istədiklərini qeyd etmişdir. Lakin iddiaçı tərəfindən iddia müddəti buraxılsa da, məhkəməyə iddia müddətinin üzrlü səbəbdən b uraxılmasını təsdiq edən heç bir sübut təqdim edilməmiş, məhkəmədə işin araşdırılması zamanı da qeyd edilən hal aşkar edilməmişdir.

31. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlmişir ki, iddia müddəti keçdiyindən iddia rədd edilməlidir.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 377.1-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarı, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlar ına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarı, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarı, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası A li Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarı və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. V. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

33. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, e-2(078)-674/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk növbədə, ali təhsilli olmadığını və qanunvericiliyin tələblərini, xüsusilə də məhkəməyə müraciət etmək üçün xüsusi iddia müddəti tətbiq olunduğunu heç bir şəkildə bilmədiyini ifadə etməklə iddia tələbi ilə məhkəməyə müraciət etmə mərhələsindən çox əvvəl xx.xx.2024-cü il tarixdə haz ırkı iş üzrə ilk vəkili qismində iştirak etmiş Zaur Mirzəbəyovla müqavilə bağlamamış ilk öncə onunla qohumluğu olan vəkil-mediator Elçin Ağayevlə keçmiş iş yerində məruz qaldığı hüquqpozma hallarının qarşısının alınmasının qanuni həll yollarını öyrənmək üçün əlaqə saxladığını, işinə xitam verilməsi barədə əmri aldıqdan sonra da bu barədə dərhal həmin vəkilə məlumat verdiyini və onun da öz növbəsində artıq məhkəmə prosesinin başladılacağını bildirdiyini məlum edir. Özünü olduqca təcrübəli və uğurlu vəkil kimi təqdim edən bəhsi keçən şəxsin hər dəfəsində müxtəlif bəhanələr əsas gətirərək məhkəməyə müraciət etmə, habelə müvafiq müqavilə bağlama prosesini həyata keçirmədiyini, bir müddət sonra isə “mənim dayoğlumdur, birlikdə işləyirik, mən, ya o fərqi yoxdur” deyərək onu Bakı şəhəri 26 sayl ı Vəkil Bürosunun vəkili X7 yönləndirdiyini və onunla müqavilə bağlamağını “məsləhət” gördüyünü bildirir. Qəti bir dillə bəyan edir ki, qanunvericiliyin tələblərindən, ələlxüsus da məhkəməyə müraciət etmək üçün təsbit olunmuş xüsusi “iddia müddəti” anlayışından bixəbər olduğu və sözügedən vəkillərin işinə xitam verildiyi andan bu barədə məlumatlı olduqları halda özlərinin deyimi ilə “təcrübəli, məhkəmədə döyüşən” vəkillərin əmək qanunvericiliyində mübahisəsiz şəkildə təsbit olunmuş 1 aylıq iddia müddətindən xəbərsiz olmalarına heç bir şəkildə ehtimal vermir. Belə olan halda ona məlum olmayan səbəb(lər)dən iddia müddətinin qəsdən ötürüldüyünü düşünür. Məhz bu barədə əsaslı şübhələrinin əlavə olaraq dəfələrlə iddia ərizəsinin məhkəməyə göndərilməsi barədə israrlarına “mediasiya arayışı veril əndən sonra 1 ay vaxtımız var” sözünün deyilməsi (bu fakt müvafiq vhatsapp səs yazıları və mesajları ilə təsdiq olunur), iş üzrə məhkəmə icraatı davam etdiyi dövrdə vəkilin 6 məhkəmə iclasından yalnız 3-də iştirak etməsi, Zaur Mirzəbəyovun cavabdeh tərəfin iddia müddətinin tətbiq olunması barədə ərizələrinə yazılı münasibət bildirməməsi, habelə onun iş üzrə mühüm əhəmiyyət kəsb edən sənədlərlə onu tanış etməməsi (həmin sənədlərin yalnız öz təşəbbüsü ilə elektron məhkəmə portalına daxil olmaqla oraya yüklənmədiyini aşkar etdiyini, bu barədə tələb irəli sürdüyünü, həmiçnin vəkilə də ona məlumat vermədiyinə görə irad bildirdiyi) kimi faktlarla da möhkəmləndiyini qeyd etməyi zəruridir. Bəhs etdiyi onun məhkəməyə müraciət etməyinin gecikməsinə birbaşa olaraq həmin vəkillərin səbəbiyyət vermələr i faktının vhatsapp mesajları ilə təsdiq olunduğunu və həmin mesajların ekran görüntüsünü sübut qismində əlavə etdiyini, həmçinin bütün bu proseslər baş verdiyi zaman hazırda qiyabi olaraq davam etdirdiyi ali təhsili ilə bağlı Bakı şəhərində olub imtahanlarda iştirak etdiyini (bu faktı təsdiq edən imtahan elanı və təyyarə biletlərinin qəbzləri qoşma qismində qeyd olunmuşdur), eləcə də səhhətindəki sıxıntılarla əlaqədar müalicə aldığını, “peşəkar” hüquqi yardım aldığını zənn etdiyindən məhkəməyə müraciət etmə proseduru ilə bağlı heç bir maneə ilə üzləşməyəcəyini, eləcə də tələbində haqlı olduğundan iddianın təmin ediləcəyini güman etdiyini bəyan edir. Əlavə olaraq birinci instansiya məhkəməsində icraat davam etdiyi dövrdə məhkəmə prosesləri ilə bağlı vəkilin ona lazımi məlumatları verməməsi, habelə işi başdansovdu icra etməsi hallarını gördüyündən onunla bağlanmış müqaviləyə və etibarnaməyə xitam verdiyini qeyd edərək yalnız sonuncu məhkəmə iclasında iştirak etmiş olan başqa vəkillə müqavilə bağladığını, həmin vəkilin də işlə tanış olması üçün kifayət qədər vaxtı olmadığından onun müdafiəsini kifayət qədər icra edə bilmədiyini, buraxılmış müddətin üzrlü hesab olunmasını şifahi şəkildə sonuncu iclasda bəyan etməsinə baxmayaraq hakim tərəfindən müddətin üzrlü hesab olunmadığını təəssüf hissi ilə bildirir. Bütün bu bildirdiklərinin yalnız iddiadan ibarət olmadığını təsdiq etməsi üçün bəhsi keçən vəkil Zaur Mirzəbəyov barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət etdiyini və hazırda həmin vəkil barəsində araşdırma aparıldığını qeyd etməyi zəruri hesab edir (Müvafiq məktublar sübut qismində əlavə olunmuşdur). Vəkil-mediator X4, eləcə də bütün məhkəmə prosesi ərzində birgə çalışdığı vəkilmediator Elçin Ağayevin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozan, etibardan sui-istifadə etməklə və laqeydlik və ya qəsd ucbatından (ki sonuncunu daha yüksək ehtimal hesab edir) törətdikləri əməllərinin övladını təkbaşına böyüdən, yaşlı və xəstə anasını himayəsində saxlayan bir qadının məruz qaldığı hüquqpozma halının aradan qaldırılmasına nail olmasının qarşısını aldığını (ki işinə xitam verilməsinin qanunsuz olması məhkəmənin yekun qətnaməsində öz əksini tapsa da, məhz iddia müddətinin buraxılması səbəbi ilə iddia tələbinin təmin edilmədiyi danılma z faktdır) bir daha vurğulayaraq məhz kənar şəxslərin təsiri ucbatından və ondan asılı olmayan səbəblərdən iddia müddətinin ötürülməsinin üzrlü hesab olunmamasının Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun əsassız olaraq məhdudlaşdırılması demək olduğunu və bununla razılaşmadığını bütün səmimiyyəti ilə ifadə edir. Birinci instansiya məhkəməsinin işin halları üzrə mövqeyi ilə yalnız iddia müddətinin tətbiq olunması hissəsində narazı olduğunu, iddianın əsaslılığı hissəsində məhkəmənin obyektiv və ədalətli mövqe sərgilədiyini qəti bir dillə ifadə edərək məhz iddia müddətinin tətbiq edilməsi səbəbindən Naxçıvan Şəhər Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, e-2(078)-674/2025 nömrəli qətnaməsin in ləğv edilməsini və işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq buraxılmış müddətin üzrlü hesab olunması və ilkin iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, e-2(078)-674/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və buraxılmış müddətin üzrlü hesab olunaraq ilkin iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan etmişdir.

37. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar e dilməsinə baxmayaraq iş üzrə cavabdeh təşkilat Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Vİ. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Əmək Məcəlləsi

38. ƏM-in 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibə tlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

39. ƏM-in 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.

40. ƏM-in 10-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasına aid edilmişdir.

41. ƏM-in 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən a şağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

42. ƏM-in 71-ci maddəsinin 2 və 3-cü bəndlərində göstərilir ki, bu Məcəllənin 70ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edi lməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, iş götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

43. ƏM-nin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir ü zürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

44. ƏM-in 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

45. ƏM-nin 76.1-ci maddəsinə görə İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

46. ƏM-in 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

47. ƏM-in 80-ci maddəsinin 2-ci bəndinə əsasən, həmkarlar ittifaqının üz vü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

48. Maddə

287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasınd a həll edilən fikir ayrılığıdır.

49. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

50. Maddə 294.4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

51. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

52. Maddə 296.2. Bu maddənin b irinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

53. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

54. Maddə 296.6. Bu maddədə göstəri lən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi

55. Maddə 9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.

56. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

57. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

58. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. c) Azərbaycan Respublikasının Konstitusiyası Maddə

72. İİİ İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. d) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflə rin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

65. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. e) “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qər arı 66. “...Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir”.

67. Qərarda həmçinin qeyd olunmuşdur ki, “...bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən-iddi açının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciət edənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri bir-birindən fərqləndirmişdir. f) “Azərbaycan Respublikası M ülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı

68. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. g) Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarı 69. “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə t ərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir...” h) “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarı

70. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalar ına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. i) L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı

71. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia m üddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

72. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. j) “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kolle giyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı

73. İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. k) Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı

74. Atılmalı olan formal addımları və şi kayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. l) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarı

75. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Vİİ. Apellyasiya baxışının hədləri

76. Apellyasiya i nstansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

77. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

78. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

79. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Belə olan halda mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır. Vİİİ. Məhkəmə kollegiyasının mövqeyi

80. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və haqlı olaraq iddia tələbini rədd etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

81. Belə ki, məhkəmə kollegiyası işin tədqiq olunmuş hallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X26 tərəfindən verilmiş 09 mart 2007-ci il tarixli, 11 nömrəli əmrə əsasən İddiaçı ərizəsi n əzərə alınaraq, həmin tarixdən o, Naxçıvan MR Qızıl Aypara Komitəsində FHH üzrə təlimatçı vəzifəsinə təyin edilmiş, Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinin sədri X16 28 dekabr 2024-cü il tarixli, 54 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

82. Hazırda iddiaçı şikayətin dəlillərində ali hüquqi təhsilə malik olmamasını, qanunvericiliyin tələblərini bilməməsini, vəkillərin fəaliyyəti ilə bağlı narazılıqları, habelə hüquqi yardımın keyfiyyətsiz göstərilməsini əsas gətirərək müddətin onun iradəsindən asılı olmayan səbəblərdən buraxıldığını iddia edərək, buraxılmış müddətin üzrlü hesab olunmasını və ilkin iddia tələbinin təmin edilməsini tələb edir.

83. Həmçinin iddiaçı şikayətinin dəlillə rində birinci instansiya məhkəməsinin işin halları üzrə mövqeyi ilə yalnız iddia müddətinin tətbiq olunması hissəsində narazı olduğunu, iddianın əsaslılığı hissəsində məhkəmənin obyektiv və ədalətli mövqe sərgilədiyini qəti bir dillə ifadə edərək məhz iddia müddətinin tətbiq edilməsi səbəbindən Naxçıvan Şəhər Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, e-2(078)-674/2025 nömrəli qətnaməsinin ləğv edilməsini istəyir.

84. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan dəlilləri qiymətləndirərkən nəzərə almalıdır ki, apellyasiya baxışı birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız şikayətdə göstərilmiş əsaslar və dəlillər çərçivəsində qanuniliyi və əsaslılığının yoxlanılmasını nəzərdə tutur. Bu baxımdan, iddiaçının apellyasiya şikayətində açıq şəkildə ifadə etdiyi mövqedən göründüyü kimi, o, birinci instansiya məhkəməsinin işin faktiki halları və iddia tələblərinin mahiyyəti üzrə gəldiyi nəticələri mübahisələndirmir, əksinə, məhkəmənin iddianın əsaslılığı hissəsində obyektiv və ədalətli mövqe sərgilədiyini etiraf edir.

85. Belə olan halda, apellyasiya instansiyasının hüquqi qiymətləndirməsi birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddia müddətinin tətbiq edilməsi ilə bağlı hissəsi ilə məhdudlaşmalı, yəni məhkəmənin iddia müddətinin buraxılmış hesab edilməsi, həmin müddətin üzrlü səbəblərdən buraxılıb-buraxılmaması və bu səbəblərin qanunvericiliyin tələbləri baxımından əsaslı olub-olmaması araşdırılmalıdır.

86. Eyni zamanda, iddiaçının ali hüquqi təhsilə malik olmaması, qanunvericiliyin tələblərini kifayət qədər bilməməsi, vəkillərin fəaliyyəti ilə bağlı narazıl ıqları və hüquqi yardımın keyfiyyətsiz göstərilməsi ilə bağlı arqumentləri apellyasiya instansiyası tərəfindən ayrıca qiymətləndirilməli, bu halların doğrudan da iddia müddətinin iddiaçının iradəsindən asılı olmayan səbəblərdən buraxılmasına dəlalət edib-etmədiyi, habelə həmin səbəblərin qanunvericilikdə nəzərdə tutulmuş “üzrlü səbəblər” anlayışı ilə uzlaşıb-uzlaşmadığı müəyyən edilməlidir.

87. Bu kontekstdə kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin dəlillərində iddiaçının apellyasiya şikayətində açıq şəkildə ifadə etdiyi mövqedən göründüyü kimi, o, birinci instansiya məhkəməsinin işin faktiki halları və iddia tələblərinin mahiyyəti üzrə gəldiyi nəticələri mübahisələndirmədiyindən, əksinə, məhkəmənin iddianın əsaslılığı hissəsində obyektiv və ədalətli mövqe sərgilədiyini etiraf etdiyindən kollegiya iddia ərizəsində iddiaçının işdən azad olunması zamanı işəgötürən tərəfindən yol verilən pozuntulara münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hazırkı mübahisəyə iddiaçı tərəfindən iddia müddətinin ötürülübötürülməməsi həddində dəlillərə qiymət verməyi zəruri hesab edir.

88. İlk növbədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, əmək mübahisələri üzrə məhkəməyə müraciət edilməsi üçün iddia müddətlərinin müəyyən edilməsi təsadüfi xarakter daşımır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır.

89. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

90. İş materiallarından və iddiaçının öz ünün istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı verdiyi izahatdan, həmçinin apellyasiya şikayətinin dəlillərindən açıq-aydın görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri 07 yanvar 2025-ci il tarixdə almışdır. Bu fakt tərəflər arasında mübahisələndirilmir və əlavə sübut tələb etmir. (Bu fakt iş materialları ilə də təsdiqini tapır). Beləliklə, iddia müddətinin axımı məhz həmin tarixdən başlanmış və 08 fevral 2025-ci il tarixdə başa çatmışdır.

91. Buna baxmayaraq, iddiaçı tərəfindən nə qeyd olunan müddət ərzində, nə də bu müddətə yaxın tarixlərdə məhkəməyə müraciət edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, iddiaçı yalnız iddia müddəti artıq başa çatdıqdan sonra – 11 fevral 2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediasiya təşkilatından 11 mart 2025-ci il tarixdə arayış təqdim olunmuş, daha sonra iddiaçı 11 aprel 2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Bu faktlar birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş sübutlar əsasında düzgün müəyyən edilmiş və proses iştirakçıları tərəfindən də təkzib edilməmişdir.

92. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin hesablanması və tətbiqi ilə bağlı düzgün hüquqi mövqe tutmuşdur. Belə ki, iddia müddəti bitdikdən sonra edilən müraciətlər həmin müddətin bərpası üçün özlüyündə əsas yarada bilməz.

93. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqs ədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

94. Göstərilənlərlə yanaşı, qeyd olunmalıdır ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habel ə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

95. İddiaçının apellyasiya şikayətində iddia müddətinin buraxılmasının üzrlü səbəblərlə bağlı olduğunu əsaslandırmaq üçün göstərdiyi arqumentlərə gəlincə kollegiya şikayətdə göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd edir.

96. İddia müddətinin buraxılması yalnız üzrlü səbəblər mövcud olduqda bərpa edilə bilər və bu üzrlü səbəblərin mövcudluğu iddiaçı tərəfindən sübut olunmalıdır.

97. Belə ki, iddiaçının ali hüquqi təhsilə malik olmaması, qanunvericiliyin tələblərindən xəbərsiz olması və ya iddia müddətinin mövcudluğunu bilməməsi üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Kollegiya hesab edir ki, qanunu bilməmək hüquqi məsuliyyətdən və prosessual öhdəliklərdən azad e tmir və bu prinsip məhkəmə təcrübəsində sabit xarakter daşıyır.

98. Kollegiya iddiaçının diqqətinə çatdırır ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Eyni müddəa Azərbaycan Respublikası Mülki Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, həmin Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.

99. İddiaçının vəkillərin fəaliyyəti ilə bağlı irəli sürdüyü iddialara gəldikdə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, vəkilin iddia olunan səhlənkarlığı, laqeydliyi və ya etik qaydaları pozması iddiaçı üçün müəyyən hüquqi nəticələr doğura bilər, lakin bu hallar iddia müddətinin üzrlü hesab edilməsi üçün əsas yaratmır. Prosessual qanunvericilik iddia müddətinin bərpasını yalnız şəxsin iradəsindən asılı olmayan, obyektiv və qarşısıalınmaz hallarla əlaqələndirir. İddiaçı isə bu meyarlara cavab verən hər hansı faktı məhkəməyə təqdim etməmişdir.

100. Həmçinin xüsusi olaraq vurğulanmalıdır ki, iddiaçı şikayətinin dəlillərində hazırkı iş üzrə ilk vəkili qismində iştirak etmiş Zaur Mirzəbəyovla müqaviləni xx.xx.2024-cü il tarixdə bağlandığını bildirsə də, iş materiallarından görünür ki, o, vəkili Z.Mirzəbəyovla müqaviləni xx.xx.2025-ci il tarixdə bağlanmışdır (iş İ cild, səh.15). Əmrin iş üzrə İddiaçı 07 yanvar 2025-ci ildə təqdim olunduğu nəzərə alınarsa müqavilənin bağlanıldığı bu tarixdə artıq 1 aylıq iddia müddətinin bu raxıldığı məlum olur və müddətin bərpasının üzrlü sayılması üçün iddiaçının qeyd etdiyi vəkilin hərəkətsizliyinə dair dəlili də öz təsdiqini tapmır.

101. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, iddiaçının vəkil seçimi, vəkil ilə müqavilə bağlanması, habelə hüquqi yardımın effektiv təşkil olunmaması məsələləri iddiaçının şəxsi risk dairəsinə daxildir. Məhkəmə bu risklərin nəticələrini cavabdeh tərəfin üzərinə qoymaq və ya qanunla müəyyən edilmiş iddia müddətlərini faktiki olaraq etibarsız saymaq səlahiyyətinə malik deyildir.

102. İddiaçının səhhətindəki problemlər, ali təhsillə bağlı Bakı şəhərində olması və imtahanlarda iştirak etməsi ilə bağlı təqdim etdiyi sənədlər də məhkəmə tərəfindən qiymətləndirilmiş və bu halların iddiaçının məhkəməyə müraciət etməsini mümkünsüz edən fövqəladə və aradan qaldırılması mümkün olmayan hallar kimi qiymətləndirilməsinin mümkün olmadığı qənaətinə gəlinmişdir.

103. Apellyasiya instansiyası məhkəməsi xüsusi olaraq vurğulayır ki, birinci instansiya məhkəməsi iddiaçının iddia müddətinin üzrlü hesab olunması ilə bağlı mövqeyinə hüquqi qiymət vermiş, lakin sübutların olmaması səbəbindən həmin mövqeni əsaslı hesab etməmişdir. Bu yanaşma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77 və 78-ci maddələrində təsbit olunmuş sübutetmə və sübutların qiymətləndirilməsi prinsiplərinə tam uyğun gəlir.

104. İddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun pozulması barədə iddiaları isə məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, iddia müddətlərinin tətbiqi hüququn mahiyyətini ləğ v etmir, əksinə hüquqi müəyyənliyi və ədalət mühakiməsinin effektivliyini təmin edir və bu müddətlərin tətbiqi Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

105. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmadığından, eyn i zamanda qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.

106. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Qızıl Aypara Cəmiyyəti Naxçıvan MR Komitəsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(078)-674/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(078)-674/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

107. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə əsasən a pellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

108. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 2(078)-674/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar