Məhkəmə qərarları › İş №2(108)-20/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-20/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-20/2023 22.02.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(078)-1023/2022 nömrəli qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 14 sentyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 1550 (bir min beş yüz əlli) manat pulun və ödənilmiş 35.50 (otuz beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi bar ədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(078)-1023/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iş üzrə Cavabdeh 817 (səkkiz yüz on yeddi) manat məbləğində pulun alınaraq iş üzrə İddiaçı verilməsi, iddia tələbinin qalmış hissədə rədd olunması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 13 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-1023/2022 saylı qətnaməsinin tamamilə ləğv olunması, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Eyni zamanda məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı da 29 de kabr 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(078)-1023/2022 nömrəli qətnaməsini dəyişdirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində elektrik xətlərinin çıxış nöqtələrinin 1 ədədini 9 manata olmaqla, 132 çıxış nöqtəsi quraşdırılması və 2 ədəd elektrik avtomat karobkasının 1 ədədinin 80 manatdan quraşdırılması üçün razılaşmışlar. O, öz üzərinə düşən öhdəliyi tamamilə icra etmişdir. Bundan sonra iddiaçı ona 1348 AZN pul ödəməli idi. O, ondan 1 dəfə nağd qaydada 480 AZN pul almış, bir dəfə də gördüyü işin qarşılığında 337 manatlıq dəyərdə iddiaçının işlətdiyi mağazadan ərzaq almışdır. Lakin iddiaçı yalan dolu ifadələrlə guya onun ondan 1550 manatlıq dəyərdə həm borc pul, həm də onun ərzaq mağazasından nisyə ərzaq aldığını iddia edir. Halbuki o, ondan yuxarıda qeyd etdiyi kimi gördüyü işin qarşılığında həmin nağd pulu almış və dediyi məbləğdə ərzaq almış və bunu iddiaçının ona verməli olduğu pulun qarşılığında əvəzləşdirmişdir. İddiaçı məhkəmədən qabaq onun barəsində polisə müraciət etmiş, onun tərəfindən görülən işlər polislər tərəfindən də yerində baxış zamanı müəyyən olunmuşdur. Məhkəmə bu maddənin tələblərini pozmuş və düzgün nəticəyə gəlməmişdir. Belə ki, aralarında olan razılaşmaya əsasən o, hazırki iş üzrə iddiaçıya müəyyən xidmətlər göstərməli, iddiaçı isə bu xidmətlərin qarşılığında müəyyən ödənişlər ödəməli idi. Aralarında olan münasibətlər borc münasibəti deyil, öhdəliklərdən yaranan münasibətlər olmuşdur. Onun iddiaçıya ümumiyyətlə heç bir borcu yoxdur, əksinə iddiaçının ona ödəməli olduğu müəyyən pul məbləği vardır. O, göstərdiyi xidmətlər qarşılığında iddiaçıdan müəyyən məbləğdə pul və nisyə ərzaq almışdır. Əvəzləşmə onun köhnə dəftərində də vardır. Lakin iddiaçı onu məhkəməyə təqdim etməmişdir. Halbuki orda bu öz təsdiqini tapır. O, ümumiyyətlə borcunun olduğunu etiraf etməmiş, əksinə onun iddiaçıdan alacağı olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. O, faktın etirafını etmiş, aralarında qarşılıqlı öhdəliklərin olduğunu bildirmiş, iddiaçının özü də onun ona xidmətlər göstərdiyini etiraf etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əs aslandırmışdır ki, məhkəmə iddianı yalnız cavabdehin məhkəmə baxışı iclasında verdiyi ifadə əsasında qismən etmişdir. Halbuki, Emilə onun tərəfindən nağd pul şəkilində pul ilə birlikdə 1550 manat dəyərində nisyə ərzaq vermişdir. Məhkəmə qətnamə qəbul edən zaman yalnız cavabdehin etirafına istinad etmişdir. O, onun işini başa çatdırmadığından aralarında mübahisə yaranmış və o, borcunu tələb etmişdir. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Kollegiyaya apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı cavabdehin apellyasiya şikayətini qəbul etməyərək öz apellyasiya şikayətini müdafiə edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(078)-1023/2022 nömrəli qətnaməsini dəyişdirərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh iddiaçının apellyasiya şikayətini qəbul etməyərək öz apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-1023/2022 saylı qətnaməsinin tamamilə ləğv olunması, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmiş dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya ilk olaraq cavabdehin apellyasiya şikayətində qeyd olunan gördüyü işin qarşılığında iddiaçının ona borcunun qaldığı barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsində İddiaçı iddiasına qarşı qarşılıqlı iddia verməmişdir. Bu səbəbdən cavabdehin apellyasiya şikayətində qeyd etdiyi bu dəlil kollegiya tərəfindən müzakirə olunaraq qiymətləndirilə bilməz. İddiaçının ona borclu olması ilə bağlı Cavabdeh iddiaçıya qarşı birinci instansiya məhkəməsin də iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Konkret halda isə qanunvericiliyin qeyd edilən müddəasında nəzərdə tutulmuş müstəsna hal mövcud deyil. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, mülki işin materiallarından məlum olur ki, İddiaçı və Cavabdeh arasında şifahi formada bağlanmış podrat müqaviləsi olmuşdur. Cavabdeh gördüyü işin qarşılığında nağd pul və mal almışdır. Bundan əlavə iddiaçıdan 1 dəfə nağd qaydada 480 AZN pul almış, bir dəfə də 337 manat dəyərində iddiaçının işlətdiyi mağazadan bazarlıq etmişdir. Bunu cavabdeh apellyasiya şikayətində də təsdiq etmişdir. Kollegiya İddiaçı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı məhkəmə baxışı iclaslarındakı izahatlarında gördüyü işin müqabilində cavabdehə nağd pul və mal verdiyini qeyd etmişdir. Həmçinin İddiaçı razılaşmalarına əsasən cavabdehin evdə müəyyən işləri yerinə yetirdiyini, lakin işi başa çatdırmadığını, yarımçıq qoyduğunu, cavabdeh tərəfindən işin nə qədərinin görüldüyünün hesablanmadığını, yəni pul-iş qarşılığının onlar tərəfindən qarşılıqlı olara q hansı həddə yerinə yetirildiyini müəyyən etmədiklərini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə uyğun olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdeh iddiaçıya borcu olmadığını, borcunu qaytardığını, iddianın əsassız olduğunu, iddiaçının ona borclu olduğunu, eyni zamanda İddiaçı da Emilə onun tərəfindən nağd pul şəkilində pul ilə birlikdə 1550 manat dəyərində nisyə ərzaq verdiyini, məhkəmənin qətnamə qəbul edən zaman yalnız cavabdehin etirafına istinad etməsini apellyasiya şikayətlərində qeyd etsələr də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını t əşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya sonda belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mahiyyət üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(078)-1023/2022 nömrəli qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(078)-1023/2022 nömrəli qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(078)-1023/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan....az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaitinin alınması haqqındakı iddial arda alınan məbləğlə müəyyən olunur. İddiaçı Cavabdeh qarşı pul tələbinin miqdarı 1550 manat təşkil etdiyindən, həmin məbləğ 5000 manatdan az olduğundan bu qətnamədən mülki iş üzrə tərəflər kassasiya şikayəti verə bilməz. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(078)-1023/2022 nömrəli qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(078)-1023/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar